“Cəmiyyətin Cavidə qarşı çıxdığı macalda Cavidin
səngərinə adlamışdır”
[241,s.22]. Bu, həm də bir şeirində: “Həqiqəti xatir üçün
pozmaram”, - deyən Şeyxin öz ədəbi məsləkinə sədaqəti idi.
1930-cu illərdə bir sıra ədəbi-tənqidi məqalələr yazan Müzəffər Nəsirli muxtar
respublikadakı yaradıcı qüvvələrin sənət axtarışlarına müntəzəm diqqət yetirirdi.
O,“Şərq qapısı” qəzetinin 5 avqust 1934-cü il tarixli 176-cı sayında dərc etdirdiyi
“Naxçıvan şura ədəbiyyatı” adlı məqaləsində [187] “şura platformasına yaxınlaşan
köhnə
yazıçıların”
yaradıcılığındakı
yenidənqurmanı
müsbət
hal
kimi
qiymətləndirmiş, müxtəlif ədəbi nəsillərə mənsub
bəzi müəlliflərin əsərlərini təhlil
edərək uğur və nöqsan saydığı cəhətləri nəzərə çatdırmışdı.
Məqalədə o dövrün istedadlı gənc ədiblərindən olan Əbdül Kazımın
yaradıcılığını müsbət qiymətləndirən, onun “Bir qanun” adlı şeirini “məzmun və
sənət eti-barı ilə parlaq” sayan M. Nəsirli daha çox mövzu, məzmun aktuallığına
diqqət yetirmişdi:
“Əbdül Kazım yaradıcılığında olan ümumi cəhət aktual
problemlərin bədii ifadəsidir və daha mürəkkəb məsələlərin həll olunmasıdır...”.
Məqalədəki aşağıdakı mülahizə isə o illərin tənqidinin ədəbiyyata vulqar-sosioloji
52
yanaşmalarına xarakterik nümunə ola bilər:
“Ə.Kazım həyatın dialektik inkişaf
qanununu mənimsəmiş, həyatın mütəmadi dəyişməsi onu maraqlandırmışdır”.
M.Nəsirli gənc şairin bəzi hissələrini mətbuatda dərc etdirdiyi, lakin
tamamlamadığı “Səməd” poeması barədə də fikirlərini bildirir, əsərin süjetinin
əsasında dayanan cəmiyyətdəki təbəqələşmə motivini məqbul saymırdı. M.Nəsirli
gənc şairə tövsiyə edirdi ki, o, həyatı, üz tutduğu mövzunu dərindən öyrənməli, bu
məqsədlə “ən böyük kolxozların işi ilə tanış olmalı”, həmçinin əsər yazarkən
obrazlara və təsvir vasitələrinə də xüsusi diqqət yetirməlidir. Məqalə müəllifi şair-
tərcüməçi Şeyx Məhəmməd Rəsizadənin yaradıcılığına da toxunmuş, əsərlərinin
sənətkarlıq baxımından zəifliyi ilə yanaşı, ideoloji tələblərlə ayaqlaşmadığını iddia
edərək fikrini belə ümumiləşdirmişdi:
“Rəsizadə yoldaşda nöqsan cəhət əsərlərində
obrazların azlığı, təsvirin cansızlığı, verilən məsələnin məqalə tərzində inkişafıdır.
M.Rəsizadə yoldaş sosialist realizmi, inqilabi romantizmi mənimsəməli, ölkəmizin
inkişafına aid mühüm əsərlər verməyə çalışmalıdır”.
Analoji yanaşmanı o illərin Naxçıvan ədəbi mühitində fəallığı ilə seçilən
Əsgər Kəngərlinin “Proletar ədəbiyyatı uğrunda mübarizə” adlı məqaləsində də
(“Qızıl şəfəq” jurnalı, 1932, 12 yanvar) görürük. Ə.Kəngərli milli ruhlu ədib və
tənqidçilərin fikirlərinin qalmaqda davam etdiyini, yeni proletar ideologiyasının
onları hələ də əvəz etmədiyini nöqsan sayaraq yazırdı:
“...proletar ədəbiyyatı
proletar düşüncələri üzəridə qurulur. Musaxanlı, Cavid, Əmin Abid və Çobanzadə
teoriyaları bolşevik ədəbiyyat formul və problemləri ilə əvəz edilməmişdir”
[167,s.245-246].
1920-1930-cu illərdə Naxçıvanda yaşayan yazarların teatr tamaşaları ilə
əlaqədar bir sıra ədəbi-tənqidi məqalələri Tiflis mətbuatında dərc olunmuşdur.
Tiflisdə çıxan “Yeni fikir” qəzetinin 18 iyul 1923-cü il tarixli sayında “Tamaşaçı”
imzasıyla verilmiş bir yazıda iyulun 2-də Naxçıvanda Bakıdan gəlmiş Abbas Mirzə
Şərifzadə, Mərziyə Davudova və s. aktyorların göstərdikləri tamaşadan danışılır və
muxtar respublikada teatra böyük maraq olması vurğulanırdı:
“Bilet kassasının
qabağında böyük qələbəlik müşahidə olunurdu...Bu həmin camaatdır ki, əvvəllər
onlara bazarda zor ilə bilet salmaq mümkün deyildi”
[246]. Qəzetin 12 fevral 1924-
53
cü il tarixli sayında isə Naxçıvanda C.Məmmədquluzadənin “Ölülər” əsərinin
oynanılması nəzərə çatdırılmışdır.
“Yeni fikir” qəzetinin 23 may 1926-cı il tarixli sayında Seyid Səbri
Naxçıvandan göndərdiyi məqaləsində yazırdı ki, 16 mayda Bakı Dövləti Türk Dram
teatrı Naxçıvanda C.Cabbarlının “Oqtay Eloğlu” əsərini oynadı. A.Şərifzadənin
Oqtay rolunu məharətlə ifa etməsi məxsusi qiymətləndirilirdi:
Dostları ilə paylaş: |