“Onun
(H.Razinin-A.A.)
“Şərq qapısı” qəzetində vaxtaşırı çap olu-
nan ədəbi icmallarında yeni yaradıcılığa başlayan şairlərin şeirləri təhlil olunur. Bu
səpkili yazılarında onun gənc və istedadlı qələm dostları Zeynal Vəfa, Adil Qasımov
və başqaları haqqında xeyirxah məsləhətlərini də qeyd etmək yerinə düşər”
[142,
s.161].
86
Bunlarla yanaşı, H.Razinin “Şərq qapısı” (“Sovet Naxçıvanı”) qəzetinin
müxtəlif saylarında 1950-80-ci illərin ədəbi mühitinə, ayrı-ayrı qələm sahiblərinin
yaradıcılığına həsr olunmuş məqalə və resenziyaları da diqqəti çəkir. “Araz haqqında
povest” yazıçı Cəmil Əlibəyovun ”Anam, Arazım mənim” əsəri haqqındadır (23
avqust 1967), “Səmərəli zəhmətin bəhrəsi” (22 iyun 1968) isə yazıçı Nağı Nağıyevin
“Seçilmiş əsərləri”nin nəşri ilə əlaqədar qələmə alınıb. Şair-tənqidçinin “Nəbi
Xəzrinin poeziyası” (16 noyabr 1973), İmran Qasımov haqqında “Yaxın və uzaq
sahillərdə” (4 iyun 1973), N.Həsənzadənin yeni kitabını tanıdan “Zümrüd quşu”nun
nəğmələri” (21 iyul 1977), Mustafa İsgəndərzadənin “Çinarlı baharım” kitabı
haqqında “Çinarlı, baharlı misralar” (14 may 1980), X.Rzanın “Taparam səni” kitabı
barədə “Vətən sevgisinin tərənnümü” (15 noyabr 1980), M.İbrahimova həsr olunmuş
“Ədəbiyyatımızın iftixarı” (7 oktyabr 1981), S.Rüstəm barədə “Mübariz vətənpərvər
şair” (12 mart 1981), B.Azəroğlu haqqında “Mübarizə və arzular şairi” (18 noyabr
1981), Ə.İldırımoğlunun “Yazım, yazmayım” kitabı barədə “Jurnalistin kitabı” (17
noyabr 1982), M.Arazın sənət axtarışlarından söz açan “Məslək və sevgi poeziyası”
(20 oktyabr 1983) və digər ədəbi-tənqidi yazıları ümumən razılıq doğurur.
Təhlillər göstərir ki, H.Razi Azərbaycanda gedən ədəbi prosesi müntəzəm
olaraq izləmiş, diqqətəlayiq yeni əsərlər, tanınmış qələm sahiblərinin yaradıcılıq ax-
tarışları barədə özünün düşüncələrini dolğun və elmi şəkildə ifadə edə bilmişdir.
Təəssürat aydınlığı üçün H.Razinin bu tipli məqalələrindən birinə - tanımış şair
Əliağa Kürçaylının “Bütövlük” kitabına həsr etdiyi “Bütöv poeziya çələngi” adlı
resenziyasına [205]
nəzər salaq. Məlumdur ki, Ə.Kürçaylının həmin kitabı o zaman
respublika Dövlət mükafatına təqdim olunmuşdu. Müxtəlif mətbuat orqanlarında
onun haqqında verilmiş bir neçə məqalədə də “Bütövlük” şairin yeni sənət uğuru
sayılmışdı. H.Razi də resenziyasında Ə.Kürçaylının çağdaş poeziyamızda önəmli yer
tutduğunu vurğulamış, kitabdakı əsərləri əsas mövzular üzrə qruplaşdıraraq təhlil
etmiş, şairin poeziyasında Naxçıvan mövzusunun ifadəsinə də diqqət yetirmişdi.
H.Razi fkrini belə yekunlaşdırırdı:
“Mövzu rəngarəngliyinə və dərin məzmuna görə
“Bütövlük” kitabı təkmil bir poeziya çələngi kimi oxucunu sevindirir”.
87
H.Razi Naxçıvan ədəbi mühitinə xüsusi diqqət yetirmişdir. Onun bu yöndəki
ədəbi-tənqidi məqalələrini iki qrupda birləşdirmək olar. Birinci qisim məqalələr
Naxçıvanda yaşayıb fəaliyyət göstərən şair, yazıçı və dramaturqların yeni əsərləri
barədədir. O zaman Naxçıvanda yaşayan şair Zeynal Vəfanın yaradıcılığına [200]
Dostları ilə paylaş: |