“Bunlar sadəcə bədii əsərlər deyil, həm də müəllifin poetikləşmiş tərcümeyi-hal
sənədləridir. Lakin C.Cavadlı göstərilən mövzuya məhdud anlamda, şəxsi mövqedən
yanaşmamış, qələmə aldığı, təsvir və tərənnüm etdiyi hadisələri xalqın, millətin tarixi
taleyinin bədii-publisistik inikası kimi təqdim etməyi bacarmışdır”
[91,s.25-26].
Çoxillik zəhmətin bəhrəsi olan “Sürgün” kitabında C.Cavadlının repressiya
dəhşətlərini həssas sənətkar qəlbi və qələmi ilə təsirli şəkildə oxuculara çatdırdığını
yüksək qiymətləndirən İ.Həbibbəyli səciyyəvi şeirlərə nəzər salmış, sonra isə
poemaları qruplaşdıraraq müasir elmi-ədəbi baxış bucağından təhlil etmişdir.
Tənqidçi nəzərə çatdırır ki, ”Ata yurdu” poemasında sadə zəhmət adamı olan atasının
böhtanlara uğrayıb sürgünə göndərilməsini minlərlə Azərbaycan kəndlisinin faciəsi
kimi ümumiləşdirən şair “Zindandan məktublar, zindana məktublar” poemasında
sürgün həyatı yaşayan əmisinin və atasının məktubları əsasında otuzuncu illərin
amansız dəhşətlərini canlandıra bilmişdir. “Canlı şəhidlər” poemasında isə doğma
yurddan-Şərurun Dəmirçi kəndindən Qazaxıstan səhralarına qədərki sürgün
yollarında baş verən hadisələr əks etdirilmişdir.
”Əsər sürgün məşəqqətlərinin canlı
salnaməsidir”
[91,s.33].
C.Cavadlının sürgün mövzusunda yazdığı əsərlərdə Ana obrazının xüsusi yer
tutduğunu qeyd edən İ.Həbibbəyli şairin “Sürgündə gördüyüm analar”, “Acı nağıl”,
“Ana ölümü”, “Qeyrət”, ”Məsmə xala”, “İtkin bacılar” kimi poemalarını təhlil etmiş,
sürgün həyatının bütün məşəqqətlərinə mətanətlə sinə gərən, şərəfi, ləyaqəti hər
şeydən üstün tutan anaların poetik təqdiminin əsas üsullarını da aydınlaşdırmışdır.
C.Cavadlının “Düşmən iti” poemasını bütövlükdə Azərbaycan ədəbiyyatında
repressiya mövzusunda yazılmış ən kamil bədii əsərlərdən sayan alim mövzunun
təsirli detallar və ricətlər vasitəsilə ədəbi müstəviyə gətirildiyini yüksək
qiymətləndirmişdir. Poemada göstərilir ki, ailə üzvləri sürgün edilmiş xalq
düşməninin kənddə qalmış sədaqətli iti bu ocağı tərk etmir. Lakin namərd zəmanə
140
insanları elə kökə salmışdır ki, onlar xalq düşməninin itinə çörək verməyə də
qorxurlar. Çünki “itin də üstündə nəzarət vardı, ona çörək atan cəzalanardı”...
C.Cavadlının “Cəhənnəmdən qaçmış uşaq” adlı irihəcmli avtobioqrafik
mənzum romanını repressiya, sürgün mövzusunda çoxillik ədəbi axtarışlarının
əzəmətli yekunu sayan tənqidçi diqqəti həm də ona yönəldir ki, müəllif bütün
obrazları fərdi xarakter əlamətləri ilə və öz müşahidələri, yaddaş səhifələri əsasında
təqdim etdiyindən əsər çox canlı, inandırıcı səslənir.
“Sürgün” kitabındakı əsərlərin bədii məziyyətlərini də İ.Həbibbəyli yüksək
qiymətləndirmişdir:
“Cavad Cavadlı sürgün dövründə müşahidə etdiyi insanları və
üzləşdiyi hadisələri bayatı, gəraylı, layla, ağı, oxşama, poema, mənzum roman
janrlarında oxuculara çatdırmışdır...Oxşar taleli insanlar, eyni xarakterə malik olan
təzadlı hadisələr uyğun poetik formalarda bədii həyatın münasib sənət meydanına
çıxarılmışdır”
[91,s.39-4].
Professor Yusif Seyidov yazır: “
İsa Həbibbəyli müasir ədəbi prosesi diqqətlə
izləyən və bu prosesə fəal müdaxilə edən alimlərdəndir. O, müasir Azərbaycan
ədəbiyyatını yaradanların hər birinin yaradıcılığını təhlildən keçirir, onların ədəbi
prosesdəki rolunu müəyyən edir”
[217,s.76].
Bu baxımdan alimin XX əsrin
doxsanıncı illərində yazdığı digər əsərlərə də nəzər salmaq dövrün ədəbi prosesinə
elmi yanaşmanın yeni aspektlərini nəzərdən keçirmək deməkdir.
Akademik İsa Həbibbəylinin xalq şairi Məmməd Arazın yaradıcılığı ilə bağlı
elmi araşdırmaları, ədəbi-tənqidi qənaətləri xüsusilə diqqəti çəkir. Alimin 1993-cü
ildə çapdan çıxmış “Məmməd Araz (tərcümeyi-hal)” kitabından sonra elmi
axtarışlarının davamı kimi 1999-cu ildə “Xalq şairi Məmməd Araz” adlı
albommonoqrafiya nəşr etdirməsi şairin yaradıcılıq dünyasının əhatəli təqdimi ilə
səciyyələnir [90]. Həmin kitabda M.Arazın yaradıcılığı barədəki elmi-ədəbi təhlilləri
İ.Həbibbəyli bir neçə il sonra çapdan çıxmış “Ədəbi-tarixi yaddaş və müasirlik”
kitabına da daxil etmişdir [92,s.290-320]. Yüksək elmi səviyyəsi ilə seçilən bu
təhlillər 1990-cı illər Azərbaycan ədəbi tənqidində xüsusi yer tutmaqla poeziyaya
hərtərəfli, konseptual yanaşmanın, bədii mətnlərin daxili semantikasını incəliklərinə
qədər araşdırıb üzə çıxarmağın ən uğurlu nümunələrindəndir.
141
Məmməd Arazın mühiti, yaradıcılığının əsas istiqamətləri barədə söz açan İsa
Həbibbəyli onun poeziyasının ana xətləri, başlıca poetik obrazları, əxlaqi-didaktik
qənaətləri barədə dolğun elmi nəticələrə gəlmişdir. Şairin poeziyasının dərin xəlqi
mahiyyəti, əsrlərin sınağından çıxmış adət-ənənələrə bağlılığı barədə təhlillər aparan
tənqidçi ata ocağı motivinin ideya-bədii missiyasını çox dəqiqliklə aydınlaşdırmış və
elmi şəkildə ümumiləşdirmişdir:
Dostları ilə paylaş: |