7.11.Ġkinci Bakı əməliyyatı və Bakının azad edilməsi
(14-15 sentyabr 1918-ci il)
Sentyabrın 13-də Azərbaycan zirehli qatarı 5-ci firqəyə tabe edildi, hücum istiqamətlərinin sərhədləri
müəyyənləşdirildi. Belə ki, Cənub qrupu ilə 5-ci firqə arasında təmas xətti Puta körfəzindən, 283 №-li təpədən
və Puta stansiyasından, 5-ci firqə ilə 15-ci firqə arasında isə Yanardağ-Biləcəri-Ermənikənd xəttindən keçməli
idi. Bakı üzərinə həlledici hücum sentyabrın 14-nə, şəhər üzərinə ilk hücumdan keçən 40-cı günə təyin
630
Yuceer N. Birinci Dünya savaşında, s.114-115.
631
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.164.
632
Budak M. Nuru paşanın raportu, s.455.
633
Yuceer N. Birinci Dünya savaşında, s.115.
634
Yenə orada,s.115.
635
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu,
s.513.
636
Денстервиль, с.257.
637
Rıhtım M. İngitislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.517.
638
Yuceer N. Birinci Dünya savaşında, s.116.
639
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.166-167.
151
edilmişdi.
640
Əvvəlcədən şimal istiqamətinə cəmləşdirən qoşunlar sonra gizlin şəraitdə qərb istiqamətinə
aparıldı.
641
General Denstervil yazırdı ki, Bakının müdafiə xəttində, sol cinahda, Bibi-Heybət mədənləri
önündəki təpələrdə Şimali Stafford alayının 60 nəfərlik "A" bölüyü, onun arxasında 100 nəfərlik erməni dəstəsi
və Şimali Stafford alayının 100 nəfərlik dəstəsi dayanırdı. Qurd qapısı təpəsində rus dəstəsi, ondan şimalda
Şimali Stafford alayının "B" bölüyü, onun yanında Hacı Həsən kəndi ilə üzbəüz erməni dəstəsi
möhkəmlənmişdi. Döyüş xəttində bir qaubitsa batareyası və 1 ədəd üçdüymlük top dayanır, sol qanadda 2 ədəd
üçdüymlük top qurulmuşdu. 1,5 mil
642
aralı Ağ ev adlanan evdə sol cinah qərargahı (başda polkovnik
Veqsuraba) və bir erməni taboru yerləşirdi. Sağ cinahın (başda polkovnik Qazarov) sol qanadını Biçeraxovun
600 nəfərlik qüvvəsi qoruyurdu. Biləcəri stansiyasında Uoçester taborunun 2 bölüyü dayanırdı. Biləcəridən
Dərnəgülə qədər olan sahədə Uoçester taborunun 1 bölüyü durmuşdu. Dərnəgül gölünün cənub tərəfində erməni
taboru, şərq tərəfində ingilis qoşunlarının pulemyot komandası (4 pulemyot) yerləşirdi. Sağ cinahın ehtiyatı
Şimali Stafford alayının 60 nəfərlik dəstəsi idi. 39-cu briqadanın qərargahı yerləşən binada Varvik taborunun
100 nəfərlik bölüyü saxlanılmış, burada 8-ci səhra topçu batareyası və bir qaybitsa var idi. 2 ədəd ingilis zirehli
avtomobili Biləcəridə, bir zirehli avtomobil isə ehtiyyatda saxlanılmışdı. Sağ cinahın sağ qanadını 500 nəfərlik
erməni dəstəsi, üstəlik üç düymlük top batareyası, 3 rus zirehli avtomobili təşkil edirdi.
643
QİO komandanlığı düşmən barəsində məlumat toplamaq üçün daim kəşfiyyat dəstələri göndərilməsini
tələb edirdi. Bu sahədə ən böyük uğur sentyabrın 13-də qazanıldı. Həmin gün Zığ istiqamətində kəşfiyyata
göndərilən Tatar süvari alayının Qasımov soyadlı döyüşçüsü düşmən tərəfdən vacib "dil" gətirdi: Odinsov
soyadlı zabit mühəndis-istehkam sahəsi üzrə mütəxəssis idi və Bakı ətrafında istehkamların yaradılmasında
iştirak etmişdi. Onun dindirilməsi ilə düşmənin müdafiə xətti barəsində vacib məlumatlar əldə olundu.
644
İngilis zabiti Raulinson sentyabrın 13-də təxribat qrupu ilə Lənkərana yollanmalı, daha sonra Muğandan
QİO-nun arxasına keçməli və körpülər, dəmir yolları, anbarları partlatmalı idi; QİO-nun cəbhədəkı fəallığı və
son hücuma hazırlaşmağı buna imkan vermədi, üstəlik hücumun sentyabrın 14-də olması müəyyən ediləndən
sonra Denstervil Raulinsonun tapşırığını ləğv etdi.
645
Sentyabrın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı
üzərinə həlledici hücum əmrini imzaladı. Əmrə əsasən: hücum sentyabrın 14-də gecə başlamalıdır; 5-ci Qafqaz
firqəsinin piyada hissələri saat 2-də Hacı Həsən kəndinin cənubundan Sarıhacılı kilsəsi istiqamətində hərəkətə
keçərək, süngü və əl qumbaralarından istifadə etməklə düşmənin 1-ci müdafiə xəttini, sonra isə 2-ci xəttini
tutmalıdır; tutulan 1-cə xəttə pulemyotlar yer-ləşdirilməli, hücum istiqamətində ərazi top atəşinə tutulmalıdır;
düşmən döyüş xəttinə ehtiyat qüvvəsini gətirə bilməsin deyə, onun arxa yolları top atəşinə tutulmalıdır, eyni
zamanda kiçikçaplı toplar piyadalarla birlikdə hərəkət etməyə hazır olmalıdırlar; 106-cı və 107-ci alaylar
firqənin ehtiyatı hesab olunaraq hər an hərəkətə keçməyə hazır olmalıdırlar; zirehli qatar Heybət stansiyasına
irəliləyərək Qurd qapısında qurulan topların atəşini özünə cəlb etməli və firqənin sağ cinahını qorumalıdır. 15-ci
firqə gecə yarı hərəkətə başlayaraq Biləcəri, Balaxanı, Suraxanı və Əhmədli istiqamətlərində kəşfiyyat
aparandan sonra hücüma keçərək Əhmədlini tutmalıdır.
646
5-ci firqənin hərəkətlərini 11 qüdrətli, 3 rus səhra, Şnayder, 5 rus dağ topları, 8 qaubitsa dəstəkləməli idi.
Ön xəttdə 9-cu və 56-cı alaylar getməli, daha sonra 13-cü və nəhayət 10-
cu alaylar hücuma qoşulmalı idilər. Alayların qarşısında ağır vəzifə
qoyulmuşdu: gecə ikən Şubanı yüksəkliklərindən enərək dəmir yolunu
keçmək, Qurd qapısının sərt təpəliklərinə qalxmaq və bütün hərəkət
zamanı səssizliyə riayyat etmək. Müdafiə xətti yarıldıqdan sonra 56-cı
alay Sallaxananın şimal hissəsi ilə, 9-cu alay isə Sallaxana ilə Maşatlıq
arasında irəliləməli idilər. Şəhərə hakim olan yüksəkliklər tutulandan
sonra alaylar mövqelərində möhkəmlənib növbəti əmri gözləməli idi.
Firqənin topları üç qrupa bölündü: 1-ci və 2-ci qruplar Bayıl və Bibi-
Heybət istiqamətindən ehtimal edilən düşmən hücumunu dəf etməli, 3-cü
qrup cəbhənin sol cinahını nəzarət altına almalı idi.
647
15-ci firqənin 38-ci alayının tərkibindən hər birində 40 nəfər olan iki kəşfiyyat qrupu Biləcəri
istiqamətinə göndərilməli idi. 38-ci alayın iki taboru Binəqədinin cənubundakı Yanardağın ətəklərindən Biləcəri
istiqamətində hücuma keçməli, 3-cü tabor ehtiyatda qalmalı idi.
640
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.336.
641
Budak M. Nuru paşanın raportu, s.455.
642
1 dəniz mili - 1852 metr.
643
Денстервиль, с.260-261.
644
Süleymanov M.S. Azərbaycan Ordusu, s.133.
645
Денстервиль, с.258.
646
Yuceer N. Birinci Dünya savaşında, s.116.
647
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.340.
152
Azərbaycan taborları Balaxanı üzərinə hücuma keçməli və Suraxanının cənubundan hücumu davam
etdirməli, türk və Azərbaycan süvari alayları Əhmədli istiqamətində hücuma qoşulmalı idilər.
648
Hücum 9-cu və
56-cı piyada alayların Qurd qapısı istiqamətində hərəkəti ilə başladı. Saat 01:00-da Şubanı-Bakı yolunun
şimalından 56-cı, cənubundan isə 9-cu piyada alayları hərəkətə keçərək səssizlik şəraitində dəmir yoluna tərəf
enməyə başladılar.
649
Daha sonra onlar dəmir yolundan üzü yuxarı, Qurd qapısı təpəsi istiqamətində qalxmağa
başladılar. Buradakı yeganə yolun düşmənin nəzarəti altında olması məlum olduğundan alaylar sərt yamaclarla
üzüyuxarı qalxırdılar. Artıq saat 3-də 56-cı alay yüksəkliyə qalxaraq qəfil zərbə ilə düşmənin 1-ci müdafiə
xəttinə hücum etdi. 9-cu alay onun qarşısında olan düşmənin 1-ci müdafiə xəttini saat 3:30-da tutdu.
650
13-cü
alay 3 ədəd, 56-cı alay 5 ədəd pulemyotu qənimət kimi ələ keçirdi.
İngilis raportlarından aydın olur ki, Qurd qapısına edilən hücum onlar üçün tam gözlənilməz oldu: saat
4:30-da Qurd Qapısı tərəfdən güclü atışma səsi gəldi, lakin tezliklə sakitləşdi və saat 5:30-da yenidən gücləndi.
İngilis qərargahı Qurd qapısında dayanan qoşunlarla əlaqəni tam itirmişdi
və nəyin baş verdiyini yalnız ehtimal edə bilərdi. Təpəyə əlavə dəstə
göndərmək təklifi qəbul olunmadı, çünki havanın qaranlıq olması və
təpənin dumanla örtülməsi səbəbindən qoşunlar özləri bir-birinə atəşə aça
bilərdi. Üstəlik türklərin Qurd qapısı istiqamətində hü-cumu heç
gözlənilmir, olsa-olsa burada yayındırıcı həmlə ehtimal edilirdi.
Sentrokaspi qoşunlarının komandanlığı da vəziyyətdən bixəbər idi.
Təxminən 6:35-də vəziyyəti öyrənmək üçün göndərilən rabitə zabiti
mayor Dayrell xəbər verdi ki, onun ehtimallarına görə təpədə döyüş gedir. Havaya qaldırılmış təyyarə heç nəyi
ayırd edə bilmədi, çünki təpəni örtən duman hələ də çəkilməmişdi.
651
Şəhərin şimal tərəfindən, Binəqədi,
Biləcəri istiqamətindən gələn şiddətli atışma səsləri və komandirlərin türklərin hücuma keçməsi barəsində
xəbərləri ingilis komandanlığını əmin etdi ki, Qurd qapısında baş verənlər yayındırıcı həmlədir. Nəhayət təpədə
müdafiə olunan əsgərlər xəbər çatdırdılar ki, bütün müdafiə xəttləri tutulub, ingilis qoşunları təpədən şəhərə
doğru geri çəkilmiş və yeni müdafiə xətti yaratmağa çalışırlar.
652
Hücumun sürətli və gözlənilməz şəraitdə
həyata keçirilməsi haqqında general Denstervil yazırdı: "İnanılması mümkün deyil ki, cəbhəmizin ən güclü
sahəsi düşmən tərəfindən belə asanlıqla ələ keçirilsin. Bütün üstünlüklərin bizim tərəfdə olmasına baxmayaraq,
hücumun elə ilk anlarından başlayaraq darmadağın edilən belə qoşunlarla uğur əldə etmək üçün heç nəyə ümid
etmək mümkün deyildi...".
653
9-cu Osmanlı alayının sağında arxada 13-cü, 56-cu alayın solunda arxada 10-cu
alay hərəkət edirdi. Qurd qapısı təpəsi ilə dəniz arasında olan ərazi düşməndən təmizləndi. 1-ci müdafiə xətti
tutulan kimi bura topların qaldırılması başlandı. Qırmızı Qışlada dəstələri toplayıb əkshücuma keçmək istəyən
düşmənə top atəşi açıldı və o, itkilər verərək şəhərə doğru çəkilməyə məcbur oldu.
654
Bayıl ilə Qurd qapısı
arasında düşmənin bir hərbi hissəsi sahilə yaxınlaşmış gəmilərə minməyə cəhd göstərdi, lakin top atəşi ilə
bunun qarşısı alındı.
Səhər saat 4:00-da hücuma başlayan 15-ci firqə də öz hücum istiqa-mətində düşmənin ilk müdafiə xəttini
ələ keçirdi, səhər 6-da düşmən döyüş bölgəsinə əlavə qüvvə yeritməsin deyə arxa yollar top atəşinə tutuldu. Bu
istiqamətdə düşmənin əsas qüvvələri dayanmışdı. Əsirlərdən öyrənilmişdi ki, burada 100 ingilis, 700 rus, 800
erməni döyüşçüsü var, 16 pulemyot, 12 top ərazi üzrə maskalanaraq gizlədilmişdi. Biləcəri istiqamətində
irəliləyən 38-ci alay həmin gizlədilmiş silahların atəşinə məruz qaldı.
655
Buna baxmayaraq 38-ci alay irəliləyirdi.
Süleyman İzzət bəy əlavə piyada qüvvələr və toplarla dəstəklənməsini istəyirdi.
656
9-cu və 56-cı alaylar geniş sahəyə çıxdıqca əlavə hissələrlə
gücləndirilidi, sonra 56-cı alaydan solda döyüşə 10-cu alay yeridildi.
Səhər saat 6-da qərb istiqamətində 2-ci müdafiə xətti tam olaraq ələ
keçirildi. QİO-nun hissələri döyüşdə fasilə yaratdılar. Səhər saat 9:00-
da artıq dənizin bəzi yerlərində şəhərdən qaçan gəmilər görsəndi, eyni
zamanda şəhərin bir neçə yerindən havaya qalxan tüstülər düşmənin
şəhərdə yanğınlar törətməsindən xəbər verirdi.
657
Düşmən qüvvələri çaşqınlıq içində idi və hücumun davamını
gözləyirdi, lakin türk-Azərbaycan hissələri tutduqları mövqelərdə
648
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.341.
649
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.170.
650
Yuceer N. Birinci Dünya savaşında, s.116.
651
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.518.
652
Yenə orada, s.519.
653
Денстервиль, с.263.
654
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.347.
655
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.342.
656
Yuceer N. Birinci Dünya savaşında, s.117.
657
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.170.
153
möhkəmlənirdilər. Bu fasilə əmrlə nəzərdə tutulmuşdu, çünki Qurd qapısına topları qaldırmaq çətin məsələ idi,
onlar olmasa, şəhəri və limanı nəzarət altında saxlamaq, hərəkət edən düşmən qüvvələrinə atəş açmaq olmazdı
və ümumiyyətlə, Qurd qapısı təpəsinin tutulması əhəmiyyətini itirərdi. Nuru paşa təkcə yüngül topları deyil, bir
ağır batareyanı da təpəyə qaldırmağı, 5-ci firqənin qərargahını da ora keçirməyi əmr etdi.
658
Düşmən fasilədən
istifadə edərək qərb istiqamətinə yeni qüvvələr göndərir, lakin əhəmiyyətli dəyişikilik edə bilmirdi.
659
Saat 9:45
Qurd qapısı istiqamətində əkshücum baş verdi, burada ingilis qoşunları və biçeraxovçular vuruşur, ermənilərdən
ibarət 3 bölük hücuma qalxsa da, ilk top səsləri gələn kimi geri, şəhərə doğru qaçdılar.
660
Şimaldan təzyiqi
artıran 15-ci firqə buradan qoşunların götürülüb 5-ci firqəyə qarşı atılmasına imkan vermirdi. Qurd qapısına
qaldırılmış toplar 9-cu alayın sağ cinahında əkshücum üçün toplaşan düşmən hissəsini atəşə tutaraq dağıtdı. 56-
cı alay sol cinahda yüksəklikləri tutdu, 3 pulemyotu qənimət kimi götürdü. Düşmən arasında vahiməni artırmaq
üçün təpələrdə qurulan toplar ara-sıra şəhərdəki qoşun birləşmələrinə və limandakı gəmilərə atəş açırdılar.
Düşmənin Salxana və Salyan kazarmasında qurduğu top batareyaları ilk atəş açan kimi mövqelərini bildirmiş və
dərhal türk artilleriyası tərəfindən dəf edilmişdilər.
661
Qırmızı Qışla adlanan yerdə (Maşatlıq adlanan xristian
qəbristanlığı yaxınlığında) möhkəmlənmək və 56-cı alaya hücum etmək istəyən düşmənin piyada hissələri və 3
zirehli avtomobil top atəşinə məruz qalaraq qışlanı tərk etdilər. Sağ cinahda 13-cü alay Maşatlıq məntəqəsi və
Bayıl yüksəkliklərini ələ keçirdi. Saat 11:45 Putadakı zirehli qatar hərəkətə keçərək Heybət stansiyası
istiqamətində irəlilədi. Qatar top atəşi ilə irəliləyən hissələri dəstəkləyirdi. Beləliklə, sentyabrın 14-də günortaya
yaxın qərb cəbhəsində əsas mövqelər ələ keçirildi.
662
Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilisləri
iki aero-plan dəstəkləyirdi. Denstervil yazır ki, "iki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və
bombalar atırdı". Sentrokaspi Diktaturasının və ingilislərin 6 zirehli avtomobili sentyabrın 14-də baş verən
döyüşdə geniş istifadə edilmişdi. General Denstervilin qeydlərinə görə, "hərəkətdə altı zirehli avtomobil - üç
ingilis və üç rus var idi. Onlar markiz d Albissinin rəhbərliyi altında idi və hamısı öz işini gözəl bilirdi."
Şimal istiqamətində döyüşlər genişlənirdi. Belə ki, polkovnik Favielin rəhbərlik etdiyi ingilis-Sentrokaspi
qoşunları 6 zirehli avtomobillə himayə olunur və bir aeroplan mütəmadi olaraq 15-ci firqəyə bombalar atırdı.
Nuru paşanın əmri ilə 107-ci alay Biləcəriyə doğru göndərildi və o, 5-ci firqə ilə 15-ci firqə arasında əmələ
gəlmiş boşluğu doldurdu. Lakin onun qarşısında ingilis və biçeraxovçuların dayanması, zirehli avtomobillərin
fəaliyyəti alayın hücuma keçməsinə imkan vermədi.
663
Yalnız günortadan sonra gətirilmiş topların Biləcəri
təpələrini atəşə tut-ması 38-ci və 107-ci alayların hücumlarını təşkil etməyə imkan verdi. Azərbaycan
taborlarından təşkil edilmiş Maştağa dəstəsi Tofik bəyin rəhbərliyi ilə Sabunçunu aldı, sonra isə Hövsanda
düşmənin iri dəstəsi ilə üz-üzə gələrək onu geri atmağa müvəffəq oldu.
664
Zehni bəyin dəstəsi tərkibində
vuruşan Azərbaycan süvari dəstələri, о cümlədən Tatar süvari alayı və Ləzgi süvari alayının döyüşçüləri onların
qarşısında olan düşmən süvarilərini geri atdılar.
Saat 13:30-da ingilislər Ermənikənd aerodromunda salamat qalmış 2 aeroplanı sıradan çıxardılar.
665
Günortadan sonra 38-ci alay yeni hücuma başladı və saat 15:00-da Biləcərinin bütün ətraflarını nəzarət altına
aldı. Döyüşdə çoxlu sayda əsir götürüldü. 107-ci alay da irəliləyərək 38-
ci alayın sağ cinahında hərəkət edirdi. 38-ci alayın sol cinahında ingilis-
Sentrokaspi qoşunları əkshücuma keçdilər və Süleyman İzzət bəy şəxsən
bu istiqamətə gəldi. Azərbaycan könüllülərindən ibarət piyada tabor
düşməni geri ataraq Sabunçunu tutdu, Azərbaycan süvariləri isə Zığdan
Əhmədliyə doğru əhəmiyyətli dərəcədə irəliləmişdi. Beləliklə, günün
axırına şimal cəbhəsində də düşmən müqavimət göstərmək üçün bütün
əlverişli mövqeləri itirmişdi.
666
Gün ərzində baş vermiş döyüş göstərdi ki, əsas
çatışmazlıq hərbi
hissələrin bir-biri və rəhbərliklə əlaqələrinin zəif olmasındadır, ordu
komandanlığı da firqələrdən gec məlumat aldığından onlara gec reaksiya verir.
667
Həddindən artıq
gücləndirilmiş 5-ci Qafqaz firqəsi Qurd qapısı təpəsini ələ keçirəndən sonra hücumu genişləndirməli idi ki, 15-
ci firqə üzərinə yönələn zərbəni zəiflətsin, lakin bu əməliyyat planında nəzərdə tutulmadığından həyata
keçirilmədi. 5-ci və 15-ci firqələr arasında mövcud olan boşluq düşmənə 15-ci firqənin tərkibində irəliləyən 38-
ci alayın cinahına maskalanmış və gizlədilmiş top və pulemyotlardan
658
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.343.
659
Денстервиль, с.263-264.
660
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.519.
661
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.171.
662
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.344.
663
Süleymanov M.S. Azərbaycan Ordusu, s.137.
664
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.173.
665
Yuceer N. Birinci Dünya savaşında, s.117.
666
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.346.
667
Yuceer N. Birinci Dünya savaşında, s.118.
154
zərbə endirməyə imkan verdi, onun qarşısını almaq üçün 15-ci firqə komandirinin qüvvəsi yox idi. Vəziyyəti
düzəltməyə göndərilən 107-ci alayı elə döyüşün əvvəlində 15-ci firqəyə tabe etmək lazım idi. Sentyabrın 14-ü
saat 15:00-da şəhər istiqamətində sürətli hücum imkanı yaranmışdı, lakin QİO komandanlığı bu imkandan
istifadə etmədi. Belə ki, 5-ci firqənin ehtiyatı olan 10-cu və 13-cü alaylar, QİO-nun ehtiyatı olan 106-cı və 107-
ci alaylar kiçik toqquşmalar nəzərə alınmasa, döyüşə yeridilmədilər. Onlar yalnız kiçik epizodlara cəlb
olundular. Əməliyyat tapşırığını yerinə yetirmək üçün 5-ci firqəyə tələb olunan toplardan daha çox top
verilmişdi, halbuki 15-ci firqədə top çatışmazlığı döyüşün ilk anlarından özünü göstərmişdi. Komandanlıq bütün
şəhərə nəzarət etməyə imkan verən Qurd qapısı təpəsi, sonra Bayıl burnunu ələ keçirsə də, düşmən gəmilərinin
şəhərdən çıxmasının qarşısını ala bilmədi.
Axşam saat 20:00-da müqavimətin mənasız olmasını görən general Denstervil ingilis qoşunlarına geri
çəkilmək əmri verdi. Artıq saat 22:00-da bütün ingilis qüvvələri və Biçeraxovun döyüşçüləri gəmilərə
yüklənmişdilər.
Sentrokaspi
nümayəndələri
Denstervili
şəhərdən
buraxmayacaqları ilə hədələsələr də, general "16 saat atəş altında qalan
əsgərlərin döyüşü davam etdirməsi fiziki cəhətdən mümkün deyil. Belə bir əmri
mən verməyəcəyəm və təcili olaraq yola düşürəm” demişdi.
668
Sentyabrın 14-də
ingilislər aşağıdakı itkiləri verdilər: Şimali Staffordşir alayı 50 nəfər, Uoçester
alayı 40 nəfər, Varvik alayı 26 nəfər itirdilər.
669
Sentyabrın 14-də axşam 5-ci firqənin hissələri aşağıdakı qayda ilə cəbhə
xəttində idilər: sağdan sola 13-cü, 9-cu, 56-cı, 10-cu alaylar Maşatlıq-Sallxana-
Qırmızı Qışla-Bəyaz Qışla xəttində dayanmışdılar.
670
Sentyabrın 14-dən 15-nə keçən gecə ingilis qoşunları Bakını tərk etdilər.
Gecə əsasən tüfəng-pulemyot atəşləri səslənir, ara-sıra toplar atəş açırdılar.
671
Həmin gecə Nuru paşa sentyabrın 14-nün nəticələrinə həsr olunmuş döyüş
əmrini imzaladı. 56-cı alayda gün ərzində 1 zabit, 16 əsgər həlak olmuş, 2 zabit,
74 əsgər yaralanmışdı; 38-ci alayda 1 zabit həlak olmuş, 1 zabit və 116 əsgər
yaralanmışdı; 107-ci alayda 8 zabit, 80 əsgər yaralanmış; digər hissələrdə də
itkilər var idi.
672
Əmrdə göstərilirdi: 13-cü alay Maşatlıq və ondan şimalda şəhərə daxil olaraq çaşqın vəziyyətdə
olan düşmənlə tüfəng-pulemyot alışması aparır, 56-cı alay qarşısında olan düşmən Qırmızı və Bəyaz
qışlalarında möhkəmlənməyə çalışır, Qırmızı qışladan tüfəng-pulemyot, Bəyaz qışladan isə tüfəng-pulemyot və
zirehli avtomobillərdən atəş açılır. 10-cu alayın sol cinahına düşmən iki zirehli avtomobil çıxarmış, lakin top
atəşi ilə qovulmuşdular. 9-cu, 13-cü, 56-cı, 10-cu alaylar tədricən irəliləməli, 106-cı alay ehtiyatda saxlanmalı
idi. İstehkam və dəmir yolu bölükləri Puta-Biləcəri dəmir yolu xəttini təmir etməli, zirehli qatar Heybət stan-
siyasında qalmalı, 5-ci firqə qərargahı Zavodlarda (Qara şəhər) qərar tutmalı, top və qaubitsalar qışlaları və
limanı atəş altında saxlamalı idi.
673
Hələ də çoxsaylı düşmənin güclü hərbi texnikaya malik olmasını, türk
döyüşçülərinin şəhər küçələrinə yaxşı bələd olmadığını nəzərə alaraq qoşunları şəhərə səhər yeritmək qərarı
qəbul edilmişdi.
Sentyabrın 14-ü saat 20:30-da Nuru paşa sentyabrın 15-nə döyüş əmrini imzaladı. Əmrə əsasən Bakı
şəhəri tam azad edilməli idi; 5-ci Qafqaz firqəsi 56-cı alayın mövqelərindən hücuma keçərək Qara şəhərə qədər
olan şəhərin qərb ərazisini tutmalı, daha sonra burada bir piyada alayı, iki dağ batareyası qoyaraq əsas qüvvələri
şəhərdən çıxarmalı və Bakının şimal-şərqindəki ərazidə və Xırdalan-Bakı yolunun hər iki tərəfində yerləşməli
idi; 15-ci firqə irəliləyərək Qara şəhərə qədər olan şəhərin şərq hissəsini
azad etməli, burada bir piyada alayı, bir top batareyası saxlayaraq
şəhərdən kənara çıxmalı idi. Hücum sahə artilleriya hazırlığından sonra
başlamalı idi. Nuru paşanın əmrinə əsasən 5-ci və 15-ci firqə
komandirləri müvafiq əmrlər verdilər. 38-ci alay Qara şəhərin dəniz
sahilinə qədər olan ərazisini təmizləməli idi. Tevfiq bəyin rəhbərliyi ilə
Azərbaycan piyada taborları Sabunçudan keçərək dəmir yolu boyunca
irəliləməli və Keşləni azad etməli idi. Əhmədli istiqamətindən şəhərə
irəliləyən Zehni bəyin dəstəsi azərbaycanlı süvarilərdən ibarət idi:
Qarayazı süvari dəstəsi (Nuh bəyin rəhbərliyi ilə), Ləzgi süvari alayı (Xosrov Mirzə Qacarın rəhbərliyi ilə),
süvari bölüyü (Haşımbəyin rəhbərliyi ilə) və digər milli süvari hissələr.
674
Qoşunlar arasında məsafə itdiyinə
668
Денстервиль, с.272.
669
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.520.
670
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.173.
671
Yuceer N. Birinci Dünya savaşında, s.117.
672
Yenə orada, s.118.
673
Yuceer N. Birinci Dünya savaşında, s.119.
674
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.351-352.
155
görə ayrı-ayrı firqələrin döyüşçülərinin bir-birlərinə təsadüfən atəş açmaq ehtimalı böyük idi. Bunun qarşısını
almaq üçün Nuru paşanın əmri ilə 15-ci firqə 5-ci firqə komandirinin tabeçiliyinə verildi.
Bütün əmrlərdə şəhərdə talançılığa qətiyyən yol verilməməsi barəsində göstərişlər var idi.
Sentyabrın 15-də saat 4:30-da döyüş 15-ci firqənin top hazırlığı ilə başladı, saat 5:30-da 5-ci firqə
toplardan atəş açdı (5-ci firqənin gecikməsi bütün ağır topları hələ də
Qurd qapısı təpəsinə qaldırılmaması ilə bağlı idi). Qoşunlar 1 saatlıq top
hazırlığı bitəndən sonra hücuma keçməli idilər, lakin 56-cı alayın
komandiri Fəhmi bəy düşmənin çaşqınlığını nəzərə alaraq top hazırlığı
bitməmiş döyüşçüləri hücuma qaldırdı. Ona 9-cu və 13-cü alaylar
qoşuldu. Topçular atəşi şəhərin dərinliklərinə keçirdilər. 9-cu, 13-cü və
56-cı alaylar ayrı-ayrı düşmən dəstələrini məhv edərək şəhərin mərkəzinə
doğru gedirdilər. Bu zaman Qara şəhərdə bir neçə neft çəni yanmağa
başladı.
675
15-ci firqənin hissələri saat 5:20-də hücuma keçdilər. 38-ci alay Ermənikənddə 2 ədəd uzunməsafəli, 8
səhra, 2 dağ topu və 2 sıradan çıxmış təyyarə ələ keçirdi. Saat 8:30-da 38-ci alay Qara şəhərin kənarında idi.
Əhmədli istiqamətində irəliləyən milli Azərbaycan hissələrinə düşmən binalarda quraşdırdığı pulemyot və
tüfəng atəşləri ilə müqavimət göstərdi. Evlərin pəncərələri və damlarından açılan atəşlə 2 zabit, 23 əsgər həlak
oldu, 2 zabit, 27 əsgər isə yaralandı.
676
107-ci alayın 3-cü taboru vəziyyəti dəyişə bilmədi və Süleyman İzzət bəy
38-ci alaydan ən təcrübəli əsgərlərdən təşkil edilmiş bölüyü döyüşə göndərdi. O, düşmən pulemyotları qurulan
evlərə toplardan atəş açmağı əmr etdi. Düşmənin müqaviməti qırıldı.
677
Saat 7:30-da Malakankənd adlanan ərazi
tutuldu. Azərbaycan könüllülərindən ibarət taborlar Keşləni azad etdilər, Zehni bəyin azərbaycanlı süvariləri Zığ
dağını ələ keçirdilər, saat 08:30-da Əhmədli və Qara Şəhər ətrafındakı təpələr tutuldu.
678
Saat 10:30-da üzərində İran bayrağı ilə böyük ağ bayraq olan avtomobil şəhərdən çıxıb 13-cı alayın
mövqelərinə yaxınlaşdı. İran konsulu və Sentrokaspi qüvvələrinin qərb cəbhəsinin mənşəcə erməni olan
komandanı şəhəri təslim etməyə hazır olduqlarını bildirdilər. Təslim şərtlərinin müzakirəsi üçün bir ingilis
nümayəndəsi, İran, Amerika, İsveç, Danimarka konsullarının iştirakı ilə nümayəndə heyətinin qəbulunu xahiş
etdilər. Bu təklif barəsində komandanlığa xəbər veriləndə 5-ci firqənin Ərkani-Hərb rəisi Rüşdü bəy
avtomobillə şəhərə göndərildi ki, nümayəndə heyətini gətirsin. Rüşdü bəyin yazdığına görə məğlu-biyyətin
qaçılmaz olmasını hiss edən ermənilər müsəlmanlara divan tuturdular. Köməyin yaxın olmasından ruhlanan
azərbaycanlılar müqavimət göstərmiş və nəticədə küçə döyüşləri baş vermişdi. Danimarka konsulluğunda
toplanan bütün nümayəndə heyəti 5-ci firqənin qərargahına yollandı.
Müzakirə nəticəsində aşağıdakılar qərara alındı: şəhər qeyd-şərtsiz təslim olur; bütün qüvvələr silahları
təhvil verir; Nargin adasındakı türk, alman və avstriyalı əsirlər geri qaytarılır; silah anbarları, ərzaq,
avtomobillər, zirehli avtomobillər, təyyarələr və digər hərbi mülkiyyət təslim edilir.
Əhalini sakitliyə çağıran vərəqələr nümayəndə heyətinə verildi ki, şəhərdə paylanılsın.
679
15-ci firqənin
döyüş xəttinə də üç nəfər ağ bayraqla gələrək təslim olmaqlarını bildirdilər. Saat 15:00-da 38-ci alay Qara
şəhərdə əsirləri və silahları toplamağa başladı. Sentyabrın 14-ü Sentrokaspi Diktaturasının 1647 əsgər və 30
zabiti əsir götürüldü.
680
Ümumilikdə sentyabrın 16-na qədər 9 rus, 10 gürcü, 17 erməni zabit, 4 ingilis, 3838 rus,
1151 erməni və 113 digər millətlərdən olan əsgər əsir gotürülmüşdü. Əsirlərin gözləniləndən az olması düşmən
qüvvələri tərkibindəki Denstervil və Biçeraxovun hissələrinin, həmçinin 5 minədək erməninin gəmilərlə
Krasnovodsk, Dərbənd və Maxaçqalaya qaçması, bir qism erməninin cild dəyişib əhali arasında gizlənməsi ilə
bağlı idi. Xəlil paşanın xatirələrinə görə, şəhərdən 50-yə yaxın gəmi çıxa bilmiş,
681
100 pulemyot, 20 top
çıxarılmışdı.
682
Ümumilikdə, avqustun 1-dən sentyabrın 15-dək baş vermiş döyüşlərdə 5-ci Qafqaz piyada firqəsi 1130
nəfər şəhid (onlardan 30 nəfəri zabit idi) verdi, sentyabrın 14-15-də döyüşlərdə iştirak edən 15-ci piyada
firqəsindən 5 zabit, 84 əsgər həlak oldu, 11 zabit, 347 əsgər yaralandı, 73 nəfər itkin düşdü.
683
Azərbaycan
könüllü hissələrində kargüzarlıq işi lazımi səviyyədə olmadığına görə onların itkiləri barədə dəqiq məlumat
yoxdur. Amma hər halda onlar arasında da itki az deyildi. Belə ki, təkcə Keşlə uğrunda Maştağa dəstəsindən 11
nəfər həlak oldu, 44 nəfər yaralandı.
684
675
Yuceer N. Birinci Dünya savaşında, s.119.
676676
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.176.
677
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.353-354.
678
Yuceer N. Birinci Dünya savaşında, s.120.
679
Yuceer N. Birinci Dünya savaşında, s.121.
680
Yenə orada, s.122.
681
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.175.
682
Yenə orada, s.179.
683
Yuceer N. Birinci Dünya savaşında, s.121.
684
Yuceer N. Birinci Dünya savaşında, s.122.
156
Bakı uğrunda döyüşlərdə həlak olan türk və azərbaycanlı əsgərlərin qəbirləri xalqımız tərəfindən göz
bəbəyi kimi qorunur.
Novxanı şəhidliyində hal-hazırda bir türk əsgərinin qəbri mövcuddur. Novxanı-Masazır yaxınlığında
döyüşlərdə həlak olmuş türk və azərbaycanlı əsgərlər Novxanı kəndi yaxınlığında dəfn edilmiş, lakin sovet
hakimiyyəti illərində qəbirlər olan ərazi kənd təsərrüfatı sahələri kimi istifadəyə verilmiş və aparılan işlər
nəticəsində itmişdir. Yalnız bir qəbir 1964-cü ildə əhali tərəfindən aşkarlanaraq, əsgərin qalıqları gizli şəkildə
kənd təsərrüfatı sahəsindən çıxarılıb qəbiristanlıqda dəfn edilib.
685
Mərdəkan şəhidliyində Abşeron kəndlərini düşməndən qoruyarkən döyüşlərdə həlak olan igidlər dəfn
olunub.
Bakı şəhidliyi Çəmbərəkənd qəbiristanlığında salındı. Şəhidliklər sırasında ən böyük şəhidlik olan
Çəmbərəkənd qəbiristanlığını Azərbaycan hökuməti xalqın and yerinə çevirməyi planlaşdırırdı. 1919-cu il
sentyabrın 15-də şəhidlikdə xalqın topladığı vəsaitlə Bakının azad edilməsi zamanı həlak olmuş döyüşçülərin
şərəfinə abidə ucaldılmağa başladı, lakin 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal ediləndə
abidənin tikintisi dayandırıldı, 30-cu illərdə isə Çəmbərəkənd qəbiristanlığı tamamilə dağıdıldı. 1990-cı ildə
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş 20 yanvar gecəsinin qəhrəmanları məhz
burada dəfn edildi. Tarixin hökmü ilə XX əsrin əvvəli və sonunda xalqın azadlığı uğrunda canlarını fəda edən
insanlar bir yerdə torpağa tapşırılmışdı. Təsadüfi deyil ki, Qafqaz İslam Ordusunun şəhidlərinin şərəfinə
ucaldılmış xatirə abidəsi 20 yanvar və Qarabağ döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə ilə yan-
yanadır.
Dostları ilə paylaş: |