717
Aşırlı A. Gümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.525.
162
8. MünaqiĢənin nəticələri
8.1. Azərbaycan Cümhuriyyətinin paytaxtı - Bakı Ģəhəri
Bakı şəhərində asayişin təmin edilməsi ilə həyat öz normal axarına qayıtdı. Bu, həm də iqtisadiyyatın
canlanmasına səbəb oldu. Kəndlilər şəhərə öz məhsullarını apara bilmədiyindən qiymətlər ən yuxarı həddə
qalxmışdı. Belə ki, şəhər azad edilməmişdən 1 pud (16 kq) un 800 rubl, 1 kq ət 20 rubl dəyərində idisə,
sentyabrın ikinci yarısında qiymətlər düşdü və 1 pud un 100-150 rubl, 1 kq ət isə 6 rubl oldu.
718
Tədricən Azərbaycan hökumətinin fəaliyyəti genişlənməkdə idi. Nuru paşa hərbi sahəyə aid olmayan
işlərin icrasına müdaxilə etmir, Azərbaycanın daxili işlərinə qarışmağa son dərəcə ehtiyatla yanaşırdı.
Döyüşlərin getdiyi vaxt Azərbaycanda yerli idarəetmə orqanlarında işləyən türklər tədricən azərbaycanlı
kadrlarla əvəz edilirdi.
Azərbaycan hökuməti Bakıya köçən kimi Almaniyanın hərbi və ticarət nümayəndəsi baron fon der Qolts
bura gəldi. Fon der Qolts Tiflisdə ola-ola Bakıda xristianların məhv edilməsi barəsində, onları xilas etmək üçün
ya alman qoşunlarının Bakıya göndərilməsi, ya da şəhərin açıq şəhər elan edilməsinin vacibliyi barədə hay-küy
qaldırmışdı. Xəlil paşa onunla əlaqə yaradaraq öz gözləri ilə vəziyyəti öyrənmək üçün Bakıya gəlməsinə icazə
verdi. Fon der Qoltsa onun hökuməti dərhal Almaniyanın hərbi və ticarət nümayəndəsi statusunu verdi. O, bir
taborun müşayiəti ilə Bakıya gəlməyə hazır olduğunu bildirdi.
Lakin Xəlil paşa yalnız onu və onu müşayiət edəcək zabitləri
Azərbaycan hüdudlarına buraxacağını bildirmişdi. Qolts Gəncəyə
çatdıqda müəyyən olundu kı, bir tabor olmasa da hər halda о çoxlu
sayda alman piyadası yerləşdirilən qatarda hərəkət edir. Gəncənin
çıxacağında relslər söküldü, qatarın qarşısı alındı, Qolts bir neçə
zabitlə Bakıya tərəf göndərildi, onun əsgərləri olan qatar isə Tiflisə
qaytarıldı.
719
Qolts bununla kifayətlənməli olmuş, Fon der Qolts
Bakıya gəlmiş və heç bir erməni qətliamının olmadığını öz gözləri
ilə görmüşdü. Üstəlik türk qoşunları Bakıda azad etdikləri Avstriya əsirlərini vətənə qayıtmaq üçün onlar öz
rəsmi nümayəndəsi ilə Batuma yola saldı, bu əsirlər qətllərin olmamasını bildirdilər.
720
Bakıya gəlmiş Avstriya
nümayəndəsi polkovnik - leytenant Paul elə almanlar kimi iddialı idi, lakin Azərbaycan hökuməti və Osmanlı
hərbi rəhbərliyinin şəhərə üçüncü qüvvə buraxmamaqda israrlı olmasını görərək buradakı Avstriya əsirlərini
götürdü və Batuma, oradan isə vətənə qayıtdı.
721
Lakin Almaniya Bakıya bir tabor piyada göndərmək fikrində
idi. Bu zaman onlar nə Azərbaycan hökumətinin, nə də Qafqaz İslam Ordusunun mövqeyini nəzərə almamağı
qət etmişdi. Müharibədə məğlub olan dövlət son anda Bakı nefti hesabına vəziyyəti dəyişməyə çalışırdı. Lakin
Xəlil paşa Azərbaycan-Gürcüstan sərhəddindəki dəmir yol körpüsünü minalamağı tapşırdı. Əgər alman taboru
hərəkətə keçərsə, onu partlatmaq fikrini sentyabrın 21-də Ənvər paşaya bildirdi. Sentyabrın 22-də cavab
teleqramı göndərən Ənvər paşa Azərbaycan hökumətinin razılığı olmadan heç bir qüvvənin Bakıya daxil edilə
bilməməsi barəsində fon der Qoltsa xəbər verməyi tapşırdı, əgər o, alman taborunun gətirilməsində israrlı olsa,
körpünü partlatmağa icazə verdi. Almanlar öz taborlarını qatara mindirib Tiflisdən Bakıya yola salanda körpü
partladıldı və alman taboru sərhəddə bir az dayandıqdan sonra Tiflisə qayıtmalı oldu.
722
Beləliklə, başlaya
biləcək hərbi toqquşmaların qarşısı alındı.
723
Almaniya nümayəndəsi Qolts Azərbaycan hökuməti və türk hərbi
komandanlığı ilə danışıqlara başlayaraq bir neçə təklif irəli sürdü. Bəzi hallarda tələb xarakteri daşıyan bu
təkliflər Nuru paşanın raportunda öz əksini tapıb.
724
Almaniyanın təklifləri (tələbləri) və onlara Azərbaycan
hökumətinin verdiyi cavabları aşağıdakı cədvəldə göstərməyi lazım bildik:
718
Yuceer N. Birinci Dünya savaşında, s.127.
719
Budak M. Nuru paşanın raportu, s.454.
720
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.187.
721
Budak M. Nuru paşanın raportu, s.459.
722
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.366-367.
723
Gürcüstanda yerləşən alman qoşunlarının komandanı general Kress fon Kressenşteyn təkəbbürü ilə seçilirdi. Lakin Almaniya müharibədə uduzduqda
alman qoşunları Gürcüstandan çıxarıldı, Tiflisdə olan alman zabitləri və onların komandanı hadisələrə təsir göstərmək üçün burada saxlanılsalar da, çox
keçmədi ki, heç nəyə təsir edə bilməyəcəklərini anladılar. Yerli hökumət və əhali hesabına firavancasına dolanan bu zabitlər müharibə bitdikdə təminatsız
qaldılar və hər şeylərini, hətta şəxsi silahlarını belə ərzağa dəyişməyə məcbur oldular. Əhali onların yaşadıqları evləri daş-qalaq etdiyindən onlar
qorxularından küçəyə çıxa bilmirdilər. Gürcüstan hökuməti general və onun zabitlərini Tiflisdən Batuma kimi aparmaq üçün mal-qara daşınan vaqon
ayırdı. Belə olduqda generalın yavəri Batumda olan türk hərbi heyətinə müraciət etməli oldu. General Kressenşteynin türk ordusuna qarşı iftira və yalanlar
söyləməsinə baxmayaraq türk hərbi rəhbərliyi öz böyüklüyünü göstərdi: bir bölük türk əsgəri general və onun zabitlərini Tiflis stansiyasına gətirdi, orada
türk komandanlığının ayırdığı xüsusi sərnişin vaqonuyla alman hərbiçiləri Batuma aparılaraq gəmilərlə Almaniyaya yola salındı. (Yuceer N. Birinci
Dünya savaşında, s.126.) Görəsən onda, alman generalı türklərə qarşı haqsız hərəkətləri, uydurduğu böhtanlara görə vicdan əzabı çəkdimi? О və onun
zabitləri peşmançılıq hiss etsələr belə onların uydurduğu yalan dünyanı dolaşmaqda idi: Türkiyəni məhv etməyə can atan və türklərə nifrətlə yanaşan
qüvvələr bu yalana öz uydurmalarını əlavə edərək onu yaymaqda davam edirdilər.
724
Budak M. Nuru paşanın raportu, s.464-465.
163
164
Təkliflər və onlara verilən cavablardan aydın olur ki, əvvəlcə tələblərlə çıxış edən alman tərəfi Osmanlı
sərkərdələrinin dəstəyini hiss edən Azərbaycan hökumətinin qətiyyətli cavabları ilə üzləşdikdə mövqeyini
dəyişmiş, təkliflər verməyə başlamış, xahişlərə keçmiş və hətta bir qram neft almadan belə Azərbaycana silah
göndərmişdir.
Ümumiyyətlə, istər Almaniya, istərsə də Gürcüstanın mövqelərinin yumşalması təkcə hərbi (güclü
düşməni məhv edən QİO-nun regionda ən qüdrətli ordu olması) və siyasi (Azərbaycan Cümhuriyyətinin özünün
müstəqillik və ərazi bütövlüyünün təmin edilməsində israrlı olması) deyil, həm də iqtisadi səbəblərlə izah
edilirdi. Belə ki, Bakının azad edilməsindən sonra neft anbarları və çənlərində aparılan hesablamalar göstərdi ki,
burada 10 adda (neft, mazut, liqroin və s.) neft məhsullarının həcmi 95 mln. 254 min puda bərabərdir, bu
isə olduqca böyük rəqəm idi.
725
15-ci firqə Şimali Qafqaza, Dərbənd və Maxaçqala şəhərlərinə doğru hərəkət etmək əmrini aldı.
726
Sentyabrın 22-dən firqənin hissələri Biləcəri-Xırdalan dəmir yolu stansiyaları ətrafına toplaşmağa başladılar.
Firqə iki zirehli qatarın müşayiəti ilə şimala doğru gedən yolları bərpa edə-edə Abşerondan uzaqlaşdı və çox
keçmədi ki, onun qələbə sorağı azad edilmiş Dərbənd və Maxaçqaladan gəldi.
5-ci Qafqaz firqəsinin Abşeronda müdafiə mövqelərini gücləndirməsi əbəs yerə deyildi. Dənizdə firqənin
toplarının atəş sahəsindən kənarda 5 hərbi gəmi dayanmışdı. Onların ingilislərə və ya bolşeviklərə məxsus
olmasının heç bir əhəmiyyəti yox idi: hər iki halda bu düşmən gəmiləri idi. Onlara qarşı mübarizə aparmaq üçün
Nuru paşa Qarsdan 4 ədəd uzaqvuran top gətirilməsini istədi və
sentyabrın 30-da toplar Biləcəri stansiyasında qatarlardan
boşaldılaraq mövqelərə daşındı.
727
Qarabağda
vəziyyətin kəskinləşməsi, erməni quldur
dəstələrinin müsəlman kəndlərinə təcavüzü bura hərbi hissələrin
göndərilməsi zərurətini yaratdı. Qarabağda asayişin bərpa
edilməsini Azərbaycanın daxili işi hesab edən Nuru paşa
əməliyyatın 1-ci Azərbaycan firqəsi tərəfindən keçirilməsini
məsləhət bildi. Tərkibində 1-ci, 2-ci, 3-cü Azərbaycan süvari
alayları, 2-ci Azərbaycan piyada alayı, milli könüllü bölmələr, bir
Şnayder dağ taboru və zirehli avtomobillər olan firqədə piyada hissələrin azlığını Nuru paşa 5-ci Qafqaz piyada
firqəsinin ən təcrübəli alayı - 9-cu alayı Azərbaycan firqəsinin tərkibinə verməklə həll etdi. 1-ci Azərbaycan
firqəsinin komandiri Cəmil Cahid bəy təyin edildi və firqə Qarabağ istiqamətində hərəkətə başladı.
728
Cəmil
Cahid bəy, sonra isə İbrahim ağa Usubovun komandanlığı ilə firqə qarşısına qoyulan tapşırıqları layiqincə
yerinə yetirdi. Oktyabrın 8-də əksər erməni dəstələri məğlub edildi, 1-ci Azərbaycan firqəsi Şuşaya daxil oldu.
Həmin gün 15-ci firqə Biçeraxovun rəhbərliyi ilə rus qoşunlarını məğlub etdi, Dərbənd şəhəri türk hissələri
tərəfindən azad edildi.
5-ci Qafqaz piyada firqəsi ilə Bakıda qalan Nuru paşa Abşeron yarımadasının dənizdən müdafiəsinin
təşkili və Azərbaycan Ordusunun formalaşması istiqamətində fəaliyyət göstərirdi. Dünyada baş verən proseslər,
Antanta ölkələrinin müharibədə qələbə qazanması, Almaniya və onun müttəfiqlərinin, о cümlədən Türkiyənin
məğlub olması artıq reallıq idi.Ənvər paşa 1918-ci il oktyabrın 1-də Xəlil paşa və Nuru paşaya yazırdı: "Bəlkə
zahirən Azərbaycandan və Şimali Qafqazdan çəkiləcəyiz. Belə bir halda Azərbaycanın və Şimali Qafqazın öz
qüvvələrinə istinad etmələri lazım gələcəkdir. Rus silahı və cəbbəxanasından olmaq üzrə Azərbaycana mümkün
olduğu qədər çox silah və cəbhəxana göndərilsin".
729
4-cü, 5-ci, 6-cı Azərbaycan piyada alayları və köməkçi
hissələrdən ibarət olan 2-ci Azərbaycan firqəsinin təşkili sürətləndirildi. Prosesi daha da sürətləndirmək, milli
725
Budak M. Nuru paşanın raportu, s.466.
726
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.367.
727
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.186.
728
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.380.
729
Süleymanov M. Qafqaz İslam Ordusunun digər fəaliyyətləri və missiyasının sona çatması, s.381.
165
zabit kadrlarının çatışmazlığı şəraitində mümkün qədər çox azərbaycanlı əsgərə hərbi təlim keçmək üçün 10-cu
türk piyada alayı 2-ci Azərbaycan firqəsinin tərkibinə verildi.
730
Mudros müqaviləsinin 11-ci maddəsinin şərtlərinə əsasən QİO-nun ləğv edilməsi zamanı Azərbaycanın
kiçik də olsa öz ordusu var idi: 1-ci və 2-ci Azərbaycan firqələri, həmçinin 3-cü süvari alayı, 1-ci ağır topçu
taboru, 1-ci qaubitsa taboru, teleqraf taboru, dəmiryol taboru, zirehli avtomobillər dəstəsi, təyyarə dəstəsindən
ibarət Azərbaycan qolordusu. 1-ci Azərbaycan firqəsinə daxil idilər: 3 piyada alayı, 1 topçu, 1 süvari alayları, 1
istehkam taboru, 1 cəbhəxana taboru, teleqraf, səhiyyə bölükləri, səyyar xəstəxana, 1 iaşə taqımı. 2-ci
Azərbaycan firqəsi də eyni quruluşa malik idi. Qərb sərhədlərini qorumaq üçün 3 tabordan ibarət sərhəd alayının
formalaşdırılmasına başlanılmışdı.
731
Oktyabrda Gəncədəki Milli
Hərbiyyə Məktəbinin ilk buraxılışı oldu. 4 aylıq kurs keçmiş
yunkerlər imtahanlardan sonra qoşunlara təyinat aldılar, 6 ay
xidmətdən sonra onlara zabit rütbəsi verilməli idi.
732
H.Z.Tağıyev
Bakı azad ediləndən sonra vəd etmişdi ki, türk zabitlərinə 20 min,
əsgərlərinə 80 min metr parça verəcək. O, vədi yerinə yetirdi və
Nuru paşanın raportundan aydın olur ki, verilən parça təkcə türk
hissələrinə deyil, Azərbaycan hissələrinə də geyim hazırlamaq üçün
istifadə edilmişdir. Nuru paşa hərbi sənayeni və hərbi donanmanı
bərpa etmək cəhdlərini xüsusi olaraq vurğulayır.
733
Qarsa
göndərilən Əliağa Şıxlinski oranın hərbi anbarlarından tələb olunan
sayda top seçmişdi.
734
30 oktyabr Mudros müqaviləsinin şərtlərinə görə I Dünya müharibəsində məğlub olmuş Osmanlı dövləti
Azərbaycandan öz qüvvələrini çıxartmağa başladı; Qafqaz İslam Ordusu ləğv olundu. Azərbaycanı tərk etməyə
başlayan Osmanlı qoşunlarının şərəfinə Azərbaycan hökuməti noyabrın 10-da rəsmi vida ziyafəti təşkil etdi.
1918-ci ilin sentyabr-oktyabr aylarında Üçlər ittifaqının bütün üzvləri məğlub edilərək müharibədən
çıxdılar. Belə şəraitdə təkbaşına bütün Antanta ölkələri ilə müharibə aparmağın mənasız olduğunu anlayan Tələt
paşa hökuməti sülh danışıqlarına başlamaq və müharibədən çıxmağın qaçılmaz olduğunu bildirdi. Aydın idi ki,
müharibədə uduzan tərəf kimi danışıqların aparılması zamanı Türkiyə öz Qafqaz siyasətindən əl çəkməli və
qoşunları buradan çıxarmalı olacaqdı.
Dünya arenasında Azərbaycan Cümhuriyyəti təkbaşına qalırdı. Nuru paşa oktyabrın 21-də imzaladığı
müraciətində demişdir: "Allaha pənah, Azərbaycan hər cür düĢmən niyyətlərinə duruĢ gətirmək üçün
kifayət qədər güclüdür və gələcəkdə də bu cür olacaq".
735
8.2. MünaqiĢənin nəticələri
Beləliklə, 1918-ci ilin aprel-sentyabr aylarında Bakı uğrunda aparılan döyüşlərin son nəticəsi Bakı
şəhərinin azad edilməsi oldu. Qələbənin siyasi nəticələri Azərbaycan üçün olduqca böyük idi: Azərbaycan
xalqının fiziki məhvinə çalışan və bu yolda istənilən
siyasi maska geyən, istənilən tərəflə əlaqə yaradan
daşnak liderlərinin məqsədləri baş tutmadı. QİO vasitəsi
ilə əksəriyyətini erməni döyüşçüləri təşkil edən Bakı
Soveti, sonra isə Sentrokaspi Diktaturası qoşunları
darmadağın edildi. Bakını, sonra isə bütün Azərbaycanı
Rusiyanın
tərkib
hissəsinə,
daha
doğrusu
müstəmləkəsinə çevirməyə çalışan qüvvələr (istər
bolşevik, istərsə də "Vahid və bölünməz Rusiya" şüarı
ilə çıxış edən Sentrokaspi Diktaturası və biçeraxovçular)
məğlub edildilər və bu məğlubiyyət onları Azərbaycan
hökuməti ilə hesablaşmağa vadar etdi; bolşevizm
ideyalarının Azərbaycan xalqına yad olması və xalqın
onlara qarşı vuruşmağa hazır olması sübut edildi; dünya arenasında Azərbaycanın yeganə müttəfiqi Osmanlı
730
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.397.
731
Süleymanov M. Qafqaz İslam Ordusunun digər fəaliyyətləri və missiyasının sona çatması, s. 374-375.
732
Süleymanov M.S. Azərbaycan Ordusu, s.143.
733
Budak M. Nuru paşanın raportu, s.456-458.
734
Yenə orada, s.471.
735
Aşırlı A. Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.526.
166
dövlətinin, osmanlı türklərinin olması fikri öz təsdiqini tapdı. Qələbənin siyasi əhəmiyyəti barəsində
"Azərbaycan" qəzeti özünün 15 sentyabr 1919-cu il tarixli baş məqaləsində yazırdı: "Əgər mayın 28-ni biz
müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrın 15-də Azərbaycan qoşunlarının və Azərbaycan
hökumətinin Bakıya daxil olmasını müstəqilliyin həqiqətən əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və
özülünün qoyulması günü hesab edə bilərik. Bu gün bolşevik-daşnak qüvvələri tərəfindən təkcə Azərbaycanın
və digər Zaqafqaziya respublikalarının müstəqilliyi əleyhinə deyil, həm də Zaqafqaziyanın türk xaqlarının fiziki
mövcudluğuna qarşı yönəldilmiş xətərnak təhlükənin ləğv edildiyi gündür".
736
Sonrakı dövrlərdə, əsasən də Sovet dövrü tarixi ədəbiyyatında türk qoşunlarının Azərbaycanda olması
işğal kimi qələmə verilirdi. Hələ о vaxt Məhəmməd Əmin Rəsulzadə bunun yalan olmasını göstərirdi. O,
bildirirdi ki, Azərbaycana gəlmiş Osmanlı ordu hissələrini heç bir formada işğalçı ordu adlandırmaq olmaz.
Belə ki, Ənvər paşa bu ordunun təminatı üçün öz
hökumətindən 50 000 lirə istəmişdir, halbuki işğalçı
belə etmir, əksinə gəldiyi ərazini talayır; Ənvər paşa
Azərbaycan hökumətinə müraciətlərində təkidlə xahiş
edirdi ki, milli silahlı qüvvələr yaradılsın. Bu
qüvvələrin yaradılmasında türklər əlindən gələn
köməyi göstərirdilər, halbuki işğalçı ordu belə etmir;
ən nəhayət, həlak olmuş türk əsgərlərinin xatirəsini
əbədiləşdirmək üçün Azərbaycan xalqı, hökumətin
qərarı olmadan, pul yığmağa başlamış və qısa
müddətdə tələb olunan məbləği toplamışdır.
737
Sentyabrın 27-də Azərbaycan hökuməti qalib ordunun sərkərdələri üçün ziyafət verdi. Ziyafətdən sonra
qonaqlar, hökumət və Milli Şuranın üzvləri Təzə Pir məscidinə gedərək cümə namazını qıldılar. Məscidin bir
hissəsinin mərmilərlə dağılmasına baxmayaraq yüzlərlə insan burada namaz qı-lırdı. Bakı döyüşlərində həlak
olmuş əsgərlərin ruhu üçün mövlud oxundu.
738
Xalqın türk sərkərdələrinə göstərdiyi hörmət bir daha sübut etdi
ki, Azərbaycan Qafqaz İslam Ordusunu öz xilaskarı kimi qəbul edir.
Münaqişənin hərbi nəticələri də əhəmiyyətli idi. Belə ki, 1918-ci ilin yazında Qafqazda ən böyük və ən
təhlükəli qüvvə daşnak və bolşeviklərin vəhdətindən yaranmış Qafqaz Qırmızı Ordusu və dolayısı ilə onun
tərəfində çıxış edən Ermənistan Respublikasının Ordusu idi. Bu ordular təkcə Azərbaycanın deyil, Gürcüstanın
da müstəqilliyi və ərazi bütövlüyünə təhlükə idi. Heç şübhəsiz ki, almanların Gürcüstanda olmasından ehtiyat
edib Gürcüstana hücum etməyə cürət etməyən bu ordular öz qüvvələrini saxlasaydılar, Azərbaycandan sonra
Gürcüstanı işğal etməyə qalxacaqdılar. Qafqaz İslam Ordusunun əməliyyatları nəticəsində bolşevik və
daşnakların Qafqaz Qırmızı Ordusu darmadağın edilmiş, Ermənistan Respublikasının işğalçı ordusu isə Osmanlı
dövlətinin 3-cü Korpusu tərəfindən əhəmiyyətli dərəcədə zəiflədilmişdi. Sentrokaspi Diktaturası qoşunlarının
məğlub edilməsi digər bir qüvvəni - keçmiş Rusiya imperiyasının bərpasına can atan və bu yolda bütün xalqları
əzməyə hazır olan şovinist rus partiyalarının formalaşdırdığı qüvvəni aradan qaldırdı və Cənubi Qafqazda baş
verən siyasi hadisələrdən kənara atdı. 1918-ci ilin may ayına Azərbaycan arxalandığı yeganə hərbi qüvvəni -
Müsəlman Korpusunu, demək olar ki, itirmişdi. Qısa müddət ərzində formalaşmağa başlayan, zabit çatışmazlığı,
silah və sursat qıtlığından zəif vəziyyətə düşən Korpus döyüşçülərin fədakarlığına baxmayaraq düşmən hücu-
munun qarşısını ala bilmirdi. Korpus Qaraməryəmə qədər geri çəkilmiş, tərkibində cəmi 900 nəfər döyüşçü
qalmışdı. Aydındır ki, 1918-ci il may ayının sonları- iyun ayının
əvvəllərində qərbdən Ermənistan Respublikası, cənub-qərbdən
gah bolşevik, gah da daşnak qiyafəsində çıxış edən Andranikin,
şərqdən bolşevik və daşnakların Qafqaz Qırmızı Ordusu, cənub-
şərqdən Muğandakı antiazərbaycan qüvvələrinin məngənəsində
sıxılan Azərbaycan Cümhuriyyəti faktiki olaraq özünün ilk və
son anlarını yaşayırdı. Danılmaz faktdır ki, 1918-ci ildə
Azərbaycan Cümhuriyyətinin bütün təhlükə və təzyiqlərə qalib
kimi sinə gərməsinin bir səbəbi var idi ki, bu da iyunun 4-də
Osmanlı dövləti ilə imzalanmış müqavilə və bu müqaviləyə
əsasən türk və Azərbaycan hissələrindən təşkil olunmuş Qafqaz
İslam Ordusu idi. Onun sayəsində Cümhüriyyətə şərqdən olan təhlükə aradan qaldırılmış, özünün qanuni
paytaxtı Bakı şəhərinə sahib olmuş, qərbdən, cənub-qərbdən və cənub-şərqdən olan təhlükələr əhəmiyyətli
736
Süleymanov M.S. Azərbaycan Ordusu, s.138.
737
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.200.
738
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.190.
167
dərəcədə zəiflədilmişdi. Osmanlı qoşunları Azərbaycanı tərk edəndə artıq burada təminat təşkilati cəhətdən tam
formalaşmasa da, öz qüvvələrinə inanan, milli ideyalar uğrunda vuruşmağa hazır olan ordu var idi.
Sovet hakimiyyətinin ən ağır illərində müstəqilliyini, dövlətçiliyini, torpaqların bir hissəsini, ordusunu, ən
vətənpərvər ziyalılarını, əlifbasını itirən, tarixinə və mənəviyyatına təcavüz edilən Azərbaycan xalqı onun
uğrunda vuruşmuş və canlarını qurban vermiş qəhrəmanların xatirəsini əziz tutdu, onların qəbirlərini ziyarətgah
bilib qorudu. Bu həmin qəbirlərdir ki, onlar barəsində Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Azərbaycanın hər
cəhətində şairin təsvir etdiyi "sarmaşıqlı bir məzar" bulursunuz ki, "qızlar, gəlinlər" tərəfindən ziyarətgah halına
qoyulan bu məzar qardaş imdadına qaçan "TÜRK" məzarıdır".
739
O, həmin qəbirlərdir ki, 5-ci Qafqaz firqəsinin
Ərkani-Hərb rəisi Rüşdü bəy onlar haqqında yazırdı: "5-ci Qafqaz firqəsinin dörd buçuq aydan bəri
Azərbaycanın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkət
torpaqları üzərində Gəncədə, Göyçay-Ağsu- Şamaxı-Bakı şossesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-
Karrar-Hacıqabul-Bakı dəmir yolu boyunca, Qarabağda və Kür nəhri sahillərində xalqın ziyarətgah halına
qoyduğu bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur ki, iştə bunlar irqinin imdadına səgirtlən Anadolu
mehmetçiyinin mübarək məzarıdır. Əksər yerlərdə mehmetçiklə bərabər qoyun-qoyuna yatan Azəri türkləri də
vardır.”
740
Dostları ilə paylaş: |