B akı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Aminə


III Nitqin zənginliyi, sadəliyi, orijinallığı, münasibliyi



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix20.11.2023
ölçüsü0,52 Mb.
#165341
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   19
III Nitqin zənginliyi, sadəliyi, orijinallığı, münasibliyi. 
Nitqin zənginliyi. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi və çoxluğudur. Nitqin 
zənginliyi üçün başlıca meyar danışanın( yazanın) geniş söz ehtiyatına malik olmasıdır. Müəllif hər 
hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən-sinonimlərdən, frazeoloji birləşmələrdən

məcazlardan istifadə etməyi bacarmalıdır. Söz ehtiyatı zəngin olan, işlətdiyi söz və ifadənin 
mənasını yaxşı anlayan adam öz fikirlərini sərbəst ifadə edə bilər.
Hər bir savadlı və mədəni şəxs həmişə öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. 
Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və mütaliəni 
genişləndirməkdir.
Lüğətin artırılması üçün ən səmərəli yol mütaliədir. Bədii, elmi-kütləvi, publisist, fəlsəfi və s. 
əsərlərin müntəzəm şəkildə mütaliəsi söz ehtiyatının artırılmasına səbəb olur. Natiq öz nitqində 
mənası özü üçün naməlum söz və ya termin işlətməməlidir.
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir 
ki, söylənilən fikirlər, insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq 
rəngarən intonasiya çalarlarına malik olsun, danışan məntiqi vurğu, nitq fasiləsi, nitq tonu və 
sairədən düzgün istifadə etməyi bacarsın. 
Nitq zənginliyinin əlamətlərindən biri də onun informasiya, məzmun cəhətdən dolğunluğudur. 
Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, sübutlarla, dəlillərlə
həyati misallarla şərh edilsin.
Nitq zənginliyindən danışarkən dilin qrammatik və üslubi imkanlarından səmərəli şəkildə 
istifadə olunması, danışanın intelektuallığı, təfəkkürünün fəallığını və sairəni nəzərə almaq lazımdır.
Nitqin sadəliyi. Nitqin sadəliyi onun aydınlığı , anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi 
heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi 
tələb edir ki, orada işlənən bütün sözlər dinləyicilərin səviyyəsinə uyğun gəlsin, hamı üçün aydın və 
anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, süni ifadələrdən uzaqdır.
Nitqin sadəliyinin pozulma hallarından biri ağır və uzun cümlələr işlətmək, sözçülük, eyni 
fikrin təkrar-təkrar ifadəsidir. Məs: “Belə bir şöbənin açılması təqdirə layiqdir. Bu hadisə xüsusilə 
qeyd olunmalıdır. Biz buna çox yüksək qiymət veririk” və s.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az anlaşılan söz və 
terminlərin işlədilməsidir. Bəzən ehtiyac olmadığı halda “milli prizmadan baxmaq”, kadr 
potensialı”, “konseptual model” və s. kimi ifadələr nitqi bayağılaşdırır, anlaşılmanı çətinləşdirir. 
Xalqın görkəmli ədibləri , maarifçiləri sadə, hamının başa düşəcəyi dildə danışmağı zəruri 
saymışlar. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli yazırdı: “ Dil nə qədər açıq, sadə olsa, bir o 
qədər gözəl və məqbul olar”. 
Nitqin orijinallığı. Nitqin məziyyətlərindən biri də onun orijinallığıdır. Bu, nitqdə 
özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazışmasıdır. Nitqin orijinallığı bir 


neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz 
baxımından fərqlənməsi daha çox aşağıdakı amillərlə bağlı olur: 
1.
Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü; 
2.
Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü ; 
3.
Bir qədər ucadan , aramla danışmaq və oxumaq; 
4.
Bir qədər astadan danışmaq , daha münasib sözlər fikirləşib tapmaq; 
5.
İnformasiya çalarlarından daha bacarıqla istifadə edə bilmək; 
6.
Danışanın səciyyəvi ifadə, sitat, söz işlətməsi, nitqin xüsusi tərzdə qurulması. 
Nitqdə müəyyən bir ənənəvi forma vardır ki, natiqlər öz çıxışlarını ona uyğun qururlar. 
Məsələnin vacibliyi və aktuallığı izah olunur. Sonra mövzunun əsas məzmunu dinləyicilərə 
çatdırılır, daha sonra isə deyilənlərə yekun vurulur, bəzən ümumi nəticələr çıxarılır. Lakin natiqlərin 
çoxu yeni formalar axtarıb tapırlar. Bəziləri nitqinə atalar sözü, zərbi məsəl, bir parça şeir deməklə 
başlayırlar. Bu, natiqlik təcrübəsində səmərəli priyom kimi tətbiq edilir. 
Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bu vasitələrdən 
(təşbeh, mübaliğə, metafora və s.) yerində, uyğun şəkildə istifadə nitqi təsirli edir, ona orijinallıq 
gətirir.
Nitqin orijinallığına xələl gətirən səbəblərdən biri də mühazirəçinin hazır ifadələr işlətməsidir. 
Məs: daxili imkanlardan istifadə, məsələni dəstəkləmək, məişət problemləri və s. Natiq bu tipli 
ifadələri işlətməkdən çəkinməli, daha uyğun ifadələrdən istifadə etməlidir.
Nitqin münasibliyi. İnsanlar arasındakı dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və 
məzmunda olur. Nitq məqamına, yerinə, danışanın xarakterinə, məqsədinə görə müxtəlif şəkildə 
təzahür edir.
Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır. Danışıq neçə şəxs arasındadır? 
Nitq harada söylənilir? Danışan kimdir? Nitqin məzmunu, məqsədi necədir? Nə haqda məlumat 
verir? və s.
Qarşıya qoyduğu məqsəddən, dinləyicilərin tərkibindən və səviyyəsindən asılı olaraq nitqdəki 
sözlər, sintaktik konstruksiyalar müxtəlif olur.
Natiqlik praktikasında nitqin şəraiti, münasibliyi hər zaman nəzərə alınmalıdır. Natiq müəyyən 
edilmiş vaxt ərzində nəzərdə tutduğu məzmunun aydın, dəqiq, yığcam, eyni zamanda vaxta qənaət 
etməklə dinləyicilərə çatdırmağı bacarmalıdır. Əsasən mitinqlərdə, geniş kütlə qarşısında çıxış edən 
natiqin cümlələri qısa olur. O, mübariz suallara, şüarlara, nida cümlələrinə və s. daha çox üstünlük 
verir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin