71
Müstəqillik dövründə ölkədə olduğu kimi, Naxçıvanda da ədəbi tənqid yeni
yaradıcılıq axtarışlarını məhz milli ideologiya üzərində qurmuş, əvvəlki mərhələlərin
gərəksiz tendensiyalarından xilas olmuşdur. Elmi fikirin:
“tənqid və
ədəbiyyatşünaslıqda kütləvi-populyar məqalə, resenziya və qeydlərdən başqa,
monoqrafik tədqiqlər xeyli güclənmişdir”
[180,s.383]qənaəti 1990-cı illər Naxçıvan
ədəbi mühitinə də aid edilə bilər.
1990-cı illərdə müasir ədəbi prosesə dair çoxsaylı
məqalələr yazılmaqla yanaşı, bir sıra toplular, kitablar, monoqrafik tədqiqatlar da
ortaya çıxmışdır.
Bu illərdə nəşr olunmuş müvafiq toplulardan birinə diqqət yetirək.
Xalq şairi,
çağdaş poeziyanın ustadlarından sayılan Məmməd Arazın 60 illiyi ilə əlaqədar
Naxçıvanda keçirilmiş respublika elmi konfransının “Millilik və bəşərilik” adıyla çap
edilmiş materialları muxtar respublikada yaşayan ədəbiyyatşünasların müasir ədəbi
prosesə elmi baxışının ifadəsi kimi kimi maraq doğurur [171]. Toplunu tərtib edib
çapa hazırlayan görkəmli alim İsa Həbibbəylinin, tənqidçi və ədəbiyyatşünaslardan
Yavuz Axundlunun,
Məhərrəm Cəfərlinin, Vəliyəddin Əliyevin, Arif Əliyevin,
Əbülfəz Amanoğlunun, Akif İmanlının, Əbülfəz Muxtaroğlunun, Hüseyn Həşimlinin,
İman Cəfərovun və digərlərinin məqalələri M.Arazın əsrarəngiz sənət dünyasının
müxtəlif aspektlərini işıqlandırır, onun müasir ədəbi prosesdə rolunu dəyərləndirir.
Aparılan tədqiqat göstərir ki, XX əsrin ikinci yarısında, xüsusən 1970-1990-cı
illərdə Naxçıvanda ədəbi tənqidin inkişafında professionallığın artması, elmi dərəcəli,
yüksək hazırlıqlı ədəbiyyatşünas alimlərin ədəbi tənqidlə məşğul olmaları mühüm və
səmərəli faktor kimi qiymətləndirilməlidir. Naxçıvanda yaşayıb fəaliyyət göstərən
ziyalılardan Lətif Hüseynzadənin 1950-ci ildə dissertasiya
müdafiə edərək filologiya
elmləri namizədi (fəlsəfə doktorluğu) alimlik dərəcəsi almasından sonra bu sahəyə
maraq xeyli qüvvətlənmiş, nəticədə 1960-cı illərdə Yavuz Axundov, İzzət Maqsudov
və Arif Əliyev də alimlik dərəcələri qazanmışdılar. Muxtar respublikada elmi dərəcəli
filoloq kadrların hazırlığı işi 1970-ci illərdə ardıcıl diqqət mərkəzində olmuş, 1980-
1990-cı illərdə də ciddi uğurlar qazanılmışdır. Artıq 1990-cı illərin ortalarında
Naxçıvanın elm və ali təhsil müəssisələrində Yavuz Axundlu, İsa Həbibbəyli, Əjdər
İsmayılov kimi filologiya üzrə elmlər doktorları, Məhərrəm Cəfərli, Əsgər Qədimov,
72
Əbülfəz Əzimli,
Fərman Xəlilov, Yusif Səfərov, Cabbar Cəlilov və bir sıra digər
elmlər namizədləri (fəlsəfə doktorları) fəaliyyət göstərirdi.
Uzun illər Naxçıvanın elmi-ədəbi mühitində xüsusi fəallığı ilə seçilən tanınmış
alim İsa Həbibbəylinin rəhbərliyi altında dissertasiya müdafiə etmiş yeni nəsil
ədəbiyyatşünaslardan Hüseyn Həşimli, İman Cəfərov, Hikmət Mehdiyev və başqaları
XX əsrin sonları, yeni əsrin əvvəllərində ədəbiyyatşünaslıq
sahəsində uğurlu
addımlar atmışlar. Sonrakı illərdə bu istiqamət daha da geniş vüsət almışdır. Bütün
bunlar muxtar respublikada ədəbi tənqidin inkişafına da ciddi təsir göstərmiş, onun
həm kəmiyyət, həm də keyfiyyət baxımından əsaslı yüksəlişinə rəvac vermişdir.
İyirminci əsrin birinci yarısı ilə müqayisədə ikinci yarısında naxçıvanlı tənqidçi
və ədəbiyyatşünasların imzaları həm muxtar respublika, həm də Bakı mətbuatında
ardıcıl olaraq görünür, onlar ədəbi prosesin müxtəlif problemləri barədə diqqətəlayiq
əsərlər dərc etdirirlər. Muxtar respublikada ədəbi tənqidin inkişafında
Azərbaycan
Yazıçılar İttifaqının Naxçıvan şöbəsi ilə yanaşı, zaman-zaman “Şərq qapısı” qəzeti də
əhəmiyyətli rol oynamış və oynamaqdadır. Akademik İsa Həbibbəyli haqlı olaraq
yazır:
Dostları ilə paylaş: