7.9.Birinci Bakı əməliyyatı (1 avqust-5 avqust 1918-ci il)
Bakıda hakimiyyət dəyişsə də türk-Azərbaycan qoşunlarına qarşı vuruşan qüvvələr yerində qalmışdı və
eyni məqsədə qulluq etmək üçün hazır idi. M.Süleymanov haqlı olaraq qeyd edir ki, "Bakı Soveti kimi,
Setrokaspi Diktaturası da Azərbaycan Xalq Cümhuriyyətini tanımır, Azərbaycan xalqının öz müqəddəratını
müəyyənləşdirmək istəyini heç bir vəchlə qəbul etmir, AXC-nin dəvəti ilə Azərbaycan xalqının imdadına çatmış
Türk qoşunlarına işğalçı kimi baxırdılar".
513
Setrokaspi Diktaturasının sərəncamına keçmiş hərbi hissələr "Döyüşən Qırmızı Qafqaz Ordusu" adını
aldı, əvvəlki kimi bu orduda da ermənilər üstünlük təşkil edirdi. L.Biçeraxova xəbər verildi ki, o, yeni ordunun
komandanı təyin olunub.
Mürsəl bəyin imzaladığı döyüş əmrinə əsasən avqustun 1-də Bakı üzərinə hücum təşkil
edilməli idi. Şimal qrupu şəhərə daxil olub, küçə döyüşlərində düşməni məğlub etməli, sonra isə
şəhərdə asayişi bərpa etməli idi. Asayişin qorunması üçün 13-cü alayın bir taboru şəhərin
müsəlman hissəsində, bir taboru isə xristian hissəsində dayanmalı, qalan qüvvələr şəhərdən
çıxarılmalı idi. Cənub qrupu Heybət stansiyası tərəfdən şəhərə hücum etməli, dənizdən təhlükə
törədən düşmən gəmilərin qarşı mübarizə aparmalı idi. Güzdək yaxınlığında ehtiyat qüvvələri
yerləşdirildi: bir piyada taboru (38-ci alayın 2-ci taboru), Ləzgi süvari alayı, bir top taqımı
(Qüdrətli dağ topları). Şərq cəbhəsi komandanı Mürsəl bəy öz qərargahı ilə Hökməli kəndində
yerləşərək buradan döyüşü idarə etməli idi.
514
Əmrin təhlili hücum barədə qərarın tələsik verilməsi təəssüratını yaradır. Düşmən
mövqeləri və qüvvələri öyrənilmədən qoşunlara hücum istiqamətləri göstərilmiş, əsas zərbə
507
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.252
508
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.253.
509
Süleymanov M.S. Azərbaycan Ordusu, s.116.
510
Большевики в борьбе за победу, с.616.
511
Yenə orada, c.617-619.
512
Süleymanov M.S. Azərbaycan Ordusu, s.116.
513
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.264.
514
Yenə orada, s.265.
135
istiqaməti kimi Qurd qapısı və Qurd qapısı ilə dəniz arasında olan ərazi nəzərdə tutulmuşdu. Halbuki məhz
burada güclü müdafiə xəttləri yaradılmışdı. Məhz burada relyef müdafiə olunan tərəfin işini asanlaşdırırdı.
Əməliyyata xüsusi artilleriya dəstəyi nəzərdə tutulmamışdı, yəni əvvəlki kimi toplar hərbi hissələr arasında
bölüşdürülmüşdü. Yalnız Heybət-Biləcəri dəmir yolunun şərqində təpələrdə düşmənin 3 səhra topunun
mövqeləri müəyyənləşdirilmiş və əməliyyat başladıqda bu batareyanı məhv etmək üçün qüdrətli top batareyası
ayrılmışdı. Bununla belə top mərmiləri ehtiyatı olduqca az idi. Misal üçün, 38-ci alay avqustun 4-də cəmi 4 top
mərmisinə malik idi və təbii ki, belə mərmi ehtiyatı ilə döyüşmək olmazdı.
515
Sentrokaspi komandanlığının məqsədi ingilislərin şəhərə gəlişinə qədər mövqeləri qoruyub saxlamaq və
vaxt qazanmaq idi.
İyulun 31-də Şərq Ordular qrupunun komandanı Xəlil paşa Batumdan Tiflisə
gəldi ki, qoşunların təminatında mövcud olan problemləri şəxsən öyrənsin və onların
həll olunmasına çalışsın.
516
Avqustun 1-də səhər tezdən döyüş başladı və qoşunlar əmrdə göstərilmiş
hüdudlardan irəliləməyə başladılar. Тор atəşi ilə Heybət-Biləcəri dəmir yolunun
şərqində təpələrdə düşmənin 3 səhra topu susduruldu. 13-cü alay şiddətli döyüşdən
sonra saat 14:30-da dənizə yaxın olan 763 №-li hündürlüyü tutdu. Onu geri almaq
üçün düşmən iri qüvvələrlə əkshücuma atılır, lakin hər dəfə geri oturdulurdu. 13-cü
alayın sol cinahı ilə irəliləyən 10-cu alay Qurd qapısı istiqamətində vuruşurdu. Onun
29-cu taboru Sallaxana və Qışla ətrafındakı yüksəkliklərə qalxdı və şəhərin 2 km-də
mövqe tutdu.
517
Hacıhəsən kəndini tutan 60-cı tabor dəmir yolunu kəsdi.
518
Düşmənin
zirehli qatarı döyüşən hissələri atəşlə dəstəkləmək imkanını itirdi. Hərbi gəmilərin
atəşi, üç təyyarənin uçuşları ilə dəstəklənməsinə baxmayaraq Sentrokaspi ordusu
itirdiyi mövqeləri geri qaytara bilmədi.
519
Günün 2-ci yarısına türk-Azərbaycan
qüvvələrinin top mərmiləri ehtiyatı tükəndi, bu isə irəliləməni çətinləşdirdi. Bolşeviklərin hissələri şəhərin
itirilməsinin qarşısını almaq üçün Sentrokaspi qüvvələrinə kömək etdilər. Petrovun dəstəsinin iki batareyası
Bibiheybət istiqamətində 13-cü alayın mövqelərini, sonra isə Qurd qapısı ətrafında 10-cu alayın
mövqelərini atəşə tutdu. Mərmi ehtiyatının böyük olması düşmənə aramsız atəş açmağa və bununla da türk-
Azərbaycan hissələrinin irəliləməsinin qarşısını almağa imkan verdi. Hücumu gücləndirmək üçün Cənub
qrupunun qoşunları zərbə endirməliydi, lakin onlar Ələt stansiyasını ələ keçirsələr də ləng irəliləyirdilər.
H.Səlimov içməli suyun gətirilməməsini bildirir, bəzi döyüşçülərin susuzluqdan huşunu itirməsindən xəbər
verirdi. Səlimov belə şəraitdə Heybət stansiyası istiqamətində irəliləməyin mümkünsüz olduğunu
vurğulayırdı. Qrupun nisbətən yaxşı vəziyyətdə olan hissəsinin Ələt-Bakı dəmir yolu və ona paralel şose
yolu
boyunca irəliləməsi Sentrokaspi hərbi gəmilərinin həmin istiqaməti atəş altında saxladığından mümkün
deyildi. Texniki suyun olmaması səbəbindən Cənub qrupunun əsas zərbə qüvvəsi olan və döyüş gəmiləri ilə
atəş dueli aparmağa qadir olan Azərbaycan zirehli qatarının lokomotivi işləmədi.
520
Səlimovun göstərdiyi
səbəblər Nuru paşaya çatdırıldıqda o, hərəkatın belə şəraitdə mümkünsüz olması ilə razılaşmış, Hacıqabul
Nəvai-Muğanlı-Ötəmki qışlağı-Çarbulaq-Güzdək məntəqələrindən keçən yolun öyrənilməsini tapşırmışdı.
Axşama yaxın döyüş dayandırılanda qoşunlar aşağıdakı mövqelərdə idi: Cənub qrupu Ələtdə möhkəmləndi, 10-
cu və 13-cü alaylar Qurd qapısı ilə Hacıhəsən kəndi arasındakı sahədə yerləşdilər. 60-cı piyada taboru Xırdalan
yaxınlığında, 38-ci alayın 1-ci taboru, mürəttəb süvari alayı, 1 səhra topları taqımı Sumqayıt stansiyasında,
ehtiyat qüvvələr olan 38-ci alayın 2-ci taboru və Ləzgi süvari alayı Güzdəkdə idi. Avqustun 1-də axşam Mürsəl
bəy Nuru paşaya hadisələr barəsində raport göndərdi. Nuru paşa növbəti hücumu güclü top atəşindən sonra
başlamağı (halbuki mərmi ehtiyatı çox azdı), şəhərə daxil olduqda soyğunçuluğa yol verməməyi, dənizdən ola
biləcək hücumların qarşısını almağı məsləhət gördü.
521
Avqustun 2-də gecə başlayan döyüş hücumun davamı oldu. 60-cı tabor irəliləyərək düşmənin diqqətini
özünə cəlb etmək əmrini aldı. Cənub qrupu mütləq Heybət stansiyasını tutmalı idi. Mühasirə halqası daraldıqca
düşmənin müqaviməti artırdı. Qərb və cənub-qərb istiqamətlərinə əlavə qüvvələr gətirən Sentrokaspi qüvvələri
əkshücum cəhdləri də edirdilər. 13-cü alay, həmçinin 29-cu və 60-cı taborlar düşmənin əkshücumlarını dəf
etdilər. Bu zaman Xırdalan-Biləcəri isti-qamətində Sentrokaspi zirehli
qatarı ilə türk-Azərbaycan topçuları arasında "duel" baş verdi, zirehli qatar
geri çəkilməyə məcbur oldu. 788 №-li Qurd qapısı təpəsi istiqamətində
515
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.194.
516
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 147.
517
Süleymanov M.S. Аzərbaycan Ordusu, s. 117.
518
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 336.
519
Yuceer N. Birinci Dünya savaşında, s. 101-102
.
520
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.267.
521
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.143.
136
düşmənin piyadaları geri çəkilməyə başladıqda Sentrokaspi ordusunun komandanlığı onların qarşısına geri
çəkilənləri güllələmək əmrini almış süvari cəza hissəsi göndərdi.
522
Həmçinin əraziyə əlavə qüvvələr yeridildi.
Onlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş QİO-nun Şimal qüvvəsinin topları mərmilər olmadığına görə
susurdu. Cənub qrupu susuzluqdan əziyyət çəkməsinə, zirehli qatarını geridə buraxmasına baxmayaraq
düşmənin müqavimətini qıra-qıra Səngəçaladək irəlilədi. Burada körpünün olmaması və düşmən müqavimətinin
artması onun hərəkətinin qarşısını aldı.
523
Döyüş zamanı düşmənin Bakı-Biləcəri-Xırdalan dəmir yolu xəttinə
parallel olan telefon xətti ələ keçirildi və danışıqlar dinlənməyə başladı. Müəyyən olundu ki, banklarda qorunan
pul və qızıl ehtiyyatları artıq gəmilərə yüklənib.
524
Axşama yaxın döyüş dayandırıldı, çünki türk-Azərbaycan
hissələrinin təkcə mərmi ehtiyatı deyil, hətta patron ehtiyatı da tükənmək üzrəydi.
Nuru paşaya müraciət olunaraq təcili mərmi və patron, həmçinin yeni qüvvələrin göndərilməsi istənildi.
Nuru paşa öz növbəsində 15-ci piyada firqəsinin Azərbaycana göndərilməsini istədi. O, həmçinin, ingilislərin
gəlişini əngəlləmək üçün baş komandanlıqdan Kiçik xana silah və sursat göndərməyi, Cənubi Azərbaycanda
üsyanlar qaldırmasını istəyirdi. O, bildirirdi ki, kəşfiyyatın məlumatına görə, Bakıdan Ənzəliyə 7 gəmi
göndərilib və onlar 1-2 günə ingilis qoşunlarını Bakıya gətirəcək.
525
Bu tip məlumatların bir qismi Bakıda
yaşayan azərbaycanlılar tərəfindən gizlin çatdırılırdı (həyatını təhlükəyə ataraq QİO-nun komandanlığına
düşmən barəsində məlumat verən azərbaycanlılardan yalnız birinin soyadı məlumdur: Həsənov).
526
Nuru paşa
hücumu Biləcəri istiqamətində aparmağı təklif etdi. Lakin Mürsəl bəy qoşunların şəhərə qərb tərəfdən
yaxınlaşdığını, elə bu istiqamətdən də irəliləmək istədiyini bildirdi. Qoşunların Biləcəriyə göndərilməsi isə vaxt
itkisinə səbəb olardı. Biləcəri ilə Bakı arasında böyük məsafənin olması düşmənə burada əlavə müdafiə
mövqeləri yaratmağa imkan verərdi. Onları yarmaq üçün isə ehtiyat qüvvələri yox idi.
QİO-ya arxadan zərbə vurmaq üçün Ağsu ətrafında erməni kəndlərində gizlənmiş 200 erməni-bolşevik
döyüşçüsü dəmir yoluna hücum etmək istəsə də, Ağdaş könüllülər taborunun bir bölüyü Ləki stansiyasını
qorudu, Zaqataladan milli süvari hissə gəldikdən sonra isə düşmən dəstəsi məhv edildi.
Avqustun 2-də Azərbaycan milli hissələri Quba və Qusarı düşməndən azad etdilər. Sonra isə Xaçmaz
uğrunda döyüş başladı. Burada türk zabiti minbaşı Səbri bəy yerli azərbaycanlılardan 1000 nəfərlik dəstə təşkil
edərək ona təlim keçmiş və düşmənə zərbələr vurmağa başlamışdı. Əsasən qənimət kimi götürülən silahlarla
silahlanan dəstə Qusara gecə basqını zamanı oranı azad etdikdə 1 bolşevik bölüyünü əsir götürdü və 4 pulemyot
ələ keçirdi. Dağıstanda yerli müsəlmanların ağ qvardiyaçılara qarşı müqavimət hərəkatının təşkil edən Osmanlı
ordusunun 4-cü firqəsinin komandiri Şükrü bəy Qusara gəldi və Qubaya hücum planının hazırlanmasında iştirak
etdi. Qeyd etmək lazımdır ki, albay Şükrü bəy və albay Akif bəy Dağıstanda saxlanılan əsir türklərdən idi.
İnqilabi hadisələr başlayanda əhali onları azad etdi və bu iki şəxs 500 nəfərlik dəstə toplamağa nail oldu.
Dəstənin mövcudluğu və fəaliyyəti barəsində məlumat alan türk Qafqaz cəb-həsinin komandanlığı Şükrü bəyi
əsir türklər və yerli əhalidən toplanacaq 4-cü piyada firqəsinin, Akif bəyi isə 1-ci süvari firqəsinin komandirləri
təyin etdi. Onların Temirxan-Şura şəhəri istiqamətində yürüş cəhdi alınmadı və onlar cənuba, Azərbaycana
doğru hərəkət edib, Biçeraxovu və bolşevikləri Bakı ilə birləşdirən yolu tam kəsmək, regionu azad etmək əmrini
aldılar.
527
Hadisələri qabaqlayaraq deyək ki, buradakı döyüşlər olduqca şiddətli oldu, çünki Sentrokaspi və
Biçeraxov qüvvələri buranı əllərində saxlayıb, Biçeraxovun əlavə qüvvələrlə Bakıya məhz bu istiqamətdən
gələcəyinə ümid edirdilər. Döyüşlər avqustun 8-də düşmənin məğlub edilməsi, Biçeraxovun geri çəkilməsi və
Xaçmazın azad edilməsi ilə nəticələndi. Avqustun 8-də geri çəkilən Biçeraxov özünü sındırmadan Bakıya
teleqram vuraraq Sentrokaspi liderlərinin ürəklərini buz kimi saxlamalarını, onun Şimali Qafqazda yeni kazak
qoşunu yığıb nəinki Bakını azad edəcəyi, hətta Yelizavetpolu (Gəncəni) tutacağına inanmalarını istəmişdir.
528
Avqustun 3-də gecə Bakı ətrafında Sentrokaspi qüvvələri 13-cü alayın və 29-cu taborun mövqelərini top
və pulemyot atəşinə tutaraq hücum xəttinə çıxdılar. Xırdalanla Biləcəri arasında düşmən irəliləmək istədi,
hücum başlayandan sonra əlavə olaraq 70-80 nəfərlik, sonra isə 300-400 nəfərlik dəstələrlə hücumu
gücləndirməyə çalışdı, lakin Şimal qrupu bütün cəhdlərin qarşısını aldı və düşməni itkilərlə geri atdı.
529
Baş
komandanlıq qan tökülməsinin qarşısını almaq üçün Mürsəl bəyə Bakı
əhalisinə bir daha müraciət edib silahları yerə qoymaq təklifində
bulunmağı tapşırdı. Erməni Milli Şurası vaxt qazanmaq məqsədi ilə
QİO-nun rəhbərliyi ilə danışıqlar aparmaq istədiyini bildirdi, lakin
onların məqsədini başa düşən Mürsəl bəy danışıqlardan imtina etdi və
522
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.268.
523
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.337.
524
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.144.
525
Süleymanov M.S. Azərbaycan Ordusu, s.118.
526
Yuceer N. Birinci Dünya savaşında, s.102.
527
Yuceer N. Birinci Dünya savaşında, s.107.
528
Yenə orada, s.273.
529
Yenə orada, s.270.
137
ultimatum verəcəyini bildirdi.
530
Avqustun 3-də Mürsəl bəyin məktubu Sentrokaspi rəhbərliyinə çatdırıldı.
Məktubda şəhər təslim olarsa, əhaliyə toxunulmayacağı, ermənilərə Bakını tərk edib istənilən istiqamətdə
hərəkət üçün imkan yaradılacağı barəsində vəd verilirdi. Məktuba nə Sentrokaspi rəhbərliyi, nə də Erməni Milli
Şurası cavab vermədiyindən döyüş davam etdirildi. Buna səbəb Biçeraxovun vurduğu teleqram idi. Belə ki,
Xaçmaz istiqamətindən irəliləməyə çalışan Biçeraxov tezliklə Bakıya yetişəcəyini, ingilislərdən hərbi texnika
alaraq türk-Azərbaycan hissələrini məğlub edəcəyini bildirirdi. Teleqramın mətni dərhal rus və erməni dillərinə
tərcümə edilmiş və böyük vərəqələrdə çap edilərək şəhərdə yayılmışdı.
531
Avqustun 3-də tərəflər arasında
əsasən pulemyot "duelləri" baş verdi.
532
Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi ilə kiçik ingilis dəstəsi Ənzəlidən gəmi ilə Bakıya gəldi. Bu,
Sentrokaspi liderləri, Erməni Milli Şurası və daşnak liderlərinin əhval-
ruhiyəsini qaldırdı, çünki onlar çox-saylı ingilis qoşunlarının gələcəyini
gözləyirdilər. Nəticədə bütün qüvvələr səfərbər olundu, əvvəllər
fərarilik edənlər və gizlənənlər də orduya cəlb edildilər. QİO-nun Şimal
qrupu xırda əhəmiyyətli döyüşlər apararaq avqustun 5-nə planlaşdırılan
hücuma hazırlıq görürdü. Cənub qrupu Puta stansiyasını tutdu və Şimal
qrupunun hissələrinə çatdı. Nəticədə əksəriyyətini azərbaycanlılar təşkil
edən Cənub qrupu-nun əsas qüvvələri Şimal qrupunun qüvvələrinə
qatıldı. Düşmən tərəfi Biləcəri və Binəqədi istiqamətlərində mövqelərini
gücləndirirdi.
533
Türk-Azərbaycan qoşunlarının yerdəyişməsindən istifadə edən Sentrokaspi qoşunları
gözlənilməz sıçrayışla yenidən Qurd qapısı təpələrini tutdu.
534
Avqustun 5-nə planlaşdırılan hücum əmrini imzalayan Mürsəl bəy qoşunlar qarşısında aşağıdakı
tapşırıqları qoymuşdu: düşmənin Qurd qapısı (əmrdə "Volçi varota") mövqeyində piyada qoşunları, çoxlu
pulemyotu, 4 topu, Sallaxana yaxınlığında 7 topu var, Bayıldan şərqdə dayanan üç hərbi gəmi onları
dəstəkləyəcək; qoşunlar hücuma keçərək düşmənin müdafiə xəttini yarmalı, küçə döyüşlərində onu məğlub
etməlidirlər; Bayıl üzərində qurulan top limandan çıxmaq istəyən gəmilərin hərəkətinin qarşısını alacaq; Zehni
bəyin dəstəsi şəhərin bütün müsəlmanlarını toplayıb türk zabitlərinin rəhbərliyi ilə dəstələr yaradacaq; Sumqayıt
ətrafları nəzarətdə saxlanacaq; Cənub qrupunun zirehli qatarı döyüşdə iştirak edəcək; Cənub qrupu komandanı
onda qalan qüvvə ilə Puta-Ələt arasındakı sahil xətti və dəmir yolunu dənizdən vurula biləcək zərbədən
qoruyacaq; Ərzaq və cəbhəxana ehtiyatı dəmir yolu ilə gətirilməli, yaralılar sanitar qatarı ilə çıxarıl-malıdır;
Şimal qrupunun səhiyyə bölüyü Qobuda yerləşəcək, Cənub qrupunun səhiyyə qədəməsi Zehni bəyin dəstəsinə
veriləcək; Şərq cəbhəsi komandanlığı Qobuda yerləşəcək.
535
Hacıqabul-Mərəzə istiqamətində tutulmuş ingilis əsirləri bildirdilər ki, general Denstervil 3-5 min
döyüşçü toplayaraq Bakıya gələcək.
536
1918-ci ilin avqustun 4-nə QİO-nun Şimal və Cənub qrupları aşağıdakı hərbi hissələrə malik idilər.
Şimal qrupu: 13-cü Qafqaz piyada alayı (1-ci xətdə 4-cü, 46-cı, 30-cu taborlar; ehtiyat-38-ci alayın 2-ci
taboru); 13-cü alayı dəstəkləyən artilleriya qrupu - 4 Qüdrətli top, 6 Şnayder topu, 4 rus səhra topu, 3 rus dağ
topu; 10-cu Qafqaz piyada alayı (1-ci xətdə 29-cu, 60-cı taborlar; ehtiyat - 38-ci alayın 1-ci taboru); 10-cu alayı
dəstəkləyən artilleriya qrupu - 8 Qüdrətli top; Şimal qrupunun ehtiyatı - 25-ci, 26-cı, 28-ci taborlar; Zehni bəyin
dəstəsi (türk əsirlərindən ibarət piyada bölüyü, mürəttəb süvari alayı (2 bölük), bir alay şəklində Azərbaycan
milli süvari bölükləri, Ləzgi süvari alayı (2 bölük), pulemyot bölüyü (9-cu Qafqaz alayı tərkibindən); Sumqayıt
dəstəsi - bir piyada bölüyü (38-ci alayın 1-ci taboru tərkibindən), Azərbaycan milli süvari taqımı, ağır
pulemyotlar taqımı;
Cənub qrupu: zirehli qatar, firqə istehkamı bölüyü, Ələtdə sahilin müdafiəsi qrupu (bir piyada bölüyü (28-
ci tabordan), bir süvari taqımı 2 rus səhra topu).
38-ci alayın 3-cü taboru Şamaxı yolu ilə Bakıya, 27-ci taborun iki bölüyü isə qatarla Gəncədən Bakıya
doğru gəlirdilər.
537
Qoşunların düzülüşü - Şimal qrupu: 13-cü Qafqaz piyada alayı
Qurd qapısında, onun sağ cinahında-artilleriya qrupu, 10-cu Qafqaz
piyada alayı - 13-cü alayla Xırdalan arasında, Zehni bəyin dəstəsi
Şimal qrupunun sol cinahında, Xırdalanın şimalında və Masazır
ətrafında; Ləzgi süvari alayı (Maştağa ətrafında müsəlman kəndlərinin
530
Yenə orada, s.118.
531
Süleymanov M.S. Azərbaycan Ordusu, s.119.
532
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.144.
533
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.275.
534
Yuceer N. Birinci Dünya savaşında, s.103.
535
Süleymanov M.S. Azərbaycan Ordusu, s.120.
536
Yuceer N. Birinci Dünya savaşında, s.104.
537
Süleymanov M.S. Azərbaycan Ordusu, s.120.
138
könüllülərini toplayır və təlim keçir), Sumqayıt dəstəsi-Sumqayıt stansiyasından şimalda, Şimal qrupunun
ehtiyat qüvvəsi 13-cü və 10-cu alayların arxasında. Cənub qrupu: zirehli qatar-Putada, firqə istehkamı bölüyü -
Putada, sahilin müdafiəsi qrupu-Ələtdə.
538
Avqustun 5-də əsas zərbəni Qurd qapısı istiqamətindən 13-cü alay vurmalı idi. Bunun üçün qüvvənin əsas
hissəsi bu istiqamətə yönəldilmişdi. Digər qüvvələr tutduqları sahələrdən irəliləməli və düşmənin diqqətini
yayındırmalı idilər. QİO-nun komandanlığı ilk ingilis dəstəsinin gəlişindən və Sentrokaspi qüvvələrində baş
vermiş keyfiyyət dəyişikliyindən xəbər tutmamışdı.
Avqustun 5-də səhər saat 4:25-də türk-Azərbaycan hissələri hücuma başladılar. Bayıl ətrafındakı
yüksəkliklər ələ keçirildi, Qurd qapısı istiqamətində hücum davam edirdi. Qoşunlar irəliləyərkən düşmənin
telefon xəttinə çıxdılar və tutulan telefon danışıqlarından məlum oldu ki, düşmən düşərgəsində güclü çaşqınlıq
var və onlar əlavə kömək istəyirlər. Şəhərdə çaşqınlıq elə böyük idi ki, xristian əhalisi gəmilərə doğru qaçmağa
üz tutmuşdu.
539
Tezliklə Qurd qapısı dağ boyunca keçən düşmənin 1-ci müdafiə xətti tutuldu, lakin düşmən artıq
2-ci xəttə əlavə qüvvələr yeritməyə müvəffəq olmuşdu. Döyüşün bu mərhələsində məlum
oldu ki, Şimal qrupunun mərmi ehtiyatı tükənib, patronları da qurtarmaq üzrədir.
Mərmilər olmadığına görə toplar arxaya daşındı.
540
Düşmən tərəf bunu hiss edib
artilleriya duellərindən çəkinmədən topları açıq mövqelərə çıxarıb türk-Azərbaycan
hissələrinə atəş açmağa başladı. Hətta şəhərdə olan bolşevik artilleriyası da gəmilərdən
boşaldıldı və sahilə yaxın meydanların birində quruldu. Q.Petrov avtomobillə Bayıla
getdi, ön mövqelərlə öz topları arasında simli rabitə yaratdı və nəticədə hücuma qalxan
türk-Azərbaycan hissələrinə dəqiq atəş açdı. Əsas atəş pulemyot mövqelərinə
yönəldilmişdi. 10-cu alayın 5 pulemyotu məhv edildi, bir çoxu sıradan çıxarıldı. 13-cu
alayın da pulemyotlarının bir çoxu sıradan çıxmışdı. Üstəlik hərbi gəmilər Bayıl
istiqamətindən atəş açdılar. Bundan istifadə edən Sentrokaspi qüvvələri saat 11
radələrində əkshücuma keçdi. 10-cu və 13-cü alaylar öz ehtiyat hissələrini döyüşə
yeritməklə vəziyyəti sabitləşdirməyə, Şimal qrupunun ehtiyatının gəlməsinə qədər vaxt
qazanmağa çalışırdılar. Lakin Mürsəl bəy Şimal qrupunun ehtiyatını döyüşə göndərmədi və 10-cu, sonra isə 13-
cü alaylar geri çəkildi, Bayıl və Qurd qapısında tutduqları mövqeləri tərk etdilər.
541
5-ci Qafqaz piyada
firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy qeyd edirdi ki, düşmən özündə qüvvə tapıb əkshücumu davam etdirsəydi
10-cu və 13-cü alayları da daha geriyə ata bilərdi, çünki onun qarşısını almaq üçün yeganə silah süngülər idi -
döyüş sursatı tamamilə tükənmişdi.
542
Türk-Azərbaycan hissələri dəmir yolunun qərbindəki, Qurd qapısı ilə
üzbəüz yüksəkliklərdə möhkəmləndilər. Saat 17:00-da Mürsəl bəy sona çatmış döyüşün nəticələri barəsində
Nuru paşaya raport göndərdi və raportda döyüşdə ingilislərin iştirak etməsini bildirdi. Elə bu vaxt Sentrokaspi
qoşunları cəbhənin Biləcəri-Xırdalan istiqamətinə hücuma keçdilər. Onların hücumunu bir zirehli qatar
dəstəkləyirdi. Burada düşmən qoşunları Zehni bəyin dəstəsi ilə üzləşdi və geri atıldı.
Avqustun 5-də baş vermiş döyüşdə QİO tərkibindən 9 zabit, 139 əsgər həlak olmuş, 19 zabit, 444 əsgər
isə yaralanmışdı. Qoşunların istifadə etdiyi minik və qoşqu heyvanlarından 43-ü ölmüş, 32-ci yaralanaraq
yararsız olmuşdu. 500-dən artıq tüfəng, 3 ağır pulemyot və yüngül pulemyotlar sıradan çıxmışdı. Düşmən
tərəf 2000-ə yaxın itki verdi (ölü və yaralılar).
543
Kəşfiyyatın məlumatlarına görə şəhərə avqustun 5-də 300
ingilis əsgəri gətirilmişdi.
544
Avqustun 6-da mövqelərə gəlmiş QİO-nun Ərkani-Hərb rəisi Nazim bəyə qoşunların sursatının
olmaması, zabitlərin çatışmazlığı, qoşunların azlığı, isti iqlimdə xəstəliklərin yayılması barədə məlumat
verildi.
545
Bütün bunlar qoşunların mənəvi-psixoloji durumuna pis təsir göstərirdi, Bunu ehtimal edən sovet
komandanlığı Heybət-Biləcəri xəttinə hücum təşkil etdi, lakin geri atıldı.
546
Bilavasitə Bakı önündə dayanan QİO qoşunlarının sayı 3500 nəfəri ötmürdü.
547
Mənəvi durumu
yaxşılaşdırmaq üçün qoşunlara komandanlığın müraciəti qəbul edildi. "Bu gözəl könül qapıcı şəhəri siz zəbt
etməsəniz Türkün və ordusunun şərəfini indi içində bulunduğunuz xəndəklərə göməcəksiniz... Əgər siz yaşıl
dənizin bu məşhur şəhərini zəbt etməsəniz Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış
olacaq zəhri- xəncərin üzərinə "Eyvah ki, Türk bizə imdada gəlmədi" cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad
edəcək, Türküstan ağlayacaqdır... Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan Bakıda sənin üçün hazırlanan
538
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.277-278.
539
Yuceer N. Birinci Dünya savaşında, s.104.
540
Süleymanov M.S. Azərbaycan Ordusu, s.121.
541
Большевики в борьбе за победу, с.626.
542
Süleymanov M.S. Azərbaycan Ordusu, s.280.
543
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.339.
544
Görüryılmaz M. Türk.Kafkaz İslam Ordusu, s.148.
545
Süleymanov M.S. Azərbaycan Ordusu, s.122.
546
Yuceer N. Birinci Dünya savaşında, s.105.
547
Yenə orada, s.102.
139
süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar
düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan islam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək
islam qanları qırmızı şərablar kimi vəhşi işkəncələr uğrunda axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri
zalımlar kəsəcəkdir... Fəqət sən, ey türk əsgəri, in-gilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən
böyük hərb gəmilərinin böyük güllələrinə aylarla sinə gərdin. Kütülamarədə 14 minini əsir aldın. Qarşıdakı
düşmənin əsas hissəsi olan erməniləri bəlkə Azərbaycandan, Qarsdan bəri önünə qataraq ta bu şəhərə qədər
qovdun. Türk adını böyüdən Çanaqqala, Kütülamare, Qaliçiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı
şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını!".
548
Müraciət qoşunlar arasında 5 avqust döyüşündən sonra yarana biləcək ruh düşkünlüyünün, söz-söhbətin
qarşısını almaq və Bakı alınmayana qədər döyüşlərin davam edəcəyi fikrini bir daha vurğulamaq məqsədilə
qəbul edilmişdi.
Bakıda ümumi mobilizasiyaya etiraz edən və türklərə köməklik edən azərbaycanlılardan böyük bir qrupu
həbs edildi və onlardan 600 nəfər güllələndi.
549
Avqustun 7-də İstanbulda olan M.Ə.Rəsulzadə M.Hacınskiyə göndərdiyi teleqramda yazırdı: "Hansı
yolla, nəyin bahasına olursa olsun Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə baş vermiş fakt qarşısında çətin
vəziyyətdə qalarıq". Digər məktubunda o, yazırdı: "Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!".
550
Dostları ilə paylaş: |