Əl qumbaraları və atıcı silahlar. I Dünya müharibəsinə qədər nadir istifadə edilən əl qumbaraları
müharibə cəbhələrində olduqca səmərəli silah olmasını sübut etmişdi. Canlı qüvvəyə qarşı və sadə səhra
maneələrinin dağıdılması üçün istifadə edilən qumbaralar haqlı olaraq "cib artilleriyası" adlandırılırdı.
Maraqlıdır ki, dövrün əksər sənədlərində əl qumbaraları "bomba" və ya "əl bombası" kimi göstərilir. Bakı Soveti
və
Sentrokaspi Diktaturasının qoşunları 1912-ci il nümunəli Rusiya, 1914-cü il nümunəli Rusiya və İngiltərənin
Lemon əl qumbarasından istifadə edirdilər. 1912 və 1914-cü il nümunəli Rusiya əl qumbaraları ənənəvi formaya
malik olaraq hücum qumbarası kimi 20-60 addım məsafəyə atılırdı. 1914-cü il nümunəli Rusiya qumbarasının
üstündə bərkidilən iplər düşmənin tikanlı məftillərdən ibarət maneəsində partlatmağa imkan verirdi.
Lemon əl qumbarası onu icad etmiş ingilis mühəndisinin şərəfinə ad almışdı. O, Rusiya ordusunda
"limonka" adı ilə tanınırdı. Quruluşca limon sitrus meyvəsinə oxşaması belə adın uzunömürlülüyünü təmin
61
etmişdi. Müdafiə qumbarası (səngərdən və ya sipərin, maneənin arxasından atılmalı idi) olan Lemon əl
qumbarasının qəlpələri daha böyük ərazidə səpələnirdi, lakin bəzi texniki qüsurlarına görə təhlükəli idi.
Bakı Soveti və Sentrokaspi diktaturasının qoşunları 1905-ci il nümunəli üçayaq üstündə "Maksim"
dəzgahlı və 1910-cu il nümunəli Sokolov dəzgahı üstündə "Maksim" dəzgahlı pulemyotları, həmçinin yüngül əl
pulemyotları olan "Lyuis" və "Kolt" pulemyotlarından
istifadə
edirdilər.
İnqilab və Rusiyada vətəndaş
müharibəsinin rəmzinə çevrilən "Maksim" dəzgahlı
pulemyotuna daha çox üstünlük verilirdi. Təsadüfi deyil ki,
Moskvaya az qala hər teleqramında S.Şaumyan bu
pulemyotlardan mümkün qədər çox göndərilməsini xahiş
edirdi.
Pu-lemyotlar
əsasən
piyada
taborlarda
bölüşdürülürdü (təxminən bir taborda 4 dəzgahlı pulemyot olmaq şərti ilə). Həmçinin əlahiddə "pulemyot
komandaları" da yaradılmışdı. 40 nəfər heyəti olan pulemyot komandasıda 8-10 pulemyotdan başqa
pulemyotları, şəxsi heyəti, ehtiyat hissələrini və patron ehtiyatını daşımaq üçün nəqliyyat olur, komandaya ən
sərrast pulemyotçular daxil edilirdi. Alay və briqadaların ehtiyat atəş qüvvəsini təşkil edən pulemyot
komandaları döyüşün ən ağır sahəsinə göndərilirdi. 1918-ci ilin mayında Qırmızı Ordunun 1-ci korpusunda 3
pulemyot komandası mövcud idi.
General Denstervilin qeydlərinə görə, ingilislər "şəhərdə pulemyot atəşinə öyrənmək üçün təlimatçı
məktəb açdılar". Bu isə qoşunlarda kifayət qədər pulemyotların olmasından xəbər verir.
I Dünya müharibəsi dövründə piyada hissələrin əsas silahı maqazinli tüfənglər idi. Bakı Soveti və
Sentrokaspi Diktaturasının qoşunları keçmiş çar ordusunun tüfənglərindən istifadə edirdilər. Qeyd etmək
lazımdır ki, müharibə zamanı tüfənglərin çatışmazlığı məsələsi elə həddə çatmışdı ki, Rusiya hökuməti müxtəlif
çaplı və növlü, müxtəlif ölkələrin tüfənglərini istifadə üçün ordu hissələrinə paylamışdı. Patron və ehtiyat
hissələrinin çatışmazlığı problemi istər müharibə dövründə, istərsə də Qafqazda baş verən hadisələrdə özünü
büruzə
verirdi.
Rusiya ordusunun rəsmən silahlanmaya qəbul etdiyi 1891-ci il nümunəli piyada üçxətli (7,62 mm-lik)
tüfəngi (Mosin sistemli) 5 patronluq sandığa malik olmuşdur. Ondan başqa silahlanmaya piyada tüfənginin
növləri olan 1891-ci il nümunəli draqun üçxətli (7,62 mm-lik tüfəngi, 1891-ci il nümunəli kazak üçxətli (7,62
mm-lik) tüfəngi və 1907-ci il nümunəli üçxəttli (7,62 mm-lik) karabin qəbul edilmişdir. Mosin sistemli
tüfəngdən başqa qoşunlar Fransa istehsalı olan 1907/1915-ci il nümunəli 8 mm-lik "Lebel" tüfəngi ilə, həmçinin
Arisaka, Berdan 2, Vetterli, Manlixer sistemli tüfənglər də istifadə edilirdi.
Tараnçа və revolverlər sırasında ən çox istifadə edilənlərdən biri Smit-Vesson III (1880-ci il nümunəli)
revolveri idi. 10,67 mm-lik, 6 patronluq bu revolver ABŞ-da icad edilsə də Rusiya zavodlarında da istehsal
olunurdu. Populyar revolver 1895-ci il nümunəli 3 xətli revolver (Naqan sistemli) idi. 7,6 mm-lik çap, 7 patrona
malik olan bu silah XX əsrin əvvəllərində texniki baxımdan sadə və ən etibarlı revolver kimi tanınırdı. Çar
ordusunda zabitlərə tapança və revolveri öz hesablarına almağa icazə verilirdi. Rəsmən silahlanmaya qəbul
edilmiş Smit-Vesson və Naqan revolverlərindən başqa 7,65 mm-lik Brauninq avtomatik tapançası və 1912-ci il
nümunəli 7,63 mm-lik Mauzer tapança-karabini geniş isti-fadə edilirdi.
Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunlarının istifadə etdikləri soyuq silahlar çar ordusunun
silahları idi: tüfənglərin süngüləri; 1913-cü il süvari qılıncı, 1913-cü il zabit şaşkası (Qafqaz növü), 1913-cü il
62
zabit şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər xəncəri, 1907-ci il nümunəli topçu
hissələrinin əsgər xəncəri, 1909-cu il zabit palaşı, 1910-cu il kazak növlü zabit şaşkası.
Yuxarıda adları çəkilən silahların sursat və ehtiyat hissələri tələb olunandan da çox idi. Sentrokaspi
Diktaturasına məktubunda general Denstervil qeyd edirdi ki, Bakıdan aldığı məktublarda "15.000 fəal şəhər
müdafiəçisi var. Onlar az təlim keçsələr də, yaxşı silahlanıblar" kimi məlumatlar var idi.
Şaumyan və Petrov öz tərəfdaşları ilə Həştərxana qaçarkən 13 gəmilik silah-sursatı özləri ilə aparmağa
cəhd göstərmişdilər. General Denstervil yazırdı ki, "əgər yeni hökumət bu gəmilərə getmək imkanı yaratsaydı,
Bakının sonrakı müdafiəsi mənasız olardı, lakin xoştbəxtlikdən kiçik gəmilərin heyətləri Direktoriya tərəfində
idi və o, tərəddüdlə də olsa, bolşeviklər tərəfindən tutulmuş gəmilərin qaytarılması əmrini verdi. Kanoner
gəmiləri artıq olan gəmilərin arxasınca düşmüş və bütün donanmanı limana geri qaytarmışlar..."
Daha sonra general göstərir ki, "tərksilah prosesi bir neçə gün çəkdi... Biz arsenalı qəbul edəndə onun
bütün əmlakı bir yerə tökülüb qalmışdı... Şaumyan və Petrovun gəmiləri boşaldılarkən bütün növ sursat
ayrılmadan anbarlarda olan əmlakın üstünə yığılırdı. Qoşunların hansısa tələbini yerinə yetirmək olmurdu, misal
üçün, lazım olan kalibrli mərmiləri tapmaq üçün bütün qalaqlanmış əmlakı axtarmaq lazım gəlirdi. Silah
anbarlarında müxtəlif dərmanlar, qramofonlar, tikiş maşınları və başqa şeylər var idi. Cəbbəxananın heyətində
bütün növ toplar var idi- çatışmayan hissələri, sınıq çaxmaqları və s. ilə. Tezliklə bütün bunlar sortlaşdırıldı,
tələb olunan qaydaya salındı və cəbhəyə göndərildi; tərəfimizdən otuz ədəd dəqiq atəş açan toplar tam döyüş
vəziyyətinə gətirildi..."
172
Qeyd
etmək lazımdır
ki,
hələ anbarlarda
olan
əmlak
qaydaya salınmadan polkovnik Keyvort 15 avqust raportunda göstərirdi ki, onun "sərəncamında (ingilislərin öz
silahlarından başqa) 6000 ədəd tüfəng var. Materiallarda qıtlıq hiss olunur, lakin şəhərdə kifayət qədər lazım
olan material var; onların müsadirəsinə başlamaq lazımdır. Əhalinin böyük hissəsi - həm bizim tərəfimizdə
olanlar, həm də bizi görməyə gözləri olmayanlar əla silahlanıblar və hökumət bizim üçün arzuolun-maz
qruplaşmaları tərksilah etmək üçün özündə kifayət qədər qüvvə görmür... Hərbi materialar üzərində nəzarət
yoxdur və çox material hədər yerə sərf edilir".
General Denstervil də materialların israf edilməsinə diqqət yetirmişdir. O, yazırdı: "hərbi sursatların
qənaətlə istifadəsi barəsində ciddi əmrə baxmayaraq həm top, həm də tüfəng sursatı hədər yerə sərf olunurdu.
Mən mövqelərin sağ cinahına rəhbərlik edən bir polkovnikin diqqətini onun mənasız yerə atəş açan
artilleriyasına cəlb etdim, Polkovnik cavab verdi: "bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərlərdə olanlar
bizim toplardan atəş açmağımızı çox xoşlayırlar və əgər mən ara-sıra toplardan atəş açmasam onlar səngərlərdə
qalmazlar".
İngilis qoşunlarının tərkibində olmuş kapitan Sesil Cadd özünün "General Denstervillə İran və
Zaqafqaziyada" adlı kitabında qeyd edir ki, Bakı uğrunda sentyabrın 14-də baş vermiş döyüşdə "pulemyotların
böyük hissəsi itirilmiş üstəlik topların çoxu sıradan çıxmışdı".
173
172
Денстервиль, с.103.
173
Captain Cecil G. Judge. With General Dunsterville In Percia And Transcaucasus // Kitabın mətni İNTERNET səhifədən götürülüb.
63
4. “Densterfors”
174
4.1. "Densterfors"un təĢkili
1917-ci ilin payızında ingilislər artıq anlamışdılar ki, rus ordusu, demək olar ki, yoxdur və Qafqaza yol
tapmaq üçün fürsət yaranır.
175
Öz məqsədlərini "Hindistana gedən yolları almanlardan qorumaq" şüarı ilə
gizlətməyə çalışsalar da, aydın idi ki, onları
maraqlandıran Cənubi Qafqazın strateji mövqeyi və
Bakının neftidir. Lakin baş verən hadisələrə dərhal
reaksiya vermək elə də asan olmadı: general
Denstervil yazır ki, Bağdaddan Bakıya qədər 800
mil məsafə var, bu məsafəyə qoşun göndərmək
üçün isə güc yoxdur. Nəticədə ingilis komandanlığı
tərəfindən qərara alır ki, hərbi təlimatçıların
başında general Denstervil Tiflisə göndərilsin, rus,
gürcü və erməni hərbi hissələrini yenidən təşkil
etsin və "türk-alman təhlükəsinə qarşı" mübarizə
aparsın. Generalın qeydləri göstərir ki, onlar "osmanlı ordusunun yorğunluğu və az ehtiyatlara malik olması",
gürcü və ermənilərin isə "öz torpaqlarını qoruduqlarına görə böyük ruh yüksəkliyi ilə vuruşacağına" və bütün
əməliyyatları təmin edəcək "ingilis qızılına" ümid
edirdilər. "Türklər almanlardan da bezikiblər və
onların pulu yoxdur. Almanlar isə türklərlə daim
küsüşürlər".
Lakin, general yazır ki, "təcrübə başqa
nəticəni göstərdi". General qeyd edir ki, ingilislərin
planları alt-üst oldu: "erməni və gürcülər dini
motivlərlə
bağlı
olmayan
səbəblərə
görə
müsəlmanlarla
küsüşdülər,
kommunist
-
xristianların hərəkətləri isə ona gətirdi ki, tatarlar
türklərlə əlaqə yaratdılar".
Cəbhə xəttində mövcud olan boşluğu
doldurmaq üçün ingilis ko-mandanlığı general Baratovun rus korpusunu yenidən təşkil etməyə çalışsa da, buna
nail ola bilmədi. Təkcə polkovnik L.Biçeraxovun dəstəsi ingilislərin təklifini qəbul etdi və onlara xidmət etməyə
başladı, lakin sayca az olan bu dəstə əməliyatların gedişində dönüş yaratmaq iqdidarında deyildi. 12 zabit, 40
əsgər, 1 zirehli və 41 minik avtomobili ilə Həmədan-Qəzvin-Ənzəli marşrutu ilə hərəkət edən ingilis dəstəsi
rəsmən "Densterfors"
176
, yəni "Denstervilin qoşunları" adını aldı.
Biçeraxovun dəstəsi general Denstervilə Ənzəliyə qədər yol aça bildi, çünki onun rəqibləri zəif
silahlanmış, hərbi təhsili və təcrübəsi olmayan yerli əhalidən ibarət idi. Lakin nizami Osmanlı qoşunlarını
məğlub edib Qars tərəfdən Tiflisə yol açmaq və ya Bakı Sovetini məğlub edib Bakıdan Tiflisə yol açmaq
Biçeraxovun imkanları xaricində idi. Nəticədə ingilis komandanlığı planlarını dəyişməyə məcbur oldu. General
Denstervil regionda olan qüvvələrlə əlaqə yaradıb ingilis qoşunları gələnə qədər onların Osmanlı qoşunlarına
qarşı müqavimətini təşkil etməli, eyni zamanda ərazilərin ingilis nəzarəti altına keçməsi üçün şərait yaratmalı
idi. Generalın yazdığına görə özü ilə kifayət qədər, "ingilis qızılı və İran gümüşü" götürən Denstervil siyasi
baxışlarından asılı olmayaraq ingilislərlə işləmək istənilən qüvvəni öz tərəfinə çəkməli idi.
Arxada təhlükəsizliyi təmin etmək üçün general Denstervil əkskəşfiyyat işinə böyük diqqət yetirirdi. Bu
işi o, kapitan Saundersə tapşırmışdı. Nəticədə o, alman və türk agentlərini zərərsizləşdirmiş, inqilabi
təbliğatçıları aradan götürə bilmişdi. Kəşfiyyat işinin yaxşı təşkili onun dəstəsini dəqiq məlumatlarla təmin
edirdi. Eyni zamanda general öz qüvvələrinin sayını artırırdı. O, qeyd edir ki, "Bakı bolşeviklərindən qaçmış rus
zabitlərinin bir tərəfə cəlb olunması həm də bütün hadisələrdən xəbərdar olmaq imkanı verirdi. Zabitlərdən ikisi
gizli missiya ilə Bakıya göndərildi. Bizim tərəfimizdən xidmətə götürülmüş zabitlər çox dürüst insanlardı,
müharibədə fərqlənmişdilər və özlərini göstərmək üçün istənilən tapşırığı yerinə yetirməyə hazır idilər, onlar öz
reputasiyalarını doğrultdular". Tədricən missiya "beynəlxalq çalarlar almağa başladı, çünki bizə üç fransız-
174
Bakıya çıxarılmış ingilis qoşunlarının komandanı L.Denstervil təyin edildiyinə görə rəsmi sənədlərdə bu qoşunlar «Densterfors», yəni «Denstervilin
qoşunları» adlanırdı.
175
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu,
s.488-491.
176
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.303.
64
zabiti qoşuldu. Polkovnik Şardinyinin rəhbərlik etdiyi bu zabitlərdən ikisi sonralar Fransaya qayıtdı, təkcə
leytenant Puadebar, Bakının tərəfimizdən itirilməsinə qədər bizimlə qaldı".
177
Bakıda baş verənlər barəsində Denstervilə Erməni Milli Şurasının mütəmadi olaraq yolladığı
nümayəndələr və Bakıdakı ingilis konsulu Mak-Donnel xəbər verirdilər. Мауın
əvvəlində Denstervilin qoşunları cəmi bir süvari eskadron, 4 zirehli avtomobil, 50
nəfər piyadadan ibarət olduğundan Azərbaycanda baş verən hadisələrə hərbi yolla
müdaxilə edə bilmirdi. O, yazırdı: "indi erməni koloniyası və bolşeviklər Qafqaz
İslam Ordusuna qarşı vuruşurlar. Ermənilərə əsl nifrət bəsləyən gürcülər onlara
kömək etmirlər. Biz onlara nə ilə kömək edə bilərik? Mənim fikrimcə, bu mümkün
deyil. Təkcə qoşunlar qayda-qanunu bərpa edə bilər, bizim isə qoşunlarımız yoxdur...
Onlar tam əldən düşənədək bir-birlərini öldür-məkdə davam etməlidirlər, bəlkə onda
biz orada qayda-qanun yarada bildik".
May ayında Denstervil öz dəstəsinə "əsasən Bakı aviaməktəbindən olan
təyyarəçilər, iyirmiyə yaxın ciddi seçilmiş və çox bacarıqlı rus zabitləri" əlavə etdi.
General yazır ki, onlar mənə Qafqazın gələcək işğalı üçün lazım olacaqlar. Hələlik isə
onlar Bakı ilə əlaqə yaradıb məlumat toplamaqda çox xeyirlidirlər". Həmin dövrdə
Denstervilin dəstəsinə Baş Qərargah zabiti, polkovnik Stoks təhkim edildi. Mayın
ortalarında general Qəzvində eser partiyasına mənsub olan bir neçə rus zabiti ilə
görüşdü və "gələcək Bakı əməliyyatlarında onlardan kömək" alacağı barəsində
razılığa gəldi. Mayın 25-də Denstervilin dəstəsinə 50 zabit və 150 əsgəri olan
polkovnik Keyvort birləşdi. Onlarla birgə İngiltərədən göndərilmiş rus qvardiya
suvari hissələrinin zabitləri də gəlmişdi. Məhz bu dövrdə ilk dəfə olaraq general anladı ki, əskərlərinin sayı türk-
Azərbaycan qoşunlarının qarşını almaq üçün kifayət etməyəcək. Bununla belə, Bakının tutulması elə böyük
üstünlüklər verə bilərdi ki, general avantüraya getməyə hazır idi. Hələlik Biçeraxovu göndərən general bütün
vasitələrlə öz qüvvələrinin sayını artırmağa çalışırdı.
Bu dövrdə Denstervil Bakı Soveti ilə gizli sövdələşmə imzalayır. O, özü qeyd edir ki, "texnikamız üçün
lazım olan benzin bizim düşmənlərin - bolşeviklərin əlində idi; onlar bizə benzin verməsəydilər bizim İrandakı
bütün əməliyyatlarımız dondurulardı... Onlara isə maşınlar lazım idi... Biz
qərara gəldik ki, 300 funtluq hər benzin partiyasına görə mən dəyəri 100
funt olan bir avtomobil verəcəyəm... Mən Bakı Sovetindən 50.000 funt
sterlinq məbləğində benzin aldım və ona görə 10 ford göndərməli idim,
lakin bu hökumət artıq devrilmişdi və mən avtomobilləri göndərmədim.
Zabitlər və aeroplanlar göndərməklə mən Ənzəlidə mövqelərimizi
möhkəmlətdim, bu isə Xəzər dənizinə nəzarət etmək üçün ilk addım idi".
Say azlığını general Denstervil texnika hesabına kompensasiya
etməyə çalışırdı. Mayın sonlarında onun dəstəsinə "kommodor Norrisin
rəhbərlik etdiyi bir neçə dörddüymlük toplarla silahlanmış kral dəniz
piyadaları dəstəsi" qoşuldu. Bu isə Xəzər ticarət gəmilərini silahlandırıb
güclü donanmaya malik olmaq imkanı verməli idi. Bımunla belə, general
təəssüf hissi ilə qeyd edir: "Göndərdiyim çaparlar vasitəsi ilə demək olar ki,
hər gün Bakı ilə əlaqə saxlayırdıq, dostlarımız sosialist-inqilabçılar
(eserlər) tezliklə çevriliş etməklə Bakıda yeni hakimiyyət qurub ingilisləri
çağıra bilərdilər. Hər gün yarana biləcək fürsətdən istifadə etməк üçün isə
mənim kifayət qədər qüvvəm yox idi".
"Tezliklə mən xəbər aldım ki, polkovnik Favielin komandanlığı ilə
39-cu piyada briqadası yük maşınlarında tam sürətlə mənim sərəncamıma
göndərilib. Bu briqadanın tərkibinə aşağıdakı hissələr daxil idi: Qloçester
və Şimali Staftord alaylarının 7-ci yığma taboru və Uorçester və Varvik
alaylarının 9-cu yığma ta-boru".
Avqustun 4-də ilk ingilis dəstəsi - polkovnik Stoksun rəhbərliyi ilə
Qent alayının 300 nəfərlik dəstəsi Bakıya gəldi.
178
Denstervil yazır ki, "Bakı
əməliyyatlarına rəhbərlik etmək üçün kral səhra artilleriyasının zabiti,
polkovnik Q.Keyvortu qərargahla birlikdə Bakıya göndərdim".
177
Денстервиль, с.141.
178
Лавров СВ. Политика Англии на Кавказе и Средней Азии в 1917-1921 годах // Вопросы истории, 1979, № 5, с.83.
65
Erməni Milli Şurasının və Sentrokaspı Dıktaturasının nümayəndələri dəfələrlə Denstervillə görüşüb onun
qoşunlarının sayca az olmasını bildirirdilər. Buna cavab olaraq Denstervil deyirdi ki, onun qoşunları təkbaşına
vuruşmağa gəlməyiblər, çoxsaylı və yaxşı silahlanmış erməni qoşunlarına təlim keçib onlarla bərabər
vuruşacaqlar. Bununla bərabər o, yazırdı ki, "imkan olan kimi Bakıya bütün mümkün olan qüvvələr
göndəriləcək".
Avqustun 17-də general Denstervil və onunla bütün dəstəsilə Bakıya gəldi. Çoxsaylı ingilis qoşunları,
tanklar və zirehli avtomobillər, möhtəşəm toplar və digər ağır texnika gözləyən Erməni Milli Şurasının və
Sentrokaspi Diktaturasının nümayəndələri ingilislərin qüvvələrinin cüzi olduğunu görüb təlaşa düşdülər.
4.2. Ġngilis qoĢunlarının komandanlığı
Lionel Çarlz Denstervil 1865-ci ildə anadan olmuş və “The United Services College” kollecini
bitirmişdir. Bu kollec Kral ordusu üçün gənc kadrları hazırlamaqla kadet korpusu rolunu oynayırdı (yeri
gəlmişkən, L.Denstervil məşhur yazıçı Redyard Kiplinqlə bir sinifdə təhsil almışdır; tədqiqatçılar hesab edirlər
ki, yazıçının "Stalki və K" əsərində Stalki obrazı L.Denstervilin xarakterinə əsasən yaradılmışdır). 1884-cü ildə
kral piyada qoşunlarında xidmətə başlayan gənc zabit Hindistana göndərilir. Burada o, şimal-qərb sərhəddində
Vəziristan vilayətində, sonra isə Çində xidmət edir.
179
I Dünya müharibəsi dövründə Hindistanın şimal-qərbində 1-ci piyada briqadasının komandiri vəzifəsində
çalışan polkovnik Denstervil 1917-ci il dekabrın 24-də yeni məxfi əmr aldı. Bu əmr ingilislərin Qafqaza
müdaxiləsinin təşkili ilə bağlıydı. Məhz Denstervilin
dəstə rəhbəri kimi seçilməsi, zənnimizcə, onun rus
dilini yaxşı bilməsi, Rusiyaya simpatiya ilə yanaşması
və avantüra xarakterli tədbirlərə meylli olmasıyla
əlaqədar idi. Ekspedisiya toplananda L.Denstervilə
general-mayor rütbəsi verildi. L.Denstervil 1946-cı ildə
İngiltərədə vəfat edib.
General
Denstervil
komandanlığı
həyata
keçirərkən Mesopotamiyada olan ingilis qoşunlarının
rəhbərliyi ilə əlaqə saxlayır, onlardan təlimatlar alırdı.
Ancaq yerlərdə onun fəaliyyətinə birbaşa nəzarət yox
idi, təkcə sentyabrın əvvəllərində Bakının qorunmasının
qeyri mümkün olması xəbərini aldıqda Bağdaddan general Lyuin gəlmiş, lakin o, Bakıda cəmi bir gün qalmış və
Denstervilin ingilis qoşunlarını təxliyyə etmək qərarı ilə razılaşmışdı.
General Denstervilin qeydləri onun dəstəsində fəaliyyət göstərmiş bir çox zabitlərin vəzifələrini
müəyyənləşdirməyə imkan verir.
General Denstervilin missiyasının xüsusi xarakterini nəzərə alaraq
onunla işləyəcək zabitlər "müharibənin müxtəlif cəbhələrindən: Fransadan,
Salonikidən, Misirdən və Mesopotamiyadan seçilmışdi. Onlar əslən Kanada,
Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika respublikalarından idi".
180
Ehtimal
ki, bu seçim Qafqazın iqlim və relyef şəraitinin xüsusiyyətləri ilə, yuxarıda
göstərilən bölgələrdə anadan olmuş zabitlərin belə iqlim və relyefə daha tez
uyğunlaşacağı məqsədilə aparılmışdı. Seçilmiş zabit və əsgərlərin zəngin həyat və
döyüş təcrübəsi ekspedisiyanın say azlığını kompensasiya etməli idi.
General Denstervil öz qeydlərində zabitlərinə yüksək qiymət verir. Belə ki,
"qərargahda işləmək üçün təyin edilən zabitlər məharətlə seçilmiş və onlardan bir
çoxu rus və fransız dillərini də bilirdilər. İngilis zabitlərinə Londondan
göndərilmiş, о cümlədən inqilabi Rusiyadan qaçmış rus zabitləri də əlavə
edilmişdi ki, onların xidmətləri olduqca qiymətli idi".
Polkovniklər Kletterbek, Dunkan və Xoskin general Denstervilin tapşırıqlar üzrə müavi vəzifələrini icra
edirdilər.
179
Menefee S.P. "Dunsterville, Lionel Charles," In H.C.G. Mathews and Brian Harrison (eds.), Oxford Dictionary of National Biography, vol. 17 (2004): p. 361-
363.
180
Денстервиль, c.11.
66
Baş Qərargah zabiti olan polkovnik Stoks əməliyyatların planlaşdırılmasında əvəzsiz idi. O, həmçinin
əməliyat vəziyyətinin qiymətləndirilməsi ilə məşğul idi. Ehtimal ki, bunları nəzərə alan Denstervil Бакıуа
gəlmiş ilk ingilis dəstəsinin komandiri vəzifəsinə polkovnik Stoksu təyin etmişdi. Generalın özü-nün Bakıya
gəlişindən sonra Stoks ingilis qoşunlarının qərargah rəisi təyin edilsə də, Sentrokaspi Diktaturası qoşunlarının
komandanı Dokuçayevin qərargahına göndərilmiş və burada məsləhətçi, əlaqə üzrə zabit və eyni zamanda,
Denstervilin "göz və qulaqları" vəzifələrini icra edirdi.
İngilis qoşunlarının komandanı vəzifəsini kral səhra artilleriyasının zabiti, polkovnik Q.Keyvort icra
edirdi. Mayın 25-də Denstervilin dəstəsinə qoşulan polkovnik avqustun 11-dən döyüşlərin sonuna qədər
qoşunların komandanı vəzifəsini icra etmişdir.
Bakıda olan ingilis qoşunlarının əsasını 39-cu piyada briqadasının alaylarından toplanmış yığma taborlar
təşkil etdiyindən bu hissələrə 39-cu piyada briqadasının komandiri polkovnik Faviel rəhbərlik edirdi. Bakı
uğrunda son döyüşlərdə o, müdafiə xəttinin sağ cinahına rəhbərlik edirdi.
Polkovnik Uorden piyada qoşunların müfəttişi təyin edilmişdi. O, əsasən
erməni qoşunlarının təlimi ilə məşğul olurdu. General Denstervil yazır ki, "onun
vəzifələrinə cəbhə xəttini hər gün gəzmək və yerli qoşunların onlara tapşırılmış
mövqelərdə olmasına (bunu о bir dəfə də olsun görməmişdir), onların ərzaq və
sursatla vaxtında təmin edilməsinə nəzarət etmək, insanların çoxsaylı və əsaslı
şikayət və tələblərini yoxlamaq və yerinə yetirmək tapşırıqları aid idi".
Qoşunların təminat məsələləri ilə polkovnik Krauford məşğul idi. General
Denstervil yazır ki, bu zabit "zirehi avtomobillər dəstəsinə rəhbərlik edir, lakin iş
bilən adam olduğundan Bakı intendantlığına rəhbərlik etmək ona tapşırılmışdır".
Ərzaq məsələsinin həll olunmasında polkovnikə ingilislərin Bakıda keçmiş konsulu
Klaren köməklik edirdi.
Bakıya təzə gələndə polkovnik Raulinsona arsenalda qayda-qanun
yaradılması tapşırığı verilir. О, bu tapşırığı bacarıqla həll etmişdi. Daha sonra
general Denstervil оnа Qafqaz İslam Ordusunun arxasında təxribat əməliyyatı
keçirməyi tapşırır. Plana əsasən Raulinson gəmi ilə Lənkərana gəlməli, daha sonra
Muğan qiyamçılarının köməyi ilə avtomobillər Muğan düzünün şimal hissəsinə
hərəkət etməli və Kür üzərində salınmış dəmiryol körpüsünü dağıtmalı idi.
Qeyd etmək lazımdır ki, bu tip əməliyyatlar məşhur polkovnik Lourensin
rəhbərliyi ilə ingilislər tərəfindən İngilis qoşunlarının zabiti, mayor Osmanlı
ordusunun arxasında Ərəbistanda da keçirilmiş və çox səmərəli olmuşdu.
Toplanmış təcrübənin Azərbaycanda da tətbiqi türk-Azərbaycan qoşunları üçün
təhlükəli ola bilərdi. General Denstervil qeyd edir ki, "Raulinson əməliyyatı
hərtərəfli hazırlamışdı və sentyabrın 13-də Lənkərana yollanmalı idi". Sentyabrın
12-də Bakıya həlledici hücumun hazırlanması barəsində xəbər alan Denstervil
Raulinsonun əməliyyatını təxirə salmağa məcbur oldu. Sentyabrın 14-də isə
təxliyyə başlayanda Raulinsona başqa tapşırıq verildi. O, 200 ton yük qaldıra bilən
"Armyanin" gəmisinə silah, sursat və partlayıcı maddələr doldurub Ənzəli
limanına yollanmalı idi. İngilislərin getməsinə maneçilik törətməyə çalışan rus-
erməni heyətinin müqavimətinə baxmayaraq Raulinson tapşırığı yerinə yetirdi. Raulinsona bütün tədbirlərində
ABŞ vətəndaşı Dana köməklik edir (o, əvvəllər Bakıda neft mədənlərində çalışmışdı), həmçinin tərcüməçi
rolunu oynayırdı.
Kral mühəndis qoşunlarının zabiti mayor Xaslam mövqelərin mühəndis təminatına cavabdeh idi. Ondan
ilk növbədə müdafiə xəttində səngərlərin qazılması və onların qarşısında tikanlı məftillərin çəkilməsi tələb
edilirdi. Avqustun 26-da türk-Azərbaycan qoşunlarının Palçıq Vulkanı təpəsinə hücumu zamanı mayor
müdafiəçilərlə birgə vuruşmuş və həlak olmuşdu.
İngilis
qoşunları
Bakıya
gələndə
zirehli
avtomobillər dəstəsinə (3 ədəd avtomobil) polkovnik
Krouford rəhbərlik edirdi. Lakin ona qoşunların ərzaqla
təminatı tapşırılmışdı. Zirehli avtomobillər dəstəsinə 3
ədəd rus avtomobili də əlavə edilmiş və dəstəyə rəhbərlik
markiz d Albissiyə tapşırılmışdı.
Yük maşınlarına cavabdehlik isə kapitan Aldqama
həvalə olunmuşdu.
General Denstervilin dəstəsində teleqraf - telefon
rabitəsinin qurulmasına mayor Pulverman rəhbərlik
edirdi. Ona kapitan Foksli köməklik göstərirdi. Bu iki
67
zabit etibarlı rabitə sistemi yarada bildilər.
Dəstənin maliyyə məsələləri ilə Kanada piyada hissəsinin zabiti mayor Nyukom məşğul olurdu. General
Denstervil yazırdı ki, "maliyyə əməliyyatlarında onun böyük təcrübəsi var".
Cənubi - Afrika qoşunlarının zabiti mayor Vanderberq mövqelərin pulemyotla müdafiəsinin rəhbəri təyin
edilmişdi.
Mayor Raulandson "Densterfors" tərkibində olsa da generalın əmri ilə Biçeraxovun dəstəsi ilə birgə
Şimali Qafqaza göndərildi. O, burada olan ingilis polkovniki Paykla bərabər çalışmalı idi. Lakin Payk həlak
olduğundan Raulandson çox çətinliklə də olsa qayıtdı.
Kapitan Noel Qafqaz İslam Ordusunun arxasında diversiyalar törədilməsi üçün hazırlanırdı, lakin türk-
Azərbaycan hissələrinin hücumları ona da (polkovnik Raulinson kimi) əməliyyatı həyata keçirməyə imkan
vermədi.
Kapitan Saunders əkskəşfiyyat işi ilə məşğul idi.
"Kommodor Norris rəhbərlik etdiyi bir neçə dörddüymlük toplarla silahlanmış kral dəniz piyadaları
dəstəsi"nin komandiri olmaqla bərabər Xəzərdə yaradılacaq dəniz qüvvələrinin rəhbəri təyin edilmişdi.
Qoşunlarda fəaliyyət göstərən zabitlərə gəldikdə isə general aşağıdakı zabitlərin adlarını göstərir: mayor
Ley (Şimali Stafford alayının komandiri), mayor Enqeldyu (polkovnik Qazarovun yerli erməni taborlarında
ingilis nümayəndəsi; sentyabrın 14-də iki ingilis zabiti
ilə bərabər qaçan erməni dəsətələrini saxlamağa
çalışmış, bunun əbəs olduğunu görərək döyüşə atılmış
və ağır yaralanmışdı), mayor Deyrel (yerli erməni
taborlarında ingilis nümayəndəsi), kapitan Kreq (bölük
komandiri), mayor B.Qavelok (həlak olub), mayor
Suttor, kapitan Brey (general Denstervilin yavəri),
kapitan
Bollinqton
(bölük komandiri), kapitan
Turkinqton (bölük komandiri), leytenant Makbet,
kapitan Sparrou (bölük komandiri), leytenant Pitti
(bölük komandiri, Binəqədi yaxınlığındakı döyüşdə
həlak olub), leytenant Puadebar.
Kapitan Sesil Cadd döyüşənlərin ön cərgələrində olmuş və öz təəssüratlarını müharibədən sonra çap
etdirdiyi "General Denstervillə İran Zaqafqaziyada" adlı kitabında qələmə almışdır.
İngilis qoşunları sentyabrın ortalarında Azərbaycanı tərk edəndən sonra "Norspersfors" ("Şimali İran
qoşunları") adlandırıldı.
181
Dostları ilə paylaş: |