80
2.2.XX əsrin ikinci yarısında Naxçıvanda ədəbi tənqidin nümayəndələri
İyirminci əsrin ikinci yarısında Naxçıvanda enişli-yoxuşlu,
amma zəngin və
çoxşaxəli yol keçən ədəbi tənqidin inkişafında xidmətləri olan əsas müəlliflərin
fəaliyyətinə, səciyyəvi əsərlərinə müfəssəl nəzər salaq.
İyirminci yüzilliyin ikinci yarısında Naxçıvan elmi-ədəbi mühitində Lətif
Hüseynzadənin özünəməsus xidmətləri vardır. Akademik İsa Həbibbəylinin yazdığı
kimi
: ”Tanınmış tədqiqatçı Lətif Hüseynzadə Naxçıvanda 30-50-ci illərin
ədəbiyyatşünaslığını layiqli şəkildə təmsil etmişdir. O, sonralar daha yarım əsr də
yaşayıb-yaatdı və elmimizin, maarifçilik işinin inkişafına sanballı töhfələr də verə
bildi”
[94,s.523].
L.Hüseynzadə 1950-ci ildə satirik şair Əliqulu Qəmküsar haqqında
namizədlik
dissertasiyası müdafiə etmiş, 1959-cu ildə Ə.Qəmküsarın, 1966-cı ildə Cahanşah
Həqiqinin əsərlərini kitab halında oxuculara çatdırmışdır. Həmin dövrdə Lətif
Hüseynzadə İ,Nəsimi, M.C.Həqiqi, M.Füzuli, Ə.Nəzmi, C.Məmmədquluzadə,
Heyran xanım, H.Cavid və digər ədiblər barədə
mətbuatda məqalələr dərc
etdirmişdir. Bunlarla yanaşı, o, müasir ədəbi mühitə də müəyyən diqqət yetirmiş, bəzi
ədəbi-tənqidi məqalələr də qələmə almışdır. Məsələn, Lətif Hüseynzadənin 1950-ci
ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “Bakının işıqları” məqaləsi maraqlı ədəbi
tənqid faktı olmaqla şair Əli Tudənin həmin adla çapdan çıxmış kitabındakı əsərlərin
ideya-bədii məziyyətlərini yığcam şəkildə əks etdirir [124].
1950-60-cı illərdə Naxçıvanda ədəbi tənqid sahəsində mərhum ədəbiyyatşünas
İzzət Maqsudovun da müəyyən xidmətləri olmuşdur. O, daha çox ədəbiyyat tarixçisi
kimi fəaliyyət göstərmiş, Eynəli bəy Sultanovun yaradıcılığı haqqında namizədlik
dissertasiyası müdafiə etmiş, ədibin əsərlərini toplayıb 1966-cı ildə kitab şəklində
oxuculara çatdırmışdır. Akademik İsa Həbibbəylinin haqlı qənaətinə görə,
“Əslində
İzzət Maqsudovun tədqiqatından sonra bir yazıçı və publisist kimi Eynəli bəy
Sultanovun varlığı geniş ictimaiyyətə bəlli olmuşdur”
[92, s.175].
İ.Maqsudov müasir ədəbi prosesin nailiyyətlərini də izləmiş, bu yöndə bəzi
məqalələr və resenziyalar yazmışdır. 1960-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində
81
tanınmış nasir Süleyman Rəhimovun yaradıcılığından bəhs edən “Görkəmli
ədib”[159] məqaləsi özünün elmi səviyyəsi ilə maraq oyadır. İ.Maqsudov altmış
yaşı tamam olan yazıçının əsas sənət uğurlarını yığcam şəkildə ümumiləşdirmiş,
xüsusən
onun
romanları
barədə elmi-ədəbi dəyərləndirmələr aparmışdır.
İ.Maqsudovun 1964-cü ildə yazdığı “Ömür yolları” resenziyası isə şair H.Razinin
eyniadlı şeirlər kitabı barədədir [161]. Resenziyada kitabdakı
şeirlərin mövzu-ideya
və sənətkarlıq xüsusiyyətləri yüksək qiymətləndirilmişdir. İ.Maqsudov yazırdı:
“H.Razinin şeirləri gərgin yaradıcı əməyin məhsuludur. Özünə qarşı tələbkar olan
müəllif hər sözü, hər misranı, hər bədii təsvir vasitəsini yerində işlətməyə çalışır və
çox vaxt məqsədinə nail olur”.
İ.Maqsudovun bu qənaətləri təsadüfi deyildi. Belə ki, H.Razinin “Ömür
yolları” kitabı o zaman Azərbaycan ədəbi fikirin diqqətini çəkmiş,
akademik, xalq
yazıçısı Mirzə İbrahimov, şair-ədəbiyyatşünas Xəlil Rza və başqaları kitab barədə
müsbət resenziyalar dərc etdirmişdilər. M.İbrahimov yazırdı
: “Onun (H.Razinin –
A.A.) şeirlərindəki səmimiyyət oxucuda lirik qəhrəmana daxili bir məhəbbət və inam
yaradır. Hiss edirsən ki, H.Razi ... boğazdan yuxarı söz demir, daxilən duymadığı,
valeh olmadığı obrazlar işlətmir. Yəni onun sazı saxta havalar çalmır”
[139].
Sonralar Bakıya köçüb “Şərqi-Rus” qəzetinin tədqiqatçısı kimi tanınan
ədəbiyyatşünas Şövqi Novruzov 1950-ci illərin sonunda mətbuatda bəzi ədəbi-tənqidi
məqalələr dərc etdirmişdir. Onun “Naxçıvanın ədəbi qüvvələri artır”
məqaləsində
[195] qədim diyarın yeni nəsil yazarlarının yaradıcılığına nəzər salınmış, “Baş
tutmayan əməliyyat” resenziyasında isə naxçıvanlı yazıçı Cəmşid Əmirovun 1958-ci
ildə çapdan çıxmış “Sahil əməliyyatı” povesti ədəbi-tənqidi baxımdan
dəyərləndirilmişdir [194]. Mahiyyətcə detektiv əsər olan “Sahil əməliyyatı”nı
Ş.Novruzov cinayətkarların, düz yoldan azanların ifşası, qanunçuluğun aliliyi
kontekstində nəzərdən keçirmişdir.
Şair Müzəffər Nəsirlinin də ədəbi-tənqidi fəaliyyəti təqdirəlayiqdir. Akademik
İsa Həbibbəylinin yazdığı kimi:
“Müzəffər Nəsirli Böyük Vətən müharibəsindən
sonra Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının rəhbəri kimi muxtar
respublikada ədəbi mühitin yenidən canlandırılması üçün səy göstərmişdir. Naxçıvan
82
filia-lında müxtəlif ədəbi müzakirələr keçirilmiş, görüşlər təşkil olunmuşdur”
[94,
s.439]. Bütün bunlar regionda ədəbi tənqidin də inkişafına rəvac vermişdir.
M.Nəsirli 1950-1970-ci illərdə həm də bir sıra ədəbi-tənqidi məqalələr
yazmışdır.
Onun 1963-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuş
“Bəzi qeydlər” məqaləsində Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan şöbəsinin
fəaliyyətindən, şöbə ətrafında cəmləşmiş sənətkarların (H.İbrahimov, H.Razi,
Ə.Yusifli, A.Kəmalə, H.Fətullayev və s.) yaradıcılığından söz açılır [188].
Müzəffər
Nəsirlinin 1965-ci ilin iyun ayında Bakıda Naxçıvan Muxtar Respublikası ədəbiyyat
və incəsənət həftəsinin keçirilməsi ilə əlaqədar yazdığı “Biz Bakıya nə ilə gəlirik?”
(“Ədəbiyyat və incəsənət” q.,1965, 12 iyun),
Dostları ilə paylaş: