SƏrraf şİruyə



Yüklə 2,99 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix05.05.2017
ölçüsü2,99 Kb.
#16928
1   ...   6   7   8   9   10   11   12   13   14

 
                                                 
1
 Bеş öncə – Məhəmməd, Əli, Həsən, Hüsеyn, Fatimə. 

Sərraf Şiruyə             
                           
                          
 
 
168 
 
NƏ GÖZƏL 
 
İlahi xəlq еdib öz qüdrətindən, 
Təbiət nə gözəl, insan nə gözəl. 
Hər kəlməsi şəriətə bağlanan, 
İncil, Zəbur, Tövrat, Quran nə gözəl. 
 
Oxumuşam şəriətdən min ayə, 
Anlamışam bir bəndini min aya. 
İbrahim oğlunu gətdi Minaya, 
Tanrıdan qoç gəldi, qurban nə gözəl. 
 
Kilsələr dağılıb, bütlər talanıb, 
Kimi haqqa, kim nahaqqa calanıb, 
İki mələk çiyinlərdə dolanıb, 
Yazır xеyri, şəri pünhan nə gözəl. 
 
Şiruyə, xaliqin bax dünyasına, 
Həqiqət suyu ol, ax dünyasına, 
Nahaqq dünyasından, haqq dünyasına, 
Çəkir qəfləsini sarban nə gözəl. 
 

             
                           
                          Susma, ürək…
 
 
169 
  
Bizi bu töhmətlə ellər ağlamaz, 
Mən səni ağlayım, sən məni ağla. 

Sərraf Şiruyə             
                           
                          
 
 
170 
 
OLSUN 
 
Bir mən olum, bir də mehri mələyim, 
Laləli çəmənlər yatağım olsun. 
İstəmirəm bu məclisə şam, çıraq 
Ay doğsun, üstümdə çırağım olsun. 
 
Tamaşa eyləyək yala, yamaca, 
Bir bulaq başına enək astaca, 
Nə köhlən istərəm, nə uçan xalça, 
Zirvələrə qalxan ayağım olsun. 
 
Yarın dil-dodağı mey olsun mənə, 
Şəlalənin səsi ney olsun mənə. 
Sevgilim kamalda tay olsun mənə, 
Həyat yollarında dayağım olsun. 
 1984-cü il. Göyçə, Daşkənd kəndi. 
 
 
EYLƏDİM 
 
Kimi var-dövlətə, kimi sərvətə, 
Mən də gözəllərə tamah eylədim. 
O bundan xətadı, bu ondan xəta, 
İlahi, nə qədər günah eylədim?! 
 
Nə var ucalığa gözəli yazdım, 
Odur gözəlliyin əzəli yazdım, 
Tərifinə neçə qəzəli yazdım, 
Yuxusuz gecəmi sabah eylədim. 
 

             
                           
                          Susma, ürək…
 
 
171 
Dastan yazdım, gözəlliyi car etdim, 
Gözəllikdən ötrü ahu-zar etdim
Gözəlləri hökmü-ixtiyar etdim, 
Bir xaqan eylədim, bir şah eylədim. 
 
Şiruyəyəm, gözəl könlüm yıxanda, 
Divanə sözünü başa qaxanda. 
Əhdinə, andına dönük çıxanda, 
Bir aman qopardım, bir ah eylədim. 
 
 
 
O GÖZLƏR ALA 
Təcnis 
Hansını istəyim, sevim bilmirəm, 
Bu gözlər qaradı, o gözlər ala. 
Nə bir rəng yaxılıb, nə boyası var, 
Qüdrətdən yaranıb o gözlər ala. 
 
Uçub xanimanım, qalaçam, qalam, 
Mən harda yaşayam, mən harda qalam? 
Qorxuram aldada – bəd günə qalam, 
Məni yaman çəkir, o gözlər ala. 
 
Gördüm cəmalını, yar Aya dönüb, 
Bir günüm çevrilib, yar, aya dönüb!... 
Şiruyə, dərmansız yaraya dönüb, 
Az qalır canımı o gözlər ala. 
5 dekabr 2009-cu il. 
 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
172 
 
DODAQLAR 
 
Ax necə dəyişdi zaman əlində, 
İlk öpüş görəndə əsən dodaqlar. 
Ax necə unutdu, məni görəsən? 
Görməyəndə asıb, kəsən dodaqlar. 
 
Unutdu əhdini biilqar oldu, 
Sevəni alçaltdı, özü xar oldu, 
Kimləri sevirdi, kimə yar oldu, 
O nərgiz dodaqlar, süsən dodaqlar. 
 
Şiruyə, yamanı zaman axtarmaz, 
Əhli-hal soruşmaz, qanan axtarmaz, 
Bir də görüşməyə güman axtarmaz, 
Nifrətlə inciyən, küsən dodaqlar. 
 
 
 
MƏNİMKİDİ 
 
Qatdı dodağımız balı qaymağa, 
Qaymaq səninkidi, bal mənimkidi. 
Yanaqlar xallandı şux öpüşlərdən, 
Yanaq səninkidi, xal mənimkidi. 
 
Gecə uzun, gəl uzadaq söhbəti, 
Nəyə qadir deyil eşqin qüdrəti? 
Saçlara baxmaynan, gözəl, xəlvəti, 
Şəvə səninkidi, çal mənimkidi. 
 

             
                           
                          Susma, ürək…
 
 
173 
Bir nalədi harayımız, hayımız, 
Ötüb keçir baharımız, yayımız. 
Bax, bu gərdənimiz, bu da boyumuz, 
Əlif səninkidi, dal mənimkidi. 
 
Axtar Şiruyəni könlün coşanda, 
Nakam istəyinə nəğmə qoşanda. 
Üz-üzə gələndə, qarşılaşanda, 
Hörmət səninkidi, yol mənimkidi. 
 
 
 
VAR 
 
Sən yoxsan, günəşim, havam, suyum yox
Sən varsan, dünyam var, kainatım var. 
Sən yoxsan, havarım, demək hayım yox, 
Sən varsan, köməyim, qol-qanadım var. 
 
Sən yoxsan, sevincim, şadlıq dəmim yox, 
Qohumum, sirdaşım, bir həmdəmim yox, 
Sən varsan, qüssəm yox, kədər, qəmim yox, 
Sən varsan, çağlayan xoş həyatım var. 
 
Gözəlim, gözəllik çoxdu həyatda, 
Ən böyük gözəllik bəxtdi həyatda, 
Sən yoxsan, Şiruyə yoxdu həyatda, 
Sən varsan, sevincim, səadətim var. 

Sərraf Şiruyə             
                           
                          
 
 
174 
 
QALIR 
 
İlk eşqin həsrəti, ilk eşqin dağı, 
Sevən ürəklərdə xal kimi qalır. 
Dönür xatirəyə ilk görüş günü. 
İlk öpüş dodaqda bal kimi qalır. 
 
Bəlkə də bu eşqi duymur hər könül, 
Tez incisə, tez barışar kür könül, 
Eşqin gücünə bax, dəli bir könül, 
İstək qarşısında lal kimi qalır. 
 
Ay keçir, il keçir, ovunmur ürək, 
Könlündə yaşayır sevdiyin mələk. 
Şiruyə, həqiqi məhəbbət, istək, 
Dönür dastanlara, ləl kimi qalır. 
 
 
 
TAPMIŞAM 
 
Mənim balım, qaymağımdı dodağın, 
Lalə gəzsəm yanağındı, tapmışam. 
Qaşların yoluma nur saçan aydı, 
Ayna gəzsəm buxağındı, tapmışam. 
 
İnciyərəm, “qara” demə özünə, 
Qurban olum şölələnən gözünə. 
Günəş deyim camalına, üzünə, 
Gözəl gəzsəm sorağındı, tapmışam. 
 

             
                           
                          Susma, ürək…
 
 
175 
Sinəndədi, əlvan gəzsəm, ağ gəzsəm, 
Qoynundadı aran gəzsəm, dağ gəzsəm. 
Tər qoxulu bağça gəzsəm, bağ gəzsəm, 
Şamamalı qucağındı, tapmışam. 
 
Əhdinə, eşqinə könül bağladım, 
Xoş arzu, diləklə coşdum, çağladım, 
Sərraf Şiruyəni hey soraqladım, 
Öyrəndim ki, qonağındı, tapmışam. 
 
 
 
NƏ TEZ GƏLMİSƏN 
  
Vüsal vədəsinə gecikən gözəl, 
Ayrılıq çağına nə tez gəlmisən?! 
Əbədi yadlığa, sonsuz həsrətə, 
Hicran qucağına nə tez gəlmisən?! 
 
Azdıq yollarını biz səadətin, 
Dözək əzabına indi firqətin. 
Qönçə ikən solan kəm məhəbbətin, 
Xəzan sorağına nə tez gəlmisən?! 
 
Ay kor olan gözüm, sınan qanadım, 
Nə tez ürəyindən silindi adım? 
Dünənki istəyim, bugünkü yadım, 
Bu qəm ocağına nə tez gəlmisən?! 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
176 
 
ALANDIMI 
 
Bu qara qaş, bu qara göz, 
Məni məndən alandımı? 
Həsrətini, möhnətini, 
Ürəyimə salandımı? 
 
Çox ürkəkdi, səksəkədi, 
Dodaqları bir tikədi. 
Deyirlər ki, məleykədi, 
Doğrudumu, yalandımı? 
 
Yanaqları dağ lalası, 
Ağzı saqi piyalası, 
Görən bu göllər sonası, 
Heç qeydimə qalandımı? 
 
Dedim: – nazlı yar görürəm, 
Dedi: – saçda qar görürəm. 
Dedim: – ümid var görürəm, 
Dedi: – heç gör olandımı? 
 
Şiruyəni qəmi üzdü, 
Eşqin həsrət dəmi üzdü. 
Busə umdum, ağız büzdü, 
Dedi: – zalım, talandımı? 
 

             
                           
                          Susma, ürək…
 
 
177 
 
BƏXTİNƏ 
 
Əğyar ilə qürrə atdıq – xar oldum, 
Gülüş düşdü bəxtəvərin bəxtinə. 
Vəslinə yetmədim el gözəlinin, 
Öpüş düşdü bəxtəvərin bəxtinə. 
 
Qismət buymuş, nə danışdım, nə dindim, 
Öz bəxtimdən, iqbalımdan deyindim. 
Hökm olundu, ucalıqdan mən endim, 
Yeriş düşdü bəxtəvərin bəxtinə. 
 
Şiruyəyəm, dodağımda ün getdim, 
Yollarımı tutdu duman, çən, getdim, 
Könüllərdən mən silindim, mən getdim, 
Gəliş düşdü bəxtəvərin bəxtinə. 
 
 
 
ƏRİMƏZ 
 
Həsrətindən ürəyimdə, a dilbər, 
Yağ əriyər, məhəbbətim əriməz. 
İllər ötər, əsər tufan, qasırğa, 
Dağ əriyər, məhəbbətim əriməz. 
 
Qəlbim olar günü-gündən oxlanan, 
Eşqin olar əzizlənib saxlanan. 
Ürəyimdə düyün-düyün bağlanan, 
Dağ əriyər, məhəbbətim əriməz. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
178 
Yay adlayar, payız gələr, qış düşər, 
Ömrün gənclik sarayından daş düşər. 
Düşgünlükdən yanağıma yaş düşər, 
Çağ əriyər, məhəbbətim əriməz. 
 
Yorğun düşər ayağım da, əlim də, 
Qabarlanar dodağım da, dilim də. 
Şiruyəyəm, yenə deyim, könlümdə 
Yağ əriyər, məhəbbətim əriməz. 
 
 
 
AY YARIDIMI 
Təcnis 
Ayın yarısına yar vədə verib, 
Hesablayın görün ay yarıdımı? 
Buludlu gecələr qoymur görünə, 
Bilinmir Ay bütöv, Ay yarıdımı. 
 
Bu qəmdə yanağı sarı olacam, 
Gülün bülbülü yox, sarı olacam.
1
 
Yar Yaxşı, mən Aşıq Sarı olacam, 
Onlar bir kam alıb, ay yarıdımı? 
 
Bir nazənin gəlir ay sinə-sinə,
2
 
Elə bil qonubdu ay sinəsinə. 
Töküb hörükləri ay sinəsinə, 
Gələn Şiruyənin ay yarıdımı? 
 
                                                 
1
 Sar – gülün xoşlamadığı quş. 
2
 Ay sinə-sinə – ürkə-ürkə, sürünə-sürünə. 

             
                           
                          Susma, ürək…
 
 
179 
 
QAYIT, GÜLÜM, QAYIT ON BEŞ YAŞINA 
 
Düşünməzdin nə rütbə var, nə sərvət, 
İstəməzdin yersiz şərəf, nə şöhrət. 
Hey deyərdin – yaşa ilqar, sədaqət, 
Bu hərislik hardan gəldi başına? 
Qayıt, gülüm, qayıt on beş yaşına. 
 
Şan-şöhrətdi həya, ismət – deyərdin, 
Xəzinədi yaxşı hörmət – deyərdin. 
Ucalıqdı namus, qeyrət – deyərdin, 
Dövran, zaman nə gətirdi başına? 
Qayıt, gülüm, qayıt on beş yaşına. 
 
Sən vermisən, saçımdakı dəni, sən, 
Başımdakı dumanı sən, çəni sən, 
Bircə günü görməsəydin məni sən
Güc verərdin gözlərinin yaşına, 
Qayıt, gülüm, qayıt on beş yaşına. 
 
Hər ötən gün kamalını aldımı? 
Şöhrət səni girdabına saldımı? 
O vəfadan bir nişanə qaldımı? 
Tale niyə zəhər qatdı aşına? 
Qayıt, gülüm, qayıt on beş yaşına. 
 
O ismətli yanaqların bəs hanı? 
O titrəyən dodaqların bəs hanı? 
İstək dolu o çağların bəs hanı? 
Ləkə sürtdün kirpiyinə, qaşına, 
Qayıt, gülüm, qayıt on beş yaşına. 

Sərraf Şiruyə             
                           
                          
 
 
180 
 
Şiruyəyəm, dərdim, qəmim dağ oldu, 
Xəlvət-yalan aşkarada ağ oldu, 
İlin, günün, çağın özgə çağ oldu, 
Zəhər yağdı torpağına, daşına, 
Qayıt, gülüm, qayıt on beş yaşına. 
 
 
 
GÖZƏLDİ 
 
Yanaqda xal gözəldi, 
Dodaqda bal gözəldi, 
Üzdə sevinc duyğusu, 
Gözdə xəyal gözəldi. 
 
Gərdəndə tel gözəldi, 
Dağıda yel gözəldi, 
Eşqi təmiz, əhdi saf, 
Hər incə bel gözəldi. 
 
Əllər ola sayalı, 
Baxış ola həyalı. 
Qaş özündən boyalı, 
Şəkərli dil gözəldi. 
 
Zəhmətə bağlı ürək, 
Pak əməl, ülvi dilək. 
İlk məhəbbət, ilk istək, 
Sonda vüsal gözəldi. 
 
 

             
                           
                          Susma, ürək…
 
 
181 
 
AY ALLAH 
 
Qoru bədnəzərdən, qoru bəd gözdən, 
O camala yel dəyməsin, ay Allah. 
Gərdənə tökülən bulud tellərə, 
Bir biganə tel dəyməsin, ay Allah. 
 
Başında bir qovğa-qal dolanmasın, 
Boynuna uğursuz şal dolanmasın, 
Qoluna vəfasız qol dolanmasın, 
Əlinə yad əl dəyməsin, ay Allah. 
 
Salma Şiruyəni ondan uzağa, 
Bir xoş baxışına ollam sadağa. 
Qoru bədnəzərdən, o bal dodağa, 
Özgə, qeyri dil dəyməsin, ay Allah. 
 
 
 
DEMİŞDİM 
 
Leyli olmalıydın, axı mən səni, 
Sevəndən, a zalım, Leyli demişdim. 
Gözəlllər gözəli bilmişdim səni, 
Dodağı məzəli, meyli demişdim. 
 
Qəlbim parça-parça yarıldı getdi, 
Eşqimin telləri qırıldı getdi, 
Gör bir neylədin ki, ayrıldı getdi, 
Ayrılmaz könlümün meyli demişdim. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
182 
Susma, gülüm, bircə ağız dinsənə, 
Nə gətirdi ötən ömür, gün sənə? 
Dünya hikmətindən axı mən sənə, 
Xeyli danışmışdım, xeyli demişdim. 
 
Sorma Şiruyəni o yan, bu yandan, 
Daha silinibsən ürəkdən, candan. 
Könlümə hakimdi əzəl binadan, 
Ancaq saf məhəbbət əhli demişdim. 
 
 
 
CINAYƏTDİ 
 
“Sevirəm” deyən kimsəyə, 
Sevmə demək cinayətdi. 
Sevən kəsə biganəlik, 
Xəyanətdi, xəyanətdi. 
 
Əfsanədir ötən anın, 
Yoxdursa bir mehribanın. 
Bu dünyanın, o dünyanın, 
Yaraşığı məhəbbətdi. 
 
Ay Şiruyə, ha yat, ha yat, 
O yatmaqlar deyil həyat. 
Məhəbbətsiz bu kainat, 
Cəhalətdi, cəhalətdi. 
 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
183 
 
OLMAZ 
 
Atalar, babalar gözəl deyibdi:  
İstək olan yerdə, xəyanət olmaz.  
Hər ürəkdə vəfa, könüldə saflıq,  
Hər canda cəfaya dəyanət olmaz.  
 
Məhəbbət ürəkdə, qəlbdə bitməsə,  
Xoşbəxtlik, səadət verməz heç kəsə. 
İlqar tapdanmasa, inam itməsə,  
Sevgidə heç zaman cinayət olmaz.  
 
Daha Şiruyədə qalmayıb dözüm,  
Bəsdir nazı-qəmzən, ay canım-gözüm. 
Yandırdı cismimi alovum, közüm. 
Bu qədər zalımlıq, Məlahət, olmaz. 
 
 
DEDİLƏR 
 
Yaşadar məhəbbəti düz əhdi-peyman – dedilər, 
Yaşayan məhəbbətə yüz cürə qurban – dedilər. 
 
Gözəlliyə səcdə qılıb, eşq üçün can verənə, 
Aqillər qiymət verib, ən böyük insan – dedilər. 
 
Eşq ilə dolu könül çıraqlı bir xanimandı, 
Eşqsiz bir ürəyə susuz dəyirman – dedilər. 
 
Eşqli bir ürəyin od-atəşi sönməz olar, 
Bəxş edib o atəşi sevdiyi canan – dedilər. 

Sərraf Şiruyə             
                           
                          
 
 
184 
 
Vətən eşqi də gərək hər eşqdən olsun uca, 
Vətəni sevməyən kəs olacaq peşman – dedilər. 
 
Eşqilə uydu Şiruyə təcnisə, həm qəzələ, 
Ona təcnis ustadı, naşı qəzəlxan – dedilər. 
 
 
 
MƏHƏBBƏTİM 
QOCALMIR Kİ, QOCALMIR 
 
Saç ağarır, diş tökülür, yaş ötür, 
Məhəbbətim qocalmır ki, qocalmır. 
Nurdan düşür, gözlərimi yaş örtür, 
Məhəbbətim qocalmır ki, qocalmır. 
 
Tər çiçəkdən çələng hörrəm yenə mən, 
Könlüm üçün təzdən qurram binə mən, 
Namaz qılıb, baş endirrəm dinə mən, 
Məhəbbətim qocalmır ki, qocalmır. 
 
Büzüşürəm yoluxlanmış qaz kimi, 
Dınqıldannam sınıq-salxaq saz kimi, 
Sümüklərim şaqqıldayır qoz kimi, 
Məhəbbətim qocalmır ki, qocalmır. 
 
 
 
 
 
 

             
                           
                          Susma, ürək…
 
 
185 
  
GÜMANA BAX, GÜMANA 
 
Hər baxışı od qoyubdu sinəmə, 
Sən bir qaşı kamana bax, kamana, 
Əldən alıb qərarımı, səbrimi, 
Başımdakı dumana bax, dumana. 
 
İstəyirəm canı oda qalayam, 
Qollarımı gərdəninə dolayam, 
Bal bələnmiş dodağını yalayam, 
Könlümdəki gümana bax, gümana. 
 
Şiruyəyəm, bizi sayə salmayır, 
Salam verrəm, salamımı almayır. 
Can deyirəm, cana qail olmayır, 
Məndən şeir umana bax, umana. 
 
 
 
BALDI 
 
Baxışlar birləşdi bir axşam çağı, 
Mən dedim – sevincdi, sən dedin – qaldı. 
Məhəbbət bağladı dili, dodağı, 
Mən dedim – sevdadı, sən dedin – aldı. 
 
Mən dedim – düz olsun əhdin, ilqarın, 
Sən dedin – get axtar, özgədi yarın. 
Mərmər sinən üstə cüt qoşa narın, 
Mən dedim – dəymişdi, sən dedin – kaldı. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
186 
Mən dedim – büsə ver lalə yanaqdan, 
Sən dedin – yağılar baxır uzaqdan. 
Əmib, məst olduqca dildən, dodaqdan, 
Mən dedim – şəkərdi, sən dedin – baldı. 
 
Mən dedim – Şiruyə çəkər həsrəti, 
Sən dedin – salmaynan belə söhbəti. 
Dən düşən saçıma baxdın xəlvəti, 
Mən dedim – gümüşdü, sən dedin – çaldı. 
 
 
 
QIZ 
 
Xallar nədən səpələnib, 
Buxağının sağına, qız? 
Bircəciyi kaş düşəydi, 
Yanağının ağına, qız. 
 
İnsafa gəl, kərəm eylə, 
Könlü-könlə həmdəm eylə, 
O xalları məlhəm eylə, 
Gözlərimin ağına, qız. 
 
Sevinc olaq, oyun olaq, 
Bəxşiş, sovqat boyun olaq, 
Yaxın gəl, qol-boyun olaq, 
Çıxaq Vətən dağına, qız. 
 

             
                           
                          Susma, ürək…
 
 
187 
 
YUXUMA GİRMƏ 
 
Mən daha yatmıram o arzularla, 
Ey canan dediyim, yuxuma girmə. 
O dünyam, bu dünyam bəxtim, iqbalım, 
Din-iman dediyim, yuxuma girmə. 
 
Ey bahar ətirli çiçək bildiyim, 
Tər-qönçə bildiyim, ləçək bildiyim, 
Qəlbimə, könlümə göyçək bildiyim, 
Pir-loğman dediyim, yuxuma girmə. 
 
Yadların əlinə verdin qılıncı, 
Məni də özüntək etdin zarıncı. 
Yuxulayıb dəyişdirmə balıncı, 
Canda can dediyim, yuxuma girmə. 
 
Gözündə kiçildi günəş varlığı, 
Sevdin yarasatək hey qaranlığı. 
İtirdin istəyi, mehribanlığı, 
Ey güman dediyim, yuxuma girmə. 
 
Şiruyəyəm, qasırğa var, tufan var, 
Bizim aramızda bir okean var, 
Elə sanma görüşməyə güman var, 
Şah-Xaqan dediyim, yuxuma girmə. 

Sərraf Şiruyə             
                           
                          
 
 
188 
BƏS DEMƏ 
 
Sözü şəkər, 
Özü şəkər,  
Can alansan, 
Desəm əgər – 
 
bəs demə. 
 
Buxağı ağ, 
Dili qaymaq, 
Dastan yazım, 
Varaq-varaq –  
 
bəs demə. 
 
Dişi mərcan, 
Döşü fincan, 
Sənə qurban, 
Olsun bu can –  
 
bəs demə. 
 
Günəş üzlü, 
Ceyran gözlü, 
Qonaq gəlim, 
Sizə sözlü – 
 
bəs demə. 
 
Şümşad əlli, 
İncə belli. 
Yolun olum, 
Siyah telli – 
 
bəs demə. 
 

             
                           
                          Susma, ürək…
 
 
189 
Nazik bədən, 
Hərdən-hərdən, 
Tərifini, 
İstə məndən – 
 
bəs demə. 
 
Baxışı nur, 
Duruşu nur. 
Desələr ki, 
Gözəl budur – 
 
bəs demə. 
 
Lalə yanaq, 
Sinən yaylaq. 
Qulun olum, 
Ay ayqabaq – 
 
bəs demə. 
 
Şiruyəyəm, 
Görüş alım, 
Dodağından 
Gülüş alım, 
Qol dolayım 
Gərdəninə, 
Yanağından, 
Öpüş alım – 
 
bəs demə, 
 
bəs demə. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
190 
 
MƏN SƏNİ AĞLAYIM, 
SƏN MƏNİ AĞLA 
Yüklə 2,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin