HEÇ BĠR QÜVVƏ BAKINI TÜRKLƏRDƏN QORUYA BĠLMƏZ”
601
Ümumilikdə avqust döyüşlərində
ingilislər və Sentrokaspi qoşunlarından 2 min nəfər həlak olmuşdu, itkin və əsir düşənlər vardı. Bakının bütün
hospital və xəstəxanaları yaralılarla dolu idi. Şəhərdə əhali aclıqdan əziyyət çəksə də qoşunların ərzaqla bağlı
problemləri yox idi. Nəticədə şəhərdə qadınlar etiraz mitinqi keçirmək istədilər, lakin cəhdin qarşısı alındı.
602
Sentrokaspi rəhbərləri və erməni liderlərini döyüşdə iştirak etməməkdə ittiham edən general onlara təslim
olmağı məsləhət görürdü. 1918-ci ilin mart-aprel aylarında törotdikləri qırğınlara görə cavab vermələrini
anlayan erməni liderləri vaxtı uzatmağa çalışırdılar. Sentyabrın 1-i və 4-də Sentrokaspi rəhbərləri və erməni
liderləri məktublar yazaraq bildirirdilər ki, ingilis qoşunlarını şəhərdən buraxmayacaqlar. Onlar tələb edirdilər
ki, əlavə qüvvə gətirilsin. Təəssüflə bildirirdilər ki, bolşeviklərlə əlbir olsaydılar, Lenin onlara hərbi kömək
göstərər və şəhəri qoruyardı. Sentrokaspi qüvvələri tərkibində hərbi
gəmilərin olması Denstervili şəhəri dərhal tərk etmək fikrindən
daşındırdı: о ehtiyat edirdi ki, onun gəmiləri atəşə tutular və ya geri
qaytarılar. O, şəhərin müdafiəsini təşkil etmək üçün yeni layihə
hazırladı. Generalın yazıları göstərir ki, təhlükəni dərk edən
Sentrokaspi rəhbərləri və erməni liderləri qoşunlara təsir etmiş və
hərbi böhranı aradan qaldırmağa, məğlubiyyətlərdən sonra ruh
düşkünlüyünü qaldırmağa çalışmışdılar.
603
Şəhərdəki qüvvələrin
sayı 12,5 min nəfər olsa da, onların döyüş ruhu aşağı idi. QİO-nun
uzaqvuran topları Bakıda yerləşən kazarma, anbar və qərargahları atəşə tuturdu. Topçuların sərrast atəşi hətta
Denstervili də heyran etmişdi, onun qərargahı bir neçə dəfə dəqiq atəşlə dağıdılmışdı. General bu dəqiqliyi şəhər
müsəlmanlarının türk topçularına verdikləri məlumatlarla izah edir və şəhərlə QİO topçuları arasında telefon
xəttinin olmasını da istisna etmirdi.
604
Sentyabrın 1-də Şimal qrupu hücuma keçdi və günün birinci yarısında Digah və Məhəmmədli kəndləri,
Digahın cənubundakı 345 №-li təpə tutuldu. Şimal qrupu havaya qaldırılmış bir rus təyyarəsini vurdu və onun
Salyan kazarması istiqamətində düşməsini müşahidə etdi.
605
İngilislər Bakıya əlavə qüvvə gətirə bilməsinlər deyə, Ənvər paşa 9-cu Ordudan Cənubi Azərbaycanda
əməliyyatlar keçirməyi tələb edirdi.
606
Sentyabrın 1-də Nuru paşanın imzaladığı əmrə əsasən 9-cu Ordu tərkibindən götürülən 15-ci piyada firqə
(qərargah, 56-cı və 106-cı piyada alayları, bir Qüdrətli, bir 105 mm-lik Şkoda dağ qaubitsa, bir 105 mm-lik
səhra qaubitsa batareyaları) Bakı ətrafına gətirilməli, 5-ci firqə ilə 15-
ci firqə arasında sərhəd Yanardağ olmalıdır; Mürəttəb süvari alayı,
Tatar süvari alayı və Ləzgi süvari alayı Mərdəkanda birləşməli, Zehni
bəyin komandasına verilməlidirlər; 38-ci alay 15-ci firqəyə
veriləcəkdir; Gəncə və Kürdəmirdə olan rus toplarının mərmiləri
toplanmalıdır; 5-ci firqə qərargahı Qobuda, 15-ci firqə qərargahı
Masazırda yerləşməlidir, bu mövqelərlə Güzdək arasında telefon xətti
çəkilməlidir, teleqraf rabitəsi yaradılmalıdır; qoşunlar ərzaqla təmin
olunmalı, arxada ərzaq ehtiyatı yaradılmalıdır.
607
599
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.318.
600
Süleymanov M.S. Azərbaycan Ordusu, s.126.
601
Денстервиль, с.110.
602
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 155-156.
603
Денстервиль, с.250-251, 255-257.
604
Денстервиль, с. 104.
605
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.322.
606
Yenə orada, s.322.
607
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.324.
147
15-ci firqə Qarakilsədən avqustun 28-də çıxmağa başlamış, Qarakilsə-Dilican-Karvansara-Qazax-Ağstafa
yolu ilə hərəkətə keçmişdi. Öz hissələrindən başqa 9-cu Ordunun qaubitsa səhra batareyası da ona verilməli
idi.
608
15-ci firqə əvəzinə Gümrü-Qarakilsə bölgəsində 36-cı Qafqaz piyada firqəsi mövqələr tutdu.
609
Xəlil paşanın almanlarla, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə danışıqları nəticəsində türk
qoşunlarına Gürcüstan dəmir yollarından istifadə etmək icazəsi verildi.
610
Əslində belə icazəni verən almanlar
öz məqsədlərini güdürdülər. Türk komandanlığının Bakını azad etməkdə israrlı olmasını görüb, Bakıda
bolşeviklərin devrilməsini və bura ingilislərin gəlməsi xəbərini alan
alman komandanlığı Sovet Rusiyası ilə avqustun 27-də bağladığı
sövdələşmədən uzaqlaşmağa başladı. Alman komandanlığı Ənvər
paşa, Nuru paşa və Türkiyənin Tiflisdəki nümayəndəsi Əbdülkərim
paşaya müraciət edərək Bakıya hücumda bir alman taborunun
iştirakına icazə verilməsini istədi. Əslində, Gürcüstandakı alman
qoşunlarının komandanı Fon Kressenşteyn süvari alayı Bakıya yürüşə
hazırlayırdı. Ənvər paşa, Nuru paşa və Əbdülkərim paşa rədd cavabı
verdilər, üstəlik Ənvər paşa Nuru paşaya göndərdiyi gizli göstərişdə
almanların icazəsiz Bakıya hərbi hissə göndərəcəyi təqdirdə Azərbaycan-Gürcüstan sərhəddindəki körpünü
partlatmağı əmr etdi. Özünün 2-ci məktubunda o, əlavə etdi ki, Azərbaycan hökumətinin nümayəndələri ilə
məsləhətləşmələr göstərdi ki, Azərbaycan hökuməti almanların ölkələrinə gəlişinin əleyhinədir, lazım gələrsə,
onlara silahlı müqavimət göstəriləcəyini bildirir. Öz adından Ənvər paşa bildirirdi ki, məsələ bu həddə çatsa,
türk qoşunları Azərbaycan hökumətini dəstəkləyəcək.
611
Qardaş Azərbaycan və türk (osmanlı) döyüşçüləri düşmənə qarşı çiyin-çiyinə vuruşmuş, qələbələr
qazanmışdılar. Onların bu rəşadəti yüksək qiymətləndirilmiş, zabit və əsgərlərin bir çoxu orden və medallarla
təltif edilmişdir. 1918-ci il sentyabrın 3-də QİO komandanlığının tabeçiliyində olan şəxsi heyətə təqdim etdiyi
təltif sənədi indiyədək qorunmaqdadır. Burada 15 osmanlı zabitinin adı var. Onlar "Altun ləyaqət medalı",
"Gümüşlü imtiyaz medalı", "5-ci dərəcəli Məcidi Nişanı", "Hərbi Medal" ilə təltif ediliblər.
612
Azərbaycanın о
dövrdə öz təltif nişanlarının olmaması səbəbindən Azərbaycan hərbçiləri də Osmanlı dövlətinin orden və
medalları ilə təltif edilirdi. Türkiyə hərbi arxivlərində qorunan sənədlər, hansı orden və medalların
azərbaycanlılara təqdim edilməsi, hansı zabitlərin təltif edildiyini müəyyənləşdirməyə imkan verir.
1918-ci il sentyabrın 3-nə aid təltif sənədində göstərilən azərbaycanlı zabitlərin yüksək təltif nişanlarına
layiq görülməsi sultan tərəfindən təsdiqlənmişdir. Zabitlər iki təltif nişanı - 5-ci dərəcəli Məcidi Nişanı (Məcidi
Ordeni) və Hərbi Medala (Hərbi Medalya) layiq görülmüşdülər.
Məcidi Nişanı (Məcidi Ordeni) 1851-ci ildə Osmanlı sultanı
Əbdülməcid (1839-1861) tərəfindən təsis edilmişdir.
613
Nişan
günəş formasında olub, mərkəz dairəsindən 7 hissədə cəmlənmiş
şüalar yayılır. Hissələr arasında ay-ulduz təsvirləri mövcuddur.
Mərkəzdə sultanın tuğrasının (möhürünün) təsviri verilmiş,
haşiyədə "Səadət", "Qayret" ("Çalışqanlıq"), "Hamiyyet"
("Vətəndaşlıq") sözləri və "Sene 1268" ("1268-ci il") ərəb
qrafikası ilə yazılmışdır. Nişan 5 dərəcədə təsis edilmiş, təltif 5-ci
dərəcədən başlayırdı. Ordenin 5-ci və 4-cü dərəcələri döşün sol
tərəfində lentli çərçivə üzərində, 3-cü və 2-ci dərəcələri boyunda lent üzərində, 1-ci dərəcəsi isə boyunda orden
zənciri üzərində daşınırdı.
614
Ordenin 1-ci və 2-ci dərəcələrinin nişanları ilə birlikdə sinədə daşınan ulduzlar
verilirdi. Ordenin 5-ci və 4-cü dərəcələrində nişanla lent arasında ay-ulduz təsviri yerləşdirilirdi. Nişanın arxa
tərəfində aypara daxilində ornament təsvir edilmişdir. Ordenin lenti qırmızı rəngdə olub, iki nazik yaşıl zolaqla
haşiyələnib. Ordenlə bərabər, "bərat" adlanan sənəd verilirdi ki, orada orden təqdim edilən şəxsin adı, rütbəsi,
vəzifəsi, xidmətləri qeyd olunurdu.
615
Məcidi Ordeninin ilkin, 5-ci dərəcəsini 20 il qüsursuz xidmətdən sonra və
ya sultanın xüsusi fərmanı ilə almaq mümkün idi. Hərb zamanı xüsusi igidlik göstərənlərə orden sultanın
formanı ilə xidmət illəri nəzərə alınmadan verilir, belə nişana qılınclar əlavə edilirdi.
616
Maraqlıdır ki, orden
verilən şəxs vəfat etdikdə orden dövlət xəzinəsinə təhvil verilirdi ki, onu heç kim daşımasın.
608
Yenə orada, s.324.
609
Yuceer N. Birinci Dünya savaşında, s.114.
610
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.161.
611
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 162-163.
612
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.159.
613
Denisenko A. Askeri Müze osmanlı ve cumhuriyet dönemi madalya ve nişanlar kataloqu. İstanbul,
Harbiye, s. 52.
614
Denisenko A. Askeri Müze, s.53.
615
Denisenko A. Askeri müze, s.16.
616
Yenə orada, s.18.
148
03.09.1918-ci il təltif siyahısına əsasən 13 azərbaycanlı zabit Hərbi Medalla təltif edilmişdir.
617
Onların
sırasında 1-ci alayın zabitləri: süvari qayməqamı Həmid xan, yüzbaşı vəkili Sultanov, süvari yüzbaşı vəkili
Əliyev, mülazimi-əvvəl Aslanbəyov, mülazimi-sani Əliyev; 2-ci alayın zabitləri: mülazimi-əvvəl
Mehmandarov, mülazimi-əvvəl Savkov, süvari zabit vəkili Kavzar, yüzbaşı Sultanov, topçu miralayı Cavad
Şıxlinski; 2-ci süvari alayın zabit vəkili - Qaratiklinski, təlimgahın yüzbaşı vəkilləri Nəsirbəyov və
Əhmədiyev.
618
Osmanlı ordusunda mülazimi-əvvəl rütbəsi "kiçik leytenant" rütbəsinin analoqu idi.
Hələ Bakı azad edilməzdən əvvəl 18 zabit (Həmid xan həm Məcidi Nişanı, həm də Hərbi Medalla təltif
edilmişdi) Osmanlı dövlətinin önəmli hərbi təltif nişanlarına layiq
görülmüşlər. Siyahıdakı zabitlərin adı və soyadı tam göstərilmədiyi
üçün onların bir çoxunun kimliyini dəqiqləşdirmək müəyyən qədər
çətindir. Məlumdur ki, Bakı azad ediləndən sonra (15.09.1918) yeni
təltif siyahıları tərtib edilmiş və fərqlənənlərə orden və medallar
verilmişdir.
619
Heç şübhəsiz ki, onların sırasında azərbaycanlı zabitlər
də olmuşdur.
Cəbhə xəttində mövcud vəziyyəti öyrənmək üçün QİO Ərkani-
Hərb rəisi Nazim bəy cəbhəyə göndərildi. Onun fikrincə, Bakıya hücum
iki istiqamətdə aparılmalı, bu istiqamətlər arasında Biləcəri və Hacı
Həsən arakəsmə xətti olmalı idi. Bölgüyə uyğun olaraq top yerləri müəyyənləşdirilir, ehtiyatlar toplanır, firqə
hissələrinin yerləşməsi üçün məntəqələr hazırlanırdı. Maştağada 10 min nəfər üçün ərzaq toplanması
başlanılmışdı. Hücumdan bir gün əvvəl süvari hissələr və azərbaycanlılardan ibarət könüllü hissələr şərqdən və
şimali-şərqdən şəhərə hücum etməli idilər.
620
15-ci firqənin gəlişi sentyabrın 7-si-10-u arası gözlənilirdi, bu vaxta qədər düşmənin hərbi güc
imkanlarının öyrənilməsi, Sabunçu və Biləcəri ətrafındakı təpələri ələ keçirmək məqsədi ilə mövqe döyüşlərinin
davam etdirilməsi qərara alınmışdı.
Sentyabrın 2-də Şimal qrupu Zabratı tutdu, lakin sentyabrın 3-də ingilis-Sentrokaspi qoşunlarının güclü
hücumu ilə oradan çıxarıldı. Həmin gün 311 №-li təpə top atəşinə tutuldu, Hövsan ətrafında döyüşlər davam
etdi. Ləzgi süvari alayının 3-cü eskadronunun 1-ci taqımı yunker Cavarxan Ansoxskinin rəhbərliyi ilə düşmənin
üstün qüvvələrinin (2 piyada bölüyü, 1 süvari eskadronu, 3 pulemyot, 2 top) hücumunun qarşısını aldı, kömək
gələnə qədər 4 saat ərzində vuruşdu.
621
Nazim bəy və Mürsəl paşa mövqeləri birlikdə gəzərək Nuru paşaya ayrı-ayrılıqda raport göndərdilər Hər
ikisinin qənaəti eyni idi: şəhərə son hücumdan əvvəl Biləcərinin cənub- qərbindəki sahə ələ keçirilməlidir.
Balaxanı, Ramana, Sabunçu və Suraxanıda olan düşmən dəstələrini məhv edəndən sonra şəhərə hücum etmək
təklifi Mürsəl paşa və Nazim bəyin fikrincə lüzumsuz idi. Kəndlərdə aparılan döyüşlər əlavə itkiyə səbəb olardı,
həm də onların şəhərdən uzaq olması Bakıya hücum etməyə maneçilik
törətmirdi. Şəhər alınandan sonra oradakı dəstələrin müqavimətini
dərhal qırmaq mümkün idi.
Sentyabrın 6-da 15-ci firqənin hissələri Ağstafaya çatmağa
başladı və dərhal qatarlarla Bakı istiqamətinə göndərildi. 15-ci firqənin
komandanı Süleyman İzzət bəy və onun qərargahı Gəncədə Nuru paşa,
Əli ağa Şıxlinski, Azərbaycan hökumətinin üzvləri və digərləri
tərəfindən qarşılandılar. Sentyabrın 7-də 15-ci firqənin qərargahı, sonra
isə hissələri Hacıqabulda qatarlardan enərək mövqelərə yönəldilər.
622
Qeyd etmək lazımdır ki, 15-ci firqə Rumıniyada Qafqaza göndərilmək əmrini aldıqda olduqca güclü idi.
Firqənin 8104 nəfər piyadası, 212 süvarisi, 285 istehkamçısı, 62 pulemyotu, 10 mortiri, 45 topu, 2 uzaqvuran
topu və bir tank batareyası mövcud idi.
623
Beləliklə, bu firqənin Qafqaza göndərilməsi qərarı düzgün idi və
vəziyyəti dərhal dəyişməyə imkan verirdi. Lakin firqənin gəlişi yubadıldı, o, Gümrü-Qarakilsə istiqamətində
yerləşdirildi. Onun tərkibində olan hissələr Qafqaz cəbhəsinin müxtəlif əməliyyatlarına cəlb olunurdu. Nəticədə
Bakı ətrafına göndəriləndə firqənin tərkibi zəiflədilmişdi.
617
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.158.
618
ATASE, klassor - 3821, dosye 15, fehrest -- 57.
619
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.160.
620
Yenə orada, s.325.
621
Yenə orada, s.326.
622
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.327.
623
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.198.
149
15-ci firqə ağır yükləri Gəncədə qoyaraq Bakı istiqamətində hərəkət edir-di. Nuru paşa Xəlil paşaya
göndərdiyi teleqramda Bakıya hücumu sentyabrın 12-nə planlaşdırdığını bildirdi, lakin
almanlar üçün verilən məlumatda sentyabrın 15-nin hücum günü kimi göstərilməsini xahiş
edirdi. Şərq Cəbhəsi komandanı Mürsəl paşaya göndərdiyi məktubda o, bütün hazırlıq
işlərinin sentyabrın 11-də sona çatdı-rılmasını tələb etdi. Lakin 15-ci firqənin son
hissələrinin yalnız sentyabrın 10- da cəbhəyə çatması nəzərə alınaraq hazırlıq işlərinin
sentyabrın 11-də sona çatdırılmasının mümkünsüzlüyü ortaya çıxdı.
624
Sentyabrın 9-da Mürsəl paşa, 5-ci firqə Ərkani-Hərb rəisi Rüşdü bəy, Süleyman
İzzət bəy Binəqədi topçu müşahidə məntəqəsinə gəldilər. Ətraf ərazidən hündürlükdə
yerləşən məntəqə Biləcəri və onun ətrafında qoşunların yerləşməsini müəyyən etməyə
imkan verirdi. Nuru paşadan alınan teleqramda göstərilirdi ki, Bakıya ikinci hücuma
ümumi rəhbərliyi o, öz üzərinə götürmək üçün Gəncədən Bakıya gəlir. Qoşunlar о gələnə
kimi döyüş mövqelərini gizlin şəkildə tutmalı idilər: 13-cü alay Hökməlinin cənubunda,
106-cı alay Qobu ətrafında, 38-ci alay 345 №-li təpə və Maştağada, 29-cu tabor 13-cü
alayın ehtiyatında.
625
Sentyabrın 10-da Şərq Ordular Qrupu komandanı Xəlil paşa, QiO komandanı Nuru paşa, Azərbaycan
kolordusunun komandiri Əliağa Şıxlinski Bakı ətrafına gəldilər. QİO komandanlığı və Xəlil paşa Güzdəkdə
yerləşdilər. Həmin gün onlar müşahidə məntəqələrində oldular, düşmən mövqelərini nəzərdən keçirdilər.
626
Xəlil paşa qoşunların təminatı, əsgərlərin mənəvi durumu ilə tanış oldu, düşmən mövqelərini nəzərdən keçirdi
və komandirlərdən hücum planlarını təklif etməyi xahiş etdi. Onunla bərabər gəlmiş bir neçə alman zabiti başda
polkovnik-leytenant Parakuin olmaqla öz təkliflərini verdilər: toplar vasitəsilə düşmən səngərləri saatlarla
bombalanmalı, düşmən mövqeyinin hər qarışı top atəşinə tutulmalı, sonra isə düşmənin müqaviməti qırılaraq
şəhərə daxil olmalı.
627
Bu plan Avropada aparılan "mövqe müharibəsi"nin klassik forması idi. Planı icra etmək
üçün nə kifayət qədər top, nə kifayət qədər mərmi ehtiyatı, nə də vaxt var idi, odur ki, "alman planı" qəbul
edilmədi.
15-ci firqənin komandiri Süleyman İzzət bəy öz hücum planını təklif etdi: 5-ci firqə gecə ikən hücuma
keçir, lakin əsas zərbəni 15-ci firqə endirir, Biləcəri təpələrini ələ keçirir. Azərbaycan süvariləri Əhmədli
istiqamətində hücum edir. Bütün qoşunlar elə hərəkət edirlər ki, düşməni şəhərin ortasında və ya Qara şəhərdə
sıxsınlar. Düşmən limana çəkilib şəhərdən qaça bilməsin və məhv edilsin. Nuru paşa bu təklifi bəzi cəhətlərinə
görə dəyərləndirsə də, ümumilikdə onu qəbul etmədi.
628
Şəhər daxilində gedən döyüşlərdən sonra adətən şəhərin
tamamilə məhv edildiyini nəzərə alsaq, dinc əhali arasında itkilərə yol verməməyə çalışan Nuru paşanın bu
təklifi qəbul etməməsi labüd idi. Üstəlik çoxlu sayda neft buruqları, neft anbarları və emal zavodları olan
Bakıda şəhər döyüşlərinin aparılması şəhərin yanıb külə dönməsi ilə nəticələnəcəkdi.
Bir qrup türk zabiti ayrı bir plan təklif etdilər. Belə ki, yarbay Bəsri (sonralar Atatürk ordusu
sərkərdələrindən biri, 1934-cü ildə korgeneral rütbəsinə layiq görülüb), minbaşı Saleh Ömurtak, minbaşı Nazim
(1920-ci ildə Atatürkün ordusunda vuruşarkən Kütahya döyüşündə qəhrəmancasına həlak olub), minbaşı Saffet
Arıkan, yüzbaşı Tevfik (sonralar Cümhurbaşkanı Genel Sekretarı) mərmi ehtiyatının az olmasını nəzərə alaraq
gözlənilməzlik amilindən istifadə edib gecə vaxtı süngü zərbəsi ilə düşmən səngərlərinə soxulmaq təklifini
verdilər.
629
Bu təklif hücum planı sayılmasa da, hər halda ümumi planın bir hissəsi kimi Xəlil paşa tərəfindən
bəyənildi.
Bütün təklifləri nəzərə alaraq komandanlıq hücum planını qəbul etdi. Sentyabrın 10-da QİO komandanı
Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11
sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci
firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-
ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus
səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ
batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci
piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya
diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105
mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ
topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-
ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus
624
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.328.
625
Yenə orada, s.329.
626
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.164.
627
Yenə orada, s.168.
628
Yuceer N. Birinci Dünya savaşında, s.115.
629
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.168.
150
səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə
veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından,
dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə
Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək. Süvarilər Sabunçu-Balaxanı istiqamətindəki
düşməni qovacaq, Hövsan, Əhmədli və Keşləni azad edəcək. Cəmil Cahid bəy yenidən Cənub qrupun
komandanı təyin edildi; hücum gecə başlamalı (dəqiq vaxt əlavə göstərilməli idi), firqələr bir-birlərini
gözləməməliydi.
630
QİO və 5-ci firqənin qərargahları Güzdəkdə, 15-ci firqənin qərargahı Binəqədidə idi.
631
Nuru
paşanın əmrinə əsasən hissə komandirləri müvafiq əmrlər verdilər. Süleyman İzzət bəy onun hücum sahəsinin
genişliyi, əmrdə verilən tapşırıqlara nisbətən qüvvələrin az olması barəsində Nuru paşaya məlumat verdi. Belə
ki, 15-ci firqənin 45-ci alayı Batumda qalmış, 56-cı alay 5-ci firqəyə verilmiş, 38-ci alay əvvəlki döyüşlərdə
itkilər vermiş, 107-ci alay isə (36-cı Qafqaz firqəsi tərkibindən) hələ döyüşlərdə iştirak etmədiyindən təcrübəsiz
idi.
Nuru paşa göstərir ki, əsas zərbə üçün qərb istiqamətinin seçilməsi onun şəhərin mərkəzinə ən yaxın yer
olması ilə bağlı idi.
632
Sentyabrın 12-də günortaya yaxın 15-ci firqənin tərkibində olmuş süvari hissələr düşmənin diqqətini cəlb
etmək üçün immitasiya etdilər, Qüdrətli toplar düşmənin Balaxanı tərəfdəki mövqelərini atəşə tutdu. Vəziyyəti
öyrənmək üçün Sentrokaspi qoşunları tərəfindən bir təyyarə havaya qaldırıldı. Düşməndə əsas qüvvələrin
Biləcəri istiqamətində toplanması təəssüratı yaradıldı. Həmin gün Nuru paşa yeni əmr imzaladı. Əmrə əsasən
15-ci firqə tərkibində yalnız 38-ci piyada alayı və Azərbaycan qüvvələri saxlanıldı, digər hissələr və
artilleriyanın ək-səriyyəti 5-ci firqəyə verildi. Bununla belə 5-ci firqənin hücum xəttinin eni 1500 m, 15-ci
firqəninki isə 30 km idi.
633
Bu zaman cəbhədə 8 min türk, 7 min Azərbaycan döyüşçüsü var idi.
634
İngilis
mənbələrinə görə, sentyabrın əvvəllərində QİO-nun tərkibində 26 top, 5300 türk, 8000 azəri döyüşçüsü var idi.
Denstervil öz raportlarının birində, 6000 türk, 8000 azəri döyüşçünün olmasını bildirmişdi.
635
Sentyabrın 12-də qoşunlara əlavə sursat paylanır, düşmən barəsində kəşfiyyat məlumatları toplanırdı.
Kəşfiyyatdan qayıdan Əmənulla əfəndi məlumat verdi ki, cəbhədə 900 ingilis dayanıb, Sentrokaspi
qüvvələrində ruh düşkünlüyü var, fərarilik artır. Düşmənin əsas qüvvələri Heybət, Biləcəri və Balaxanı
istiqamətindədir. Müdafiəçilər sırasında Biçeraxovun göndərdiyi 500 nəfərlik dəstə var idi. Türk qoşunları
tərkibində olan bir ərəb ingilislər tərəfinə keçərək hücumun sentyabrın 14-də başlayacağı və əsas zərbənin
qərbdən vurulacağı barəsində xəbər verdi.
636
Ərəbin məlumatlarına görə, türk hərbi komandanlığı hesab edirdi
ki, şəhərdə 3000 ingilis əsgəri və 4000 rus əsgəri var, qalanları erməni döyüşçüləridir. O, həmçinin bildirdi ki,
Qafqaz İslam Ordusunun 32 topu var, lakin onlar elə maskalanıblar ki, o, yalnız 4-nü görüb.
637
Əməliyyat ərəfəsində Sentrokaspi diktaturası və ingilis qoşunlarının əksəriyyəti Biləcəri-Balaxanı
istiqamətində, süvari hissələri Zığ ətrafında yerləşirdilər. Xüsusi olaraq vurğulanırdı ki, dinc əhali və əsirlərə
heç bir ziyan yetirilməməlidir.
638
5-ci Qafqaz firqəsinin qoşunları dayandıqları mövqelərdə məharətlə
maskalanır, bütün yerdəyişmələr gecə həyata keçirilir, düşmən tərəfi dəfələrlə havaya təyyarə qaldırsa da Qurd
qapısı istiqamətində qüvvələrin artmasını müəyyən edə bilməmişdi. Bakının müdafiəsinə ümumi rəhbərliyi
generallar Denstervil və Baqratuni icra edir, cəbhədəki qoşunlara isə Dokuçayev və Keyvort komandanlıq
edirlər.
639
Dostları ilə paylaş: |