MƏMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə70/75
tarix04.05.2017
ölçüsü4,78 Mb.
#16580
1   ...   67   68   69   70   71   72   73   74   75

 

Sosial – iqtisadi aspekt 

Bu aspekti səciyyələndirən göstəricilərə ÜMM, (ümumi milli məhsul)  əhalinin məşğulluğu, urbanizasiya, 

yoxsulluq, sağlamlıqda qeyri bərabərlik, ərzaq təminatı və savadlılıq daxildir. 

XX əsrin 1980-cı illərində ÜMM 60 və 70–ci illərə nisbətən zəif inkişaf etmişdir. 1987-ci ildə adambaşına 

orta ÜMM 3010 dollar düşüb regionlar üzrə kəsgin dəyişmişdir: aşağı gəlirli ölkələrdə – 130-150 dollar, yüksək 

gəlirli ölkələrdə isə – 6010-21330 dollar olmuşdur. 

Dünyada səhiyyəyə ÜMM-in 5,4%-i (4,8%-az inkişaf etməkdə olan ölkələrdə, 6,6 % - inkişaf etmiş 

ölkələrdə) ayrılır. 

Əhalinin sağlamlığı onun məşğulluğu ilə də bağlıdır.  

İnkişaf etmiş ölkələrdə işsizlərin sayı 30 mln., inkişaf etməkdə olan ölkələrdə isə 70 milyon təşkil edir. Asiya 

və Afrika daha çox işsizliyə görə seçilir. İşsizlik insanın həm fiziki, həm də  mənəvi sağlamlığına mənfi təsir 

göstərir. 



Urbanizasiya səviyyəsi sağlamlıq problemi ilə bilavasitə bağlıdır. 

90-cı ilin əvvəllərində Yer əhalisinin 43 %-i şəhərlərdə yaşamışdır, 2000-ci ildə bu rəqəm 47 %-ə çatdı. 

İnkişaf etmiş ölkələrdə əhalinin 70 %-i şəhərlərdə yaşayır. Burada sağlamlıq problemi mühüm problem sayılır. 

Məsələn, Nyu-Yorkda baş verən bəlaların çoxu XX – XXI əsrlərin urbanizasiyası ilə əlaqədardır. 



 

405


Øÿêèë 20.7. Çÿðÿðëè ìàääÿëÿðèí îðãàíèçìÿ äàõèë îëìàñûíûí âÿ 

÷ûõìàñûíûí ÿñàñ éîëëàðû 

 

Nyu-Yorkun Bronks, Qarlem rayonları evsizlərin, gizli mirrantların (mühacirlərin) sığınacağı olmuşdur, 



burada vərəm, salmonellezom, hepatit, zöhrəvi xəstəliklər, SPİD, narkomaniya, alkoqolizm hadisələri çoxalmış, 

əhali psixi pozğunluqlardan əziyyət çəkir. 

Şəhər mühiti, bir qayda olaraq müxtəlif kommunal-məişət, sənaye tullantıları ilə güclü çirklənmişdir. Ətraf 

mühiti burada ən çox çirkləndirən mənbə nəqliyyat sayılır. Şəhərlərdə fiziki çirklənmə, elektromaqnit, radiasiya, 

istilik  çirklənmələri də yüksək həddə çatmışdır. 

Şəhər mühitinin çirklənməsi şəhərlərin sağlamlığına neqativ təsir göstərir və allergiya, ürək-damar, onkoloji, 

nəfəs orqanları xəstəliklərinin artmasına səbəb olur.  

BMT –in məlumatına görə dünyada olduqca yoxsul yaşayan  əhalinin sayı 1 milyardı keçmişdir. ABŞ-ın çox 

zəngin ailələri (illik gəlir 2,5 milyon dollardan artıq) 0,5 % təşkil edib, ölkə car –dövlətinin 35 %-nin (on il 

əvvəl bu rəqəm 25 %- idi) sahibi sayılır. Yoxsulluq həddindən aşağı olan ailələr bütün ailələrin 13 %-i qədərdir. 

ABŞ-da hər beş uşaqdan biri belə ailələrdə yaşayır.  

Cəmiyyətin sağlamlığının həlli tapılmayan problemindən biri də onun ölkələr arasında və ölkə daxilində 

qeyri bərabər olmasıdır.  İnkişaf etməkdə olan ölkələrdə  əhalinin 2/3-dən çoxu tibbi: - sanitar xidmətindən 

məhrumdur.  İnkişaf etmiş ölkələrdə  əhalinin sağlamlığını  təmin etmək üçün elm və texnikanın yeni 

naliyyətlərindən istifadə olunur, lakin bu tibbi xidmətlərin bahalaşmasına səbəb olur. Buna görə də aşağı gəliri 

olan adamların ölüm hadisəsi yüksək  gəlirli adamlara nisbətən 2 dəfə yüksək olur. 



Ərzaq problemi  (əhalinin qida ilə  təmin olunması) insanların sağlamlığında mühüm faktor sayılır.  Əgər 

1960-cı illərdə yalnız 100 milyonluq əhalisi olan 5 inkişaf etməkdə olan ölkədə adambaşına qidanın orta 

kaloriliyi 2500-dən artıq idisə, 1980-cı illərdə belə ölkələr 35-ə, əhalinin sayı isə 1,9 milyarda çatırdı. İnkişaf 

etmiş ölkələrdə adambaşına orta kalorilik 3400-3500 kalori təşkil edir, bu isə qidanın zəruri rasionunu təmin 

edərək bütövlükdə əhalinin sağlamlığına yaxşı təsir göstərir. 

Əhalinin savadlılıq dərəcəsi sağlam həyat tərzini saxlamaq, əlverişsiz ekoloji faktorlardan qorunmaq və 

təkmilləşmiş tibbi yardımdan istifadə etməkdə mühüm şərait hesab olunur.  

1985-ci ildə 15 yaşından yuxarı 3,2 milyard adamdan 0,9 milyardı savadsız idi. Bu yaşlı əhalinin 25% -ni 

təşkil edir, ondan 330 milyonu (hər beşdə biri) kişi, 560 milyonu (hər üçüncü) qadın olmuşdur. 

 

Tibbi aspekt  

Cəmiyyətin sağlamlığının tibbi istiqaməti xəstəlik dərəcəsi, ölüm və strukturu, əmək qabiliyyətini itirmək, 

əlillik, həmçinin az çəkili uşaqların doğulması kimi göstəricilərlə səciyyələnir. 

Yuxarıda qeyd etdiyimiz kimi inkişaf etmiş ölkələrdə  xəstəlik strukturunda birinci yeri qeyri infeksion, 

inkişaf etməkdə olan ölkələrdə isə əksinə infeksion xəstəliklər (hazırda azalmağa doğru gedir) tutur. Onlardan 

bir qismi (məs, çiçək) tamamilə yox edilmiş, digərləri isə  hər il 50 milyon uşağın poliomıyelitə, tetanusa, 


 

406


qızılcaya, difteriyaya, göyöskürəyə, vərəmə  və başqa xəstəliklərə qarşı peyvənd edilməməsi səbəbindən 

yayılmışdır. 

Lakin SPİD, zöhrəvi xəstəliklər, narkomaniya, SARÇ pnevmaniyası, alkoqolizm,quş  qripi artmağa doğru 

gedir. Hazırda dünyada SPİD xəstələrinin sayı 400 min nəfər, SPİD virusu sirayət edənlərin sayı isə 5-10 

milyon nəfərə çatır. Dünyada yeniyetmələrin 20-sindən biri hər il zöhrəvi xəstəliklərə tutulur.  

Körpə uşaqların ölüm dərəcəsi də arzu olunmaz haldır. Dünyada 1000 doğulan uşaqdan 70-i 1 yaşına qədər 

yaşamır. Uşaqların 15%-ə qədəri aşağı çəkidə doğulur. 

Dünya  əhalisinin işqabiliyyətini itirənlərin, (o cümlədən psixi pozğunluqla və  xəstəliklərlə  əlaqədar) sayı 

(10%-ə yaxın) həyacan doğurur. 

Fərdi əhval-ruhiyyə (hal-əhval) 

Dünya əhalisinin sağlamlığının demoqrafik, sosial-iqtisadi və tibbi aspektləri əhalinin sağlamlığında obyektiv əks 

olunur. Fərdi əhval-ruhiyyə –sağlamlığın vəziyyətinin subyektiv inikasıdır. O, şəxsi hisslərlə (duyğularla) – xoşbəxtlik, 

həyatından razılıq, hal-əhval və s. ilə ölçülür. Fərdi əhval – ruhiyyədə mühüm anlayış – «həyatın keyfiyyəti» sayılır. 

Hazırda həyatın keyfiyyət indeksi və onun xəstəliklə  əlaqəsi öyrənilir. Onların arasında aşağıdakılar ayrılır: ailə, 

narahatlıq hissi, maddi təhlükəsizlik, sağlamlığa şəxsi münasibət, faydalı iş, istirahət, inam və ideallar (ən yüksək arzu, 

məqsəd). 

Fərdi əhval-ruhiyyə – insanın mənəvi sağlamlığının əksi-inikasıdır. Mənəvi sağlamlıq sahəsinə özünə inam, 

düşüncə  tərzi, vərdişlər, hissiyyat, bütövlüklə – sağlam psixika (ruhi - aləm) aiddir. Qeyd etmək lazımdır ki, 

dünyada, xüsusən inkişaf etmiş ölkələrdə  mənəvi sağlamlıq böhranı – özünə  qəsdin çoxalması, SPİD-in 

yayılması, alkoqol, narkotiklər, müxtəlif stimulyatorlardan istifadəni göstərmək olar. 

 

20.8. Ətraf  mühitin  mühafizəsi  işində   

beynəlxalq  əməkdaşlıq  

Ekoloji  problemlərin  qlobal  xarakter  daşıması  bu  problemin  həlli  üçün  ətraf  mühitin  qorunması  

istiqamətində    tədbirlər  sisteminin  (iqtisadi, texniki, elmi, hüquqi, tərbiyəvi ) həyata  keçirilməsində  geniş  

beynəlxalq  əməkdaşlığı  tələb  edir. 

Ətraf mühitin qorunması üzrə  əməkdaşlıq hələ 100 il əvvəl yaranmış  və indi də sürətlə inkişaf etməkdə-

dir.BMT bu məsələyə daim diqqət yetirir.1962 – ci ildə BMT – in XVII Baş Məclisində «Ekoloji inkişaf və tə-

biətin Mühafizəsi» adlı xüsusi qətnamə qəbul olundu.Bu qətnamədə qeyd edilir ki, təbiətin mühafizəsi BMT – 

yə üzv olan bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqti-

sadi inkişafla birgə eyni zamanda aparılmalıdır. 

1972 – ci ildə Stokholmda BMT – in ətraf mühit məsələsi üzrə konfrans keçirildi.Konfrans ətraf mühitin 

mühafizəsi haqqında bəyanat qəbul etdi və 5 iyun Beynəlxalq ətraf mühitin mühafizəsi günü elan olundu. 

  

 



Şək.20.8 Ətraf  mühit  haqqında  Stokholm  planı 

 

1973 – cü  ildə «BMT – in  ətraf  mühit  üzrə  proqramı (YUNEP)»  təşkilatı  işə  başladı. YUNEP – in  



proqramı    ətraf  mühit  üzrə  bir  sıra  tədqiqatların  təşkil  və  koordinasiyasını, o  cümlədən  ətraf mühitin 

vəziyyətini izləyən stansiyalar sisteminin  yaradılmasını (monitorinq)  nəzərdə  tutur. 

BMT – in YUNESKO, FAO, ÜST və b. ixtisaslaşdırılmış təşkilatları da  ətraf  mühitin  qorunmasına  böyük  

diqqət  yetirir.Belə  ki,YUNESKO  öz  işlərində  mühüm  istiqaməti  ətraf  mühit  sahəsində  təhsilə  müxtəlif  

ekoloji  problemlər  üzrə  elmi  tədqiqatların  aparılmasına  yönəldir. 

 


 

407


 

1968 – ci  ildə Parisdə YUNESKO – nun Beynəlxalq konfransı  «İnsan və Biosfer» (MAB) elmi-tədqiqat 

Beynəlxalq  Proqramının başlanğıcını qoydu. Proqram biosfer ehtiyatlarının  qorunub saxlanması və səmərəli is-

tifadəsinin elmi əsaslarını hazırlamaq məqsədi daşıyırdı. 

Suyun kompleks istifadəsi və mühafizəsi, torpağın qorunub  saxlanması, bərpası və münbitliyinin artırılması, 

meşələrin və  heyvanat aləminin mühafizəsi BMT-in ərzaq və  kənd təsərrüfatı    məsələləri üzrə  təşkilatının 

(FAO) diqqət mərkəzindədir. Ümumdünya Səhiyyə  Təşkilatı (ÜST) sağlamlığın  ətraf mühitin  vəziyyətindən 

asılılığı ideyasını öyrənir. 

1970 – ci ilin sonunda YUNESKO-nun təşəbbüsü ilə təbiətin  və təbii ehtiyatların mühafizəsi Beynəlxalq İttifaqı 

yarandı. (MSOP). Onun vəzifəsi canlı təbiətin qorunması üzrə elmi məsləhətlər və hüquq məsələləri, müasir təbiəti 

mühafizə ideyasının  yaranması və  təbliğ  edilməsidir. 

1963 – cü  ildən  etibarən  Ümumdünya yabanı təbiətin mühafizəsi fondu işləyir, (VVF). Bu  fond  heyvanat  alə-

mi və təbii sahələrin mühafizəsi  üzrə konkret layihələr hazırlayır. 

 

 



Beynəlxalq əməkdaşlığın  nəticəsində beynəlxalq  konvensiyalar  və  razılaşmalar  həyata  keçirilir. Onlardan ən  

mühümləri  aşağıdakılardır:dünyanın 150 dövlətinin  təsdiq etdiyi  iqlimin  dəyişməsi  üzrə  konvensiya, ozon  qatının  

və  bioloji  müxtəlifliyin  qorunub  saxlanması.Bütün  dünya  alimləri  aşağıdakı beynəlxalq  tədqiqat layihəsində  ak-

tiv iştirak  edir: Beynəlxalq  geofizika – biosfer  «Qlobal  dəyişmə» proqramı, «Bəşəriyyət və qlobal  dəyişmələr»  

proqramı, Ümumdünya iqlimin  tədqiqatı  proqramı. 

Son on illiklərdə hər il bəşəriyyətin qlobal problemləri və onların  aspektləri üzrə iki – üç böyük beynəlxalq kon-

frans keçirilmişdir.Bu  konfranslarda problemlərin praktik, elmi, texnoloji (aztullantılı texnologiya, təbii  ehtiyatlara  

qənaət) tərbiyəvi məsələlərilə yanaşı, ətraf  mühitin  mühafizəsinin iqtisadi tədbirlərinin müzakirəsinə də xüsusi  diq-



 

408


qət  ayrılmışdı. 

Mütəxəsislər belə hesab edir ki, əgər dövlətlər tərəfindən ÜMM – dən (ümumi milli məhsuldan) 2 % təbiəti 

mühafizə məqsədinə (işinə) ayrılsa onun keyfiyyətinin pisləşməsinin azalmasına xeyli imkan yaradar, ÜMM 6 % 

ayrılarsa mühitin vəziyyətinin stabilləşməsinə imkan yaradar, ÜMM 8 – 10 % ayrılsa təbii mühitin keyfiyyətini 

bərpa etmək olar.Lakin bütün dünya cəmiyyətində istehsal olunan məhsuldan təbiətin mühafizəsi işinə ayrılan 

miqdar heç 1 % - ə çatmır.Odur ki, təbiəti mühafizə fəaliyyətinin dünya praktikasında məsarifin bölüşdürülməsi 

sistemi vasitəsi ilə kollektiv məsuliyyət prinsipi tətbiq olunmağa başlandı. 

1992 – ci ilin iyununda Rio - de - Janeyroda BMT – in ətraf mühit və inkişaf üzrə keçirilən Konfrans bizim 

nəsl, ola bilsin gələcək nəsl üçün əlamətdar hadisə hesab olunur.Konfrans dövlət başçıları ilə birlikdə dünyanın 

179 hökumət nümayəndələrinin , BMT idarələrinin, beynəlxalq təşkilatların və bir sıra qeyri hökumət təşkilatla-

rının nümayəndələrini bir yerə topladı.Konfransın nəticəsində Rio- de – Janeyroda Beynəlxalq sazişlər bağlandı. 

Onlardan aşağıdakı əsaslarını göstərmək olar.  

1. Ətraf mühit və inkişaf üzrə Deklarasiya (Rio – de - Janeyro), Onun 27 prinsipi dayanaqlı inkişafın təminatı 

işində ölkələrin hüquq və vəzifələrini müəyyənləşdirir. Deklarasiyada bildirilir ki, uzunmüddətli iqtisadi tərəqqi-

nin yeganə yolu , onun ətraf mühitin mühafizəsi ilə əlaqələndirməkdən ibarətdir.Buna yalnız bütün ölkələrin hö-

kümətləri, xalqların və əsas ictimai qrupların iştirakı ilə yeni və bərabər hüquqla əməkdaşlıq sayəsində nail ol-

maq olar. 

2. «Gündəlik məsələ XXI - əsr» - İnkişafı sosial, iqtisadi və ekoloji baxımdan necə dayanıqlı etmək olar 

proqramı. Proqramda ətraf mühitdə dəyişgənlik yaradan hərəkətedici qüvvələrin əhali, istehlak və texnologiya 

olduğu izah edilir.»Gündəlikdə» qeyd edilir ki, yalnız qlobal miqyasda partnyorluq - bütün xalqlara daha təhlü-

kəsiz və təminatlı gələcək bəxş edə bilər. 

3. İqlimin Dəyişməsi haqqında BMT – in Konvensiyası. O, «parnik qazlarının» dünya iqlim sistemində təh-

lükəli disbalansına səbəb olmayan səviyyədə stabilləşdirməyi nəzərdə tutur. 

4. Bioloji müxtəliflik üzrə Konvensiya, Konvensiyada dünya ölkələrindən biomüxtəlifliyi qoruyub saxlamaq 

üçün tədbirlərin görülməsi tələb olunur. 

5. İqtisadi inkişafı təmin etmək və bütün həyat formalarını saxlamaq üçün bütün meşə tiplərinin idarə olun-

ması, mühafizəsi və dayanıqlı inkişafı prinsipləri haqqında bəyanət. 

Konfrans aydın göstərdi ki, bəşəriyyət ətraf təbii mühitə və sosial – iqtisadi inkişafa daha təcrid edilmiş halda 

baxmamalıdır.Yüksək keyfiyyətli təbii mühitə  və dünyanın bütün xalqları üçün sağlam iqtisadiyyat kimi iki 

məqsədə nail olmaq vacibdir.  



 

409


XXI Fəsil 

 

YENİ SİVİLİZASİYA DÖVRÜNÜN 

EKOLOGİYASI 

 

21.1. İnkişafın alternativ yollarının axtarışı 

 

Bu fəsil Q.Ş.Məmmədov və M.Ş.Babayevin rus dilindən azərbaycan dilinə tərcümə etdikləri N.M.Məmmə-

dov və İ.T. Suraveginanın «Ekologiya» kitabının 7-ci fəsli əsasında yazılmışdır. 

Cəmiyyətlə təbii mühitin qarşılıqlı təsiri indiyə kimi kortəbii baş vermişdir. Bu gün məlum olmuşdur ki, cə-

miyyət təbiətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməli, kotrəbii qraşılıqlı təsirdən şüurlu istiqamətlən-

dirməyə keçməlidir. Bəşəriyyət indi daha çox başa düşür ki, təbiətin imkanları, indiki və gələcək nəsillərin ma-

raqları nəzərə alınmadan biosferin ehtiyatlarını və Yerin başqa sərvətlərini mənimsəmək olmaz. 

Ekoloji problemin məzmununu təşkil edən əksər məsələlər cəmiyyət qarşısında bu və ya digər dərəcədə bü-

tün tarix boyu mövcud olmuşdur. İnsanın əmələ gəldiyi vaxtdan onun biosferə təsiri daima artmışdır. Lakin yal-

nız industrial cəmiyyət və demoqrafik partlayış şəraitində insan fəaliyyətinin mənfi nəticələri qlobal xarakter al-

mışdır. Bu zaman əsas məsələ biosferin əsaslarını dağıtmadan Yerdə milyardlarla insanı necə yerləşdirməyə, on-

ların tələb və arzularını necə yerinə yetirməyə gətirib çıxarır. 

Bu gün Yerdəki bütün həyat formalarının taleyi birmənalı şəkildə insan fəaliyyətinin xarakterindən asılıdır. 

Cəmiyyət üçün öz inkişafının ağıllı yolunu, başqa sözlə, öz gələcəyini müəyyən etmək vacibdir. 

Ekoloji problem cəmiyyətin alternativ inkişaf ideyalarının əsası olmuşdur. Bu ideyalar istehlakı, insanların 

həyatının səviyyə və keyfiyyətini, istehsalı, texnologiya və s. radikal şəkildə dəyişməyi tələb edir. 

İnkişafın alternativ yollarının axtarılması, şübhəsiz ki, həyat normalarının, mədəni ənənələrin köhnəlmiş qay-

dalarına yenidən baxılması ilə əlaqədardır. Bəzən kənar tədbirlər təklif edilir. Məsələn, bəziləri güman edir ki, 

yalnız Şərqin qədim mədəniyyəti yeni sivilizasiya üçün əsas nümunə ola bilər. 

Əlbəttə, müxtəlif mədəniyyətlərdən dəyərli olanını qəbul etmək vacibdir. Lakin qədim mədəniyyətlərin «ana-

loqu» əsasında indikinə alternativ cəmiyyət yaratmaq mümkün deyil.  

İnkişafın alternativliyi o vaxt qəbul edilə bilər ki, o ya köhnədən hansı göstrəricisinə görəsə üstün, ya da heç 

olmasa onunla bir səviyyədə olsun. Bu baxımdan, elm və müasir texnologiyadan istifadə etməklə alternativ sivi-

lizasiyanın əsaslarını yaratmaq istəyənlər həqiqətə daha yaxındırlar. 

Bəşəriyyətin alternativ inkişaf yolunun seçilməsinin özü elmi analizsiz mümkün deyildir. Bununla əlaqədar 

xüsusi elm – qlobalistika yaranmışdır. Onun əsas vəzifəsi mürəkkəb dünya (qlobal) problemlərinin ictimai inki-

şafa təsirini öyrənməkdir. Bu problemlərə ekolojidən (mühitin çirklənməsi, sərvətlərin tükənməsi və s.) əlavə, 

əhali problemi, elm və texnikanın inkişafı, təhsil, qızğın silahlanma (hərbiləşdirmə) və s. aid edilir. Ekoloji 

problem onlar arasında mərkəzi mövqedə durur. 

Qlobalistikanın inkişafında «Roma klubu» nümayəndələrinin böyük xidməti olmuşdur. İtaliya alimi və icti-

mai xadimi Aurelio Peççeinin təşəbbüsü ilə 1968-ci ildə yaradılmış bu beynəlxalq təşkilat dünyanın ən tanınmış 

alimlərini özündə birləşdirir. «Roma klubu» 1972-ci ildə «İnkişafın həddi» adlı məruzə nəşr etdirildikdən sonra 

məşhurlaşdı. Bu məruzənin məqsədi – xəbərdarlıq etmək idi. Əhalinin artımında mövcud olan meylləri, istehsa-

lı, çirklənməni, sərvətlərdən istifadə edilməsini və ekoloji böhrandan xilas olmağa xidmət edən ictimai həyatın 

(siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə  və s.) müxtəlif sahələrində belə  dəyişmələrə  şərait yaradan nəticələri 

üzə çıxarmaq zəruridir. 

Məruzədən məlum olurdu ki, industrial eranın və insanlar üçün adi olan istehlakçılıq həyat tərzinin sonu çat-

mışdır. Cəmiyyətin biosferə təzyiqi elə bir həddə çatmışdır ki, onun özünü təbii təmizləmə mexanizmi kifayət 

etmir.  İnsanın istehsal fəaliyyətinin  əlverişsiz nəticələrini aradan götürmək üçün biosferdə davamlılıq ehtiyatı 

çatmır. 


Bəs insanın dünyada yeni mövqeyinin mahiyyəti nədən ibarətdir və ona hansı yeni rol nəzərdə tutulmuşdur? 

Bu suala «Roma klubu»nun və digər beynəlxalq təşkilatların məruzələrində cavab verilmişdir. 

 Ən əvvəl insanın xüsusi biosfer funksiyası – biosferi xilas etmək və qorumaq vəzifəsi məlum olmuşdur. Ar-

zuolunmaz ekoloji aqibətin qarşısını almaqdan ötrü bəşəriyyət kortəbii inkişafdan səmərəli, tənzimlənmiş, təbiət 

və cəmiyyətin təkamül qanunlarına əsaslanan inkişaf yolunu tutmalıdır. Yalnız bu halda cəmiyyətin inkişafı fa-

siləsiz və uzunmüddətli, xüsusi sosial sarsıntılarsız və təbii qəzalarsız ola bilər. Yalnız bu cür inkişafı davamlı 

hesab etmək olar. Lakin bundan ötrü böyük yaradıcı  iş  tələb olunur. Digər tərəfdən, insanların  şüuru, onların 

məqsəd və əxlaqi oriyentirləri əsaslı şəkildə dəyişməlidir. 

Bəşəriyyət bu gün öz tarixinin həlledici anını yaşayır. Bir tərəfdən o, qlobal dünya problemlərilə rastlaşmış, 

digər tərəfdən isə həmin problemlərin həlli üçün tələb olunan intellektual, texnoloji potensiala malikdir. Bundan 

ötrü bütün adamların tarix, gələcək qarşısında öz məsuliyyətlərini dərk etmələri vacibdir. Yaşamaqdan ötrü in-

sanlar inkişafın yeni tipinə keçməli, öz həyat fəaliyyətlərini dəyişməlidirlər. Qlobal ekoloji böyran insanın bios-

fer qarşısında öz vəzifəsini başa düşməməsindən irəli gəlir. Beləliklə, problem, insandan kənarda deyil, onun 


 

410


özündədir və bu problemin həlli ilk əvvəl planetimizin bütün sakinlərinin əsl insan keyfiyyətlərinin inkişafı ilə 

bağlıdır. 

 

21.2. Davamlı inkişaf konsepsiyası 

Davamlı inkişaf dedikdə indiki nəsillərin tələbini ödəyən, gələcək nəsillərin tələbinin ödənilməsini təhlükə 

altına almayan inkişaf başa düşülür. 

«Davamlı» inkişaf konsepsiyası ilk dəfə 1987-ci ildə BMT Beynəlxalq Komissiyasının məruzəsində  təklif 

edilmiqdir. Bu sənədin işlənməsində 200-dən çox dövlət iştirak etmişdir. 1992-ci ildə ətraf mühit və inkişaf üzrə 

BMT-nin Rio-de-Janeyroda keçirilmiş konfransı bu konsepsiyanı planetin bütün ölkələri üçün XXI əsrdə fəaliy-

yət planı kimi təsdiq etdi. 

«Cəmiyyət - təbiət» qlobal sistemində davamlı inkişaf müxtəlif səviyyəli sosioekosistemlərdə dinamik müva-

zinətin gözlənilməsini tələb edir. Məlum olduğu kimi, sosioekosistemin komponentləri cəmiyyət (sosial sistem) 

və təbii mühitdir. (eko və geosistemlər) Sosioekosistemlərin dinamik müvazinəti göstərilən sistemlərin onların 

inkişaf prosesində müəyyən münasibətlərin gözlənilməsini nəzərdə tutur. 

Buradan belə nəticə çıxarmaq mümkündür ki, sosioekosistemin fasiləsiz inkişafı üçün sistemin mühit ilə tək-

cə maddə, enerji və informasiya mübadiləsi deyil, həmin mübadiləni təmin edən xarici mühit də qorunub saxla-

nılmalıdır. Bizim planetin, onun biosferinin məhdud imkanlar şəraitində bu şərtin yerinə yetirilməsi üçün cəmiy-

yət tərəfindən təbii mühit qorunmalı və inkişaf etdirilməlidir. 

Davamlı inkişaf konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şəra-

it və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır. 

Yalnız bu halda cəmiyyət və təbii mühitin inkişafı üçün zəmin yaradıla bilər. 

Rio-de-Janeyroda yüksək səviyyədə toplanmış görüş  iştirakçıları prinsiplər məsələsini qəbul etmişlər. Bu 

prinsiplərdə xalqların inkişaf hüququ və onların ətraf mühitin qorunmasındakı vəzifələri müəyyən edilir. 



Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə aşağıdakı ideyalar daxildir

 



İnsanlar təbiətlə həmahəng sağlam və məhsuldar yaşamaq hüququna malikdir 

 



Bugünkü inkişaf indiki və gələcək nəsillərin ziyanına həyata keçirilməməlidir. 

 



Davamlı inkişafı həyata keçirmək üçün ətraf mühitin mühafizəsi inkişaf prosesinin ayrılmaz hissəsini təş-

kil etməli və ona ayrılıqda baxılmamalıdır. 

 

Sabit inkişafı təmin etmək və əhalinin çoxunun tələblərini ödəməkdən ötrü yoxsulluğun kökünün kəsil-



məsi və dünyanın müxtəlif hissələrində həyat səviyyələrinin qeyri-bərabərliyinin ləğvi. 

 



Dövlətlər Yer ekosistemlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək məqsədilə əməkdaşlıq 

edir. İnkişaf etmiş ölkələr, davamlı inkişafı təmin etməkdə beynəlxalq cəhdlər  üçün öz məsuliyyətini dərk edir-

lər. 



 



Dövlətlər istehsalın həyat qabiliyyəti olmayan modellərini məhdudlaşdırmalı, ləğv etməli və uyğun de-

moqrafik siyasəti müdafiə etməlidirlər. 

 

Ekoloji məsələlər  ən səmərəli  şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə  həll edilir. Dövlətlər 



ekoloji informasiyaya geniş yol açmaqla əhalinin iştirakını inkişaf etdirir və genişləndirirlər. 

 



Dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib çıxaracaq açıq beynəlxalq iqtisadi 

sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər. 

 

Ətraf mühiti çirkləndirən, bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalıdır. 



 

Davamlı inkişaf problemin daha dərindən elmi dərk edilməsini tələb edir. 



 

Davamlı inkişafa çatmaq üçün qadınların hərtərəfli iştirakı vacibdir. Gənclərin yaradıcı qüvvələrinin işti-



rakı zəruridir. 

 



Müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərir. Ona görə də dövlətlər silahlı konfliktlər zama-

nı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. 

 

Sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-birindən asılı və ayrılmazdır. 



Sosioekosistemlərin davamlı inkişafı davamlı  cəmiyyətin, yəni insanların bir neçə  nəsli dövründə mövcud 

ola bilən cəmiyyətin imkanını müəyyən edir.  

Sosial baxımdan davamlı cəmiyyətdə əhalinin sayı, kapital və texnologiyanın ehtiyatı hamının yüksək həyat 

səviyyəsini təmin etməlidir. İqtisadi baxımdan davamlı cəmiyyətdə ehtiyatlardan və enerjidən istifadə aşağıdakı 

şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. 

-

 



bərpaolunan sərvətlərdən istifadə tempi onların bərpası tempini üstələməməlidir; 

-

 



bərpaolunmaz sərvətlərdən istifadə tempi onların bərpaolunan əvəzinin işlənib hazırlanması tempini üstə-

ləməməlidir; 

-

 

zəhərli çirkləndirici maddəlirin atılması ətraf mühitin onları udması imkanını aşmamalıdır. 



Davamlı cəmiyyətdə ədalətsiz bölgüyə yer olmamalıdır. Yoxsulluğa iki səbəbdən yol verilə bilməz. Birinci-

si, yoxsulluq davamlılığın rəmzi ola bilməz və olmamalıdır, ikincisi, cəmiyyət yoxsulluq zamanı əhalinin sayını 



 

411


sabitləşdirmək imkanından məhrum olur. Davamlı cəmiyyət əxlaqi və praktiki səbəblərdən hamını maddi cəhət-

dən təmin etməlidir. 

Davamlı dünya yekcins «donmuş» dünya demək deyildir. Əksinə, müxtəliflik təbiətdəki davamlılığın səbəb 

və nəticəsidir. Bu eynilə insan cəmiyyətində də müşahidə edilməlidir. Mədəni müxtəliflik və yerli muxtariyyət 

belə dünyada genişlənir. Başqa sözlə, davamlı cəmiyyətin qeyri-demokratik, cansıxıcı və yekcins olmasına sə-

bəb yoxdur. Davamlı  gələcəyi təmin etməkdən ötrü dünya iqtisadiyyatı demoqrafik siyasəti dəyişdirməli, bir 

çox dəyərlər yenidən dərk edilməli və ənənəvi həyat tərzindən imtina edilməlidir. Bütün bunları çox vaxt ekoloji 

inqilabla bağlayırlar. Bu doğrudan da, bəşər tarixində aqrar və sənaye inqilabı ilə yanaşı dura biləcək nəhəng so-

sial dəyişiklikdir. 

Əhalinin görünməmiş artımına səbəb olmuş aqrar inqilabdan fərqli olaraq ekoloji inqilabın məqsədi Yerdəki 

əhalinin sayı ilə təbii sərvətlər, sosial-iqtisadi inkişaf ilə ekoloji inkişaf arasında müvazinəti bərpa etməkdir. 

Əvvəlki hər iki inqilab texnologiyanın təkmilləşməsi nəticəsində baş vermişdi: əkinçiliyin yaranması aqrar 

inqilaba, buxar mühərrikinin kəşfi isə sənaye inqilabına səbəb olmuşdu. 

Ekoloji inqilabın əsas hərəkətverici qüvvəsi informasiya texnologiyasından istifadə və insanın təbiətin müx-

təlif amilləri ilə vəhdətinin nəzərə alınmasının zəruriliyi ilə şərtlənən, yeni texnika və iqtisadiyyatdakı dəyişik-

liklər ilə olacaqdır. 

Ekoloji inqilab daha iri addımla inkişaf etməlidir. Əgər aqrar inqilab 10 min il əvvəl başlamış, sənaye inqila-

bı isə (müxtəlif formalarda) artıq iki yüz ildən çox davam edirsə, ekoloji inqilab üçün bizə yalnız bir neçə on il-

lik vaxt verilmişdir. 

Kənd təsərrüfatı sahəsindəki inqilab ərzaq məhsulları istehsalının artımı ilə ölçülürdü. Bu məhsulların artıqlı-

ğı  əkinçiliyə  şəhərliləri  ərzaqla təmin etməyə imkan vermişdir. Eynilə  sənaye inqilabı da xammal və  sənaye 

mallarının istehsalının həcmi ilə ölçülürdü. Ekoloji inqilabın uğurları haqqında, onun cəmiyyətin davamlı inki-

şafını sabit, sağlam həyat tərzinin, indiki və gələcək nəsillərin mövcudluğunu təmin etmək imkanı əsasında mü-

hakimə yeritmək mümkündür. 



Davamlı inkişaf konsepsiyası ekoloji, iqtisadi və digər sosial problemlərin birliyini nəzərdə tutur. Bu konsep-

siya əhalinin artımının tənzimlənməsi imkanına, insanlarda şüurlu istehlakın formalaşdırılmasına, ekoloji mə-

dəniyyət və etikaya əsaslanır. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin