17
milliləşdirmə adlanır. Dövlət mülkiyyət formasında xüsusi və ya kollektiv mülkiyyət formalarına
keçid özəlləşdirmə adlanır.
Özəlləşdirmə müxtəlif üsullarla aparılar bilər: dövlət mülkiyyətinin əvəzsiz və ya pulla
(adətən hərraclar yolu ilə) müəssisələrin səhmdarlaşdırılması, çek özəlləşdirilməsi və s.
yolla
xüsusi mülkiyyətə verilməsi.
Özəlləşdirmə inzibati – amirlik sistemindən bazar tipli iqtisadiyyata keçidi prosesində
mühüm mərhələdir. Azərbaycanda özəlləşdirmə prosessi 1995-ci
ildə qəbul edilmiş Dövlət
özəlləşdirmə Proqramı əsasında keçmişdir. Azərbaycan Respublikasında özəlləşdirmənin
səciyyəvi
xüsusiyyəti bu olmuşdur ki, o əhaliyyə özəlləşdirmə çeklərinin verilməsi,
həmçinin
hərraclarda (istər çek, istərsə də həmçinin pul) müəssisələrin satışı yolu ilə baş vermişdir. 2000
–ci ildə ikinci özəlləşdirmə proqramı fəaliyyətə başladı. Dövələt özəlləşdirmə Proqramına
uyğun olaraq orta və iri müəssisələrin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətinin səhmləri
aşağıdakı satış tipləri üzrə belə bölünmüşdür:
-kollektivə güzəştli satış-15%;
-çek hərracları (investisiya müsabiqələri və sövdələri -55% dən olmamaqla).
Kiçik müəssisələrin özəlləşdirilməsi zamanı obyektin dəyərinin -15%-i
əmək kollektivinin
üzvlərinə özəlləşdirmə çeklərilə satılmışdır, 85% -i açıq pul hərraclarına çıxarılmışdır.
Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri onun aparılması modelləri ilə
bağlıdır.
Azərbaycanda özəlləşdirmənin xüsusiyyətlərinə onun kənd təsərrüfatından başlanmasını aid
etmək olar.
Azərbaycanda özəlləşdirmənin xarakterik cəhətlərinə özəlləşdirmənin dünya ölkələrinin
üzünə açıq olmasıdır.
Azərbaycanda özəlləşdirmə modelinin fərqləndirici cəhətlərindən
biri də dövriyyəyə
buraxılan özəlləşdirmə çeklərinin nominal qiymətə malik olmasıdır.
Dostları ilə paylaş: