Müxtəlif dövrlərdə Bakı şəhərinin yaşıllaşdırılması
Mərhələ
-lər
İllər
Keçən
dövr (il)
Salınmış yaşıllıq sahəsi
İllər
üzrə
Orta
hesabla
1 ildə
Adambaşına
düşən (m
2
)
yaşıllıq
I
1880-
1920
40 20,26
0,5 0,6
330
II
1921-
1940
20 241,0
12,5
3,43
III
1941-
1945
5 0,0
0,0
3,07
IV
1946-
1970
24 2719
113,0
6,5
V
1971-
1975
4,5 2520
560,0
17,2
VI
1976-
1980
5 4100
820,0
20,0
1981-ci il yanvarın 10-da 44-cü Bakı şəhər partiya konfransındakı nitqində H.Ə.Əliyev demişdir: «Son 10 il
ərzində Bakıda yaşıllıqların sahəsi 3,4 dəfə genişləndirilərək 9,6 min hektara çatdırılmışdır. Şəhərin bütün
rayonlarında yeni yaşıllıq sahələri yaradılmışdır. Təkcə 1980-ci yubiley ilində 500 hektardan çox yeni sahələr
yaşıllaşdırılmış, 20 yeni bağ və bağça salınmışdır». Sonra H.Ə.Əliyev mütəxəssislərin 2000-ci ildə adambaşına
yaşıllığın 23 kvadratmetrə çatdırılması fikrini tənqid edərək qeyd edirdi ki, elə bu gün şəhərimizdə adambaşına
20 kvadratmetr yaşıllıq düşür. Halbuki 1970-ci ilə həmin göstərici cəmi 6,5 kvadratmetr təşkil edirdi. Beləliklə,
2000-ci ilədək yeni hesablamalar aparmaq lazımdır.
Bakı şəhərində və Abşeronda indiyə qədər salınan yaşıllıqları, onların istifadə funksiyasına görə aşağıdakı
qruplara ayırmaq olar:
- Şəhər parkları. Bura aşağıdakılar daxildir:
.. Nizami parkı 1880-1890-cı illərdə Bakının Qaraşəhər deyilən hissəsində salınıb. Hazırda parkda 30
ədəddən artıq hələb şamı qeydə aldıq. Onlar parkın əsas sakinləri olub yaraşıqlı və möhtəşəm gövdələri ilə
seçilirlər. Boyları 18-20 m, diametrləri 40-48 sm təşkil edir. Diametrləri 60-84 sm olan tut ağacları da özlərini
yaxşı hiss edir. Parkda olan lələk ağaclarının boyları 16-20 m, diametrləri isə 64-84 sm-dir. Yapon saforasının
diametri 52 sm-dir. bağda 1 ədəd at şabalıdı (h=13 m, d=42 sm), zeytun, birgöz, 1 ədəd yapon əzgili var.
..Zabitlər parkı 1930-cu ildə 3,1 ha sahədə salınıb. Əsas ağac cinsi daş palıddan ibarətdir.
.. Dənizkənarı park (bulvar) birinci hissəsi 1908-ci ildə Azərneft meydanından Kukla teatrına kimi, II
hissə 1931-32-ci illərdə Kukla teatrından hökumət evi istiqamətində, III hissəsi isə 1938-ci ildə Azneft
meydanından köhnə «İnturist» mehmanxanasına qədər olan ərazidə salınaraq, zaman-zaman rekonstruksiya
edilmiş, əsasən, ekzot ağac və kol cinslərindən istifadə edilmişdir.
.. Dağüstü park, hazırkı Şəhidlər xiyabanı;
.. Zığ parkı, 1930-cu ildə 50 ha sahədə salınıb. Zeytun, eldar şamı, nar, sərv, əncir, nar, püstə ağaclarından
istifadə edilmişdir.
- Şəhər bağları. Bura qubernator bağı (1850-1860-cı illər), Axundov bağı (1925), Malakan bağı (1900-
1910), dəmir yolu bağı (1880), Sabir, S.Vurğun, S.Qazıyeva, Montin, İliç. fontanlar və b. daxildir. Bu bağlar
vaxtaşırı rekonstruksiya olunaraq, yeni ağac və kollar əlavə edilmişdir.
- Səhiyyə – qoruyucu əhəmiyyətli meşə-parklar. Bu istiqamətdə işlər 1970-ci ildən sonra aparılmışdır.
Bura Qaraşəhərlə 8-ci km arasında, Zığ zeytun plantasiyası, 8-ci km-Bakıxanov qəsəbəsi-Qaraçuxur arasında
salınan yaşıllıqları aid etmək olar.
Bakı şəhərinin şimal hissəsində yerləşən Biləcəri yaşıllıqları, qanlı göl, Badamdar, Şor göl və Şıxov
yaşıllıqları da meşə-park rolunu oynayır.
- Şəhərətrafı meşə parkları. Bura Ceyranbatan gölü ətrafındakı və aeroport yanındakı meşə-parklar
daxildir.
- Kurort meşə parkları. Bura Buzovna, Zaqulba və Bilgəhdə yerləşən 7 sağlamlıq ocaqları ərazisində
salınan yaşıllıqlar daxildir.
Qeyd etmək lazımdır ki, Bakı şəhərində və Abşeron yarımadasındakı yaşıllıqlar qeyri-bərabər yerləşmişdir.
Bu baxımdan şəhərin yaşıllıq salmaq mümkün olmayan, dar küçəli köhnə hissəsi daha kasatdır. Havaya çoxlu
miqdarda toksik maddələr ayıran metallurgiya, kimya, neft-kimya və sənayenin digər sahələrinin ərazilərində
yaşıllıq işlərinin aparılması daha çətindir. Belə müəssisələr Abşeronda, əsasən, Qara şəhərdə, Sumqayıtda və
Qaradağda yerləşir. Onların ətrafında və ərazilərində ilbəil salınan yaşıllıqlar demək olar ki, tamamilə məhv
olur. Belə ki, belə şəraitdə əkilən bitkilər havadan yerüstü orqanları ilə və torpaqdan aldığı zəhərli maddələr
tərəfindən məhv edilir. Odur ki, yaşıllıqlar salarkən sənaye obyektlərinin yanındakı çirklənmiş sahələrin
meşəbitmə şəraiti nəzərə alınmalı və əkindən qabaq müvafiq tədbirlər görülməlidir.
Hazırda Abşeron və Bakıda salınan yaşıllıqlarla qısaca tanış olaq.
- Zığ parkı – dənizə yönələn alçaq təpəli relyefdə səciyyələnir və Əhmədli yaylası şimal tərəfdən əsən
küləkdən bu ərazini qoruyur. Burada salınan zeytun bağları çox gözəl nəticə verməsinə baxmayaraq onlar hissə-
hissə məhv edilərək, yerində xüsusi tikintilər salınır.
- Şıxov parkı sahəsində dənizə yönələn özünəməxsus amfiteatr yaranır və şimal küləyindən qorunur.
Dənizdən əsən cənub küləyi zamanı hava yodla, mineral duzlarla zənginləşir ki, o da amfiteatrın ərazisində
331
(parkda) saxlanılır. Badamdar yaylası şəhərdən gələn səsin və şimal küləyinin qabağını alır, eyni zamanda
şəhərdən gələn sənaye çirkləndiricilərinin parka daxil olmasının qarşısını alır. Ərazinin yaşıllaşdırılması başa
çatdıqda Şıxov parkı Şıx yamacının Xəzərə baxan amfiteatrında «Dostluq» parkı və Bayıl yamaclarının
yaşıllıqları ilə birlikdə vahid cənub-qərb yaşıl qurşağını yaradacaq. Hazırda Xəzərin səviyyəsinin qalxması ilə
əlaqədar dəniz kənarındakı yaşıllıqların bir hissəsi quruyur və yerində qamışlıqlar yaranır.
Bayıl yamacları və «Dostluq» parkı yaşıllıqlarında əsasən eldar şamından, qismən həmişəyaşıl sərvdən
istifadə edilmişdir. Bibi-heybət (Şıxov) qəsəbəsinə yönələn dik yamacın (35-45
0
) cənub cəhətində süxur
qırıntıları, iri qayalıqlar arasındakı yaşı 100-dən artıq olan 5 ədəd püstə ağacı diqqəti cəlb edir. Ağacların boyu
4-5 m, diametrləri 24-32 sm-dir. Ağaclar bol meyvə gətirir. Bu ağaclar yəqin ki, keçmişdə salınan püstə bağının
yadigarlarıdır. Səhranı xatırladan bu yamacda tək-tək yovşana, qanqala, kəvərə və efemerlərə təsadüf olunur.
Maraqlıdır, sahədə tək-tək püstə yeniyetmələrinə təsadüf olunur. Lakin onlar qoyunlar tərəfindən məhv edilir.
Yayın qızmarında qoyunlar bu ağacların altında kölgədə daldalanır. Bu isə torpaq qatının yuyulmasına və
qayalığın səthə çıxmasına səbəb olmuşdur.
- Şəhriyar parkı (köhnə Dzerjinski) şəhərin sıx əhali yerləşən massivində idman qurğuları kompleksi
ərazisində salınmışdır. Əhalinin ən çox gəzinti və istirahət yeri hesab olunur. Parkda eldar şamı üstünlük təşkil
edir. Böyük qruplarda zeytun ağacları yaxşı nəticə vermişdir, lakin onlar suvarılmadığı üçün bir qədər solğun,
sıxıntılı görünür. Sərv və şam ağacları suvarılmasa da, alçaq boylu olmasına baxmayaraq, öz görkəmini saxlayır.
Aylant və yapon saforası ağacları görkəmsiz olmaları ilə yanaşı, həm də qurumağa doğru gedir. Şam ağacları
altında pittosporum kolları olduqda caczibədar görünür. Bağın aşağı girəcəyində fəvvarənin yanında yoğunluğu
70 sm olan geniş çətirli daş palıd ağacı bağa yaraşıq verir. Onun yaxınlığında bağın mikroçökək hissəsində lələk
və aylant ağacları quruyur, iydə və yulğun kolları isə yaraşıqlı görünür. Burada bir kökdən qoşa duran boyu 13-
14 m, diametrləri 24-28 sm olan ekvaliptlər öz gözəllikləri ilə seçilir. Stadiondan Çaparidze heykəlinə doğru
Azadlıq prosepektinə qədər parkda yalançı sabun ağacı, lələk, qarağac üstünlük təşkil edir, tut və malyüra
ağacları da çox əkilmişdir. Lakin bu ağacların heç biri özünü doğrultmur, onlar suvarılmadıqda solğun görünür,
göbələk xəstəliyinə tutulduğundan ağacların qurumaqları müşahidə olunur. Sonralar sərv ağacları müdaxilə
edildiyindən xiyabanın görkəmində canlanma görünür.
Azadlıq prospektindən Semaşko xəstəxanasına doğru 50 m enində xiyaban eldar şamı, zeytun, sərv
ağaclarından ibarət olub çox yaraşıqlı görünür. Xiyabanda tut, maklyura, lələk olan sahələrdə ağacların
quruması və seyrəlməsi müşahidə olunur.
Bütün bunlar göstərir ki, Şəhriyar parkında və ondan ayrılan xiyabanda tədricən rekonstruksiya işləri
apararaq, əsasən həmişəyaşıl ağac növlərindən (şam, sərv, zeytun, daş palıd, evkalipt, yapon əzgili, sidr və s.)
istifadə edilməlidir.
- Ceyranbatan gölü ətrafında 1954-cü ildən başlayaraq 300 ha-dan artıq sahədə qoruyucu meşələr
salınmışdır. Apardığımız tədqiqat işləri göstərdi ki, bu məqsədlə əsasən eldar şamı, yaşıl göyrüş, şabalıdyarpaq
palıd və sərvdən istifadə olunmuşdur. Həmçinin lələk, tut, gilənar, zeytun, ağcaqayın, mantar palıdı, ərik,
qarağac, badam, saqqızağac, qovaq, ağ akasiya, yulğun, birgöz, naz, nar, şaftalıdan istifadə edilmişdir. Qeyd
edək ki, çox vaxt ağacların qarışdırılmasında onların bioloji xüsusiyyətləri nəzərə alınmamışdır. Son illər
suvarma aparılmadığından ağacların çoxunda quruma müşahidə olunur. Bu baxımdan eldar şamı, sərv, palıd,
saqqız, naz daha dözümlüdür.
- Qanlıgöl meşə parkı, gölün şimal və şimal-qərb hissəsində salınmışdır. Lakin hazırda bu yaşıllıqlar hissə-
hissə qırılıb yerində tikinti işləri aparılır. Burada ilboyu yaşıllığın mal-qaraya otarılması nəticəsində ağaclar
məhv olmağa doğru gedir.
- Neftayırma zavodu (NBNZ) ilə 8-ci kilometr qəsəbəsi arasında yaşıllıq Əhmədli yaylasının yaşıllıqları
ilə geniş massiv yaradır. Bu böyük yaşıllıq massivi böyük səhiyyə-gigiyena əhəmiyyəti daşıyır, 8-ci kilometr
yaşayış massivini, Qara şəhəri bir neçə neftayırma və neft-kimya zavodlarının zərərli təsirindən qoyulur.
Hazırda bu böyük yaşıllıq massivi demək olar ki, başlı-başına buraxılıb, onun çox hissəsində suvarma
aparılmadığından ağaclarda quruma müşahidə olunur. Suvarmanın aparılmaması nəticəsində ən çox qovaq,
topulqa, akasiya, ərkivan ağacları quruyub sıradan çıxır, göyrüş, itburnu, zeytun, qarağac, birgöz, oleandr da
susuzluqdan solur, tədricən onlarda quruma müşahidə olunur. Safora və zeytun qurumasa da yarpaqları
xırdalaşır, bürüşür və görkəmini itirir. Eldar şamı və sərv bütün ağac növlərindən daha dözümlü olduğunu
göstərir və suvarılma dayandırıldıqda belə, öz həyatiliyini saxlayır. Qeyd edək ki, bu yaşıllıqlar da hissə-hissə
məhv edilir və yerində müxtəlif tikintilər salınır.
- Qaraçuxur qəsəbəsi rayonunda meşə-park 8-ci km qəsəbəsindəki yaşıllıqlarla birləşərək Bakı şəhərinə
geniş panorama yaradır. Lakin bu yaşıllıqlar da hissə-hissə məhv edilərək, yerində müxtəlif tikinti işləri aparılır
və sahəsi get-gedə azalır.
- Biləcəri meşə parkı Biləcəri yamaclarında, qayalı sahələrdə salınıb, əsasən eldar şamından ibarət olub
təbii meşəliyə bənzəyir. Bu meşə-park Bakı şəhərinə şimal tərəfdən daxil olub, Biləcəri rayonu əhalisinin gözəl
istirahət məskənidir.
332
- Aeroport meşə parkı. Bakı şəhəri ilə Aeroport arasında yolboyu bağ salınmışdır. Bu ərazi şəhərdən
kənarda yerləşib əhalinin istirahət yeridir. Burada ağacların kəsilməsi və yerində ticarət tikintilərinin
yaradılması adi hal olmuşdur.
- Abşeron yaşıllıqlarını Ü.M.Ağamirov, F.M.Məmmədov 16 sağlamlıq ocağı ərazisində dənizdən olan
məsafələrinə görə 2 qrupa bölür:
1. Abşeronun şimal-şərq hissəsində dəniz sahilində yerləşən sağlamlıq ocaqları. Bura Buzovna, Zaqulba və
Bilgəhdə yerləşən 7 sağlamlıq ocağı daxildir.
2. Yarımadanın şimal-şərqində, dənizdən 3-5 km aralı yerləşən sağlamlıq ocaqları. Bu qrupa Mərdəkan və
Şüvəlan qəsəbələrində yerləşən 9 sağlamlıq ocağının yaşıllaşdırılmasında 93 ağac və kol növündən
istifadə olunmuşdur. Bilgəhdə yerləşən kardioloji sanatoriyaları ərazisinin yaşıllaşdırılmasında 48 növ,
Buzovnada yerləşən 4 və 5 saylı istirahət evlərinin, uşaq sümük-vərəm sanatoriyasının yaşıllaşdırılmasında isə
cəmi 10-16 ağac və kol növündən istifadə edilmişdir.
Lakin son illər Bilgəh sanatoriyaları ərazisindəki yaşıllıqlara lazımi qulluq edilmədiyindən, çox yerdə
suvarılmadığından ağaclarda xəstəliklər və quruma müşahidə olunur.
Zaqulbada yerləşən Daxili İşlər Nazirliyinin istirahət tipli sanatoriyasının ərazisində apardığımz tədqiqat
işləri göstərdi ki, ərazinin dənizə yönələn iri qayalı yamacında çoxdan aza doğru aşağıdakı ağac və kollardan
istifadə edilmişdir: iydə, naz, zeytun, badam. Badamlar bol, keyfiyyətli meyvə gətirir. Dənizə gedən asfalt yolu
boyu eldar şamı və sərvdən istifadə olunmuşdur. Qayalar arasında əkilən üzüm kolları da bol məhsul verir.
Suvarma aparılmasa da, ağaclar özünü yaxşı hiss edir. Ərazinin düzən hissəsində əsasən eldar şamı və sərvdən
istifadə edilmişdir. Onlarla nar kolları bol məhsul verir. 4 ədəd çinar ağacı, 10 ədəd dəfnə, zeytun özlərini yaxşı
hiss edir.
Abşeron yarımadasının ərazisində üzümlüklər, bağlar, tərəvəz bitkiləri əkinləri, çoxlu şor göllər, yaşayış
sahələri, neft vışkaları və s. olduğundan başdan-başa meşə-parkların salınması qeyri-mümkündür. Lakin
şəhərdən kənarda iri meşə-parkların yaradılması olduqca vacib məsələdir. Relyef və torpaq şəraiti meşə-
parkların salınmasına, onların suvarılmasına imkan yaratmadıqda orada quraqlığa davamlı olan eldar şamı,
püstə, əncir, qismən də zeytundan istifadə etmək məqsədəuyğundur.
Abşeronda çətin iqlim şəraitini, xüsusən şimal küləklərini nəzərə alaraq meşə-parklar hakim küləklərə
(xəzriyə) perpendikulyar, yəni qərbdən-şərqə doğru yerləşdirilməlidir.
«Soyuzqiprolesxoz» tərtib etdiyi sxemə əsasən Abşeron yarımadasında 29,3 min ha qoruyucu meşə
zolaqları salınmalıdır. Salınacaq yaşıllıqlar yarımsəhra landşaftını kökündən dəyişərək başdan-başa istirahət
meşə-park zonasına çevirəcək, iqlim və hava şəraitini yaxşılaşdıraraq, yayın qızmar havasını mülayimləşdirib
şimal küləklərini zəiflədəcəkdir. Bununda yanaşı, salınan meşə-parklar böyük estetik əhəmiyyətə malikdir.
Rekultivasiya yolu ilə Abşeronda neft mədənləri tərəfindən çirklənmiş 10 min ha-dan artıq sahədə
yaşıllaşdırma işləri yerinə yetiriləcək, orada ilk növbədə çətin torpaq şəraitinə dözümlü ağaclardan maklyura,
aylant, yulğun, Amerika ağcaqayını, yapon saforası, iydə, yalançı sabun ağacı, yaşıl göyrüş, oleandr, ispan nazı,
amorfa, sarı akasiya, qarağac, qismən eldar şamı və zeytundan istifadə olunması məsləhətdir.
Abşeronun ağır iqlim-torpaq şəraitində yaşıllaşdırma məqsədilə ağac-kol bitkilərinin introduksiyası üzrə
aparılan çoxillik təcrübə, salınan yaşıl ağaclıqların, parkların, meşə-parkların və bağların tərkibində ağac-kol
cinslərinin çeşidlərini genişləndirməyə, onların tərkibini zənginləşdirməyə imkan yaradır.
Abşeronda becərilən qiymətli ağac cinsləri ilə (zeytun, tut, püstə, badam, əncir, eldar şamı, hələb şamı və s.)
yanaşı, indi dekorativ cəhətdən qiymətli bir sıra cinslərindən də istifadə edilir. Onlardan çinarı, yapon saforasını,
dəmirağacı göstərmək olar. Son vaxtlar yaşıllaşdırma işlərində çinarla yanaşı, gözəl çiçək açan və qiymətli ağac-
kol cinslərindən daş palıd, yapon əzgili, sərv, dəfnə, at şabalıdı, ipək akasiyası, ispan nazı, nar, yapon heyvası,
dovşanalması növləri, hind yasəməni, ərkivan, pirakanta növləri, pittosporum, himalay sidri, evkalipt və
maqnoliyanı göstərmək olar.
Yaşıllaşdırma işlərində azqiymətli ağaclardan amerika ağcaqayını, göyrüşyarpaq ağcaqayın, meliya,
maklyura və çiçəklədiyi vaxt çox pis iyi olan aylantdan çox istifadə edilməməlidir. Görkəmli yerlərdə palma,
maqnoliya, himalay sidri, yapon əzgili və daş palıda üstünlük verilməlidir.
Tut və qovaq növlərinin erkək nüsxələrindən istifadə edilməsi məsləhətdir. Çünki tutun meyvəsi yetişən
dövrdə küçələri, adamların üst-başını çirkləndirir, dişi qovaq növləri isə ətrafa çoxlu tük yayır.
Ümumiyyətlə, şəhər və qəsəbələrdə evlərin arasında və yollar boyu qovağın əkilməsi məsləhət deyil, çünki
bu ağaclar sürətlə böyüyərək tez qocalır, yıxılır, binaları və əhalini təhlükə altına alır.
Azqiymətli ağacları rekosntruksiya etdikdə küçələrin ümumi arxitekturasına uyğun olub oraya əlavə yaraşıq
verən qiymətli ağac növlərinin iri əkin materialından (10 yaşdan yuxarı) istifadə edilməlidir.
Ü.M.Ağamirovun (2000) məlumatına görə Azərbaycanın yaşıllaşdırılmasında 346 ağac və kol növü və
formasına təsadüf edilir. Bunlar 166 cinsə və 70 fəsiləyə aid olan 168 ağac növü və formasından, 167 kol növü
və formasından və 11 sarmaşan və dırmaşan kollardan ibarətdir. Bu ağacların 28 növü və forması iynəyarpaqlı,
11 növü həmişəyaşıl yarpaqlı, 129 növü yarpağını tökənlərdir. Kolların 4 növü və forması iynəyarpaqlı, 58-i
həmişəyaşıl, 99-u yarpağını tökən, 6 növü yarım həmişəyaşıldır.
333
Yaşıllaşdırmada istifadə olunan ağac və kolların 99 növü Qafqaz florasına aid olub 28%, qalan 247 növü isə
ekzot növlərdir, bu, yaşıllıqlarda olan ağac və kolların 72%-ni təşkil edir. Bunlar əsasən Şərqi Asiya (Yaponiya,
Çin, Uzaq Şərq) florasından 74 növ, Şimali Amerika florasından 50 növ, Aralıq dənizətrafı florasından 24 növ,
Avropadan 16 növ, Orta Asiyadan 8, İran və Kiçik Asiyadan 8 və digər regionlardan 15, meyvə ağacları 11 növ
və 38 forma hibrid bitkilərdən ibarətdir (Ağamirov, 2000).
Bu onu göstərir ki, respublikamızda yaşıllaşdırma işlərində Qafqaz, o cümlədən Azərbaycan florasında olan
ağac və kol növlərindən lazımi dərəcədə istifadə edilməmişdir. Onlardan Lənkəran akasiyası, dəmirağac,
şabalıdyarpaq və digər palıd növləri, dovşanalması, Xəzər lələyi, tozağac növləri, qarmaqvari şam, saqqızağac,
qafqaz xurması, ardıc növləri, vələs, ağcaqayın növləri, yalanqoz, qızılağac, qaraçöhrə və başqalarını göstərmək
olar.
Respublikamızın müxtəlif torpaq-iqlim şəraitini nəzərə alaraq onun müxtəlif təbii zonalarında yaşıllaşdırma
işlərində Ü.M.Ağamirovun (2000) təklif etdiyi siyahıya əlavə və düzəlişlərlə aşağıdakı ağac və kol növlərinin
istifadə olunmasını məqsədəuyğun hesab edirik.
- Abşeron-Qobustan rayonu (Bakı, Sumqayıt şəhərləri daxil olmaqla): eldar şamı, həmişəyaşıl sərv, daş
palıd, avropa zeytunu, Lənkəran (ipək) akasiyası, hələb şamı, himalay sidri, yapon əzgili, yapon saforası,
xırdayarpaq qarağac, Türküstan qarağacı, evkalipt, traxakarpus palması, xamerops palması, dağdağan, ərkvan,
suriya gülxətmi, püstə, badam, tobira pittosporumu, naz kolu, oleandr, həmişəyaşıl başın ağacı və b.
- Zaqatala-Şəki zonası üçün: iriyarpaq cökə, qafqaz cökəsi, adi şabalıd, at şabalıdı, uzunsaplaq palıd,
Krım şamı, dəmirağac, italiya şamı, maqnoliya, qafqaz xurması, tikanlı küknar, iriçiçək maqnoliya, pişikdırnağı
və b.
- Quba-Şamaxı zonası üçün: Krım şamı, şabalıdyarpaq palıd, qaraçöhrə, qafqaz cökəsi, yapon əzgili, adi
göyrüş, adi qoz, himalay sidri, sərv, Krım şamı.
- Mərkəzi Aran rayonları (Kür-Araz ovalığı) üçün: eldar şamı, hələb şamı, həmişəyaşıl sərv, şərq çinarı,
saqqızağac, püstə, badam. avropa zeytunu, adi qoz, uzunsaplaq palıd, heyva, nar, Amerika gövrüşü, evkalipt,
dağdağan.
- Gəncə-Qazax zonası üçün: qafqaz cökəsi, iriyarpaq cökə, həmişəyaşıl sərv, şərq çinarı, tikanlı küknar,
Krım şamı, veymut şamı, italiya şamı, himalay sidri, yapon xurması, qafqaz xurması, yapon əzgili, yapon
xriptomeriyası, iriçiçək maqnoliya.
- Naxçıvan respublikası üçün: naldənd, şərq çinarı, araz palıdı, dağdağan, Krım şamı, daş palıd, tozağac,
virginiya ardıcı, suriya göyrüşü, quşarmudu növləri, adi göyrüş, çoxmeyvəli ardıc, araz palıdı, badam, yemişan,
iberiya ağcaqayını, söyüdyarpaq armud.
- Lənkəran-Astara zonası üçün: azatağac, dəmirağac, Lənkəran akasiyası, pekan, dəmirağac, pişikdırnağı
(mimoza), adi şabalıd, at şabalıdı, himalay sidri, tikanlı küknar, ağşam, iriyarpaq cökə, Xəzər lələyi, samşit,
həmişəyaşıl sərv, Krım şamı, qaraçöhrə, şabalıdyarpaq, palıd, dəfnə, evkalipt, qanadmeyvə yalanqoz və b.
- Yuxarı Qarabağ üçün: Qafqaz cökəsi, Krım şamı, adi şam, şərq palıdı, şərq çinarı, engelman küknarı,
tozağac, adi göyrüş, qafqaz vələsi və b.
XVI Fəsil
HEYVANAT ALƏMİ
Təbiətdə heyvan və bitkilər sıx əlaqədə olur. Heyvanlar bitkilərlə qidalanmaqla bərabər, həm də onlara xeyir
verir.
Havanı bitkilərin fotosintezi üçün istifadə etdiyi karbon qazı ilə zənginləşdirir, torpağı peyinlə gübrələyir,
çarpaz tozlanmaya (həşəratlar) şərait yaradır, bitkilərin yayılmasına (toxumun aparılması ilə) kömək edir. və s.
Yerüstü və su heyvanlarından qida məhsulları, dəri xammalı, xəz-dəri və s. almaq üçün istifadə olunur. Hazırda
Yer kürəsi əhalisinin yarıya qədəri xroniki zülal aclığı keçirir. 3 mln tona qədər qiymətli heyvan zülalı, yəni 15mln
ton ət çatışmır. Odur ki, heyvandarlığı inkişaf etdirməklə yanaşı, həm də ovluq balıqların, məməlilərin və quşların eh-
tiyatlarından səmərəli istifadə etmək lazımdır.
Hər hansı heyvanın sayının dəyişməsi bir sıra səbəblərlə baş verir. Bunlardan ən başlıcası populyasi-
ya, növ və ya bütövlükdə qruplaşmanın yaşayış şəraitinin antropogen dəyişməsi, digəri isə bəzi heyvan
növlərinin bilərəkdən müəyyən məqsəd üçün ovlanması və ya məhv edilməsidir.
334
Şəkil 16.1. Heyvanat aləminin təbiətdə və insan həyatında əhəmiyyəti
(Korobkin, Peredelski, 2001)
Heyvanların yaşama mühitinin dəyişməsi ən çox texniki inkişafla bağlıdır. Çaylarda bəndlərin tikilməsi, su
anbarlarının yaradılması həyat mühitini tamamilə dəyişir. Şəhərlərin «hücumu» heyvanların yaşayış şəraitini kö-
kündən dəyişdirir: iri məməlilər yoxa çıxır, quş növlərinin sayı kəsgin azalır, əksinə bəzi növlərin (göy göyərçin,
şəhər sərçəsi, boz qarğa və b.) kütləvi artmasına imkan yaranır.
Suvarma, xüsusilə nəmli yerlərin qurudulması bitki və heyvanların həyat şəraitini dəyişdirir. Belə sahələr
kənd təsərrüfatında istifadə olunur.
Heyvanların kütləvi və nəzarətsiz ovlanması onların məhv olması təhlükəsinə səbəb olur. Bu səbəbdən ada-
larda yaşayan heyvanların əksəriyyəti artıq planetimizdə mövcud deyildir. vəhşi heyvanların sayının kəsgin
azalması Afrikanın avropalılar tərəfindən müstəmləkələşirilməsi dövründə başlandı. XIX əsrin sonu, XX əsrin
əvvəlində Cənubi Afrikada iri vəhşi heyvanlar – fil, kərgədan, kəl və b. demək olar ki, məhv edilmişdir. Belə
bir təhlükə Şərqi və Mərkəzi Afrikanı da gözləyir.
Son 100 il ərzində hər il orta hesabla bir növ sıradan çıxır. J.Dorstun (1968) məlumatına görə eramızın
başlanğıcından indiyə kimi insanın günahı ucundan 120 növdən artıq məməli heyvan, 150 növdən artıq quş
növünün nəsli kəsilmişdir.
Cədvəl 16.1.
Dostları ilə paylaş: |