E.M.HACIZADƏ
SOSIALLAŞAN IQTISADIYYAT
Bakı - Elm - 2006
Elmi redaktor
Akademik Z.Ə.Səmədzadə
Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı, Elm, 2006. 509 səh.
ISBN 5-8066-1314-3
İqtisadiyyatın sosiallaşmasına açılan sivilizasion vektorun tarixi-fəlsəfi
rakusda interpretasiyası verilən monoqrafiq tədqiqatda, sosiumun davamlı
inkişafının iqtisadi və sosial kompozisiya prinsiplərinin araşdırılması elmi-analitik
ifadədə əksini tapmışdır. Sosiallaşan iqtisadiyyatı bərqərar edərək onu tam vahid
bütövə çevirən qaynaq elementləri:ictimai-iqtisadi yaranışlar, demoqrafik
təbəllüdatlar, optimal məsrəflər, sosial təminatlar, lokal təsərrüfatçılıq, regional
və qlobal inteqrasiya çevrəsi, iqtisadiyyatın energetik və resurs təchizatı, açıq icma
və vətəndaş cəmiyyəti quruculuğu, İslamın perspektiv iqtisadi reallıqları elmi-
tədqiqat araşdırmasının ana xəttini təşkil edir.
Monoqrafiya istifadə məqsədlərində elmi-tədqiqat, təhsil sferası və ən geniş
oxucu kütləsi auditoriyasını nəzərdə tutur.
2006
)
07
(
655
0605010407
−
H
qrifli nəşr
© «Elm»
© E.Hacızadə
2
MÜNDƏRİCAT
ÖN SÖZ
04
GİRİŞ
06
I FƏSİL
SOSİAL-İQTİSADİ FİKİR TARİXİ KONSEPSİYALARI
1.1.İlkin təsərrüfatçılıq kompazisiyası
09
1.2.Konfessial iqtisadi sistemlər
13
1.3.Orta əsrlər iqtisadi təfəkkürü və utopizm fəlsəfəsi
16
1.4.İqtisadi-nəzəri şəcərənin elmi təşəkkülü
18
1.5.İqtisadi fikirin konseptual kamilləşməsi mərhələsi
25
1.6.Yeni metodoloji keyfiyyət və
neoliberal
missiya 34
1.7.Ekonometrik modelləşmə və laureatlaşantədqiqatlar
40
II FƏSİL
SİVİLİZASİYA PARADİQMALARI
2.1.Cəmiyyət həyatının inkişaf silsiləsi elmi yanaşmalar və baxışlar çevrəsində
44
2.2.İndustrial cəmiyyət və inkişafın növbəti senariləri
46
2.3.Sivilizasiyalar konsepsiyasına təbii resurslar kontekstində təhlili baxış 48
2.4.Qlobal neft sivilizasiyası
50
2.5.Metan epoxası
55
2.6.Atom əsri
60
III FƏSİL
İQTİSADİ VƏ SOSİAL VƏHDƏT
3.1.Ekonomika 64
3.2.Sosiologiya 66
3.3.Soial iqtisadiyyat və İqtisadi
sosiologiya 68
3.4.Sosial
statistika
70
IV FƏSİL
QLOBAL, REGİONAL, LOKOL
4.1.Planetin resurslar bazası və istehsalın konstruktiv paylaşması
75
4.2.Ölkələr tipologiyası: mahiyyət və əhəmiyyət
diapozonunda
77
4.3.Lokal iqtisadi rayonlaşma
80
4.4.Qlobal və lokal konsensus: qlokalizasiya gerçəklikləri
82
4.5.Regional inteqrasiya prinsipləri
84
4.6.Dünya bazarı və
transmilli
korporasiyalar 87
4.7.İnformasiya texnologiyaları və innovasiya nailiyyətləri
89
3
V FƏSİL
DEMOQRAFİYA VƏ MƏŞĞULLUQ
5.1.Demoqrafik təbəllüdatlar
92
5.2.Əmək bazarı və məşğulluğun optimal təminatı
96
5.3.Yoxsulluq və əhalinin marginallaşması problemləri
99
VI FƏSİL
TƏKİMLLƏŞƏN MENECMENT VƏ OPTİMAL
GƏLİRLƏR BÖLGÜSÜ
6.1.Elmi və tətbiqi
menecment 103
6.2.Yerli özünüidarəetmə
107
6.3.Kadr
menecmenti
109
6.4.Sosial siyasətin imperativləri
111
6.5.Gəlirlərin
funksional
bölgüsü
116
6.6.Sosial təminatlar şəbəkəsi və əlverişli
social
infrastruktur
120
6.7.Sosial müdafiə və effektli pension təminat
123
VII FƏSİL
SOSİALLAŞAN BİZNES STRATEGİYASI
7.1.Əlverişli biznes mühitinin adekvat şərtləri
125
7.2.Sahibkarlıq fəaliyyətinin prinsipial tələbləri
127
7.3.Yeniləşən biznes strategiyası
128
7.4.Biznes diversifikasiyası və genişlənən inkubasiya prosesləri
131
7.5.Azad İqtisadi Zonalar, ofoşor və onşor
134
VIII FƏSİL
SOSİUM SOFTLAŞMA ORBİTİNDƏ
8.1.Açıq cəmiyyət ideyası və softizasiyaya keçid zərurətləri 139
8.2.Konstitusiya iqtisadiyyatı
141
8.3.Sosial ekologiya və ekologiyalaşan
iqtisadiyyat
143
8.4.Seçim rasionallığı və onun sosial-iqtisadi səmərəsi
146
8.5.Futuroloji məntiq və
sosial
proqnozlar
148
8.6.Sosial bazar iqtisadiyyatı
151
IX FƏSİL
SOSİAL KONSENSUS: İSLAM İQTİSADİYYATI
9.1.İslam iqtisadiyyatı nəzəriyyəsi tarixindən 156
9.2.Müsəlman təsərrüfat etikası
157
9.3.Müasir islam iqtisadi konsepsiyası və İslam maliyyəsi
159
9.4.İslam bankları yeni tərəqqi müstəvisində 161
9.5.«Üçüncü yol» fenomeni və ya İslam sosializasiyası
164
4
NƏTİCƏLƏR
166
ƏLAVƏLƏR
168
SOSİAL İQTİSADİ VƏHDƏTDƏ ANLAŞILAN
TERMİNLƏR LÜĞƏTİ
192
SOSİAL-İQTİSADİ HƏYATI TƏCƏSSÜM ETDİRƏN
AFORİZMLƏR
216
QAYNAQLAR
218
İXTİSARLA YAZILMIŞ SÖZLƏR
222
РЕЗЮМЕ
223
SUMMARU
224
5
ÖN SÖZ
İqtisadiyyatın
sosial mahiyyətliliyi əzəli
tarixi köklərə bağlı olsa da, cəmiyyətin müasir inkişaf
mərhələsində o yüksəlişlər əldə edərək daha çox
sosiallaşmaya məruz qalmaqdadır. Dünyanın inkişaf
etmiş ölkələri yeni iqtisadi inkişaf strategiyasını indi artıq
yalnız dövlətin qüdrətlənməsi, iqtisadi təhlükəsizlik,
dayanaqlı büdcə, məhdud infilyasiya indikatorları ilə
yanaşı, bəşəri ehtiyacları dolğun ödəyərək geniş sığorta
və ictimai təminatları ifadə olunan sosiallaşan xətt
üzərində qururlar. Üstün servis təyinatlılığı ilə fərqlənən
bazar iqtisadiyyatının bu yüksək fazasında iqtisadi
yaranışlar səhiyyə, elm, təhsil, incəsənət, mədəniyyət,
idman və bütünlükdə bütün sivilizasiya dəyərləri ilə ümumi vəhdət təşkil edir.
İqtisadiyyatın sosiallaşması prosesi dönməzdir. O, qloballaşaraq daha geniş tətbiq sferasına
daxil olmaqdadır. Bu reallıq isə ümumi tələblərlə yanaşı, yeni sosial-iqtisadi sistemin
formalaşmasının nəzəri əsaslarını, metodoloji aspektlərini, praktiki nəticələrini geniş təhlil
predmetinə çevirir. Problemin aktuallığını nəzərə alaraq iqtisad elmləri namizədi Elşən Hacızadə
tədqiqatçılar, alimlər və geniş oxucu kütləsinin mühakiməsinə verdiyi «Sosiallaşan
iqtğisadiyyat» adlı monoqrafiyasında bu tələblərdən irəli gələn məsələlərin cavablandırılmasına
cəhd etmişdir.
Monoqrafik tədqiqatın ana xəttini iqtisadi və sosial vəhdət təcəssüm etdirir. Müəllif göstərir
ki, bu vəhdət təsərrüfat həyatının təşəkkülü ilə eyni vaxtda yaranmışdır. Fikri əsaslandırmaq
üçün o, iqtisadi və sosial paralelliyi sosial və iqtisadi fikir tarixi konsepsiyaları baxımından şərh
edir. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu elmi-təhlili şərhdə bəşər sivilizasiyasının
təşəkkül və inkişaf prosesi makroregional aspektdə verilmiş və müəllif iqtisadiyyatı və sosial
həyatın konfessial mahiyyətliliyini əsaslandırmağa meyl etmişdir. Bununla belə tədqiqatda
göstərilir ki, sivilizasiya paradiqmaları kontekstində təsərrüfat həyatı daş-metal predmetliyi kimi,
energetik quruluş mahiyyətliliyinə də malikdir. Çünkü enerji təminatı iqtisadiyyatın bütün
guşələrində əsas irəliləyiş faktoru olmuş və qalmaqdadır. Buna görə də müəllifin fikrincə
sivilizasiyalar konsepsiyasına təbii resurslar təməlindən də yanaşılmalıdır. Bu yanaşmanı isə
müasir mərhələdə faktiki olaraq daha sürətlə dəyişən industrial və postindustrial sistemlərin
tərkib hissələri - neft sivilizasiyası, metan epoxası və nüvə sintezi mərhələləri əks etdirir.
İqtisadi və sosial vəhdət problemini araşdıran müəllif bu baxımdan iqtisadiyyat və sosioloji
elmlərin predmet və obyektlərinin əlahiddəliyi və uyğunluğu da təhlil edir. İqtisadiyyatın
sosiallaşmasına güc verən qlobal, regional və lokal aspektləri bir araya gətirərək qiymətləndir.
Müəllif haqlı olaraq göstərir ki, bütün sivilizasiya yaranışları insan faktoruna, onun kapital
dəyərinə istinad edir. Bu gerçəklikdən çıxış edərək vurğulayır ki, iqtisadiyyatın sosial
yönümlülüyinün təminatında insan kapitalının hərtərəfli inkişafı üçün məşğulluq probleminin
həlli, yoxsulluğun aradan qaldırılması və ümumilikdə mobil sosial infrastrukturun yaradılması
vacib şərtlidir.
İqtisadiyyatın sosiallaşması problemi bütün təsərrüfat obyektləri və subyektlərinin
menecment sisteminin də təkmilliyini tələb edir. Bu aspektdə menecment problemini önə çəkən
müəllif dövlətin, korporasiyaların, ayrı-ayrı fərdlərin rolunu qiymətləndirərək iqtisadiyyatın və
sosial sferanın idarə olunmasında sosial siyasətin imperativləri sistemləşdirir. Artan sosial
məsuliyyət çərçivəsində gəlirlərin optimal bölgüsü, sosial təminatlılığın artırılması, servis işinin
inkişafını mühüm amil hesab edir. Müəllifin fikrincə sosial iqtisadiyyat quruculuğunda biznes
strategiyası da yeni məzmun mahiyyətdə formalaşmalı və o, üstün sosial yönümlülüyü ilə
fərqlənməlidir.İqtisadiyyatın sosiallaşmasını labüd proses hesab edən müəllif müasir dünyada
mövcud real və nəzəri sosial-iqtisadi sistemləri: açıq cəmiyyət, konstitusiya iqtisadiyyatı, sosial
6
bazar iqtisadiyyatı və digərlərinin başlıca xüsüsiyyətlərini apardığı təhlil əsasında fərqləndirir,
lakin bununla onların hansının üstün olduğuna tam dəqiqliklə təyinat vermir. Bununla belə o,
prinsipial olaraq hesab edir ki, iqtisadiyyatın sosiallaşmasının ən təminatlı alternativ sistemi kimi
İslam iqtisadi modeli çıxış etməlidir. Bu baxış onunla əsaslandırılır ki, müasir qlobal
iqtisadiyyatda hakim iqtisadi modellər böhranlı xarakterlidirlər və onlar mütəmadi
təkmilləşməyə məruz qalsalar da kifayət edici ədalətli gəlirlər bölgüsünü və sosial paritetliyi
dolğun təmin etmirlər. Bu təminatlığı isə o, mükəmməl sosial ədalət və təsərrüfatçılıq etikasına
malik İslam iqtisadiyyatında görür. İslam iqtisadiyyatının bəşəri mahiyyət və prinsiplərini yeni
reallıqlar baxımından təhlil edən müəllif, həm də haqlı olaraq göstərir ki, bu sahədə nəzəri
araşdırmalar yeni dövriyə yığmaqdadır və prosesin önündə Azərbaycanlı professor
M.X.Meybullayevin tədqiqatları dayanır.
Monoqrafiyanı oxuyarkən belə qənaətə gəlmək olur ki, müəllif məqsədli olaraq qarşıya
qoyduğu iqtisadiyyatın sosiallaşması probleminin əsas meyar və konturlarını
müəyyənləşdirməyə və sistemləşdirməyə cəhd etmiş və bir çox hallarda buna nail olmuşdur.
Burada daha bir maraqlı cəhət ondan ibarətdir ki, əksər məsələlərin təhlilində müəllif konkret
nəticələr formalaşdırmamış, problemin fundomentallığını önə çəkərərək onu bu istiqamətdə
tədqiqatlarını genişləndirənlərin mühakiməsinə buraxmışdır.
Monoqrafiiyada mübahisəli və ayrı-ayrı hallarda ziddiyytli məqamlara da rast gəlinir. Bunu
isə problemin çox geniş əhatə dairəsinə malikliyi və təhlil sferasında çoxsaylı istiqamətlərin
mövcudluğu ilə bağlamaq lazımdır.
Nəşr edilən monoqrafiyanın oxunaqlığını və mənimsənilmə imkanlığını artırmaq üçün
kitabda uyğun illüstrasiyalar, təsərrrüfat həyatına aid aforizmlər, iqtisadiyyat sahəsində Nobel
laureatları haqqında məlumatlar, sosial və iqtisadi anlayışları ifadə edən əsas istilahlar lüğəti
əksini tapmışdır.
Müəllifin uzun illər apardığı tədqiqatını qiymətləndirərək ona bu istiqamətdə elmi
yaradıcılığının daha da genişləndirilməsini arzulayırıq.
Akdemik Z.Ə.Səmədzadə
7
Bol sevgi diləkli, cəfakeş,
anam Bəyimxanım Sadıq qızına itihaf olunur
GİRİŞ
Fövqündə bəşəri dəyərlər və haqlar dayanan inkişaf etmiş ölkələrə geniş təcəssümlü sığorta
və ictimai təminatları ifadə edən sosiallaşmış bazar iqtisadiyyatı xasdır. Bazar iqtisadiyyatının
yüksək fazası kimi, servis təyinatlı yeni sferanın hakimliyi ilə xarakterik olan sosial
iqtisadiyyatın diqqət mərkəzində tələb və qiyməti ilə insan varlığı durur. Burada təsərrüfatın
bazar metodları iqtisadiyyatın sosialyönümlü dövlət tənzimlənməsi ilə uzlaşır. Səhiyyə, elm,
təhsil, incəsənət, mədəniyyət, bədən tərbiyəsi və idmanın da daxil olduğu sosiallaşan bazar
iqtisadiyyatının leytmotivini də bazar mexanizminə və sosial dirçəlişə köklənən iqtisadiyyat
təşkil edir.
İstiqaməti sosial təyinatlı bazar iqtisadi modeli iqtisadi azadlıq, iqtisadi artım, iqtisadi
təhlükəsizliyə istinad olunan tam məşğulluq, qiymət stabilliyi, sosial sabitlik və ədalətli
vergiqoyma kimi mühüm komponentlərdən ibarətdir. Aktuallığı yüksələrək sosiallaşan
iqtisadiyyat müasir sivilizasion transformasiyada prioritet alternativ ampulada çıxış edir. Bu
aktuallaşan reallıqları əsaslandıraraq yeni sosial-iqtisadi sistemin formalaşmasının konseptual
bazisinin, metodoloji aspektlərinin, nəzəri və praktiki iqtisadi həll mexanizmlərinin təhlili
mövcud monoqrafik tədqiqatda araşdırma predmetinə çevrilmişdir.
İdrakı təkamül, sosial-iqtisadi tərəqqi, elmi-texnoloji nailiyyətlər və əks qütbdə ki,
yaranışlar - müharibələr, təbii fəlakətlər, iqtisadi böhranlar, sosial kataklizmlər sivilizasion
transformasiyanı reallaşdıranda empirik analizin aparılması ictimai tələb və sifarişləri
formalaşdırmışdır. Hər bir yeni yaranış və təbəllüdat klassik iqtisadi təlim korifeylərindən müasir
iqtisadi-sosioloji lider nümayəndələrə qədər sivilizasiya hadisələrinin xronoloci məntiqdə elmi
araşdırılmasını tədqiqat mövzusunun hədəfi etmişdir. İnsanın sosial və təsərrüfat həyatının
inkişaf problemlərinin praktiki və nəzəri çevrədə müxtəlif növ mülkiyyət formaları aspektindən
izahı verilmiş, yeni instansiyaya keçidin şərtləri, perspektivin hipotezləri elmi əsaslandırılmışdır.
Bu həlqədə iqtisadiyyatın sosiallaşması, onun daha dolğun bəşəri xarakter alması istiqamətində
də tədqiqat və araşdırmalara intəhasız bilgi materialı sərf edilmişdir. Paralel olaraq sosial-iqtisadi
problemlərin tədqiqi də müasir məqamda mütəmadi izlənərək modifikasiya olunan elmi
araşdırma meydanına çıxmışdır. Sosial məsuliyyətin yüksəldiyi bazar formatlı iqtisadi quruculuq
dövründə aparılan müvafiq tədqiqatların paradiqması isə köklü dəyişmələrə uğramış, daha sivil
və mütərəqqi məzmun almışdır.
Miqyaslı toplum təşkil edən müvafiq araşdırmaları yüksək dəyərləndirərək, onun elmi-
empirik bazasında mövcud monoqrafik tədqiqatda məqsədli quruluş və genetik elmi
əsaslandırma rakusundan iqtisadiyyatın sosiallaşması konsepsiyasına fərqli yanaşma təzahürlü
təyinat verilmişdir. Bu fərqlilik sosial və iqtisadi uzlaşma kontekstində tədqiqatın inteqrir
struktur düzümündən, fəlsəfi ahəngli mahiyyətindən, elmi-təhlilin institusional motivli metodik
yanaşma və trendlilik aspektindən sezilir.
İqtisadiyyatın sosiallaşmasına aparan yolun tədqiqində məqsədlər toplumunun ön sırasına
retrospektiv araşdırma predmetini əks etdirən sosial-iqtisadi fikir tarixi konsepsiyalarının təhlili
çıxarılmışdır. Təsərrüfatçılığın yaranışı, konfessial iqtisadi sistemlər, intibah dövrünün iqtisadi
təfəkkürü, utopizm fəlsəfəsi, nəzəri-iqtisadi şəcərənin elmi təşəkkülü və cəmiyyət həyatının
bütün sivilizasion inkişaf mərhələlərinin kompleks tədqiqi elmi yanaşmalar və baxışlar
çevrəsində ilkin araşdırma mövzuları şəbəkəsini təşkil etmişdir.
Monoqrafik tədqiqatın ən ümumi prinsipial sücet xəttini iqtisadi və sosial vəhdət
kompozisiyası tərənnüm edir. Sosial iqtisadi uzlaşma təyinatından öncə iqtisadiyyatın və
sosioloji elmlər sferasının mahiyyət və prinsipləri konstatasiya olunur, nisbi metodik və
predmetik cəhətlər araşdırılaraq sosiallaşan iqtisadiyyatın başlıca indikatorları, statistik
göstəricilər sistemi və bu inkişaf trayektoriyasının genişlənməsini əsaslandıran və eyniyyətlə də
8
məhdudlaşdıran amillər şəbəkəsinin təhlili aparılır. Xüsusi vurğu sosial və iqtisadi birliyin artıq
ayrıca tədqiqatlar sistemində formalaşmış elmi «İqtisadi sosiologiya» və «Sosial iqtisadiyyat»ın
fərqlilik aspektlərinə yönəldilir.
İqtisadiyyatın dərinləşən sosial xarakter alması məxsusi komponent və atributlar dairəsində
vüsətlənir. Sosial və ya iqtisadi olması fərqinə varmadan bütün sivilizasion yaranışlar insan
faktoru üzərində pərvəriş tapır. Demoqrafik situasiyanın, onun struktur mobilliyinin dəyişkənliyi,
məşğulluğun təminatı, əmək bazarının seqmentasiyası və bu proseslərin aktiv, davamlı
tənzimlənməsi sivilizasion irəliləyişlərlə müşaiyət olunur. Tədqiqatda bu əsnadan çıxış edərək
bir daha təməlli olaraq göstərilir ki, iqtisadiyyatın sosial yönümlülüyünün təminatında insan
kapitalının hərtərəfli inkişafı məşğulluq probleminin optimal həllini reallaşdıraraq yoxsulluğun
mülayimləşməsi və təcridinin, ümumilikdə əhalinin marginallaşmasının qarşısının alınmasına
sipər çəkir.
Müasir və perspektivli iqtisadiyyat və həmçinin sosial həyat bütövlükdə planetin mineral-
xammal bazasının, material və mənəvi resurslar şəbəkəsinin optimal yerləşməsi və səmərəli
istifadəsi prinsiplərindən qaynaqlanır. Çağdaş sivilizasiyanın həyat təkərini energetik biçimli
mühərriklər hərəkətə gətirir. Enerji problemi bütün yaranışların substansiyasında dayanaraq
çeşidli energetik sivilizasiya paradiqmalarını formalaşdırır. Tədqiqat prosesində iqtisadi və sosial
proseslərdə müvafiq enerji dominantlığına rəğmən planetin resurslar bazasının təsnifat və
parametrləri, energetik sivilizasiyaların mahiyyəti, məzmun və formaları, onların trasformasiya
labüdlüyü ayrıca təhlil blokunda araşdırılmışdır.
İnsanın təsərrüfat həyatı və sosial proseslər daim idarəolunmaya və tənzimlənməyə
məhkumdur. Müasir menecment də bütün səylərini müvafiq proseslərin kataklizmlərsiz, rəvan
irəliləyişinə kökləyir. Tədqiqatda iqtisadiyyatın sosiallaşması istiqamətində idarətmə və tənzim
vermənin üstün obrazını dəyərləndirərək texnoloji və kadr menecmentinin əhəmiyyət diapazonu
yeni və klassik səpkidə araşdırılır. Bu şəbəkədə dövlətin, korporasiyaların, ayrı-ayrı fərdlərin
rolu qiymətləndirilərək iqtisadiyyatın və sosial sferanın idarə olunmasında sosial siyasətin
imperativləri sistemləşdirilir. Gəlirlərin bölgüsü, sosial infrastruktur, sosial müdafiə və pensiyon
təminat, xidmət və servisin yüksəldilməsi ümumi sintezdə tədqiqat sferasının məqsəd və
vəzifələr blokunun növbəti mövzularını ifadə edir.
Yaşadığımız çağdaş zamanda planetin sivilizasion səmtinin postindustrial təsərrüfata
köklənməsi və bu əsnada güclənən qlobal axın hər bir ölkənin siyasi oriyentasiyasından asılı
olmayaraq, onun sosial-iqtisadi tərəqqisində əksini tapmadadır. Məhz bu baxımdan təhlilinə
təşəbbüs edilən problemin daha dolğun çərçivədə çözülməsi qəti olaraq meqaekonomik
tendensiyanın nəzərə alınmasını şərtləndirir. Dünya təsərrüfatının, beynəlxalq bazarın strukturu,
qlokolizasiya, regionlaşma aspektləri, coğrafi sosial-iqtisadi modelləşmə, informasiyon
texnologiyalar və innovasion nailiyyətlər gücü və bu ümumi gerçəkliklərdən irəli gələn faktorlar
tədqiqat predmetinin aksesuarlarına çevrilmişdir.
Biznes strategiyası, biznesin inkubasiyası, əlverişli biznes mühiti, onun azad və səmərəli
təşkilati iqtisadi yaranış zonaları, softizasiyanın inkişaf perspektivləri, açıq icma və vətəndaş
cəmiyyəti quruculuğu, konstitusiya iqtisadiyyatı təməlçiliyi, sosial ekologiya və neosferanın
mahiyyət prinsipləri, rasional seçim, futuroloji məntiq, sosial-iqtisadi proqnozlar şəbəkəsi sosial
bazar iqtisadiyyatının formalaşması attraktorları və qərarlaşmasına təsir edən amillər
konfiqurasiyası kimi dəyərləndirilərək tədqiqat prosesinin nəticəlik oriyentasiyasını
istiqamətləndirir.
İqtisadiyyatın sosial modernləşməsinin mühüm alternativ varyasiyası kimi tədqiqatın
ideyalar çevrəsində yekun olaraq yeni dövriyyə yığmış və dinamik güc toplamış İslam
iqtisadiyyatına geniş məkanlı meydan ayrılır. Bu genişlik onunla əsaslandırılır ki, müasir qlobal
iqtisadiyyatda əslində yəhudi-xristian məkfurəsini əks etdirən modellər hakimdir. Müvafıq
modellər isə böhranlı xarakterli olaraq sosial bərabərsizlikləri ilə fərqlənirlər. Sosiallaşan
iqtisadiyyatın AvroAtlantik modelləri nə qədər təkmilləşməyə məruz qalsalar da yetərli ədalətli
gəlirlər bölgüsünü və real sosial paritetliyi dolğun təmin etmək iqtidarında deyildirlər. Bu
mənada yeni iqtisadi modellərin axtarış strategiyasında, «üçüncü yol» konsepsiyasında İslam
9
maliyyəsi və sosializasiyası mühüm alternativ konsensus kimi sınanmalı və kompleksli
reallaşmalıdır.
Sosiallaşan iqtisadiyyat konsepsiyasının mövcud monoqrafik tədqiqat sferasında
araşdırılması məxsusi elmi yenilikli və praktiki əhəmiyyətli cəhətləri səciyyələndirilir. Belə ki,
sosiallaşan iqtisadiyyat konsepsiyasının tədqiqat mexanikası ilk dəfə olaraq sosial-iqtisadi
olmaqla yanaşı, həm də konfessial və fəlsəfi çevrədə komplekslilik əldə edir. Yeni dayanaqlı
sivilizasion paradiqmalı cəmiyyət quruculuğunda, iqtisadi sistemin sosiallaşan bazar iqtisadiyyatı
prinsiplərinə adaptasiyasında İslamın üstün sosial ədalət və təsərrüfatçılıq prinsipləri alternativ
tam kimi önə çəkilir.
Çağdaş sivilizasion transformasiyada ən mühüm həyati məsələ olaraq sosial və təsərrüfat
həyatının energetik təchizat problemi və onun perspektivlik imkanlar diapazonu fərqlənir.
Tədqiqat işində qlobal energetik təchizatın müxtəlif inkişaf senariləri bir araya gətirilir, enerji
faktorları qiymətləndirilərək təhlil edilir və onların xronoloci əvəzlənməsi hipotetik düzümdə
təqdim olunur. Energetik epoxaların amplitudasının məntiqi, aksimotik təyinatı özü-özlüyündə
milli energetik strategiyaların formalaşması və təkmilləşməsi aspektində praktiki istifadə
təyinatlı materiala çevrilir. Ümumilikdə iqtisadiyyatın sosiallaşması konsepsiyası və onun yeni
rakuslu tədqiqat prosesi tam bir emprizmi şərtləndirərək gələcək istifadənin informatik bazası
çıxışında bulunur. Bu aspekt açıq vətəndaş cəmiyyəti quruculuğunda, sosiumun inkişaf
problemlərinin araşdırılmasında qlobal demoqrafik potensialın təbii sərvətlərə uzlaşma
optimallığının təyinatına, sosial və ekoloji məsuliyyətin yeni postulatlarının formalaşmasında,
rasional seçimli, futuroloji məntiqli sosial-iqtisadi proqnozlarda istifadə gərəkliyini yüksəldir.
Tədqiqatın obyektlər silsiləsində aydınlıqların artması, təəssüratların daha da
genişləndirilməsi mütəfəkkir portretləri, illüstrasiyaların, cədvəl və qrafik materialların təqdimatı
ilə həllini tapmışdır. Məxsusi olaraq Azərbaycan oxucusu üçün 1969-2005-ci illərdə iqtisadiyyat
sahəsində Nobel laureatlarının nailiyyətlər kontekstində təsnifat siyahısı verilmişdir. Kitabda
təsərrrüfat həyatına aid məhşur kəlamlar, aforizmlər və habelə ayrı-ayrı homo ekonomikusların
qısa fikir və mülahizələrini əks etdirən xüsusi bölmə təqdim olunmuşdur. Ədəbiyyat siyahısında
hər bir nəşriyyat məhsulu tədqiqatın konkret araşdırma və təhlil məqamları ilə rəqəmli işarələrlə
uzlaşdırılmışdır. Tədqiqat sonluğunda abreviaturaları mənalandıran müvafiq açıqlama verilmiş,
iqtisadi və sosial elmi vəhdəti ifadə edən əsas anlayış və istilahların ən mümkün lakonik
interpretasiyada lüğəti əks olunmuşdur. Nəticələr ümumiləşərək sistem halına gətirilmiş,
monoqrafik tədqiqatın rus və ingilis dillərində annotasiyalarına ayrıca təqdimat verilmişdir.
10
Dostları ilə paylaş: |