45
tanınan Çakəri əvvəllər də tənqid edən “Molla Nəsrəddin” jurnalı bu dəfə də onu
diqqətdən qaçırmamışdı. Jurnalın 2 mart 1928-ci il tarixli 9-cu sayında “İki müxbirin
məktubundan” imzasıyla dərc olunmuş “Qızıl qələmlər cəmiyyətində” adlı yazıda
Naxçıvan ədəbiyyat təşkilatının həmin yığıncağında
oxunan bəzi əsərlərin
müəlliflərinin müasir tələblərdən uzaq düşməsinə satirik münasibət bildirilmişdi:
“İclasda ölkəmizin gənc proletar şairlərindən 80 yaşında olan Balabəy çıxışda
bulunub Şeyx Sədinin firənglərə əsir düşüb Firəngistana əsir getməsindən nağıl edib
sonra da özünün duzlu və sone üsulunda yazılmış şeirlərindən oxuyub hüzzarı
feyziyab etdi. Ondan sonra da məşhur ağlaşma şairlərimizdən 65 yaşında cavan
“futurist” Molla Mahmud Çakər çıxıb özünün yeni inşad olduğu ən son üsulda
yazılmış: saqi, baqi doldur piyaləni ey, mən nuş eyləyim peydərpey, - mətləli şeiri-
könülqapanını bir musiqi ahənginə uyduraraq oxudu... Ölkəmizə yaxından bələd
olmayanlar da deyirlər ki, Naxçıvanda şair yoxdur”
[178, s.487].
Şair Müzəffər Nəsirli “Molla Nəsrəddin”dəki həmin tənqidi materialın məhz
Mirzə Cəlil tərəfindən qələmə alındığını bildirərək sonralar bu barədə yazırdı:
“Bu
məqalədə Naxçıvanda yaradıcılığa başlayan gəncləri köhnəlik təsirindən qurtarmaq
istəməsi bizi ruhlandırdı”
[193, s.8
a
]. “Molla Nəsrəddin” jurnalının 6 sentyabr 1928-
ci il tarixli 36-cı sayında “Cız-cızzadə” imzası ilə verilmiş “Elmi müəssisələrimiz”
adlı yazıda isə Naxçıvanda elmi-ədəbi mühitin zəifliyinə diqqət yönəldilmişdi:
Dostları ilə paylaş: