Cari siyasət – qısamüddətli maliyyə siyasəti kimi çıxış edir. Bu siyasət il
daxilində rübləri əhatə edir.
Uzunmüddətli maliyyə siyasətinə cari və operativ siyasət daxildir.
Aparılma obyektlərinə görə, müəssisənin maliyyə fəaliyyətinin idarəolunması
siyasəti özü də iki yerə ayrılır:
- aktivlərin idarə olunması siyasəti;
- passivlərin idarəolunması siyasəti
.
Aktivlərin tərkibinə əsas və dövriyyə kapitalı, passivlərə isə xüsusi və cəlb
olunmuş maliyyələşmə mənbələri aiddir.
Təkrar istehsal prosesinin mərhələlərinə görə, müəssisənin maliyyə
fəaliyyətinin idarəolunması siyasətinə aşağıdakılar daxildir:
- istehsal sahəsində siyasət;
- bölgü sahəsində siyasət;
- mübadilə sahəsində siyasət;
- istehsal sahəsində siyasət.
Sahə əlaməti və müəssisələrin fəaliyyət növlərinə görə isə maliyyə
fəaliyyətinin idarəolunması siyasəti sonrakılara ayrılır; sənayenin, ticarətin, kənd
təsərrüfatının, investisiyanın, nəqliyyatın, istehsalak bazarının, məişət xidmətinin,
mənzil-kommunal təsərrüfatının, ictimai iaşənin, tikintinin və s. siyasəti.
Beləliklə, müəssisənin maliyyə siyasəti, onun münasibətidir və bu münasibət
ancaq maliyyə ilə əlaqədar yaranmır. Müəssisənin maliyyə siyasəti onun pul
siyasətidir. Bu siyasət müəssisənin maliyyə göstəricilərinin sabitləşdirilməsinə və
yaxşılaşdırılmasına yönəldilir.
Maliyyənin təşkilinə görə, maliyyə siyasəti aktivdir.
23
Müəssisənin maliyyə siyasətinin mərkəzi həlqəsi kimi təşkilat və pul
vəsaitinin qazanılması prosesinin aparılması çıxış edir.
Müssisə təsərrüfat subyekti kimi xüsusi maliyyə resurslarına malik olduğuna
görə, özünün maliyyə siyasətini sərbəst müəyyən etmək hüququna malikdir.
Müəssisə maliyyə siyasəti
– müəssisənin maliyyə resurslarının idarəolunması
metodlarının mə cmuudur.
Maliyyə siyasətinə daxil olan tədbirlər müəssisənin
maliyyə resurslarının formalaşması və səmərəli istifadə olunmasına yönəldilir.
Müəssisə maliyyə münasibətlərində daha sabit olmalıdır ki, həmin
münasibətlər bazar qanunları şəraitində səmərəli fəaliyyət göstərə bilsin.
Müəssisənin maliyyə siyasətinin məzmunu çoxtərəflidir və aşağıdakı həlqələri
ə
hatə edir:
- maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyanın
işlənilməsi. Maliyyənin inkişafına görə, konsepsiya iqtisadi qanunların tələblərinin
öyrənilməsi, təsərrüfatın inkişafının vəziyyətinin hərtərəfli təhlili və müəssisənin
inkişaf perspektivləri əsasında formalaşır;
- perspektiv və cari dövr üçün müəssisə maliyyəsinin istifadəsinin əsas
istiqmətləri müəyyən edilir;
- qoyulmuş məqsədlərə çatmaq üçün praktiki fəaliyyətin həyata keçirilməsi.
Müəssisənin maliyyə siyasətinin işlənilməsindən əsas məqsəd strateji və
taktiki məqsədlərə çatmağı təmin edən effektli sistemin təşkil olunmasıdır.
Müəssisədə maliyyə siyasəti hazırlanan zaman strateji vəzifələrə sonrakılar
daxildir; kapitalın strukturunun optimal müəyyən edilməsi; müəssisənin maliyyə
sabitliyinin təmin olunması; mənfəətin həcminin artırılması; müəssisənin maliyyə
fəaliyyətinin şəffaflığına nail olmaq; müəssisənin investisiya fəaliyyətinin təmin
olunması; müəssisənin maliyyə fəaliyyətində bazar mexanizmlərindən istifadə
olunması; kommersiya kreditlərindən istifadə edilməsi; qiymətli kağızların
buraxılması və s.
Hər bir müəssisə üçün taktiki maliyyə vəzifələri fərdidir. Bu vəzifələr strateji
vəzifələrdən, vergi siyasətindən, istehsalın inkişafı üçün müəssisənin mənfəətindən
istifadə imkanlarından asılıdır.
24
Müəssisələr maliyyə siyasətini işləyən zaman metodik göstərişlərdən də
istifadə edirlər.
Müə ssisə nin maliyyə siyasə tinin iş lə nilmə sinin ə sas istiqamə tlə rinə daxildir:
1.
Müəssisənin maliyyə-iqtisadi vəzyyətin təhlili;
2.
uçot siyasətinin işlənilməsi;
3.
kredit siyasətinin hazırlanması;
4.
xərclər siyasətinin işlənilməsi;
5.
borclar siyasətinin hazırlanması;
6.
dividend siyasətinin işlənilməsi;
7.
maliyyənin idarəolunması siyasətinin hazırlanması.
Müəssisənin sosial-iqtisadi və maliyyə siyasəti mütləq dövlətin iqtisadi, o
cümlədən, maliyyə siyasəti ilə əlaqələndirilməlidir.
Azərbaycan Respublikasının perspektiv üçün sosial-iqtisadi siyasətinin
məqsədi sonrakılardan ibarətdir; əhalinin ardıcıl olaraq həyat səviyyəsinin
yüksəldilməsi; sosial qeyri-bərabərliyin aşağı salınması; Azərbaycanın
müstəqilliyinin və mədəni qiymətlilərinin qorunması; dünyada Azərbaycanın
iqtisadi və siyasi rolunun yüksəldilməsi, prespektivdə iqtisadi siyasət, dünya
bazarında məhsul və xidmətlərin tələbi böyük olan sahələrin inkişafına
yönəldiləcək. Belə yanaşma zamanı ixrac sahələrini (ənənəvi) və «yeni» ixrac
(xidmət) sahələrini ayırmaq olar.
xracatçı müəssisələri mənfəət və amortizasiyanı müəssisənin texniki cəhətdən
silahlandırılmasını stimullaşdırmaq üçün mütləq elə tədbirlər görməlidirlər ki, yerli
maşınqayırma bu tədbirlərdə iştirak etsin.
Ölkədə yenidənbölüşdürmənin vahid kanalı fəaliyyət göstərir; büdcə və
büdcədənkənar maliyyələşmə məqsədli proqramlarda iştirak edir.
Dövlətin iqtisadi siyasəti yeni texnika və texnologiyanın hazırlanması
səviyyəsinin yüksəldilməsini və genişləndirilməsini nəzərdə tutur. Belə proqramm
ölkədə sənayenin, kənd təsərrüfatının, mənzil-kommunal təsərrüfatının və s.
sahələrin inkişafı üçün nəzərdə tutulur və iqtisadiyyatın real sektorunun daha da
təkmilləşdirilməsi və inkişafına yönəldilir.
25
Bazar münasibətləri və müəssisələrin tam sərbəstliyi şəraitində maliyyənin
təşkili hər şeydən əvvəl müəssisənin maliyyə siyasətinin işlənib hazırlanmasını
nəzərdə tutur. Müəssisə təsərrüfat subyekti olmaqla xüsusi vəsaitləri üçün
idarəetmə siyasətini seçmək hüququna malikdir. Müəssisənin maliyyə siyasəti –
müəssisənin maliyyə resurslarının formalaşması və səmərəli istifadə edilməsinə
yönəldilmiş
metodların
məcmuusudur.
Maliyyə
siyasətinin
işlənib
hazırlanmasından məqsəd müəssisənin maliyyəsinin idarə edilməsinin elə səmərəli
sisteminin qurulmasıdır ki, qarşıda duran strateji və taktiki vəzifələrin yerinə
yetirilməsinə bilavasitə əlverişli şərait yaratmaq mümkün olsun. Müəssisənin
maliyyə siyasətinin işlənib hazırlanmasında bir sıra funksional struktur bölmələr
(plan-iqtisadi, maliyyə, mühasibatlıq və başqaları) iştirak edirlər.
Müəssisənin
maliyyəsinin
idarə
olunmasının
maliyyə
siyasətinin
hazırlanmasının əsas istiqamətlərinə aiddir:
1.
maliyyə – iqtisadi vəziyyətin təhlili;
2.
uçot və vergi siyasətinin hazırlanması;
3.
müəssisənin borclanma siyasətinin hazırlanması;
4.
dövriyyə vəsaitinin, kreditorv və debitor borclarının idarə edilməsi;
5.
istehsal xərclərin (məsrəflərin) idarə edilməsi və amortizasiya siyasətinin
seçilməsi;
6.
mənfəətin bölgüsü və istifadəsi (yaxud dividend) siyasətinin seçilməsi;
7.
maliyyənin idarə edilməsi.
Müəssisənin maliyyə siyasəti onun sosial-iqtisadi siyasətinin bir hissəsini
təşkil edir. Müəssisənin maliyyə siyasətinin hazırlanmasından əsas məqsəd
maliyyənin idarəolunmasının səmərəli sistemini qurmaqdır. darəetmənin səmərəli
sistemi müəssisənin fəaliyyətində strateji və taktiki məqsədlərin əldə edilməsinə
yönəldilir.
Müəssisənin maliyyə siyasəti ölkənin iqtisadiyyatının ümumi vəziffətindən və
dövlətin maliyyəsinin inkişaf tendensiyalarından asılıdır. Müəssisələrin maliyyə
siyasətində onun dünya maliyyə bazarlarından asılılığı da nəzərə alınır.
26
§1.3. Müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin strateji
və zifə lə ri
Müə ssisə nin maliyyə fə aliyyə tinin idarə olunmasını tə min edə n maliyyə
siyasə tinin iş lə nilmə sinin strateji və zifə lə rinə aş ağ ıdakılar daxildir
:
1.
Müəssisənin mənfəətinin maksimumlaşdırılması;
2.
Müəssisənin kapitalının strukturunun optimallaşdırılması;
3.
Müəssisənin kapitalının quruluşunun maliyyə sabitliyinin təmin olunması;
4.
nvestorlar, kreditor və sair üçün müəssisənin maliyyə – iqtisadi
vəziyyətinin şəffaflığına nail olmaq;
5.
Müəssisənin investisiya fəaliyyətinin təmin olunması;
6.
Müəssisənin idarə olunmasının səmərəli mexanizminin yaradılmsı;
7.
Maliyyə resurslarının cəlb olünmasının bazar mexanizminin müəssisə
tərəfindən istifadə edilməsi.
Yuxarıda qeyd olunan vəzifələr çərçivəsində müəssisənin maliyyə
fə aliyyə tinin idarə olunması sahə sində aş ağ ıdakı taktiki fə aliyyə ti hə yata keçirmə k
zə ruridir:
- müəssisənin aktivlərinin bazar qiymətləndirilməsinin təmin olunması;
- büdcə və büdcədənkənar fondlara olan ödəmələr üzrə borcların ödənilməsi
vaxtının uzadılması;
- müəssisənin bazarda olan vəziyyətinin təhlilinin aparılması;
- müəssisənin inkişaf strategiyasının işlənilməsi;
- hesablaşmaların qeyri-pul formalarının azaldılması üçün tədbirlərin
işlənilməsi;
- müəssisənin əmlakının siyahıya alınmasının aparılması;
- müəssisənin əmlak kompleksinin istifadə vaxtının uzaldılması üçün
müəyyən tədbirlərin işlənilməsi.
Müasir dövrdə müəssisənin maliyyə fəaliyyətinin idarəolunması siyasətinin
işlənilməsinin əsas istiqmətləri aşağıdakılardan ibarətdir:
1.
Müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili;
2.
Uçot və vergi siyasətinin işlənilməsi;
27
3.
Müəssisənin kredit siyasətinin hazırlanması;
4.
Müəssisədə dövriyyə vəsaitinin, kreditor və debitor borclarının
idarəolunması;
5.
Xərclərin idarəolunması;
6.
Amortizasiya siyasətinin seçilməsi və hazırlanması;
7.
Müəssisənin dividend siyasətinin seçilməsi;
8.
Müəssisənin investisiya siyasətinin hazırlanması;
9.
Maliyyənin idarəolunması siyasəti.
Müəssisənin maliyyə siyasətinin işlənilməsinin istiqamətlərindən ən vacibini
təsərrüfat subyektinin maliyyə-iqtisadi vəziyyətinin qiymətləndirilməsi təşkil edir.
Ancaq müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə əsasən
maliyyə siyasəti işlənilib hazırlanır. Qiymətləndirmə prosesində əsas fikir alınmış
nəticələrin tədqiqinə və idarəetmə qərarlarının hazırlanmasına verilir. Maliyyə-
iqtisadi təhlil üçün mühasibat hesabatlarından istifadə edilir. Mühasibat
hesabtlarında əmlakın tərkibi, müəssisənin maliyyə vəziyyəti, xüsusi vəsaitin
formalaşma mənbələri, borc vəsaitinin həcmi, məhsul satışından gəlirin həcminin
qiyməti və s. göstərilir. Hesabatda olan faktiki göstəricilər müəssisə tərəfindən
planlaşdırılan göstəricilər ilə müqayisə edilir.
Müə ssisə nin maliyyə siyasə tinin iş lə nilmə si üçün aş ağ ıdakı göstə ricilə rin
hesablanması mə qsə də uyğ undur:
1. Likvidlik göstə ricilə ri:
- ödəmənin ümumi əmsalı;
- təcili likvidlik əmsalı;
- vəsaitin səfərbərliyə alınması zamanı likvidlik əmsalı.
2. Maliyyə sabitliyi göstə ricilə ri:
- borc və cəlb olunmuş vəsaitin nisbəti;
- xüsusi vəsaitlərlə təmin olunma əmsalı;
- xüsusi dövriyyə vəsaitinin manefr olunması əmsalı.
3. Resursların intensiv istifadə olunma göstə ricilə ri:
- xalis mənfəətə görə, təmiz aktivlərin rentabelliyi;
28
- satılan məhsulun rentabelliyi.
4. ş güzar aktivliyin göstə ricilə ri:
- dövriyyə kapitalının dövriyyəsinin əmsalı;
- xüsusi kapitlın dövriyyəsinin əmsalı.
Maliyyə siyasətinin işlənilməsinin ikinci istiqamətini uçot siyasətinin
hazırlanması təşkil edir.
Uçot siyasətinin işlənilməsi müəssisədə mühasibat uçotunun aparılmasının
metod və üsulları sistemi hesab olunur. Bütün müəssisələr üçün uçot siyasəti
«Mühasibat uçotu üzrə «Təşkilatın uçot siyasəti» Əsasnaməsinə uyğun
aparılmalıdır.
Müəssisənin maliyyə
– iqtisadi vəziyyətinin təhlilinin nəticələrinə əsaslanaraq
uçot siyasə tinin bu və ya digə r variantlarının ə sasnamə si hazırlanılır. Bu
istiqamə tdə qə bul edilə n qə rarlardan aş ağ ıdakılar asılıdır:
- büdcəyə ödənilən vergilərin miqdarı və məbləği;
- büdcədənkənar fondlara ödənilən vergilərin, ayırmaların məbləği;
- balansın quruluşu.
Müə ssisə nin kredit siyasə tinin iş lə nilmə si.
Müəssisədə kredit siyasətinin
işlənilməsi üçün balansın passivinin quruluşu təhlil edilir və nəticədə xüsusi və
cəlb olunmuş vəsaitin xüsusi çəkisi hesablanılır və xüsusi dövriyyə vəsaitinin
çatışmamazlığı müəyyən edilir. Hesablamalara, əsasən borc vəsaitinə olan tələbatın
həcmi müəyyənləşdirilir.
Müəssisənin kredit siyasətində kredit təşkilatı, faiz stavkasının həcmi, kreditin
silinmə müddətləri nəzərə alınır.
Xə rclə rin idarə olunması və amortizasiya siyasə tinin seçilmə si.
Müə ssisə nin maliyyə siyasə tinin xə rclə rin idarə olunması bölmə
sində xərclər
və rentabellik səviyyəsinin maliyyə təhlili haqqında məlumatdan istifadə edilir.
Təhlilin nəticələrinə əsasən xərclərin optimallaşdırılması və müəssisənin zərərsiz
işinin əldə edilməsinə dair tədbirlər hazırlanılır.
Müəssisənin maliyyə siyasətində amortizasiya siyasətinin seçilməsi böyük
ə
həmiyyət kəsb edir.
Zəruri hallarda qanunauyğun olaraq müəssisədə sürətli
29
amortizasiya siyasətindən istifadə olunur. Bu zaman o xərcləri artırmaqla sürətli
amortizasiya fondunu təşkil edir. Müəssisə eyni zamanda əsas fondların yenidən
qiymətləndirilməsini həyata keçirə bilər. Amortizasiya ayırmalarının hesablanma
üsulu müəyyən olunur.
Müəssisənin dividend siyasəti səhmdar cəmiyyətlərində hesablanılır. Maliyyə
siyasəti hazırlanılan zaman dividendin üstünlüklərini və nöqsanlarını
qiymətləndirmək zəruridir. Son nəticədə dividendlərin ödənilməsinin optimal
variantı tapılmalıdır. Müəssisənin dividend siyasəti işlənilən zaman mütləq
müəssisənin perspektiv inikşafı üçün xərclər də nəzərə alınmalıdır.
Müə ssisə nin maliyyə sinin idarə olunması siyasə ti, müə ssisə nin maliyyə sinin
idarə olunmasının müasir sistemi planlaş ma, normalaş dırma və tə nzimlə mə yə
ə
saslanır.
Belə ki, müəssisənin istehsal fəaliyyətinin sabitliyinin təmin
olunmasının ən vacib elementini maliyyə planlaşdırılması sistemi təşkil edir.
Maliyyə planlaş dırılması aş ağ ıdakılardan ibarə tdir:
- müəssisənin struktur bölmələrinin fəaliyyətinin büdcə planlaşdırılması;
- müəssisənin fəaliyyətinin sərbəst büdcə planlaşdırılması.
Müəssisənin struktur bölmələrinin fəaliyyətinin büdcə planlaşdırılmasının
zəruriliyi:
- maliyyə resurslarının qənaəti məqsədi ilə;
- qeyri-istehsal xərclərinin ixtisarı ilə;
- plan göstəricilərinin dəqiqləyinin və düzgünlüyünün artırılması ilə;
Müə ssisə lə rdə aş ağ ıdakı ara büdcə sisteminin təş kili mə qsə də uyğ undur
:
- əməyin ödənilməsinin büdcə fondu;
- material xərclərinin büdcəsi;
- enerjinin istehlakı büdcəsi;
- amortizasiya büdcəsi;
- sair xərclər büdcəsi;
- krditlərin və istiqrazların silinməsi büdcəsi;
- vergi büdcəsi.
30
II FƏS L
MÜƏ SS SƏ N N MAL YYƏ FƏ AL YYƏ T N N DARƏ OLUNMASI
S STEM N N SƏ MƏ RƏ L TƏŞ K L – MAL YYƏ S YASƏ T N N Ə SAS
MƏ QSƏ D D R
§2.1. Müəssisənin maliyyə fəaliyyətinin və maliyyə vəziyyətinin məzmunu
Müəssisənin maliyyə fəaliyyəti onun iqtisadi fəaliyyətinin tərkib hissəsini
təşkil edir.
Müəssisənin maliyyə fəaliyyəti cari və investisiya tələbatlarının ödənilməsi,
maliyyə resurslarının müəyyən olunması, formalaşması və bölüşdürməsində
nisbətlərin gözlənilməsi, xərclərin maliyyələşdirilməsi, nəzarətin aparılması və s.
ə
laqədardır.
Belə liklə , müə ssisə , firma və ş irkə tlə rin maliyyə fə aliyyə ti onların iqtisadi
fə aliyyə tinin bir hissə si olmaqla aş ağ ıdakılarla ə laqə dardır:
- dəyərin pul formasının hərəkətinin təmin olunması ilə;
- cari və investisiya tələbatlarının ödənilməsi ilə (sadə və geniş təkrar istehsal
xərcləri);
- pul vəsaiti və maliyyə resurslarının formalaşmasında, bölüşdürülməsində və
xərclərin maliyyələşdirilməsində nisbətliklərin müəyyən edilməsi və saxlanılması
ilə;
- biznesin operativ, cariv ə strateji inkişafı ilə əlaqədar pul, qiymət və s.
üzərində maliyyə nəzarətinin həyata keçirilməsi ilə.
Müəssisənin maliyyə fəaliyyəti hər şeydən əvvəl onün əsası olan müəssisə,
firma və şirkətlərin maliyyəsinin fəaliyyəti ilə əlaqədardır. Lakin müəssisədə
maliyyənin təşkilinin səmərəliliyi onun maliyyə vəziyyəti ilə ölçülür. Belə ki,
təsərrüfat subyektinin maliyyə vəziyyəti onun bütün pul dövriyyəsinin təşkilinin
səmərəliliyindən bir başa asılıdır.
Müəssisənin maliyyəsinin səmərəli təşkili kimi, onun maliyyə vəziyyəti çıxış
edir. Müəssisənin maliyyə vəziyyəti bütün pul dövriyyəsinin səmərəliliyindən
asılıdır. Ona görə də, maliyyədən fərqli olaraq, müəssisənin maliyyə fəaliyyəti
31
daha geniş sferanı əhatə edir. Bu isə onu göstərir ki, maliyyə fəaliyyəti ancaq
müəssisənin maliyyəsi deyil.
Müə ssisə nin maliyyə fə aliyyə ti yönə ldilir:
- pul hesablaşmalarının təmin edilməsi üzərində nəzarətin aparılmasına;
- pul gəlirlərinin alınmasına;
- pul yığımının və maliyyə resurslarının formalaşması və bölüşdürülməsinə.
Müəssisənin çox tərəfli maliyyə fəaliyyəti plan-proqnoz, cari və operativ
maliyyə sənədləri əsasında həyata keçirilir. Müəssisədə planlaşma, tənzimləmə və
nəzarət obyekti kimi pul və maliyyə münasibətləri çıxış edir.
Müəssisənin maliyyə fəaliyyətinin əsas obyektini müəssisə maliyyəsinin
məzmununu təşkil edən çoxtərəfli pul-maliyyə münasibətləri təşkil edir. Belə
münasibətlərin tərkibində geniş təkrar istehsal prosesində meydana çıxan pul
münasibətləri vacib rol oynayır.
Hər bir təsərrüfat subyektinin səmərəli fəaliyyəti onun sabit maliyyə vəziyyəti
şə
raitində mümkündür. Müəssisənin maliyyə sabitliyi isə onun maliyyə imkanları
ilə xarakterizə olunur. Müəssisənin maliyyə imkanları bütün pul öhdəliklərinin
vaxtında aparılmasını təmin edir. Əgər müəssisə öz öhdəliklərini vaxtlı-vaxtında
ödəyə bilməzsə, bu o deməkdir ki, o normal fəaliyyət göstərmək iqtidarında deyil.
Müəssisənin maliyyə vəziyyəti onun fəaliyyətinin nəticəsi ilə əlaqədardır.
Müəssisənin
maliyyə
nəticəsi ilə
müəssisənin
maliyyə
fəaliyyəti
qiymətləndirilir.
Maliyyə nəticəsi –
müəssisə, firma, şirkət və s. təsərrüfat subyektlərinin əlavə
dəyərinin obyektiv və çevrilmiş mövcudluğunu ifadə edən formasıdır. Bu forma
pul daxil olmaları ilə pul xərclərinin müqayisəsinə əsaslanır. Müəssisədə hər bir
pul daxil olmaları və xərcləri arasındakı fərq maliyyə nəticəsini ifadə edir.
Pul formasında ifadə olunan və realizə edilən dəyərin bir hissəsini maliyyə
nəticəsi təşkil edir. Beləliklə, maliyyə nəticəsi yeni yaradılan dəyərin bir hissəsidir
və onun qanunauyğun olaraq pul formasında ifadəsi mövcuddur.
Maliyyə nə ticə si
– müəssisənin maliyyə-təsərrüfat, istehsal və s. fəaliyyəti
nə ticə sində formalaş ır. Belə liklə , maliyyə nə ticə si
– realizə olunan dəyərdir.
|