113
tanınmış nasirin “Günəş doğan yerdə” romanında Naxçıvanda 1918/1919-cu illərdə
baş vermiş bəzi hadisələri canlandırarkən “vulqar sosioloji meyllərə” də yer verməsi
məqalədə nəzərə çatdırılmış, bununla belə, əsərdəki “xarakter yaratmaq məharəti,
sənətkarlıq qüdrəti” də nəzərdən qaçırılmamışdır [5, s.74].
Y.Axundlu yazıçı H.İbrahimovun “Əsrin onda biri” adlı tarixi romanına daha
yüksək qiymət vermişdir. Tənqidçi təhlillər sonunda bu qənaətə gəlmişdir ki,
H.İbrahimov Əcəmi haqqında tarixi roman yazarkən mövcud ədəbi təcrübəyə
arxalanmaqla yanaşı, özünəməxsus fərdi yazı manerasının imkanlarından da
faydalanmışdır [5, s.75]. Memar Əcəmi haqqında tarixi mənbələrdə məlumatların çox
az olduğunu qeyd edən tənqidçi onu da nəzərə çatdırmışdır ki, H.İbrahimov “Əsrin
onda biri”ni yazarkən bu məlumatları, bəhs olunan dövrün tarixi səciyyəsini
şərtləndirən digər mənbələri diqqətlə öyrənmişdir. Ümumiyyətlə, tarixi əsərlərində
dövrün koloritini, mənzərəsini real, dolğun boyalarla vermək Hüseyn İbrahimov
nəsrinin xarakterik xüsusiyyətlərindəndir. Vaxtı ilə professor Şahin Səfərov bu
barədə fikrini belə ümumiləşdirmişdi:
“Hüseyn İbrahimov tarixi əsərlərində də
yazıçı təxəyyülü və fantaziyası ilə yanaşı, tarixilik sistemini və reallığı heç vaxt
yaddan çıxarmamışdır”
[218]. Y.Axundlu məqalədə qeyd edirdi ki, “Əsrin onda
biri” romanında Atabəy Məhəmməd obrazı müxtəlif aspektlərdə səciyyələndirilir və
bunlar bir-birini tamamlayır: sərt qayda-qanunlara əsaslanan tipik feodal hökmdarı,
doğma yurdunu dərin məhəbbətlə sevən vətənpərvər, sənətə yüksək qiymət verən
dövlət başçısı, nəhayət, xarakteri ziddiyyətlərdən xali olmayan bir qəhrəman...
Y.Axundlunun fikrincə, romanda memar Əcəminin həm şəxsi taleyi, həm də
sənətkar məharəti təsirli, tutarlı boyalarla təqdim olunmuşdur. Əcəmi ilə el qəhrəmanı
Əli Şimşəyin yaxınlığına diqqət yetirən tənqidçi bunu mənəvi və fiziki qüdrətin xalq
naminə birliyi kimi mənalandırmışdır. Romanın təsirli epizodlarından biri barədə
tənqidçinin izahı bu baxımdan səciyyəvidir:
Dostları ilə paylaş: