47
çıxış etmişdilər. Həmin məruzələr o dövrün ədəbi tənqid faktı kimi maraq doğurur.
“Şərq qapısı” qəzetinin 5 may 1934-cü il tarixli sayında dərc olunmuş “Ədəbiyyat
xronikası”ndan öyrənirik ki, Mirzə İbrahimov məruzəsində o zamankı ədəbi prosesin
bir sıra məqamlarına toxunmuş, xüsusən “Azərbaycan ədəbiyyatında əmələ gələn
dönüş və müvəffəqiyyətlər üzərində” dayanmış, şair və yazıçılardan Qantəmir (Qafur
Əfəndiyev-A.A.), Cəfər Cabbarlı, Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun,
Əbülhəsən Ələkbərzadə, Mehdi Hüseyn və digərlərinin yeni əsərlərindən söz açmış,
onları sosialist ideologiyasının ədəbi ifadəsi aspektində dəyərləndirmişdi. Maraqlıdır
ki, M.İbrahimov bu sırada romantik ədib Hüseyn Cavidin də adını çəkmişdi [232].
Ə.Vəliyevin məruzəsində isə o illərin ədəbiyyatında kənd həyatı mövzusunun
aktuallığı, kənddə gedən kolxoz quruculuğunun bədii təcəssümünə diqqəti artırmaq
kimi məsələlər təhlil olunmuşdu. Bunlarla yanaşı, məruzələrdə cari ədəbi prosesin
sənətkarlıq axtarışlarına da müəyyən diqqət yetirilmişdi.
1932-ci ildə proletar yazıçıları cəmiyyəti ləğv edildikdən sonra yazıçıların
yeni təşkilatının yaradılması istiqamətində hazırlıq işləri başlanıldı. 1934-cü ildə
Naxçıvanda da sovet yazıçılar ittifaqının yerli təşkilatı yaradıldı. “Şərq qapısı”
qəzetinin 1 may 1934-cü il tarixli sayında bu barədə verilmiş məlumatdan öyrənirik
ki, Naxçıvan Sovet Yazıçılar İttifaqı təşkil olunmuş, Mirzə İbrahimov sədr, Əbdül
Kazım isə müavin seçilmişdi. İttifaqın heyətində Qurban Qurbanov, Əli Vəliyev,
Baqi Hüseynov, Lətif Hüseynzadə, Rza Şərifzadə kimi üzvlər və üzvlüyə namizədlər
təmsil olunmuşdu. M.İbrahimov, Ə.Vəliyev və B.Hüseynov Naxçıvan yazıçılar
təşkilatından Azərbaycan yazıçılarının birinci qurultayına nümayəndə seçilmişdilər.
Bu faktları M.Nəsirli də xatırlatmışdır [193, s.21-22].
Tanınmış yazıçılardan Mirzə İbrahimovun və Əli Vəliyevin 1930-cu illərin
əvvəllərində bir müddət Naxçıvanda yaşayıb fəaliyyət göstərmələrinin muxtar
respublikada “ədəbi gəncliyin inkişafı üçün ciddi əhəmiyyətə malik olduğunu”
vurğulayan professor Yavuz Axundlu bir fakta da diqqət yönəltmişdir:
Dostları ilə paylaş: