Hüseyn Razinin şair Adil Qasımova “uğurlu yol” yazması da [201]
xatırladıla
bilər. Həmin yazıda gənc şairin orijinal duyum və deyim tərzinə can atması yaxşı
88
xüsusiyyət kimi təqdir olunmuşdu. Yeri gəlmişkən onu da deyək ki, H.Razi Adil
Qasımovun yaradıcılığına sonralar da diqqət yetirmiş, şairin “Yazıçı” nəşriyyatında
çıxmış “Dağlar, qalalar, babalar” kitabına (1980) resenziya həsr etmişdir (“Şərq
qapısı” q., 25 aprel 1981). Hazırda tanınmış şair olan Rüstəm Behrudinin 1986-cı ildə
çapdan çıxmış “Yaddaşlara yazın” adlı ilk kitabı ədəbi ictimaiyyətin diqqətini
çəkmiş, poeziyaya öz səsi, poetik nəfəsi olan bir gəncin gəlişi barədə fikirlər
səslənmişdi. Hələ 9 aprel 1983-cü ildə “Sovet Naxçıvanı” qəzetində R.Behrudiyə
“uğurlu yol” yazan Hüseyn Razi “Yaddaşlara yazın” barədə ədəbi-tənqidi
düşüncələrini də qələmə alaraq mətbuatda “İlk kitabın təravəti” adıyla dərc
etdirmişdi [210]. Təcrübəli ədib bu resenziyada R.Behrudinin şeirlərindəki poetik
cəsarəti, vətənpərvərlik duyğusunun qabarıq təcəssümünü yüksək qiymətləndirmişdi.
Bəllidir ki, H.Razi illər boyu Naxçıvanda “Şərq qapısı” qəzetinin ədəbiyyat və
incəsənət şöbəsində işləmiş, uzun müddət şöbəyə rəhbərlik etmiş, redaksiyaya
göndərilən çoxsaylı əsərlərlə yaxından tanış olmuş, seçilmiş nümunələri oxuculara
çatdırmış, digər materialları isə müntəzəm şəkildə yazdığı ədəbi icmal və xülasələrdə
dəyərləndirmiş, onların müsbət və mənfi cəhətlərini müəlliflərin nəzərinə çatdırmaqla
gənc qələm sahiblərini doğru yola istiqamətləndirməyə çalışmışdır. Bunlar H.Razinin
Naxçıvan ədəbi mühiti ilə bağlı ədəbi-tənqidi yazılarının ikinci qrupunu təşkil edir.
Onun hələ yaradıcılığının ilk mərhələsində - 1950-1960-cı illərdə dərc etdirdiyi
ədəbi-tənqidi məqalələrin əhəmiyyətli bir qismi muxtar respublikanın gənc qələm
sahiblərinin əsərlərinə həsr olunmuşdur.Onlardan bəzilərini xatırladırıq: “Şeir
həvəskarları” (10 mart 1957), “Fikir aydınlığı, bədii vüsət” (23 noyabr 1962),
“Yaradıcılıq zəhmət tələb edir” (03 sentyabr 1963), “Gəlin, açıq danışaq” (28 iyun
1964), “Söz ürəkdən gəlməlidir” (30 dekabr 1964), “Zəhmət və tələbkarlıq lazımdır”
(08 iyun 1965),”İlk sətirlər haqqında mülahizələr” (28 may 1966), “Qayğı və
tələbkarlıq lazımdır” ( 26 fevral 1966), ”Ürəkdən gələn sözlər” (22 mart 1967),
“Qayğı və tələbkarlıq” (26 iyul 1968), “İlk şeir və hekayələr haqqında” (10 oktyabr
1968), “Şeir yazmaq həvəsi” ( 08 aprel 1969) və s. Məqalələrdən bir qisminin
adındakı “qayğı və tələbkarlıq” sözləri H.Razinin o illərdə ədəbi gəncliyə
89
münasibətinin ifadəsi sayıla bilər. Onun ədəbi-tənqidi fəaliyyəti 1970-1980-ci illərdə
daha geniş xarakter almışdır.
Akademik İsa Həbibbəyli şair-tənqidçi Hüseyn Razinin Naxçıvan ədəbi
mühitində göstərdiyi xidmətləri yüksək qiymətləndirərək yazır:
“XX əsrin yetmiş-
səksəninci illərinin “Şərq qapısı” qəzetinin “Ədəbiyyat səhifəsi” Hüseyn Razi
yaradıcılıq məktəbinin dərsliyi idi. “Şərq qapısı” qəzetində Hüseyn Razinin çap
etdirdiyi ədəbi icmallar dövrün yaradıcılıq mühitinin həm salnaməsi, həm də
inkişafın istiqamətlərini müəyyən edən bələdçisi olmuşdur”
[94,s.367].
H.Razinin 1970-1980-ci illərdə “Şərq qapısı” (”Sovet Naxçıvanı”) qəzetində
çosxsaylı ədəbi icmalları dərc olunmuşdur: “Şeir yazmaq asan deyil” ( 31 iyul 1970),
“Qayğı və tələbkarlıq” (25 aprel 1971), “Deyilməmiş sözün varsa” (10 oktyabr 1973),
“Yaradıcılıq həvəsi” (14 avqust 1973), “Söz ürəkdən gələndə” (9 yanvar 1974),
“Artıran söz qədrini” (27 fevral 1974), “Misralar və imzalar” (12 dekabr 1975),
“İşıqlı və solğun misralar” (8 aprel 1976), “Duru və quru sətirlər” (4 fevral 1977),
“Tələbkarlıq da qayğıdır” (26 mart 1977), “Sözün məna dəyəri” (31 iyul 1977),
“Misralar sorağında” (20 aprel 1978), “Yaradıcılıq həvəsi” (9 yanvar 1979). “Poetik
vüsət olmadıqda” (10 aprel 1980), “Yaradıcılıq sorağında” (7 iyul 1981), “Dolğun
səs, solğun həvəs” (4 fevral 1982), “Bədii vüsət və keyfiyyət” (20 dekabr 1983),
“Yaradıcılıq sorağında” (2 noyabr 1984), “Günün səsi, yaradıcılıq həvəsi” (7 dekabr
1985), “Sözün məna dəyəri” (10 mart 1985), “Yaxşı misralar sorağında” (14 iyun
1986), “Günün səsi, yaratmaq həvəsi” (11 avqust 1987), “Fikirlərdə, sözlərdə
yenilik” (23 sentyabr 1988), “Gözəl misralar sorağında” (23 oktyabr 1990) və s.
O da təqdirəlayiqdir ki,şair-tənqidçi Hüseyn Razi muxtar respublikanın rayon
qəzetlərində dərc olunmuş bədii nümunələrə, bölgələrin ədəbi həyatına da ardıcıl
diqqət yetirmiş, məqalələrində müvafiq təhlillər aparmışdır. “Sovet Naxçıvanı”
qəzetinin 12 dekabr 1982-ci il tarixli sayında verilmiş “Ordubadın söz çələngi, bağlar
diyarının nəğmələri” adlı məqaləsində adı çəkilən rayondakı gənc yazarların şeir və
hekayələrini təhlil edib uğur və qüsurlarını nəzərə çatdıran H.Razi “Fikirlərin,
sözlərin təzəliyi” adlı ədəbi icmalında (10 noyabr 1989) muxtar respublikanın bütün
90
rayonlarında yaşayan gənc şairlərin poeziya nümunələrinə ədəbi-tənqidi münasibət
bildirmişdir.
Hüseyn Razi ədəbi gəncliyə çox ciddi tələbkarlıqla yanaşırdı. Ədəbiyyatımızın
gələcəyini daha etibarlı və istedadlı əllərdə olmasına, gənc yazarların püxtələşməsinə
yönələn bu xoş məram bəzən yanlış anlaşılır, inciyib narazı qalanlar da olurdu. Lakin
H.Razinin “Tələbkarlıq da qayğıdır” məqaləsində [206]
vurğuladığı kimi:
Dostları ilə paylaş: |