29
Fərz edək ki, 50 mol faiz FeO + 50 mol faiz MgO qarışıqda (A) 32, kütlə faiz MgO vardır.
Bunların qiymətinin müvafiq qatılıq xətlərində yerini tapsaq, B və C nöqtələrini alırıq. Bu
nöqtələrin birləşdirilib uzadılması axtardığımız birinci xətti əmələ gətirir. “0” nöqtəsindən
çəkdiyimiz perpendikulyar üzərində MgO kütlə və mol faiz sıfra bərabər olduğu üçün o da (OA)
ikinci düz xətt ola bilər.Birinci (BK) və ikinci (OA) düz xətləri uzatdıqda S nöqtəsində (simmetriya
mərkəzi ) birləşirlər.
İstənilən mol faiz qatılıqda verilmiş tərkibi S nöqtəsində birləşdirsək, onun kütlə faizlə tərkibini
MgO – A xətti üzərində tapa bilərik.
Bu yol ilə eyni qurma işləri aparsaq, kütlə faizdən mol faizinə keçmək olar. Başqa üsullarla da
bir qatılıqdan başqa qatılığa keçmək olar.
Dostları ilə paylaş: