Azərbaycan respublikasi əlyazması hüququnda XX əsrdə naxçivanda əDƏBİ TƏNQİDİN İNKİŞaf yolu



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə46/68
tarix20.11.2023
ölçüsü1,63 Mb.
#163992
1   ...   42   43   44   45   46   47   48   49   ...   68
dis anar (1)

“klassikanın, folklorun və novatorluğun vəhdəti”
[164, s.130]
kontekstində araşdırması ümumən özünü doğrultmuşdur. 


100 
Naxçıvanda yaşayıb-fəaliyyət göstərən tənqidçi və ədəbiyyatşünaslar bir sıra 
kitab və məqalələrində çağdaş filoloji fikirin yeni əsərlərinə də münasibət bildirmiş, 
diqqətəlayiq elmi qənaətlər irəli sürmüşlər.
Lətif Hüseynzadənin
 
1954-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc 
etdirdiyi “Xaqani Şirvani” məqaləsi Məmmədağa Sultanovun eyniadlı kitabının nəşri 
ilə əlaqədar yazılmışdır [125].
 
L.Hüseynzadə Xaqani Şirvani irsinin sistemli şəkildə 
tədqiqində həmin elmi nəşrin əhəmiyyətini vurğulamış, xüsusən şairin bioqrafiyası ilə 
bağlı bir sıra məsələlərin dəqiqləşdirildiyini, həmçinin bəzi əsərlərinin (“Töhfətül-
İraqeyn” və s.) əhatəli təhlilini müsbət xüsusiyyət kimi qiymətləndirmişdir. Məqalədə 
tənqidi qeydlər də var. L.Hüseynzadənin bir iradı bu idi

“Müəllif iddia edir ki, guya 
Xaqani saraya gələn gündən şah və saraylara qarşı nifrət edən üsyankar şeirlər 
yazmışdır”. Halbuki böyük şair sarayın iç üzünü, rəzalətlərini görəndən sonra onun 
qəlbində dövrün hakim dairələrinə tənqidi münasibət baş qaldırmışdı. Tənqidçi bil-
dirirdi ki, 
“Xaqani özünün üsyankar ruhunu ifadə edən ən qiymətli əsərlərini ... 
ancaq saraydan uzaqlaşdıqdan və xalqa qovuşduqdan sonra yazmışdır”.
L.Hüseynzadənin “Seçilmiş şeirlər” resenziyası isə (1955) M.Ə.Sabirin uşaqlar və 
gənclər üçün şeirlərindən ibarət eyniadlı kitabın nəşri ilə əlaqədardır 
[
126]. Resenziya 
müəllifi ustad Sabirin belə əsərlərinin tərbiyəvi əhəmiyyətini qiymətləndirərkən 
kitabın müqəddiməsinin müəllifi M.Tahirlinin də mülahizələrinə əsaslanmışdır. 
L.Hüseynzadə onu da nəzərə çatdırırdı ki, 
“əsərin 
(kitabın- A.A.)
lüğət hissəsində
bəzi sözlərin mənası düzgün verilməmişdir. Sözlərlə yanaşı, bir çox ibarələr də izah
edilməli idi”. 
Ədəbiyyatşünas İzzət Maqsudovun da bəzi ədəbi-tənqidi məqalələrində filoloji 
fikrin yeniliklərinə nəzər salınmışdır. O, “Faydalı tədqiqat əsəri” resenziyasında ustad 
ədəbiyyatşünas Məmməd Cəfər Cəfərovun “Hüseyn Cavid” monoqrafiyasının (1960) 
əsas məziyyətlərini şərh etmişdir [160]. M.C.Cəfərovun bu kitabı Azərbaycan ədə-
biyyatşünaslığında Hüseyn Cavid haqqında yazılmış ilk əhatəli araşdırma idi. 
Romantik sənətkarın ömür və sənət yolunun, yaradıcılığının ideya-bədii 
xüsusiyyətlərinin, poeziyasının və dramaturgiyasının özünəməxsus keyfiyyətlərinin 
kitabda 
fundamental 
şəkildə tədqiqi məqalədə xüsusi vurğulanmış, bu 


101 
monoqrafiyanın romantik ədəbiyyatımızın öyrənilməsi sahəsində uğurlu təməl olması 
əsaslandırılmışdır. 
Naxçıvan ədəbi mühitinin nümayəndələrindən yazıçı Möhsün Möhsünovun 
“Xəmsə”nin kiçik nəşri” (“Sovet Naxçıvanı” q., 10 sentyabr 1981), tədqiqatçı 
jurnalist Əli Şamilovun “Gözəl töhfə” (“Sovet Naxçıvanı”, 13 yanvar 1980)
məqalələri və bəzi digər nümunələr də analoji mahiyyət daşıyır. İlk resenziyada dahi 
Nizaminin “Xəmsə”sindən seçilmiş parçaların kitab şəklində nəşrindən danışılmış, 
ikinci resenziya isə 1920-1930-cu illər ədəbi tənqidinin fəal nümayəndələrindən 
sayılan Əli Nazimin “Seçilmiş əsərləri”nin ədəbiyyatşünas Rasim Tağıyevin 
tərtibində nəşrinə (Bakı: Yazıçı, 1979) həsr olunmuşdur. Ə.Şamilov kitabın ədəbi 
fikir tariximizin öyrənilməsində, müasir elmi ictimaiyyətə çatdırılmasında 
əhəmiyyətini bildirməklə bərabər, Ə.Nazimin bir sıra məqalələrinin diqqətdən 
kənarda qaldığını, gələcəkdə onların da nəşrinin vacibliyini nəzərə çatdırmışdır [225]. 
Filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Mirzə Əli Möcüzün yeni 
Təbriz nəşrləri” məqaləsi isə [129] istedadlı satirikin yeni aşkarlanmış əsərlərinin
Təbrizdə kitab halında nəşri ilə əlaqədar yazılıb. Məqalədə kitabın əhəmiyyəti ilə 
yanaşı, nəşr zamanı bəzi sözlərin düzgün verilməməsi də diqqətə çatdırılmışdır. 
Naxçıvan elmi-ədəbi mühitinin nümayəndələrindən Arif Əliyevin, Cabbar 
Cəlilovun, Əbülfəz Quliyevin, Hüseyn Həşimlinin, Əbülfəz Əzimlinin, Hikmət 
Mehdiyevin və başqalarının da müxtəlif vaxtlarda yazdıqları ayrı-ayrı məqalələrdə 
müasir ədəbiyyatşünaslığın yeni uğurları diqqət mərkəzinə çəkilmişdir. Filologiya 
üzrə fəlsəfə doktoru Cabbar Cəlilovun “Maraqlı elmi məcmuə” resenziyası 
“Azərbaycan mətnşünaslığı məsələləri” adlı topluya həsr olunmuşdur. Müəllif 
respublikamızda bilavasitə və bütövlükdə mətnşünaslıq məsələlərinə dair bu ilk 
topludakı ayrı-ayrı məqalələrin müfəssəl xarakteristikasını vermişdir [45].
 
Dosent 
Arif Əliyev isə Qulam Məmmədlinin “Molla Nəsrəddin” salnaməsinə resenziya həsr 
etmişdir [64]. O, Q.Məmmədlinin arxivlərdə, kitabxanalarda uzun müddətli 
zəhmətinin bəhrəsi kimi ortaya çıxan bu nəşri yüksək qiymətləndirmiş, maraq 
doğuran ayrı-ayrı faktlar üzərində dayanmışdır. Hazırda AMEA-nın müxbir üzvü 
olan Əbülfəz Quliyevin “Dəyərli tədqiqatın bəhrəsi” resenziyası filoloq alim Yusif 


102 
Seyidovun “Yazıçı və dil” monoqrafiyasında XIX əsr-XX əsrin əvvəlləri 
ədəbiyyatımızın M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq və digər 
nümayəndələrinin əsərlərində analoji problemə münasibət məsələlərinin tədqiqinə
həsr edilmişdir [154]. 
Folklorşünas Yusif Səfərov da cari elmi-ədəbi yeniliklərə münasibət 
bildirmişdir. Görkəmli ədəbiyyatşünas, Cənublu soydaşımız Məhəmmədəli 
Tərbiyətin “Danişməndani-Azərbaycan” əsərinin doğma dildə nəşri ilə əlaqədar 
yazdığı “Qədim diyarın elm və sənət adamları” adlı resenziyada (“Sovet Naxçıvanı 
q., 1987, 13 dekabr) həmin kitabda naxçıvanlı məşhur ədiblər və alimlər barədə 
verilən məlumatlara diqqət yönəldən Y.Səfərov Elmlər Akademiyası Nizami adına 
Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Azərbaycan şifahi xalq ədəbiyyatına dair 
tədqiqlər” toplusunun VI cildinə (1981) “Maraqlı elmi-tədqiqat məcmuəsi” 
məqaləsində [219]
 
münasibət bildirmiş, İ.Abbasov, B. Abdullayev, Q.Babazadə, 
N.Seyidov və digər folklorşünasların burada yer alan yeni araşdırmalarının əsas 
problematikasını nəzərə çatdırmışdır. 
Tənqidçi Əbülfəz Əzimlinin “Sənətkar haqqında yeni monoqrafiya” 
resenziyasında (“Azərbaycan” j., 1984, № 1) professor Abbas Hacıyevin “Mirzə 
İbrahimov” kitabı əhəmiyyətli tədqiqat kimi xarakterizə olunmuşdur. Ə.Əzimlinin 
“Azərbaycan tənqidinin geniş elmi tədqiqi” məqaləsi isə (“Azərbaycan dili və 
ədəbiyyat tədrisi” j.,1986, № 1) akademik Kamal Talıbzadənin “Azərbaycan ədəbi 
tənqidinin tarixi” kitabının mühüm elmi məziyyətlərinə işıq salır. Resenziyada tənqid 
tariximizin qaynaqlarının, təşəkkülü və inkişaf tendensiyalarının, xüsusən ötən əsrin 
əvvəllərindəki mürəkkəb mənzərəsinin çoxsaylı materiallar əsasında hərtərəfli 
tədqiqi K.Talıbzadənin ciddi elmi xidməti kimi mənalandırılmışdır. H. Həşimlinin 
“Qüdrətli yazıçı” məqaləsində isə (“Sovet Naxçıvanı” q., 1987, 12 sentyabr) 
professor Kamran Məmmədovun “Yusif Vəzir Çəmənzəminli” monoqrafiyası 
yazıçının 100 illik yubileyinə layiqli elmi töhfə kimi qiymətləndirilmişdir. 
Dosent Fərqanə Kazımova isə 1990-cı illərdə AMEA-nın müxbir üzvü, 
professor Abbas Zamanovun həyat və yaradıcılğının biblioqrafik tədqiqi ilə məşğul 
olmuş, bu mövzuda dissertasiya müdafiə etmiş (1999), kitab və məqalələr yazmışdır 


103 
ki, bunlar ötən əsrin sonlarında ədəbi tənqidin çağdaş elmi-ədəbi prosesə münasibət 
faktı kimi də səciyyələnə bilir. Tədqiqatçının “Abbas Zamanov (biblioqrafiya)” 
kitabındakı (Bakı: Yazıçı, 1997, 70 s.) biblioqrafik materiallarla yanaşı, görkəmli 
alimin əsas elmi xidmətlərinin, xüsusən ustad satirik M.Ə.Sabir irsinin öyrənilməsi 
sahəsində sanballı tədqiqatlarının ümumiləşmiş şəkildə təhlili də diqqəti çəkir. 
Naxçıvandakı tənqidçi və ədəbiyyatşünaslar muxtar respublikada yaşayıb 
fəaliyyət göstərən filoloqların yeni əsərləri barədə də müntəzəm fikir bildirmiş, bır 
sıra resenziyalar dərc etdirmişlər. Dos.A.Əliyev “Tarixi romanın inkişaf yolları” 
məqaləsində professor Yavuz Axundlunun “Azərbaycan sovet tarixi romanı” 
monoqrafiyasının (1979) əsas məziyyətlərinə nəzər salmışdır [63].
 
Kitabın ilk 
fəslində tarixi romanla bağlı nəzərə məsələlərin əhatəli tədqiqini, “tarixi romanın 
tipologiyası barədə tutarlı mülahizələr” söylənildiyini qeyd edən məqalə müəllifi 
sonrakı fəsillərdə Azərbaycan tarixi romanının qaynaqları, təşəkkülü, 1930-1970-ci 
illərdəki inkişaf yolu, ədəbi fikirin bu janrda yazılmış nümunələrə münasibəti, 
inkişafın yeni mərhələsinin əsas yaradıcılıq axtarışları və s. barədə aparılan təhlilləri 
təqdir etmişdir.
Hüseyn Həşimovun 1990-cı ildə yazdığı “Müasirlik və tarixilik” məqaləsi 
[118] ədəbi tənqidin muxtar respublikada yaranan ədəbiyyatşünaslığın yeniliklərinə 
münasibəti baxımından maraq doğurur. Resenziyada professor Yavuz Axundlunun 
1975-1987-ci illərdə yazılmış tarixi romanları tədqiq edən “Tarix və roman” 
monoqrafiyasının hər bir fəslinin əsas mündəricəsinə nəzər salınmış, əsər yüksək 
qiymətləndirilmiş, həmçinin iradlar da diqqətə çatdırılmışdır (bəzi tarixi romanlara 
lazımi diqqət yetirilməməsi, digər xalqların tarixi nəsri ilə müqayisələrə yer 
verilməməsi). Naxçıvanlı ədəbiyyatşünaslar Məhərrəm Cəfərovla Hüseyn Həşimovun 
“Tarix və roman” resenziyası da (“Sovet Naxçıvanı” q., 1989, 8 fevral) 
Y.Axundlunun həmin kitabına həsr olunmuşdur. Filologiya üzrə fəlsəfə doktoru 
Rafiq Babayevin “Yaddaşın bərpası” məqaləsində isə Y.Axundlunun 1987-1997-ci 
illərin tarixi romanlarını araşdıran “Tarixi roman yeni mərhələdə” monoqrafiyası 
təhlilə cəlb edilmişdir [33].
 


104 
Azərbaycan tarixi romanının ən mötəbər tədqiqatçısı olan professor Yavuz 
Axundlu həm də böyük ədibimiz M.S.Ordubadi irsinin araşdırılmasına mühüm 
töhfələr vermişdir. Onun 1997-ci ildə çap olunmuş “Məmməd Səid Ordubadi” 
monoqrafiyası alimin çoxillik elmi axtarışlarının səmərəli bəhrəsi kimi ortaya 
çıxmışdır. Tənqidçi Əbülfəz Əzimli həmin kitaba həsr etdiyi “M.S.Ordubadi 
dühasının üfüqləri” məqaləsində [73]
 
böyük ədibin həyat və sənət yolunun 
mərhələlər üzrə, həm də əhatəli şəkildə və yeni təfəkkür işığında, çoxsaylı arxiv və 
dövri mətbuat materiallarına istinadən öyrənilməsini mühüm məziyyət saymış, ədibin 
bir sıra əsərlərinin (“İki çocuğun Avropaya səyahəti” və s.) məhz ilk dəfə Y.Axundlu 
tərəfindən sistemli tədqiqinin əhəmiyyətini vurğulamışdır. 
Naxçıvanda yaşayıb Azərbaycan ədəbiyyatşünasliğını çoxsaylı və qiymətli 
araşdırmaları ilə zənginləşdirən ustad alim İsa Həbibbəylinin kitabları, ümumən elmi-
ədəbi fəaliyyəti haqqında müxtəlif vaxtlarda yüzlərlə məqalə yazılmışdır ki, onların 
bir qismi muxtar respublikada fəaliyyət göstərən filoloq və tənqidçilər tərəfindən 
qələmə alınmışdır. Tədqiqat mövzumuza uyğun olaraq burada 1980-1990-cı illərə aid 
materialların bəzilərinə nəzər salmaq istəyirik.
Professor Akif İmanlı İsa Həbibbəylinin (Həbibovun) “Romantik lirikanın 
imkanları” monoqrafiyasına (1984) eyniadlı resenziya [140] həsr etmişdir. O, alimin 
XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının mövzu dairəsi, janrlar sistemi, 
fərdi poetik üslubları barədə sistemli, əhatəli tədqiqatının əsas məziyyətləri üzərində 
dayanmış, fikrini kitabdakı fəsillər, müddəalar və qənaətlər timsalında 
ümumiləşdirmişdir. Professor Vəliyəddin Əliyevin 1986-cı ildə yazdığı “İkisi də 
qiymətlidir” məqaləsi [70] İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi” və “Ədəbi 
yüksəliş” kitabları barədədir. Adı çəkilən birinci kitabın ədəbiyyat nəzəriyyəsi 
elminin ən son nailiyyətləri səviyyəsində yazıldığını, həm tədqiqat, həm də tədris 
baxımından gərəkli olduğunu vurğulayan resenziya müəllifi ikinci kitabı Naxçıvan 
ədəbi mühitinin dünəni və bu günü haqqında mühüm araşdırma kimi 
qiymətləndirmiş, Mirzə Cəlil, E.Sultanov, M.T.Sidqi və digərləri barədə bir çox yeni 
fakt və materialların ilk dəfə elmi dövriyəyə gətirildiyini, həmçinin müasir ədəbi 
prosesin də dəyərləndirildiyini nəzərə çatdırmışdır. 


105 
Əbülfəz Quliyevlə Hüseyn Həşimlinin 1990-cı ildə yazdıqları “Tədqiqat davam 
edir” resenziyası [30] İ.Həbibbəylinin həmin ildə nəşr olunmuş “Cəlil 
Məmmədquluzadə və ədəbi mühiti” kitabı barədədir. İ.Həbibbəylinin Mirzə Cəlilin 
ömür yolu, ailə, təhsil və ədəbi mühiti, müasirləri ilə əlaqələri, nəsil şəcərəsi barədə 
üzə çıxardığı yeni arxiv və dövri mətbuat materiallarının geniş yer aldığı bu dəyərli 
kitabın əsas məziyyətləri, elmi yenilikləri resenziyada müfəssəl şəkildə 
ümumiləşdirilmiş və yüksək qiymətləndirilmişdir. Filoloq alim Əbülfəz Quliyev 
Türkiyədə nəşr etdirdiyi “Ölümsüz şair Şəhriyar” məqaləsində (Bilge” dergisi, 
Ankara, cilt 7, 2000) isə tanınmış ədəbiyyatşünas İ.Həbibbəylinin “Ustad 
Məhəmmədhüseyn Şəhriyar” kitabından söz açmış, onu elmimizin mühüm uğuru 
kimi dəyərləndirmişdir . 
Şair-pedaqoq, professor Elbəyi Maqsudovun resenziyasında isə [157] 
İ.Həbibbəylinin çapa hazırladığı “M.T.Sidqi. Məktəb hekayətləri” kitabının elmi, 
ədəbi, didaktik mahiyyəti təhlil olunmuş, yazıçının kiçik həcmli hekayələrinin ön 
sözlə birgə nəşri klassik irsə ehtiramın ifadəsi kimi nəzərdən keçirilmişdir. Təhlillər 
sonunda E.Maqsudov haqlı olaraq belə nəticəyə gəlmişdir ki, bu kitab təkcə məktəbd-
arlıqla məşğul olanlar üçün deyil, ürəyində milli hiss, ruhunda vətənpərvərlik qeyrəti 
olan oxucular üçün də qiymətli ərməğandır. Filologiya üzrə fəlsəfə doktoru Abbas 
Bəbir oğlu Hacıyevlə Zəhra Hacıyeva da “Məktəb hekayətləri” haqqında resenziya 
[81] yazmış, kitabdakı materialların böyük maarifçi ədib M.T.Sidqinin həyat və 
yaradıcılığı barədə bilikləri dərinləşdirməsini təhlillər yolu ilə əsaslandırmışlar. 
Dosent Xanəli Kərimli isə İsa Həbibbəylinin “Xalq şairi Məmməd Araz” 
albom-monoqrafiyasına ayrıca resenziya [146] həsr etmiş, bu kitabı müasir poeziya-
mızın ustadlarından sayılan görkəmli sənətkarın ömür və sənət yolu, müasirləri və s. 
barədə dolğun məlumat verən qiymətli nəşr kimi səciyyələndirmişdir. Azərbaycan 
ədəbiyyatşünaslığında albom-monoqrafiya janrının təşəkkülü və inkişafında 
İ.Həbibbəylinin xüsusi xidmətləri olduğunu vurğulayan tənqidçi yazır: 

Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin