19
“İnfrastruktur” məfhumu latın sözləri infra-aşağı, altında, struktura – tikili,
birləşmədən əmələ gəlib. İnfrastruktur
dedikdə istehsal, sosial və bazar
infrastrukturu növləri başa düşülür.
Bazar infrastrukturu əmtəə
və xidmətlərin hərəkətlərini, alqı-satqı aktlarını və
ya bazara xidmət edən və onun normal rejimdə fəaliyyətini təmin etmək üzrə
müəyyən funksiyaları yerinə yetirən institutlar, sistemlər, xidmətlər, müəssisələrin
cəmini əhatə edən təşkilati-hüquqi formaların məcmusudur.
Bazar infrastrukturunun elementləri içərisində əsas
yerlərdən birini birjalar
təşkil edir. Birjaların əsasən əmtəə, fond və valyuta növləri mövcuddur.
Birjanın digər elementləri içərisində hərraclar, yarmarkalar, lizinq xidməti və s.
xüsusi əhəmiyyət təşkil edir.
Dostları ilə paylaş: