70
1950-1980-ci illərdə Naxçıvan Muxtar Respublikasında ədəbi tənqid özünəməxsus
inkişaf yolu keçmiş, müasir ədəbi prosesin öyrənilməsinə diqqət xeyli artmışdır.
1991-ci ildə Azərbaycan müstəqilliyə qovuşduqdan sonra yaradıcılıq
sahələrində, o cümlədən ədəbi tənqidin inkişafında da milli düşüncənin ön plana
keçməsi ədəbi prosesin təhlil olunub dəyərləndirilməsi istiqamətində də yeni üfüqlər
açdı. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev bütün digər sahələrlə yanaşı,
ədəbi-mədəni mühitin dirçəlişinə də böyük qayğı göstərmişdir. Təkcə bir faktı
xatırladaq ki, 1992-ci ilin soyuq oktyabr günlərində blokada şəraitində yaşayan
Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi qeyd olunmuş, ulu öndər çıxış edib
mütəfəkkir ədibin sənətinə yüksək qiymət vermişdir. Bu, ədəbiyyata, sənətə böyük
ehtiramın ifadəsi idi.
1995-ci ildən Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Ali Məclisin
Sədri cənab Vasif Talıbov ədəbi mühitə də böyük qayğı göstərir. Muxtar
respublikada ədəbiyyatın müxtəlif problemlərinə və görkəmli ədəbi simaların
yaradıcılığına həsr olunmuş möhtəşəm elmi tədbirlərin keçirilməsi, elmi jurnalların
nəşri, ziyalılar üçün hər cür şəraitin yaradılması və s. bu baxımdan ayrıca qeyd
olunmalıdır. Akademik İsa Həbibbəylinin sözləri ilə desək, bu
Dostları ilə paylaş: