Azərbaycana gələn turistlərin sayı (nəfərlə)
Ölkələr 1997 1998 1999 2000
MDB ölkələri 132151 301287
427564
346483
İran 103724
139300
121604 242354
Türkiyə 28709
19103
10390
20961
Böyük
Britaniya
8636 5197 2281
-
ABŞ 4392
3257
1763
-
Almaniya 3456 3283 1423 --
İsrail 8157
1898
822 -
Pakistan 1362
728 411 6
Fransa 1235
609
348 -
Hindistan 1097 431 216
-
Suriya 405
208
94 1
Kanada 503
93 90 -
İtaliya 162
482
239 -
Başqa ölkələr 11841 7287
34802
71202
Cəmi 305830
483163
602047
681000
Qeyd edək ki, respublikamıza gələnlərin içərisində tranzit sərnişinlər, şəxsi və işgüzar məqsədlərlə gələnlər
üstünlük təşkil edir.
Cədvəl 19.6.
Azərbaycana gələn və Azərbaycandan xarici ölkələrə təşkil olunmuş şəkildə gedən turistlərin sayı
1994
1995
1996
1997
1998
1999
Azərbaycana gələn
turistlərin sayı
43551 47514 16350 22507 47780 11365
Azərbaycandan
gedən turistlərin
sayı
35786 68788 74045 100370 83496 51737
- Dəqiq rəqəmlər məlum deyil.
** Cədvəl 2001-ci ilin aprel ayına qədər fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Nazirlər Kabıııineti
yanında Xarici Turizm Şurasının statistik məlumatları əsasında tərtib olunmuşdur.
385
Cədvəl 19.7
Az
ərbaycana g
əl
ən v
ə respublikadan
xarici ölk
əl
ər
ə ged
ən turi
stl
ərin say
ı v
ə onlar
ın
sə
fə
r müdd
ətind
ə x
ərcl
ədi
kl
əri m
əbl
əğ
*
C
ədv
əl – ÜT
T-nin statistikas
ına
əsa
sə
n t
ərtib olunmu
şdur.
- r
əq
əml
ər m
əlum deyil
386
Fəsil XX
BƏŞƏRİYYƏTİN SOSİAL PROBLEMLƏRİNİN
EKOLOJİ ASPEKTLƏRİ
20.1. Urbanizasiyanın ekoloji aspektləri
Urbanizasiya və ya şəhərlərin və şəhər əhalisinin çürətlə artması mühüm ümümdünya problemlərindən biri
sayılır. Bu proses mühüm qlobal dəyişgənlik kateqoriyasına aid edilir. 1966-cı ildə dünyanın şəhər əhalisi 2,64
mlrd, yaxud ymumi əhali sayının 46% -ni təşkil edirdi. Dünya əhalisinin ümumi artması fonunda 1990-91 -ci il-
lərdə şəhər əhalisinin artımı ildə 2,5% idisə, kənd əhalisinin il ərzində artımı yalnız 0,8% olmuşdur. Yer əhalisi
dəqiqə ərzində 150 adam, hər gün – 220 min, il ərzində isə – 80 milyon adam artır. Dünyanın inkişaf etməkdə
olan ölkələrinin əhalisinə gün ərzində 150 minə yaxın adam əlavə olunur.
Demoqrafik partlayışın və urbanizasiyanın səbəbləri ayrı-ayrı ölkələrdə müxtəlif olmuşdur. XVIII əsrin orta-
larından başlayaraq və XIX əsrin başlanğığına kimi Yer əhalisinin sayının artması hazırda inkişaf etmiş kateqo-
riyasına aid edilən ölkələrdə, yəni ABŞ və Böyük Britaniyada olmuşdur. Lakin XX əsrin ortalarından etibarən
dünyada əhalinin sayının artmasını inkişaf etməkdə olan ölkələr təyin edir, bunun əsas səbəbi bu ölkələrdə sosial
inkişafla bağlı olmuşdur. Belə ki, ölüm hadisəsi nisbətən sürətlə aşağı düşmüş, doğum isə əhalinin sağlamlığının
yüksəlməsilə əlaqədar çoxalmışdır. Bununla yanaşı dünya cəmiyyətinin inkişaf etməkdə olan ölkələrinə hərtə-
rəfli yardım göstərilməsi epidemiyanın azalmasına və bütövlüklə tibbi xidmətin yaxşılaşmasına şərait yaratmış-
dır.
Hazırda əhalinin yüksək artım tempi Afrika və Mərkəzi Amerikada- ildə 3% -ə yaxın, Cənubi Amerikada –
2,2%, Asiyada 1,8% təşkil edir. Milyarddan artıq əhalisi olan Çində isə demoqrafiq siyasətin keçirilməsi nəticə-
sində əhali artımı kəsgin aşağı düşmüşdür.
Əhalinin artımı digər mühüm proses olan urbanizasiya – əhalinin şəhərlərdə cəmləşməsi və meqalopolisin
əmələ gəlməsidir. Urbanizasiya cəmiyyətin inkişafının bütün sahələrində mütərəqqi rol oynayır. Bu prosesdə
əhalinin artımı üçün müsbət şərait yaranır, kənd yerlərində yaranan əhali artımı işçi qüvvəsi kimi şəhərlərdə
cəmləşir, müxtəlif peşələrə yiyələnərək daha məhsuldar əməklə məşğul olur. Ona görə belə ölkələrdə əhalinin
ümumi artımı əsasən şəhər əhalisinin hesabına gedir. Belə ölkələrdə urbanizasiya demoqrafik proseslərin tən-
zimləyicisi rolunu oynayır. Ürbanizasiyanın bilavasitə iki əsas səbəbi vardır: 1) Şəhərlərə kənd yerlərindən,
həmçinin digər ölkələrdən əhalinin miqrasiyası; 2) Şəhərlərdə doğum hadisəsinin ölümdən çox olması.
Şəhər əhalisinin sayının yaxın keçmişdə və yaxın gələcəkdə artımı 20.1. saylı cədvəldə göstərilir:
Cədvəl 20.1.
Şəhər əhalisinin artması
Kontinent
Əhalinin sayı, mln.
adam
Şəhər əhalisinin payı, %
1975 1995 2025 1975 1995 2025
Afrika 104 250 804 25 34
54
Avropa 454 535 598 67
74
83
Ş.və Mər.
Amerika
235 332 508 57
68
79
Cən.
Amerika
138 249 406 64
78
88
Asiya 592 1198
2718 25 35
55
Okeaniya 15 20 31
72
70
75
Dünya 1538
2584
5065 38 45
61
Cəmi 30 il əvvəl 1975-ci ildə təxminən dünya əhalisinin üçdə biri şəhərlərdə yaşamışdır. 2000-ci ildən
sonrakı onillikdə dünya əhalisinin yarıdan çoxu şəhərli olacaq, 2025-ci ilə yaxın isə şəhər əhalisi dünya
əhalisinin demək olar ki, üçdə ikisini təşkil edəcəkdir.
387
Hazırda inkişaf etmiş ölkələrdə şəhər əhalisinin sürətlə artımı təxminən yüz il əvvəl qeyd olunmuşdur. Cari
50 il ərzində isə (1975-2025) bu ölkələrin şəhər əhalisi az artacaq. Lakin şəhər əhalisinin sayının artımının 90%-
ə qədəri inkişaf etməkdə olan ölkələrin hesabına gedir. Afrika və
Asiyanın əhalisinin üçdə biri hazırda şəhərlərdə yaşayır, 2025-ci ildə
bu rəqəm 50%-ə çatacaqdır.
Şəhər əhalisinin artımı şəhərdən-şəhərə və ölkədən-ölkəyə doğru daha
güclü gedir. Bu vaxtdan, ən yüksək göstərici (təxminən ildə 5 %) ən kasıb,
az inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bəzi ölkələrdə (Birkina-Faso,
Mozambik, Nepal, Əfqanıstan və b.) şəhər əhalisinin artımı hətta ildə 7%-ə
çatır.
İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayı çox olduğundan
əhalinin artım göstəricisi (%-lə) az olduqda belə ümumi əhali artımı
xeyli çox olur.
Øÿêèë20.2. 1400 - 2000-úè èëëÿðäÿ Éåð ÿùàëèñèíèí àðòûìû
Əhalisi 8 milyondan artıq olan meqalopolis 1950-ci ildə dünyada cəmi iki olmuşdur. Nyu-York - əhalisinin
sayı 12,3 mln. və London – 8,7 mln. olmuşdur. 1990-cı ildə belə meqalopolislərin sayı 21 olmuşdur, onun 16-sı
inkişaf etməkdə olan ölkələrin payına düşür, 2025-ci ildə meqalopolisin sayı 33, o cümlədən 27-si inkişaf et-
məkdə olan ölkələrdə olacaqdır.
Aşağıda 30 ən böyük şəhərlərin siyahısı verilir.
Dünyanın ən iri şəhərləri, mln. adamla (1995-ci il)
Шякил 20.1 Дцнйа демогра-
фик тенденсийасы вя ши-
мал-ъянуб йарымкцрялярин-
й
388
1. Tokio (Yaponiya)…….27,0
2. Mexiko (Meksika)……16,6
3.San-Paulo (Braziliya)…16,5
4.Nyu-York (ABŞ) . ……16,3
5.Bombey(Hindistan)..….15,1
6.Şanxay (Çin) ………….13,6
7.Los-Anjeles (ABŞ) ...…12,4
8.Kalkutta (Hindistan) …11,9
9. Buenos-Ayres (Argen)..11,8
10.Seul(Cən.Koreya)……11,6
11.Pekin (Çin)…………11,3
12. Osaka. (Yaponiya) ….10,6
13. Laqos (Nigeriya)……10,3
14. Rio-de-Janeyro (Braz)10,2
15. Deli (Hindistan)…….9,9
16. Karaçı (Pakistan)…….. 9,7
17. Qahirə (Misir)………….9,7
18. Paris (Fransa)………….9,5
19. Tyan-Şan (Çin)………..9,4
20. Manila (Filippin)………9,3
21. Moskva (Rusiya)……….9,3
22. Cakarto (İndoneziya)….8,6
23. Dakka (Banqladeş)…….8,5
24. İstambul (Türkiyə)……..7,9
25. London (Böyük Brit.)….7,6
26. Çikaqo (ABŞ)………..6,8
27. Tehran (İran)…………6,8
28. Lima (Peru)…………..6,7
29. Banqkok (Tayland)…..6,5
30. Essen (Almaniya) …….6,5
İri şəhərlər və ona bitişik ərazilər böyük antropogen təzyiqlərə məruz qalır.
Qeyd etmək lazımdır ki, çox iri şəhərlərlə yanaşı, şəhərlərin yığışması (toplanması), yəni konurbasiya baş
verir. Məsələn, Yaponiyada Xonsyu adasında şəhər salınması (tikilməsi) praktiki olaraq fasiləsiz Tokiodan Ko-
beyə qədər 500 km-dən artıq məsafədə uzanır və bu şəhərlərlə birlikdə Yaponiyanın ikinci böyük şəhəri Osaku,
ölkənin iri limanı, mühüm sənaye mərkəzi Naqoya və digər şəhərlər birləşir. ABŞ-ın şərq sahilyanı ərazisində
konurbasiya böyük zolaq şəklində şəhəpləri birləşdirərək Vaşinqtondan Bostona qədər uzanır, Nyuyorku, Fila-
delfiyanı, Baltimoru və başqa şəhərləri də birləşdirir.
Orta ölçülü şəhərlərin çoxu meqalopolislərdən daha tez böyüyərək sürəti ildə 5% -i keçir.
Bəzi aqlomerasiyalar və meqapolislərdə
əhali artımının dinamikası
Cədvəl 20.2.
Meqalopolislər və
aqlomerasiyalar
Əhalinin sayı, mln. nəfərlə.
1950 il
1985 il
2000 il
Tokio-Yokoqata 6,7 17,2
17,1
Nyu-York 12,3
15,3 15,5
Kalkutta 4,6
11,0
16,6
Sanxay 5,8
11,8
13,5
Böyük Buenos Ayres
5,3
10,9
-
Mexiko -
18,1
26,3
San-Paulo -
15,9
24,0
Rio-de-Janeyro - 10,4 13,3
Seul
10,2
13,5
Böyük Bonbey
-
10,1
16,0
Dehli -
-
13,3
Bunun nəticəsində əhalisi 1 mln-dən 10 mln-a çatan olduqca çoxlu şəhərlər meydana çıxır. 2025-ci ilə qədər
dünyada 516 –ya qədər (1990-cı ildə 270 idi) belə şəhərlər olacaqdır.
Şəhər ərazilərinin, xüsusən meqalopolislərin antropogen dəyişmə dərəcəsi olduqca yüksəkdir. Şəhərin təbii
landşaftları çox primitiv olub bura parklar, xiyabanlar, bəzən süni salınmış meşəliklər, dəniz və çay sahilləri da-
xil olur. Sadə və davamsız ekosistemlərdə faunadan yalnız ayrı-ayrı quş və heyvan növləri qalır, insan fəaliyyəti
tullantılarından parazitlik edən heyvanlar, (siçovul), quşlara (qarğalar) və həşaratlara (tarakanlar-tətbəx böcəklə-
ri) çox rast gəlinir.
Böyük şəhərlərdə havanın sənaye müəssisələri və nəqliyyat vasitələri və s. ilə çirklənməsi böyük ekoloji prob-
lemlər yaradır. Bu haqda «Atmosfer havası» fəslində ətraflı məlumat verilmişdir.
Mülayim qurşağın şəhərlərində praktiki olaraq malyariya (qızdırma) zəstəliyinə rast gəlinmir. Buna səbəb
buradakı ölkələrin nisbətən varlı və səhiyyəsinin yüksək səviyyədə olmasılə deyil, oranın iqliminin sərinliyi ilə
bağlı olub malyariya törədiciləri tam inkişaf tsiklini keçirə bilmir.
Cakarta şəhərinin təbii şəraiti bir sıra ciddi ekoloji problemləri, o cümlədən suyun keyfiyyət problemini mü-
389
əyyənləşdirir. Şəhərin düzən relyefi ilə əlaqədar kanalizasiya sistemi açıq kollektor şəbəkəsi olub məişət çirkab-
larını toplayır. Belə bir sistem şəhərin əhalisi yarım milyon olan vaxt tikilərkən effektli olmuşdur. Hazırda isə bu
kanalizasiya sistemi sayı 12 milyona çatan şəhər əhalisinin həyat fəaliyyətinin məhsullarının tullantılarına ca-
vab verə bilmir. Burada çirklənmə yalnız yerin səthində deyil, hətta yeraltı sulara keçərək su təchizatında ciddi
təhlükə yaradır. Cakartada çirkli sudan istifadə edilməsi nəticəsində baş verən mədə-bağırsaq xəstəlikləri ilə
əlaqədar yaşı 5-ə qədər olan uşaqların 20% -nin ölümünə səbəb olmuşdur.
Səhərlərin əhalisinin sıxlığı sistemlərə antpogen təsirin əsas dərəcə göstəricisi hesab olunur. Bu təsir şəhərin salındı-
ğı yerdən, adət-ənənədən, nəqliyyat və digər şəraitdən asılı olaraq dəyişir. Şanxay və Kalkuttanın bəzi rayonlarında əhali-
nin sıxlığı hektarda 800-1000 nəfər/ təşkil edir. Bunu varlı ölkələrin mənzil və evlərindəki əhalinin sıxlığı ilə müqayisə et-
mək olar. Banqkoka və Seulda da əhalinin sıxlığı xeyli yüksək olub 300-400 nəfər//ha təşkil edir. ABŞ –ın şəhərlərində isə
göstərici 70 nəfər//ha və daha aşağıdır.
Həm nəhəng aqlomerasiyalar, həm də bir qədər kiçik şəhərlər – «milyonerlər» müxtəlif növ ekoloji fəlakət (bədbəxt-
lik) və gərginlikdir.
Urbanizasiyanın aspektləri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə müxtəlifdir. Kasıb ölkələrin şəhərlərinin
sürətlə (tez) böyüməsi ətraf mühitə kəsgin təzyiq göstərir. Bununla bərabər şəhərin yaşaması onsuz mümkün olmadan
həyattəminedici sistemlərin hamısı həddən artıq yüklənmiş olur, onların inkişafı əhalinin artımını təmin etməyə çatışmır.
Bunlara su təchizatı, kanalizasiya, zibilin toplanması və təkrar işlənməsi, elektrik enerjisi təchizatı və s., həmçinin təhsil
sistemi, tibbi yardım və sosial təminat aiddir. Bunun nəticəsmdə şəhər əhalisinin yaşayışı və sağlamlığına təhlükəli və-
ziyyət yaranır.
390
Cədvəl 20.3.
Dünyanın iri konurbasiyaları
Adı və ölkə
Konirbasiya
nın əsas
şəhərləri
Konur
basi-
yadakı
eleme
nt-
lərin
sayı
Sahə,
min
kv.km.
- lə
Əhalis
i, mln.
nəfər
Sıxlığı
nəfər/
kv.km
Məsaf
ə
Şimali-
Şərqi,
ABŞ
Boston,
Nyu-York,
Filadelfiya,
Baltimor,
Vaşinqton
40 170 50 225
1000
Gölətrafı,
ABŞ
Detroyt,
Klivlend,
Pitsburq,
Çikaqo
35 160 35 220
900
Kaliforniy
a, ABŞ
San-
Fransisko,
Los Anjeles,
San-Diyeqo
15 100 18 180
800
Tokaydo,
Yaponiya
Tokio,
İokoqama,
Kavasaki,
Naqoyo,
Ktoto,
Osaka, Kobe
20 70 55 780
700
Midlands,
İngiltərə
London,
Birmenqem,
Mançester,
Liverpul
30 60 30 500
400
Reyn,
Almaniya
Kanştadt,
Reyn-Pur,
Pur-Mayn
30 60 30 500
500
Hər halda hazırda 220 milyon şəhər əhalisi yararlı içməli su mənbəyindən məhrumdur, şəhərlərdə yaşayan 420 mil-
yondan artıq adamın hətta sadə tualeti belə yoxdur. Şəhər zibilinin 30…66%-i yığılmır. Zibillər, xüsusən ən kasıb əhali
yaşayan zonalarda (məhəllələrdə) toplanıb qalır. Belə zonalar şəhərə bənzəmir, lakin məhz bu ərazilərdə əhalinin böyük
hissəsi yaşayır, onları yalnız «şərti» olaraq şəhərli saymaq olar.
İnkişaf etmiş ölkələrdə şəhərlərin mühüm ekoloji problemləri bu və ya digər dərəcədə həll olunmuşdur. Məsələn, bir çox
şəhərlərdə son onilliklərdə havanın və suyun keyfiyyəti yaxşılaşmışdır. Tokioda 1960-cı illərdə küçə hərəkətini nizamlayan
polis işçiləri oksigen maskalarından istifadə etmişlər. İndi isə havanın vəziyyəti xeyli yaxşılaşmışdır.
Şəhər sistemləri xeyli su kütləsini, ərzağı və yanacağı istifadə edərkən, onları dəyişdirərək tullantılara çevirir. (şəkil 20.3.). Bu
zaman inkişaf etmiş ölkələrin şəhərləri həyattəminedən sistemlərin xidmətindən olduqca yüksək dərəcədə istifadə etməsilə fərqlə-
nir. Nyuyorkun ortastatik bir sakini Bombeyin sakininə nisbətən üç dəfə çox su qəbul edir və səkkiz dəfə artıq zibil «istehsal»
edir. Hətta bir şəhərin müxtəlif rayonları daxilində əhalinin yaşayış səviyyəsindən asılı olaraq şəhərlərin həyattəminedici sistemlə-
rindən istifadə xidmətinin səviyyəsi də müxtəlif olur.
391
Şək. 20.3. 1 milyonluq şəhərin metdolizmi sxemi (sutka ərzində)
(Q.V. Stadniski və A.İ.Rodionova görə).
İnkişaf etmiş ölkələrin ekoloji vəziyyətinin bir qədər yaxşılaşması onların sakinləri üçün əlverişlidir. Bununla belə
bu şəhərlər kontinent və ya bütün dünya səviyyəsində ekosferin vəziyyətinə əlverişsiz təsir göstərir. İnkişaf etmiş öl-
kələrin bir nəfərinə düşən təbii resursların istifadəsi və parnik qazlarının emissiyası inkişaf etməkdə olan ölkələrin ka-
sıb şəhərləri üçün bu göstəricini xeyli ötüb keçir, son nəticədə isə inkişaf etmiş ölkələrin sakinləri qlobal ekoloji prob-
lemlərin güclənməsinə olduqca nəzərə çarpan təsir göstərir.
Şəhərlərin ekoloji problemləri ətraf ərazilərin antropogen transformasiyasına böyük təsir göstərir. Bunun şəraiti
və səbəbləri müxtəlif ola bilər. Məsələn, Afrikanın ayrı-ayrı ölkələrinin əhalisinin 90%-i hələ də yeməyi odunla hazır-
layır, ona görə də iri şəhərlərin 50-80 km radiusunda yararlı meşə sərvətləri deqradasiyaya uğramışdır. Odunun çatış-
mazlığı üzündən çox kasıb ailələr gündə yalnız bir dəfə isti yemək hazırlaya bilir.
Sənaye müəssisələrinin və ya energetikanın fəaliyyəti nəticəsində havanın yüksək dərəcədə çirkləndiyi zonalarda
şəhərlər ətrafında on kilometrlərlə məsafədə və ya hakim küləklər istiqaməti boyu bitki örtüyü transformasiyaya
uğramış və ya tamamilə məhv edilmişdir. Mədən-metallurgiya mərkəzi olan Norilski şəhəri və onun ətrafında sənaye
müəssisələrindən 100 km məsafədə təbii bitki örtüyü praktiki olaraq məhv edilmişdir.
Çaylar üzərində yerləşən bütün iri şəhərlər bu çayların çirklənməsinə səbəb olaraq çay axını boyu neçə kilometr-
lərlə məsafədə suda həyatın tamamilə məhv olmasına səbəb olur. Tropik ölkələrdə iri şəhərləri kəsib keçən çaylarda
patogen bakteriyaların qatılığı dəfələrlə yüksək olur.
Dünyanın yüzlərlə iri şəhərləri və minlərlə bir qədər kiçik şəhərləri ətraf mühitin vəziyyətinin lokal pisləşməsinə
səbəb olur. Bütövlükdə onlar qlobal vəziyyətə nəzərə çarpacaq dərəcədə təsir göstərir.
Əhalinin artımı Yerin təbii sistemlərinə antropogen təzyiqi artırır. Daim artmaqda olan əhalini ərzaqla təmin et-
mək üçün məhsul istehsalını artırmaq tələb olunur, bunun üçün kənd təsərrüfatı istehsalına yeni (xam) torpaqlar daxil
etmək, yaxüd mövcud torpaqları hədsiz istismar etmək lazımdır, bu isə torpaqların eroziyasına, səhralaşmasına və
çirklənməsinə (toksifikasiyasına) səbəb olur.
Dünyada sənaye istehsalı da durmadan yüksəlir və əhali tərəfindən onun məhsullarından istifadənin miqyası da ar-
tır. Bu isə təsərrüfat dövriyyəsinə daha çox yanacaq, enerji, xammal və geosferin digər resurslarını daxil etməyi tələb
edir. Ətraf mühitə atılan antropogen fəaliyyətin tullantılarının həcmi də artır. Əhalinin sayı artdıqca su və maye tul-
lantıların miqdarı çoxalır, bu isə ya ətraf mühiti çirkləndirir, yaxud da lazımi texnoloji tədbirlər və əlavə investisiya
tələb edir.
Sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq əhəli sayının artımını azaltmaq bütün ölkələrin mühüm vəzi-
fəsi sayılır. Lakin bu zaman müxtəlif ölkələrdə adət-ənənə, dini qadağalar və əhalinin bu problemə olan münasibəti
nəzərə alınmalıdır. Bu məsələnin aktuallığı və onun həyata keçirilməsinə demoqrafik problemlərə həsr olunmuş bey-
nəlxalq forumlarda baxılmışdır. Orada qeyd olunmuşdur ki, demoqrafik problemin həlli dayanaqlı inkişafın milli stra-
tegiyasının bir hissəsi olmalıdır və bütün ölkələr demoqrafik proqramlar işləyib hazırlamalıdır.
20.2. Azərbaycan respublikasında urbanizasiyanın vəziyyəti
Bu bölmə N.H.Əyyubovun (1999) materiallarına əsaslanaraq yazılmışdır.
Azərbaycan Respublikasında əhalinin 53%-i şəhərlərdə yaşayır. Şəhər əhalisinin xüsusi çəkisinə görə Azər-
baycan RSFSR, Estoniya, Latviya, Ermənistan, Litva, Ukrayna, Belorusiya respublikalarından sonra keçmiş itti-
faq respublikaları arasında 8-ci yeri tuturdu. Şəhər əhalisinin miqdarca sürətlə artmasına baxmayaraq, artım
tempi ittifaq göstəricisindən həmişə geri qalırdı. Əgər 1939-1959-cu illərdə Azərbaycanın ümumi əhalisi içəri-
sində şəhər əhalisinin xüsusi çəkisi 12%, 1959-1970-ci illərdə 2%, 1970-1979-cu illərdə 3%, 1979-1989-cu il-
lərdə cəmi 1% çoxalmışsa, ittifaq üzrə bu göstərici müvafiq olaraq 16%, 8%, 6% və 3,3% olmuşdu. Ümumiy-
yətlə, 1939-cu ildən 1989-cu ilə kimi Azərbaycanda şəhər əhalisi 3,3 dəfə artdığı halda, keçmiş SSRİ-də 3,1 də-
fə artmışdı. Lakin bu müddətdə Azərbaycanda ümumi əhali artımı 2,2 dəfə, əhalisinin ittifaq üzrə ümumi artım-
dan 2,4 dəfədən (50%) çox olduğu üçün, respublikada şəhər əhalisinin xüsusi çəkisinin artım tempi orta ittifaq
392
səviyyəsindən geri qalmışdı. Son məlumatların təhlili göstərir ki, belə bir vəziyyət hazırda da davam etməkdə-
dir. Azərbaycan Respublikasında şəhər əhalisinin xüsusi çəkisinin keçmiş ittifaq üzrə orta inkişaf tempindən və
mövcud səviyyəsindən geri qalması burada şəhər əmələgətirici təsərrüfat sahələrinin zəif inkişaf etdirilməsi ilə
izah olunur.
Tədqiqatlar göstərir ki, yaranmış şəhər və şəhər tipli yaşayış məntəqələrinin 80%-i bilavasitə sənayenin və
nəqliyyatın inkişafı ilə bağlıdır. Əgər keçmiş ittifaqın dağılması ərəfəsində sənaye və tikintidə çalışan əhali xalq
təsərrüfatında işləyən əhalinin 39%-ə qədər idisə, Azərbaycanda bu rəqəm 26,1% olmuşdur.
393
Cədvəl 20.4.
Dostları ilə paylaş: |