93
“Bir bulaqdan su içənlər” resenziyası şair, nasir Həsən Fətullayevin (Elsevər)
“Gözəllik bulağı” kitabına həsr olunub. Kitabdakı “Gəlin”, “Gözəllik bulağı” kimi
hekayələri ümumən müsbət qiymətləndirən A.Əliyev “Ömür dəftərindən” adlı
povestdəki qüsurlara daha çox diqqət yetirmiş, yazıçının gələcək sənət axtarışlarında
belə halların aradan qaldırılmasını arzulamışdır. Tənqidçi yazıçıya irad tuturdu ki,
povestin əsas obrazı olan
“Sədanın həyatının təsviri xronoloji xarakter daşıyır,
qəhrəmanın mənəvi inkişaf xəttinə, dinamik yüksəlişinə ... müəllif nail ola bilmir”
[60].
A.Əliyev 1977-ci ildə Hüseyn Razinin “Canlı tonqal” adlı yeni kitabı ilə
əlaqədar dərc etdirdiyi “Şeirə dönmüş sətirlər” [61] resenziyasında “bədii təsvir
vasitələrinin əlvanlığına, məna dəyəri və misraların ahəngdarlığına” görə şairin
“Sevinc”, “50 yaşım”, “Mənim xəyallarım”, “Çinar” kimi şeirlərini müsbət
qiymətləndirmiş, bildirmişdir ki, müəllif belə nümunələrdə “emosional təsvirin
vəhdətinə, hiss və duyğuların təravətinə, misraların cilalanmasına çox diqqət
yetirmişdir”.
Ədəbiyyatşünaslıqda qeyd olunduğu kimi, sovet dövründə bir sıra hallarda
ədəbi tənqid
“poetik məhsula ilk növbədə mövcud ictimai məzmun, sosial tutum və
Dostları ilə paylaş: