: “Ədəbi tənqid bu naqisliklərə
qarşı aktiv mübarizə aparmırsa, istər-istəməz“şeir axınına”şərait yaradır”
[
46,s.48].
Y.Axundovun diqqətəlayiq ədəbi-tənqidi məqalələrindən biri də yazıçı Tahir
Hüseynovun “Çətin görüş” kitabına (1990) həsr etdiyi “Torpaq dərdi, ocaq dərdi”
resenziyasıdır [23].
Tahir Hüseynovun kitabda verilmiş “Çətin görüş”, “Gecə
məhkəməsinin hökmü”, “Torpaq dərdi”, “Borçalı əhvalatları” kimi povestlərinin
ideya-bədii təhlilini verən tənqidçi xüsusən sonuncu povestin ədəbi tənqid tərəfindən
maraqla qarşılandığını, Akif Hüseynovun “Həyat sınağı” məqaləsində (1989) yüksək
qiymətləndirildiyini də xatırlatmışdır. Povestlərdə müasir sosial-mənəvi problemlərin
dolğun sənət dili ilə təqdim olunduğunu, xüsusən dəyişən kənd, dəyişən mənəviyyat
probleminin qabarıq təcəssümünü vurğulayan məqalə müəllifi kitabdakı əsərlərdən
alınan təəssüratı belə ümumiləşdirmişdir:
“Bu mürəkkəb və dramatik hadisələrlə başa
çatan XX əsrdə çox şey unudula bilər, lakin xalqın mənəvi qüdrətini və xarakterini
yaşadan amillər unudulmamalıdr”
[23, s.184]. T.Hüseynovun povestlərində nəzərə
çarpan qüsurlara da diqqət yetirən tənqidçinin haqlı qənaətinə görə, “Gecə
məhkəməsinin hökmü” povestində baş qəhrəman Qurbanın ölümü, ümumən əsərin
final səhnəsi lazımınca əsaslandırılmamışdır.
İyirminci əsrdə Naxçıvanda ədəbi tənqidin mühüm qollarından biri bədii nəsrlə
bağlıdır. Bu da təsadüfi deyil. Çünki həmin dövrdə Naxçıvanda bədii nəsr zəngin
110
yaradıcılıq yolu keçmiş, bir sıra yazıçıların əsərləri təkcə Azərbaycan miqyasında
deyil, onun hüdudlarından kənarda da tanınmışdır. Bu baxımdan xalq yazıçısı,
“Şöhrət” ordenli Hüseyn İbrahimovun yaradıcılığı xüsusilə diqqəti çəkir.
H.İbrahimovun müxtəlif vaxtlarda çap olunmuş çoxsaylı kitablarında toplanmış
hekayə, povest və romanları onun geniş yaradıcılıq diapazonunun, dolğun sənət
axtarışlarının parlaq təzahürüdür. Yazıçının bir sıra əsərləri rus, türk, belarus, tatar,
tacik və s. dillərə tərcümə olunmuşdur. Rus dilində iki kitabının nəşr edildiyini də
xatırladaq.
Xalq yazıçısı Hüseyn İbrahimovun yaradıcılığı ədəbi tənqidin diqqət
mərkəzində olmuş, AMEA-nın həqiqi üzvlərindən Məmməd Arif, Mirzə İbrahimov,
İsa Həbibbəyli, müxbir üzvlər Təhsin Mütəllimov, Kamran Əliyev, xalq yazıçısı və
şairlərindən Süleyman Rəhimov, Rəsul Rza, Qılman İlkin, Balaş Azəroğlu, Nəriman
Həsənzadə, Fikrət Qoca, professorlar Qulu Xəlilov, Yavuz Axundlu, Qara Namazov,
Şahin Səfərov, Hüseyn Həşimli və başqaları müxtəlif vaxtlarda görkəmli sənətkarın
əsərləri barədə elmi fikirlər söyləmişlər. Ədibin yaradıcılığı barədə Mətanət Saraclı
dissertasiya müdafiə etmiş, monoqrafiya yazmış [216], Hüseyn İbrahimova həsr
olunmuş şeir, məqalə, xatirə və s.-dən ibarət kitablar da çap edilmişdir [120; 126].
Göründüyü kimi, Naxçıvanda yaşayıb fəaliyyət göstərən bir sıra tənqidçi və
ədəbiyyatşünaslar da Hüseyn İbrahimovun yaradıcılığını təhlilə cəlb etmiş, xüsusən
onun nəsr əsərlərinin ideya-bədii məziyyətlərindən, müasir ədəbi prosesdə yerindən
söz açmışlar. Bu kimi materialların nəzərdən keçirilməsi təkcə H. İbrahimovun
yaradıcılıq axtarışlarına verilən qiymətin aşkarlanması baxımından deyil, bütövlükdə
Naxçıvan Muxtar Respublikasında iyirminci əsrin ikinci yarısında ədəbi tənqidin
inkişaf xüsusiyyətlərini araşdırmaq baxımından da faydalı və gərəklidir.
Yavuz Axundovun 1969-cu ildə dərc etdirdiyi “İstedadlı nasir” məqaləsində
[16] tanınmış yazıçı Hüseyn İbrahimovun Azərbaycan ədəbi mühitində diqqəti çəkən
yaradıcılığına nəzər salınmışdır. Yazıçının məişət mövzulu hekayələrindən
danışarkən Y.Axundov nəzərə çatdırır ki, “saf məhəbbət, yüksək mənəvi keyfiyyətlər
bu hekayələrdə qabarıq şəkildə qələmə alınan əsas məsələlərdəndir”. H.İbrahimovun
“Qəhrəman Qüdrətov”, “Müdirin məzuniyyəti”, “Eyvazovun salamı”, “Xəcalət” və s.
111
hekayələri isə “yalançı, yaltaq, riyakar adamların tənqid olunduğu” satirik nümunələr
kimi
qiymətləndirilmişdir.
Y.Axundov
həmin
məqalədə
H.İbrahimovun
yaradıcılığında beynəlxalq mövzulara müraciətin getdikcə qabarıqlaşdığını də yaxşı
hal saymış, müvafiq əsərləri dəyərləndirmişdir.
“Sabahın sorağında” romanında müasirlərimizi düşündürən sosial-mənəvi
problemlərin ustalıqla bədii təcəssümünə diqqət çəkən Y.Axundov ”yazıçının
sənətkarlıq cəhətdən inkişaf etdiyini, qələminin püxtələşdiyini” bildirmiş, işıqlı
idealın təntənəsini, mənfi qütbü təmsil edən qüvvələrin yaramaz əməllərinin ifşasını
məharətlə bədii müstəviyə gətirdiyini vurğulamışdır. Tənqidçi yazırdı:
“O,
(H.İbrahimov - A.A.)
kənddəki yeniliyi göstərmək, müəllimlərin işini, yaşayış tərzini,
yenilik uğrunda mübarizəsini, təsvir etmək məqsədini qarşısına qoymuşdur. Müəllifin
yaradıcılığına xas olan bir cəhət - ailə-məişət məsələlərini ön plana çəkmək meyli bu
romanda da özünü göstərir”.
“Sabahın sorağında” romanının süjet və kompozisiyası-
nı, həmçinin obrazlar aləmini yığcam təhlil edən tənqidçinin qənaəti belə idi:
“H.İbrahimov həyata yaxşı bələd olan, qələmə aldığı mövzunu yaxşı bilən yazıçıdır.
Onun rəvan
,
səlis bədii dili, rəngarəng ifadə və təsvir vasitələri, gözəl nəql etmək
tərzi vardır”.
Tənqidçi Y. Axundovun məqalədə yazıçı Hüseyn İbrahimovun “Sabahın
sorağında” romanını yüksək qiymətləndirməsi, nasirin yaradıcılığında yeni hadisə
sayması təsadüfi deyildi. Belə ki, həmin roman 1964-cü ildə “Azərbaycan”
jurnalında, iki il sonra isə kitab halında çap edilmiş, ədəbi ictimaiyyətin böyük
marağına səbəb olmuşdu. Məşhur ədəbiyyatşünas alim, akademik Məmməd Arif
Dadaşzadə “Qəhrəmanın sorağında” adlı məqaləsində romana yüksək qiymət
verərək yazmışdı:
“Müəllifin müsbət qəhrəman uğrundakı axtarışları, mənəvi-
intellektual keyfiyyətlərə malik surətlər yaratmaq təşəbbüsləri qiymətləndirilməlidir.
Yazıçının səmimiyyətlə təsvir etdiyi təmiz vicdanlı qəhrəmanları oxucuya çatdıra
bilməsi bizi inandırır ki, o, gələcəkdə də bu yolda daha müvəffəqiyyətli addımlar ata
biləcəkdir”
[31].
Ədəbiyyatşünas-tənqidçi Təhsin Mütəllimov isə 1964-cü ildə “Ədəbiyyat və
incəsənət” qəzetində dərc etdirdiyi məqalədə H.İbrahimovun “Sabahın sorağında”
112
romanındakı psixologizmə xüsusi əhəmiyyət verərək yazırdı:
“Süjet xəttindəki hər bir
hadisə əslində müsbət qəhrəmanların daxili səciyyəsinin, hamıya nümunə ola biləcək
yüksək əxlaqi sifətlərinin açılmasına, daha canlı, daha qabarıq ifadəsinə kömək edir.
“Sabahın sorağında” romanını kolxoz həyatından bəhs edən bir sıra əsərlərimizin
“ənənəvi” süjetindən fərqləndirən əsas cəhət də məhz bu psixoloji problemin ön
planda təsviridir”
[182]. Şair-publisist Cavad Cavadlı və pedaqoq Məhyəddin
Əbdülov da 1964-cü ildə yazdıqları resenziyada bu romanı “son vaxtlarda müasir
mövzuda yazılmış yaxşı əsərlərdən biri kimi” təhlil etmişlər [35].
Dostları ilə paylaş: |