21.3. Yeni sivilizasiyanın mədəniyyəti və əxlaqı
XXI əsrin başlanğıcında bəşəriyyət görünməmiş miqyasda kəskinləşdiyi vəziyyətə düşmüşdür. Bu problemlər
fonunda nəinki Yerin geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, mədəniyyətin vahidliyi real şə-
kildə dərk edilməyə başlamışdır.
Mədəniyyət insanların həyat tərzinin təşkili və adaptasiyası kimi onların bir-birinə və təbii mühitə münasibə-
tinin vacib göstəricisidir. Məzmunundan və istiqamətindən asılı olaraq o, xalqları bir-birinə yaxınlaşdıra və ayı-
ra bilər. Bizim zəmanəmizdə bəşəriyyətin sağ qalması, özünəməxsus milli mədəniyyətləri ümumbəşəri dəyərlər-
lə birləşdirən vahid dünya mədəniyyətinin yaranmasından asılıdır.
Müasir dünyanın mürəkkəb problemləri şəxsiyyətin intellektual və humanist keyfiyyətləri haqqında məsələni
kəskin şəkildə ortaya qoyur. Aşkar olur ki, fərdin formalaşması milli ilə yanaşı, dünya mədəniyyətinin təsiri al-
tında getməlidir. Bu iki ölçünün uyğunluğu insanın sosial və ətraf mühitlə münasibətlərindəki birtərəflilikdən
yayınmağa imkan verər.
Dünya mədəniyyətinin təşəkkül tapmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə eyniləşdirirlər.
Dünya mədəniyyəti bütün dünya xalqlarının mədəniyyətinin nailiyyətlərini özündə birləşdirməklə, onların müs-
təqilliyini qoruyub saxlayır. Bəşəriyyətin vahid mədəniyyəti ayrı-ayrı xalqların mədəniyyətini əvəz etmir, onları
zənginləşdirir, onlara müasir dövrün problemlərinin həllində köməklik göstərir. Başqa sözlə, mədəniyyət insan-
ların həyat fəaliyyətinin milli səviyyədə sadə təcrübəsi kimi deyil, çoxölçülü, qlobal proseslərlə əlaqədar hadisə
kimi qarşımızda durur.
Həm milli, həm də dünyəvi inkişafın əsasını insanla təbiətin harmoniyası təşkil etməlidir. İqtisadiyyatın inki-
şafına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində insanın durduğu strategiya gəlməlidir. İnsanların
müasir həyat tərzi və onların məqsədi sənaye cəmiyyəti dövründə formalaşdığına görə əsaslı şəkildə dəyişməli-
dir. Ona görə də təkcə mədəni ənənələr deyil, yeni ekoloji mədəniyyətin məqsədyönlü inkişafı da zəruridir.
Ekoloji mədəniyyət insanın təbiətlə onu dərindən dərk edilməklə birləşməsinin, barışmasının yeni üsuludur.
Ekoloji mədəniyyətin ən vacib əlaməti sadəlövh antroposentrizmdən imtina edilməsi və biosferosentrik ba-
xışların qurulduğu baxışlara keçilməsidir. Bu o deməkdir ki, indi istənilən problemin həllində üstünlük sosial-iq-
tisadi amillərə deyil, təbii amillərə verilməlidir.
Belə yanaşmanın son məqsədi də, bilavasitə olmasa da, onun mövcud olduğu təbii mühiti saxlamaqla yenə
də insandır. Ekoloji mədəniyyətin ölçüsü kimi ekoloji etika çıxış edir. Ekoloji etikaya əxlaq münasibətləri sfera-
sında «insan-insan», «insan-cəmiyyət» ənənəvi münasibətləri ilə yanaşı «insan-təbiət» münasibətlərinin bir sıra
cəhətləri daxil edilmişdir.
412
Ekoloji etikaya məxsus olan əsas xassələr içərisində aparıcı xüsusiyyəti gələcək nəsillərin yaşayacağı təbii
mühitə olan qayğı təşkil edir. Ekoloji etikanı onun ənənəvi istiqamətlərindən fərqləndirən onun üzünü gələcəyə çe-
virməklə, indinin qayğısına qalmasıdır.
Ekoloji etikanın vəziyyəti artıq indi aşağıdakı tələbləri təklif etməyə imkan verir: gələcək nəsillərin yaşaması
imkanını pozan istənilən hərəkətdən imtina etmək; təbii mühitin vəziyətinə təsir göstərən qərarların qəbulunda
gələcək nəsillər qarşısındakı məsuliyyət ölçüsü aparıcı olmalıdır; indiki nəsillərin mənafeyinə görə gələcək nə-
sillərə ziyan vurulmasına yol verilməməlidir.
İnsanla təbiət arasında qarşılıqlı münasibətlərin harmoniyasının təmin edilməsinə xidmət edən ekoloji etika-
nın müddəaları o zaman reallaşa bilər ki, o, insan fəaliyyətinin bütün sahələrini (təhsil, tərbiyə, siyasət və s.)
əhatə etsin. Yalnız bu halda ekoloji məzmunla dolmuş etik normalar xoş arzular kimi qalmayıb, yeni ekoloji cə-
miyyəti yaxşılaşdıra bilər.
Sivilizasiyanın sonrakı inkişafı üçün insanların həyat fəaliyyəti, onların təşkili qaydası tənzimlənməlidir. Mil-
li mədəniyyət dəyərlərini tamamlayan ümumbəşəri dəyərlərin zəruriliyi aşkar olur. Birləşdirici humanist müd-
dəalar ekoloji etika sayəsində inkişaf edir. Bu mədəniyyətlərin dialoqu, millət və xalqların qarşılıqlı anlaşması
üçün əsas verir. Ekoloji etika əsasında təbiətə yeni münasibət, ondan şüurlu, düşüncəli istifadə mədəniyyəti for-
malaşır.
21.4. Siyasi ekologiya
Siyasi ekologiya təbii mühitin vəziyyətinin siyasi proseslərə təsirini, ekoloji problemlərin həllinin vəziyyətini
öyrənir.
Siyasət (yun. politike – dövləti idarəetmə bacarığı) – təşəkkül tapmış ictimai qaydaları cəmiyyətdə qorumaq
məqsədilə müxtəlif sosial qruplar və siniflər arasındakı münasibətləri tənzimləyən xüsusi fəaliyyət formasıdır.
Siyəsət tarixən özünün əsas məqsədini müəyyən hakimiyyətin reallaşdırılmasından ötrü əlverişli şəraitin yaradıl-
masında görmüşdür.
Cəmiyyətin iqtisadi maraqları son nəticədə siyasi hərəkətlərin əsas səbəbi kimi çıxış edir. Lakin siyasət də öz
növbəsində iqtisadiyyatın inkişafına əks təsir göstərir, bəzən isə yeni iqtisadiyyatın yaranmasına səbəb olur.
Müəyyən siyasətin həyata keçirilməsi uyğun siyasi hakimiyyətsiz mümkün deyildir. Bura dövlət aparatı, si-
yasi partiyalar, həmkarlar ittifaqı və başqa siyasi təşkilatlar daxildir.
Mövcud hakimiyyətin saxlanması ikitərəfli, həm daxili, həm də xarici siyasətin yeridilməsini nəzərdə tutur.
Əgər birinci ölkə daxilində sosial-iqtisadi və başqa proseslərə nəzarət və idarə etmək üçündürsə, ikincisi bu mə-
sələlərin yerinə yetirilməsi üçün əlverişli dövlətlərarası münasibətlər yaratmalıdır.
Siyasət elmi məlumatlara əsaslanmalı, əxlaqın yüksək kriterilərinə uyğun gəlməlidir. Bu gün məlum olmuş-
dur ki, siyasət insanların təkcə sosial, mədəni, iqtisadi tələblərini deyil, həm də ekoloji tələblərini də nəzərə al-
malıdır. Əgər hava ilə nəfəs almaq, suyu içmək, qidanı yemək mümkün deyilsə, onda bütün siyasi problemlər öz
gücünü itirir.
Təbii mühitin vəziyyəti problemi planetin praktiki olaraq bütün regionlarının əhalisində böyük maraq və hə-
yəcan hissi yaradır. İnkişaf etmiş ölkələrdə ekoloji məsələlər milli problemlər siyahısında birinci yerdə durur.
Yaşama şəraitinin keyfiyyətcə pisləşməsi sosial ziddiyyətlərin kəskinləşməsinə, sosial sahədə gərginliyin art-
masına gətirib çıxarır. Ekoloji ziddiyyətlər müasir cəmiyyətdə çox vaxt sosial ədalətsizliyin dərinləşməsinə sə-
bəb olur. «Ekoloji cəhətdən təmiz mühitdən» istifadə əsasən inkişaf etmiş ölkələrin və varlı təbəqələrin imka-
nında olur.
Belə vəziyyət ekoloji məsələlərə siyasi partiyaların yüksək maraq göstərməsini müəyyən edir. Belə ki, bu
gün heç bir partiya əhalinin ekoloji tələblərini nəzərə almadan seçkilərdə qələbəyə ümid bəsləyə bilməz. Siyasi
partiyaların proqram sənədlərində onların ekoloji məsələlərə dair mövqeyi əks olunmuşdur.
Siyasi ekologiya ictimai həyatın demokratikləşdirilməsinə, söz azadlığına, ekoloji informasiyanın aşkarlığına
xüsusi əhəmiyyət verir. Bu, ekoloji problemlərin həlli üçün vacib şərtdir. Demokratikləşmə, cəmiyyətin idarə
edilməsində inzibati metodlardan imtina edilməsi, təbii mühitin vəziyyətinə dair informasiyaya məhdudiyyətlə-
rin qoyulmaması təbiətin mənimsənilməsinin, onun ehtiyatlarından optimal istifadənin alternativ yollarının se-
çilməsi üçün real zəmin yaradır.
Əhalinin geniş təbəqələri tərəfindən ekoloji istehlakın zəruriliyinin dərk edilməsi və ekoloji biliklərin popul-
yarlaşdırılması kütləvi ekoloji hərəkatların yaranmasını şərtləndirmişdir. Hazırkı vaxtda bu hərəkatların ideyala-
rının yayılması dünyadıkı siyasi prosesləri bir çox cəhətdən müəyyən edir, dövlət təşkilatlarının, ənənəvi siyasi
partiyaların və həmkarlar təşkilatlarının fəaliyyətinə təsir göstərir.
Müasir ekoloji hərəkat təşkilati cəhətdən formalaşaraq sürətlə siyasiləşir. «Yaşıllar» partiyaları əksər inkişaf
etmiş ölkələrdə mövcuddur, onların nümayəndələri isə bir çox milli parlamentlərin tərkibinə daxildir.
«Yaşıllar» partiyası üçün az və ya çox ümumi olan əsas siyasi prinsiplər aşağıdakılardır:
413
-
əsas diqqətin ekoloji problemlərin səbəb və konkret təzahürlərinə verilməsi;
-
dünyada möhkəm sülhə nail olunması və ümumi tərk-silah;
-
ictimai həyatın müxtəlif sahələrində demokratik inkişaf yollarının müdafiə edilməsi;
-
ekoloji etika və mədəniyyətin təbliği;
-
ekoloji iqtisadiyyatın, energetikanın və texnologiyanın alternativ növlərinin inkişafına köməklik göstər-
mək.
«Yaşıllar»ın beynəlxalq təşkilatlara birləşməsi baş verir. «Qrinpis» ekoloji təşkilatının fəaliyyəti hamıya yax-
şı məlumdur.
Biosfer ehtiyatlarının tükənməsi, təbii mühitdə müxtəlif tip çirklənmələrin toplanması və bununla əlaqədar
xəstəliklərin və ölümün artması siyasətçilər qarşısında ayrı-ayrı dövlətlərin və bəşəriyyətin bütövlükdə təhlükə-
sizliyi problemini qoymuşdur.
Bir çox ölkələrdə milli təhlükəsizlik konsepsiyasına ekoloji amil mütləq nəzərə alınmaqla baxılır.
Beynəlxalq siyasətdə də ekoloji amil güclü rol oynamağa başlamışdır. Bu, dünya ictimaiyyətinin ekoloji
problemlərinin həm qlobal, həm də regional təzahürlərinin həllində əməkdaşlığının zəruriliyindən irəli gəlir.
Siyasi ekologiyada mərkəzi yeri dövlətlərarası ziddiyyət və konfliktlər tutur. Onların səbəbləri:
1) çirkləndirici maddələrin dövlətlərarası daşınması (hava və su yolları və s. vasitələrlə);
2) qonşu ölkələrin təbii mühitinə ziyan vuran sənaye qəzaları;
3) bütün bəşəriyyətə məxsus olan ehtiyatlardan (Yaxın Kosmos, Dünya okeanı, Antraktida və s.) istifadə;
4) hərbi fəaliyyət ilə (silahların sınaqdan keçirilməsi, hərbi əməliyyatlar və s.).
Ekoloji ziddiyyətlərin dərinləşməsi yerlərdə insanların gələcək üçün məsuliyyətini artırır, onların siyasi qə-
rarların qəbulunda iştirakına təsir göstərir. Bu özünü konkret olaraq ekoloji hərəkat və təşkilatların formalaş-
masında biruzə verir. Onlar yeni həyat formalarının təşkilinin tapılması ilə çıxış edən alternativ hərəkatlara aid
edilir. Son onilliklərdə ekoloji hərəkatlar ayrı-ayrı ölkələrin siyasətinə xeyli təsir göstərmişlər. Bir çox ənənəvi
partiyalar da «yaşılların»şüarlarını qəbul etmişlər. Ekoloji təhlükəsizliyin təmin edilməsi milli və dünya siyasə-
tinin tərkib hissəsi olmuşdur.
21.5. Ekoloji hüquq
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra edilməsi təmin edilən, insa-
nın və ekosistemin hüquqi müdafiəsi mövcud olan hüquqi dövlət şəraitində mümkündür.
Hüquq – cəmiyyətdə insanların münasibətini tənzimləyən, müəyyən mənada dövlət tərəfindən müəyyən edi-
lən və qorunan normaların məcmusudur. Hüquqi dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya
formasına keçid ilə əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər normalarla
həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhə-
lələrində bu normaları dəqiq formalaşdıran və ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı.
Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı kimi mövcud olmuşdur. Qa-
nunları dövlət müəyyənləşdirir, onların həyata keçirilməsini təmin edirdi.
Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya şəraitində çatır. Hüququn alili-
yi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində yüksəlir, yəni hüquqi dövlət yaranır.
Hüquq demokratik cəmiyyət şəraitində:
-
dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir;
-
dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir;
-
müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hüquq dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Qədim Yunan və Romanın hüquqi ideyaları,
antik demokratiyanın təcrübəsi xeyli təsir göstərmişdir.
Antik aləmdə ədalətli dövlət hakimiyyəti kimi simvolik olaraq hüquq və qüvvənin birləşməsini təmsil edən
ilahə obrazı qanun və hüquqi qaydada Femidada ifadə edilmişdir (gözlərdə sarğı, qılınc və ədalət tərəzisi ilə:)
hamı üçün zəruri olan bərabər ölçüdə qanunçuluq ilahə tərəfindən mühafizə olunur.
«Hüquqi dövlət» termininin özü (almanca Rechtsstaat) XIX əsrin birinci üçdə bir hissəsində ədəbiyyatda təs-
diq edilmişdir.
Lakin hüquqi dövləti tərənnüm edən müxtəlif təlimlər Yeni dövrdə formalaşmağa başlamışdır. Onlar feodal
özbaşınalığının tənqidi, humanizm ideyaları və insan hüquqları məcrasında inkişaf edirdi.
Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qanunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı,
suveren dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxil-
dir.
Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edilməsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində
o, «cəmiyyət - təbiət» münasibətlərinə normativ, vacib səciyyə yetirə bilər.
Ekoloji münasibətlərin (o cümlədən ictimai) hüquq vasitəsilə tənzimlənməsi yeni əsaslandırılmış qanunların
qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını ölkə konstitusiyası təşkil edir. Beynəlxalq normalara uyğun ola-
raq, konstitusiya ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını müəyyənləşdirir. Belə
414
ki, dünyanın əksər ölkələrinin konstitusiyası BMT tərəfindən 1948-ci ildə qəbul edilmiş «İnsan hüquqlarının
ümumi Bəyannaməsi» və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərin ideyalarını özündə ifadə edir.
İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi Paktın mərkəzi yerini hər
bir insanın inkişafı, ətraf mühitin sağlam və ekoloji cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və
bəşəriyyətin ümumi irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında dəyişiklik-
lərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquqları, təbii mühitin mühafizəsi,
təbii ehtiyatlardan səmərəli istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.
Şəkil 21.1. Ekoloji hüququn əsasları
(Nuriyev, Əsgərov, Əhmədov, 2003)
Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsərrüfat fəaliyyətinin subyekti, təbii mühitə təsir göstərən,
ona görə məsuliyyət daşıyan, digər tərəfdən belə təsirin obyekti, ekoloji ziyanın qarşısını almaq, bərpa etmək
hüququna malik kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət ilə müəyyən
olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə. Mövcud vəziyyət onunla şərtlənir ki,
hər bir vətəndaş (ixtisasından asılı olmayaraq) ekoloji biliklərin əsasını bilməlidir və işçiləri bu və ya digər vəzi-
fəyə qoyduqda onun ekoloji hazırlığının səviyyəsini nəzərə almaq lazımdır.
Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaşların sığortası, dövlət və ictimai fondların ya-
radılması, təbii mühit üzərində nəzarət, müşahidə və s. daxildir.
Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:
– təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri haqqında düzgün informasiyanın verilməsi haqqında
sorğu etmək;
– ekoloji cəhətdən ziyanlı obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı haqqında qərarların ləğv edilməsini
tələb etmək;
–
ekoloji qanun pozuntularına görə məsul və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etmək.
Ekoloji qanunların yerinə yetirilməsi bütün dövlət orqanları sistemi, ekoloji ekspertiza təşkilatları, qorunan
ərazi və obyektlərin təşkili vasitəsilə həyata keçirilir. Sonuncular ərazi-qoruq fondunu əmələ gətirir, bunlar bios-
fer qoruqları, yasaqlıqlar, milli təbii parklar, təbiət abidələri, «Qırmızı kitaba» daxil edilmiş nadir və nəsli kəsil-
məkdə olan bitki və heyvan növlərindən ibarətdir.
Beynəlxalq səviyyədə insanın əlverişli ətraf mühitə olan hüququnun təmin edilməsində BMT-nin müxtəlif
qurumlarının böyük rolu vardır. Onlar tərəfindən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması üçün çoxsaylı
proqramlar işlənmişdir: ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) – «Ətraf mühitin gigiyenası»; ƏKTT (Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatı) – «Kənd təsərrüfatı kimyəvi maddələri və tullantılar»; YUNİDO (sənaye əməkdaşlı-
ğı üzrə BMT təşkilatı) – «İstehsal mühiti»; YUNESKO (BMT təhsil, elm və mədəniyyət məsələləri üzrə) – «İn-
san və biosfer». Nəzərdə tutulmuş proqramların həyata keçirilməsinə YUNEP (ətraf mühit üzrə proqram) 1972-
ci ildən rəhbərlik edir.
BMT-nin ətraf muhit və inkişaf üzrə Beynəlxalq komissiyası (MKOSR) tərəfindən bütün ölkələrə ətraf mü-
hitin mühafizəsi və davamlı inkişafın prinsiplərinin hüquqi toplusu təklif edilmişdir:
İnsanın əsas hüququ
415
Bütün insanlar onların sağlamlığı üçün əlverişli olan ətraf mühitə əsas hüquqa malikdirlər.
Nəsillər arası bərabərlik
Dövlətlər ətraf mühiti və təbii ehtiyatları indiki və gələcək nəsillərin marağına uyğun olaraq qoruyur və isti-
fadə edir.
Ekosistemlərin qorunması və onlardan davamlı istifadə
Biosferin fəaliyyətindən ötrü vacib ekosistem və ekoloji proseslər, bioloji müxtəliflik dövlətlər tərəfindən qo-
runur və canlı təbii sərvətlərdən və ekosistemlərdən istifadə zamanı optimal davamlı məhsuldarlığın alınması
prinsipi gözlənilir.
Ekoloji normalar və monitorinq
Dövlətlər ətraf mühitin mühafizəsinin uyğun normalarını müəyyən edir, ətraf mühitin keyfiyyətində dəyişik-
liklər və sərvətlərindən istifadə üzərində monitorinq tətbiq edir, həmçinin əldə edilmiş məlumatları nəşr etdirir.
Dövlətlər qabaqcadan ekoloji qiymətləndirməni hazırlayır, yaxud təklif olunan fəaliyyət növü ilə əlaqədar
onları həyata keçirir bu da öz növbəsində xeyli miqdarda ətraf mühitə təsir göstərə bilər, yaxud hər hansı bir tə-
bii sərvət növündən istifadə edə bilər.
İlkin xəbərdarlıq
Planlaşdırılmış fəaliyyətin müəyyən dərəcədə toxunduğu bütün şəxslərə dövlət tərəfindən əvvəlcədən xəbər-
darlıq edilir, onların inzibati və məhkəmə məsələlərində hüquqları qorunur.
Davamlı inkişaf və kömək
Dövlətlər ətraf mühitin qorunmasının planlaşdırmanın tərkib hissəsi kimi baxıldığı şəraiti təmin edir, başqa
ölkələrə, xüsusən də inkişaf etməkdə olan ölkələrə ətraf mühitin qorunması və davamlı inkişafın təmin edilmə-
sində köməklik göstərirlər.
Ümumi əməkdaşlıq borcu
Dövlətlər yuxarıdakı hüquq və vəzifələrin həyata keçirilməsi üçün başqa dövlətlərlə əməkdaşlığa çalışırlar.
Hüquqi dövlətdə insanlar arasında münasibət hüquq normasını ifadə edən və hamı üçün məcburi olan qanun-
ların köməyi ilə tənzimlənir. İnsanların təbiəti yenidən dəyişdirici fəaliyyəti nisbətən yaxın vaxtlarda hüquqla
qaydaya salınmışdır. Sağlam ətraf mühit hüququ yeni hüquq nəslinə məxsusdur. Onun ayrı-ayrı ölkələrin konsti-
tusiyasına daxil edilməsi bütün dövlətləri düşünülməmiş ekoloji hərəkətlərə görə məsuliyyət daşımağa məcbur
edir.
C. Q. Nuriyev, Ə. T. Əsgərov, Z.V.Əhmədov (2003) «Ekologiya hüququ» haqqında yazdıqları dərslikdə
respublikamızda ekologiya ilə bağlı bütün hüquqi məsələlərin şərhi verilmişdir. Kitabda ekologiya hüququnun
əsas mənbəyi – səlahiyyətli dövlət orqanları tərəfindən qəbul edilən normativ hüquqi aktlar (qanunlar, qərarlar,
təlimatlar və s.) olduğu göstərilir. Ekoloji hüququn mənbələrinə aşağıdakılar aid edilir: Azərbaycan Respublika-
sının tərəfdar çıxdığı Beynəlxalq müqavilələr, AR Konstitusiyası, AR-nın Milli Məclisinin qəbul etdiyi qanun-
lar, məcəllələr, qərarlar, AR Prezidentinin qərarları, AR Nazirlər Kabinetinin qərarları, müxtəlif nazirliklərin və
Baş idarələrin təlimatları və digər normativ aktlar, İcra Hakimiyyəti orqanlarının qanun quvvəli normativ hüquqi
aktları. Onların arasında hər şeydən əvvəl AR –ın Konstitusiyasını və ekoloji münasibətləri tənzimləyən ən mü-
hüm normativ hüquqi aktları ayırmaq lazımdır. Belə normativ hüquqi aktlar içərisində baza rolunu oynayan
«Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ətraf mühitin keyfiy-
yətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qa-
nunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tən-
zimləyir. Böyük qrup normativ hüquqi aktları təbii komplekslərin – torpaq, meşə, su, yerin təki, xüsusi mühafi-
zə olunan təbiət əraziləri və s., həmçinin təbii ehtiyatların ayrı-ayrı növlərinin hüquqi rejimini nizama salan qa-
nunlar təşkil edir. (Nuriyev, Əsgərov, Əhmədov, 2003, səh- 17).
Təbii ehtiyatlara mülkiyyət hüququ AR-in Konstitusiyası, Mülki Məcəlləsi və ekoloji qanunvericiliyin aktları
ilə tənzimlənir. O, təbii ehtiyatların mənsubiyyətini möhkəmlədən hüquqi normaların məcmusu olub, onların əl-
də edilməsi şərtlərini tənzimləyir, onlarla sahibkarlıq, istifadə və idarəetmə qaydalarını həyata keçirir.
21.6. Ekoloji təhsil
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil olmalıdır.
Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ət-
raf mühitin keyfiyyəti, sağlamlığı – insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəy-
yən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini
itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çev-
rilməlidir. Əgər ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi
üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanu-
nauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudlu-
ğu və inkişafı mümükündür.
Müəlliflər ekologiya hüququna aşağıdakı hüquq sahələrini daxil edir.
416
Ekologiya
hüququ
Təbii ehtiyatlar hüququ Təbiəti mühafizə hüququ
(Təbii sərvətlərdən səmərəli
istifadə etmək)
Ətraf mühitin
sağlamlaş -
dırılması
Torpaq
hüququ
Təbiətin qorunması
Su hüququ
Meşə hüququ
Dağ və mədən hüququ
Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böh-
ranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti möv-
cuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi də öz inkişafını
tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.
Ekoloji təhsil dedikdə ümumi ekoloji mədəniyyətin, hər planet sakinində ekoloji məsuliyyətin formalaşması-
na yönəlmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin ekoloji məsuliyyəti başa düşü-
lür.
Mütəxəssislər məsuliyyətə şəxsiyyət və cəmiyyətin qarşılıqlı asılılıq və universal əlaqə forması kimi baxır. Şəx-
siyyətin formalaşması ölkənin və yaxın adamların, doğma diyarın və bütün palnetin taleyi üçün məsuliyyət hissi-
nin tərbiyə edilməsi ilə bağlıdır.
Ekoloji məsuliyyət özünənəzarət, özünün hərəkətlərinin ətraf mühitə təsirinin yaxın və uzaq nəticələrini
görmək qabiliyyəti, özünə və başqalarına tənqidi yanaşmaq və s. ilə bağlıdır. Təbiətə münasibətlə əlaqədar əxla-
qi tələblərə riayət edilməsi mümkün cəzaya görə qorxu və ətraf mühit tərəfindən məzəmmət deyil, möhkəm eti-
qadın inkişafını göstərir.
Öz fəaliyyətlərilə təbii mühitə və insanların sağlamlığına zərərli təsir göstərənlər zəruri ekoloji hazırlıqdan
keçməlidirlər, belə ki, bunu onları vəzifəyə təyin edən zaman, həmçinin attestasiya zamanı nəzərə almaq lazım-
dır. Belə hazırlığa malik olmayan şəxslər işə buraxılmamalıdır. Əgər nəzərə alınsa ki, insanın istənilən bütün fə-
aliyyəti qeyri-səmərəli olduqda onun təşkili ətraf mühit üçün təhlükəli ola bilər, onda aydın olur ki, praktiki ola-
raq hər bir işçi dövlət hakimiyyətində və idarədə müvafiq ümumi və professional ekoloji hazırlığa ehtiyac du-
yur.
Bununla əlaqədar olaraq, pedoqoji işçilərin beynəlxalq ekoloji təhsili ümumtəhsil sistemində aparıcı istiqa-
mət kimi tanıyır, dövlət və hökumətlərə qlobal ekoloji böhran şəraitində təhsil sahəsində uyğun siyasət hazırla-
mağı məsləhət görürlər.
Ekoloji təhsil ilə təhsil sisteminin ekologiyalaşdırılması bir-birindən fərqlənir. Onlar qarşılıqlı əlaqədə olsa-
lar da, müxtəlif xarakterli və səviyyəli ekoloji biliklərin bilavasitə mənimsənilməsidir.
Ekoloji təhsilin iki əsas istiqaməti ayrılır: ətraf mühitin və insanın mühafizəsinin ümumi ideyaları ruhunda
tərbiyə, təbii və antropogen ekosistemlərin varlığının ümumi qanunauyğunluqları haqqında xüsusi peşəkar bilik-
lərin əldə edilməsi. Hər iki istiqamət qarşılıqlı əlaqədədir, çünki onların arasında ekoloji qanunauyğunluqların
dərk edilməsi, yanaşması prinsipləri durur.
Təhsil sisteminin ekologiyalaşdırılması – ekoloji ideyaların, anlayış, prinsip, yanaşmaların başqa təlimlərə
nüfuz etməsini, həmçinin ekoloji cəhətdən bilikli müxtəlif sahə mütəxəssislərinin hazırlanmasını nəzərdə tutur.
Təhsil sistemi elmi tədqiqatlardan həmişə geri qalır. Çox vaxt həlli operativlik tələb edən ekoloji problemlərin
xüsusiyyətini nəzərə alsaq, bu cür gerilik minimuma endirilməlidir. Ekoloji təhsil sisteminin bağlayıcı, onun əsas
inkişaf amillərindən biri olmalıdır.
21.7. Ekoloji informatika
417
İnformasiya amilinin ekologiyada xüsusi əhəmiyyəti vardır. İnformasiya alınmasının səmərəli sistemi olma-
dan müasir cəmiyyətin ekoloji ziddiyyətlərinin həlli mümkün deyildir. İnformasiya dairəsi fəaliyyətin elə sahə-
sidir ki, yalnız onun vasitəsilə ekoloji ziddiyyətlərin qapalı dairəsini qırmaq mümkündür.
İnformatika (fr. İnformation – informasiya və automatique - avtomatika) – elmi-texniki fəaliyyət sahəsi olub,
informasiyanın (informasiya texnologiyası)alınması xüsusiyyətlərini, ötürülmə texnologiyasını təhlil və saxlan-
masını öyrənir.
İnformasiya maddələr və enerji ilə yanaşı ümumi xarakter daşıyır. Ekoloji problem müvafiq olaraq mövcud
informasiya aspektinə malikdir. Bura aşağıdakı bir çox məsələlər daxildir:
– təbii mühitin dəyişdirilməsinin informasiya səbəblərinin öyrənilməsi, biosfer hadisə və proseslərində infor-
masiya səbəblərinin pozulması;
– təbii mühitin vəziyyəti, ona antropogen təsir, mühitin çirklənməsi, ehtiyatların tükənməsi və s. haqqında
informasiyanın alınması;
– cəmiyyətin davamlı inkişafını təmin etmək üçün yeni elmi və texnoloji informasiyanın axtarılması və i.a.
Sadalanan məsələlər bütövlükdə ekoloji informatikanın predmet sahəsini müəyyən edir. Ekoinformatikada
geoekoinformatika və sosioekoinformatika bir-birindən fərqləndirilir.
Geoekoinformatika təbiətdən istifadənin səmərəliyini artırmaq və təbii mühitin vəziyyətinə nəzarət məqsədi-
lə biosfer və ekoloji tədqiqatların informasiya təminatını yerinə yetirir.
Hazırda biosferə dair informasiyanın böyük hissəsi Yerin süni peykləri vasitəsilə alınır. Bu halda landşaftın
elementləri, bitki örtüyü, çirklənmiş ərazilər və s. daha aydın görünür.
Lakin peyk məlumatları Yerdəki müşahidələri tamamlamalıdır. Yerdə müşahidələrin inkişafı üçün stasionar
və ekspedisiya tədqiqatları vacibdir. Bundan ötrü bütün ölkə daxilində təbii mühitin vəziyyətini müşahidə edən,
analiz və proqnozunu verən xüsusi informasiya sistemi, yəni milli monitorinq sistemi təşkil edilməlidir.
Qlobal səviyyədə təbii mühitin vəziyyəti üzərində nəzarət BMT strukturları vasitəsilə həyata keçirilir. BMT-
nin ətraf mühitə dair proqramına – YUNEP – uyğun olaraq üç əsas bölmə – ətraf mühitin monitorinqinin qlobal
sistemi (ƏMMQS), potensial toksiki kimyəvi maddələrin Beynəlxalq registri (PTKMBR) və ətraf mühitə dair
beynəlxalq informasiya sistemi – (İNFOTERRA) müəyyən edilmişdir.
Cəmiyyətin təbii mühitlə ekoloji qarşılıqlı əlaqəsinin məzmun və forması təbiət haqqında əldə edilmiş bilik-
lər və təbiətdən praktiki istifadə ilə müəyyən edilir. Bütün bunlar sosioekoinformatikanın məzmununu təşkil
edir. Bura elmi informasiyanın inkişaf problemləri də daxil edilir. Belə ki, son nəticədə elmin əsas funksiyası
cəmiyyətin həyat fəaliyyətinin müxtəlif tərəflərini təmin etmək üçün lazım olan informasiyanı əldə etməkdir.
Müxtəlif biliklər məcmusu bəşəriyyətin tarixi təcrübəsinin və elmi-texniki biliklərin toplandığı inkişafda olan
informasiya sisteminin əsasını təşkil edir. Elmin sürətli inkişafı nəticəsində bu informasiyanın həcmi fasiləsiz
olaraq artır.
Lakin bununla belə, yeni informasiyanın alınması çətinlikləri də çoxalır.
Onlar ilk növbədə insanın informasiyanı qəbulu və analiz etmək kimi təbii imkanlarının məhdudluğundan;
Yer şəraitində mikro-və meqadünya haqqında informasiya əldə etmək üçün şəraitin olmamasından irəli gəlir.
Təbiətşünaslığın predmetinin makrodünya hüdudlarından kənara çıxması nəticəsində yeni elmi informasiya-
nın alınması üçün iri sənaye müəssisələrinin ölçülərinə bərabər eksperimental qurğuların tikilməsi tələb olunur.
Belə ki, elementar hissəciklər fizikası sahəsində fundamental nailiyyətlər elementar hissəciklərin nəhəng sürət-
ləndiricilərsiz, astrofizika sahəsində isə radio və optik teleskoplarsız mümkün deyildir. Digər tərəfdən, elmi eks-
perimentlər texnikasının inkişafına baxmayaraq, bir çox tədqiqatların Yer şəraitində aparılması qeyri-mümkün-
dür, ona görə də elmi laboratoriyaların kosmos şəraitində genişləndirilməsinə ehtiyac yaranır.
XX əsrdə elmi işçilərin sayı, elmi tədqiqatlara çəkilən xərclər eksponensial əyri üzrə artmışdır. Bu, cəmiyyə-
tin həyatında elmin əhəmiyyətinin artmasını göstərir. Lakin həmin əyri elmi informasiyanın əldə edilməsinin çə-
tinləşdiyini göstərir, buna az diqqət yetirilir.
Mövcud vəziyyətdən çıxış yolu elmi fəaliyyətin geniş informatizasiyalaşdırılması, informasiya texnologiya-
sının elmi tədqiqatların bütün mərhələlərində tətbiq edilməsidir.
Elektrik hesablama maşınları olmadan, kompüterlərsiz elmin bir çox istiqamətləri, məsələn, elementar hissə-
ciklər fizikası, kosmik tədqiqatlar və s. ağılasığmazdır.
Müasir elmi və sosial problemlərin həllində informasiyanın əhəmiyyətinin dərk edilməsi postindustrial, in-
formasiya cəmiyyəti anlayışının yaranmasına gətirib çıxarmışdır. İnformasiya və bilik strateji ehtiyata çevrilə-
rək, cəmiyyətdə xeyli sosial dəyişikliklərə səbəb olur. Əgər aqrar cəmiyyətdə iqtisadi fəaliyyət kifayət qədər qi-
da istehsalı ilə bağlıdırsa, burada məhdudlaşdırıcı amil münbit torpaqdırsa, sənaye cəmiyyətində – əmtəə isteh-
salı ilə bağlı olub, məhdudlaşdırıcı amil isə kapitaldırsa, informasiya cəmiyyətində iqtisadi fəaliyyət – informa-
siyanın alınması və insanların həyatının keyfiyyətini və istehsalın başqa formalarının effektliyini artırmaq məq-
sədilə tətbiqidir. Məhdudlaşdırıcı amil burada biliklərdir.
İnformasiya texnologiyasının kütləvi tətbiqi ilə cəmiyyətlə təbiət arasında qarşılıqlı münasibətlərin ekstensiv
tipindən intensiv tipinə keçid üçün real imkanlar yaranır. Bu zaman ictimai istehsala cəlb olunmuş təbii ehtiyat-
418
lardan səmərəli istifadə edilməsi, az enerji və metal tutumlu texnikanın, alternativ texnologiyanın yaradılması və
ətraf mühitə atılan tullantıların azaldılması nəzərdə tutulur.
Lazımlı geoekoinformasiyanın vaxtında alınması ekoloji monitorinqin funksiyasını, müşahidə sistemini, ana-
liz və proqnozu özündə birləşdirən ekoloji xidmət həddinə qədər genişləndirməyə imkan verir. Bütün bunlar
şübhəsiz ki, cəmiyyətin təhlükəsiz inkişafını təmin edəcək, insanların həyat səviyyəsini və keyfiyyətini yüksəl-
dəcəkdir. İnformasiya cəmiyyəti bu halda, informasiya-ekoloji cəmiyyət cizgiləri əldə edir.
İnformasiyalaşdırma cəmiyyətin təkcə sosial, mədəni və iqtisadi deyil, onun mövcudluğunun ekoloji zəminini
də dəyişir. İnformasiya texnologiyasının insan fəaliyyətinin müxtəlif sahələrində sürətlə tətbiqi təbiətdən istifa-
dənin intensiv tipinə keçidi şərtləndirmişdir. Bu, bizə informasiya -ekoloji dövrün artıq başlandığını söyləməyə
imkan verir.
21.8. İqtisadi ekologiyalaşdırma
Ekonomika (iqtisadiyyat) və ekologiya sözləri arasındakı dərin əlaqə elə adlarından da görünür. Ekologiya
yunancadan hərfi tərcümədə – ev, iqtisadiyyat (yun. oikonomike) isə ev təsərrüfatının idarəedilməsi mənasını
bildirir.
İqtisadiyyat müasir anlamaya görə istehsal şəraitini və onun formalarını, əmtəə mübadiləsini, o cümlədən
onun paylanmasını əhatə edir.
İstənilən ölkənin iqtisadiyyatı çox böyük sistem olub, müxtəlif sahələrdən ibarətdir və bunların hər birində
nəsə istehsal olunur. İqtisadiyyatın hər bir halqası, sistemin komponenti kimi başqalarından nə isə almaqla möv-
cud ola bilər.
İlk baxışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadığı görünür. Tarixi baxımdan da iqtisadiyyat
ümumekoloji göstəricilərdən nisbətən sərbəst inkişaf etmişdir. Lakin cəmiyyət həmişə təbii ehtiyatlardan və bi-
osferin vəziyyətindən asılı olmuşdur. Sadəcə olaraq bu asılılıq iqtisadi sistemlərdə nəzərə alınmamışdır.
İqtisadiyyatla ekologiya arasındakı dərin əlaqə insanın dəyişdirdiyi təbiətin insana, onun təsərrüfatına əks tə-
siri üzə çıxandan sonra dərk edilməyə başlanmışdır.
Dostları ilə paylaş: |