Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə


 Bakı Ģəhəri sentyabrın 16-20-də



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə25/27
tarix05.05.2017
ölçüsü5,05 Kb.
#16978
1   ...   19   20   21   22   23   24   25   26   27

 
7.12. Bakı Ģəhəri sentyabrın 16-20-də. 
 
Erməni, həmçinin bəzi Rusiya və Avropa tədqiqatçıları iddia edirlər ki, Bakı şəhəri azad ediləndən sonra 
azərbaycanlılar  və  türklər  planlı  şəkildə  erməni  əhalisini  qırmağa 
başlamış və 30 min ermənini qətlə yetirmişlər. Bakıda əslində nələrin 
baş verdiyinə diqqət yetirək. 
Şəhər  azad  ediləndən  sonra,  sentyabrın  15-də  Zığ  və  Bayıl 
burunlarının hər birində bir tor batareyası yerləşdirildi, şəhərdə yalnız 
56-cı  alay,  Qara  şəhərdə  38-ci  alay  qaldı.  5-ci  firqə  şəhərdən  qərbdə, 
15-ci  firqə  Əhmədli  təpələrində  yerləşdirildi.  Cəmil  Cahid  bəy  Bakı 
mövqe komandanı təyin edildi. Nuru paşa komandirlərə son döyüşlərdə 
fərqlənmiş  zabit  və  əsgərlərə  təltif  nişanları  vermək  üçün  təqdimatlar 
yazılmasını əmr etdi.
686
 
Nuru  paşa  Bakının  alınması  barədə  Azərbaycan  hökumətinə,  Ənvər  paşaya,  3-cü  və  9-cu  Ordu 
komandanlarına teleqramlar göndərdi. Teleqramların hamısı eyni cümlə ilə başlayırdı: ''Bakı şəhəri 36 saatlıq 
şiddətli  müharibədən  sonra  sentyabrın  15-də  saat  9-da  zəbt  olunub".  Ənvər  paşa  cavab  teleqramında  yazırdı: 
"Böyük  Turan  imperatorluğunun  Xəzər  kənarındakı  zəngin  bir  yurd  yeri  olan  Bakı  şəhərinin  zəbti  xəbərini 
böyük  bir  sevinc  və  mutluluqla  qarşılarım.  Türk  və  islam  tarixi  sizin  bu  xidmətinizi  unutmayacaqdır. 
Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edərim".
687
 
İstanbulda  olan  M.Ə.Rəsulzadəyə  telefonla  zəng  edən  Ənvər  paşa  onu  təbrik  etdi.  M.Ə.Rəsulzadə  öz 
növbəsində  Azərbaycan  hökumətinin  sədri  F.Xoyskiyə  teleqram  göndərib  Azərbaycan  xalqı  və  hökumətini 
böyük qələbə münasibətilə ilə təbrik etdi. Fətəli Xan Xoyski Nuru paşanı şəhərin azad edilməsi münasibəti ilə 
təbrik  edərkən  yazırdı:  "Millət  Sizə  minnətdardır".  Nəsib  bəy  Yusifbəylinin  fikrincə,  Azərbaycan  durduqca 
bu üç kəlmə azərilərin dilində və qəlbində yaşayacaqdır.
688
 Sonra isə F.Xoyski ətraflı və rəsmi teleqramda Nuru 
paşa və onun komandanlıq etdiyi qoşunlara Azərbaycan xalqı və rəhbərlik etdiyi hökumət adından təşəkkürünü 
bildirmişdi.  Tarixi  qələbədən  sonra  Nuru  paşanın 
adına həm  Azərbaycandan,  həm  də  xaricdən  çoxlu 
təbriklər gəlirdi. 
Daha sonra Nuru paşa, Bakıda asayişi təmin 
etmək  üçün  Azərbaycan  hökumətinə  Gəncədən 
polislər göndərməyi xahiş etdi.
689
 
                                                           
685
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.211-212. 
686
Lakin təltif nişanları qəhrəmanlara təqdim edilmədi: belə ki, Osmanlı dövləti məğlub olmuş, Tələt paşa hökumət kabinetinin istefaya getməsini bəyan 
etmişdi; təqdimat sənədləri isə sultan tərəfindən imzalanmadı (Yuceer N. Birinci Dünya savaşında, s.122). 
687
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.359. 
688
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.360. 
689
Yenə orada, s.357.
 

157 
 
Xəlil  paşa  ilə  birlikdə  sentyabrın  16-da  şəhərə  girəcəklərini  bildirən  Nuru  paşa  Mürsəl  paşaya  şəhərin 
girəcəyində  qoşunların  rəsmi  keçidini  hazırlamağı  xahiş  etdi.  Qırmızı  Qışla  adlanan  yerdə  sentyabrın  16-da 
parad keçirildi. Burada Xəlil paşa, Nuru paşa, Ə.Şıxlinski, H.Səlimov, Azərbaycan hökumətinin üzvləri iştirak 
etdilər.  Rəsmi  keçiddə  38-ci,  9-cu,  10-cu,  13-cü,  106-cu  və  107-ci  alaylar,  2-ci  mürəttəb  süvari  alayı, 
Azərbaycan hissələri, 59 pulemyot, 50 top iştirak etdi. Süleyman İzzət bəy qoşunların düzülməsi barəsində Xəlil 
paşa  və  Nuru  paşaya  məruzə  etdi.  İki  saat  çəkən  mərasimdən  sonra  qoşunlar    təntənəli  sürətdə  şəhərə  daxil 
oldular. Qoşunlar meydandan (hal-hazırda burada M.Əzizbəyovun abidəsi dayanır), indiki Parlament prospekti 
ilə  Çəmbərəkənd  qəbiristanlığı  tərəfə  (indiki  Şəhidlər  Xiyabanının  yanı),  oradan  isə  Şəhər  Duması  binası 
qarşısına, oradan da   sahilə tərəf keçdilər və
 
Xəzər dənizinə yaxın meydana (hal-hazırda M.F.Axundov adına 
Milli Kitabxana ilə üzbəüz olan meydan) çatdılar. Bütün xalq küçələrə çıxaraq qalibləri salamlayırdı. Meydanda 
Nuru  paşa  əsgərlər  və  əhali  qarşısında  çıxış edərək  bildirdi  ki,  din,  dil  və  irq  ayrılığına  yol  vermədən  durum 
yaradılacaq,  insanların  canları  və  mallarına  toxunulmayacaq,  hamıya  qarşı  eyni  qanunlar  tətbiq  ediləcək. 
"Metropol"  otelində  ayaqüstü  ziyafət  təşkil  ediləndə  şəhər  müsəlmanları 
oteli əhatəyə alaraq qəhrəman sərkərdələri salamlayırdı.
690
 
"Bristol"  otelində  verilən  ziyafətdən  sonra  Xəlil  paşa  H.Z.Tağıyevin 
evində,  Nuru  paşa  "İsmailiyyə"  ilə  üzbəüz  olan  mehmanxanada,  Mürsəl 
paşa  vaxtı  ilə  Müzəffərəddin  şahın  qonaq  olduğu  mehmanxanada  qaldılar. 
Bakının azad edilməsi Qurban bayramı ilə üst-üstə düşdüyündən komandan 
azərbaycanlı döyüşçülərin üç günlük evə buraxılmasına icazə verdi. Yalnız 
Əhmədli, Keşlə, Sabunçu və Balaxanıda kiçik süvari hissələri saxlanıldı ki, 
asayiş təmin edilsin.
691
 
Sentyabrın 16-da QİO-nun qərargahı Bakıya köçürüldü. 9-cu, 10-cu, 13-cü, 106-cı piyada alayları, 5-ci 
Qafqaz piyada firqəsinə 38-cu, 56-cı, 107-ci piyada alayları isə 15-ci piyada firqəsinə tabe edildi. 5-ci firqənin 
hissələri  Bakı  ətrafında  mövqelər  tutdu.  Onlar  Abşeron  yarımadasının 
dənizdən  mühafizəsini  təşkil  etdi.  15-ci  firqə  və  ona  verilmiş 
Azərbaycan  hissələri  Suraxanı,  Sabunçu  və  Balaxanıda  yerləşdirildi, 
sahil  xəttinin  mühafizəsindən  başqa  onlar  göstərilən  kəndlər,  həmçinin 
Ramanı, Bülbülə, Keşlədə asayişi təmin etməli idilər.
692
 
Sentyabrın  17-də  İstanbul  qəzetləri  Bakının  azad  edilməsini  bir 
müjdə kimi manşetə çıxarsa da, ingilis və alman mətbuatında bu xəbər 
bir üzüntü kimi verildi.
693
 Əgər türklər tərəfindən açıq döyüşdə məğlub 
edilmiş ingilis tərəfinin qəzəbini başa düşmək olardısa, alman tərəfinin 
iradlarını  anlamaq  olmurdu.  Bu  bir  daha  göstərdi  ki,  siyasətdə  müttəfiqlik  anlayışı  mücərrəd  anlayışdır: 
Almaniya müttəfiqin qələbəsinə sevinmək əvəzinə Bakını əldən verməsinə qüssələnirdi. 
Şəhərdə  asayişin  bərpa  olunması  üçün  Nuru  paşa  Cəmil  Cahid  bəy  qarşısında  konkret  tələblər  qoydu. 
Yüzbaşı  Səlahəddin  bəy  öz  xatirələrində  yazırdı  ki,  hələ  sentyabrın  14-də  səhər  türk  qoşunları  şəhərə  daxil 
olmadan alman zabiti Parakuin ilə Xəlil paşa arasında münaqişə baş verdi. Bakıya hər vəchlə alman qoşunlarını 
gətirməyə çalışan və buna nail olmayan polkovnik - leytenant Parakuin çox maraqlı sözlər işlətmişdi. O, dənizdə 
şəhərdən  qaçan  düşmən  gəmilərini  göstərərək  demişdi:  "Qaçan  düşmən  deyil,  sizin  zülmünüzdən  qorxan 
ermənilərdir.  Yazıq  ki, siz  dünyanın  ən namuslu  və  çalışqan  milləti  olan ermənilərə  bu  zülmü  etməklə  tarixin 
tənəli damğasını yediniz".
694
 Alman zabitinin söylədikləri Xəlil paşanı təəcübləndirdi, çünki qoşunlar heç şəhər 
məhəllələrinə  yaxınlaşmamışdı,  alman  zabiti  isə  artıq  "zülmə"  düçar  olmuş  ermənilərin  "şərəfinə"  nitq 
söyləyirdi.  Bakıya  gəlmiş  alman  polkovniki  Parakuin  şəhərə  daxil  olar-olmaz  burada  xristianların  qırılmasını 
demiş  və  şəhərdə  asayişin  bərpası,  almanların  həyat  və  əmlaklarının  qorunması      üçün  mütləq  alman  silahlı 
qüvvələrinin azı bir taborunun şəhərə yeridilməsini Xəlil paşaya təklif etmişdi. Rədd cavabı aldıqda o, israrla 
şəhərdə  xristianların  öldürülməsini  bildirmiş,  və  yenə  alman  piyadalarının  şəhərə  gətirilməsinin  vacibliyini 
vurğulamışdı. O, qəti olaraq bir daha rədd cavabı aldıqda bütün alman zabitlərinin   Şərq   Ordular   Qrupundan   
gedəcəyi   ilə   hədələmiş   və gözlənilmədən Xəlil paşadan: "Azadsınız! Gedə bilərsiz!" cavabı aldıqda çaşıb 
qalmışdı.  Özünü  Xəlil  paşanın  hərbi  məsləhətçisi  sayan,  türk  ordusunun  qazandığı  uğurların  bir çoxuna  adını 
yazdıran Parakuin bircə anın  içində alman     ordusunun minlərlə polkovniklərindən birinə çevrildi. Lakin artıq 
gec idi, fikrindən daşınmayan Xəlil paşa bütün  alman zabitlərini  toplayıb  Tiflisə göndərilməsini əmr etdi. Son 
olaraq  Parakuin  Bakıda  olan  İran,  Danimarka  və  İsveç  konsullarına  müraciət  edib,  şəhərdə  xristianların 
                                                           
690
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.179,182. 
691
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.358. 
692
Yenə orada, s.367.
 
693
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 170-171. 
694
Yuceer N. Birinci Dünya savaşında, s.124-125. 
 

158 
 
öldürülməsi  ilə  bağlı  bu  dövlətlərin  Almaniyadan  hərbi  kömək  istəməsi 
barəsində xahiş etmişdi, lakin istəyinə nail ola bilmədi: hadisələrin içində 
olan konsullar Bakıda qırğınların olmamasının şahidi idilər.
695
 Bu hadisə 
göstərir  ki,  Avropa  dövlətləri  Osmanlı rəhbərliyindən  nəyisə qoparmağa 
çalışdıqda  erməni  məsələsindən  əvvəllər  necə  istifadə  etmişdilərsə,  indi 
də  eləcə  istifadə  etmək  fikrindəydilər.  Osmanlı  qoşunları  şəhərə  daxil 
olmağa  imkan  tapmadan,  şəhərdə  olan  Avropa  dövlətlərinin  konsulları 
heç  kimə  müraciət  etmədən  və  hətta  ermənilərin  belə  türklərə  qarşı  heç 
bir  iddia  ilə  çıxış  etmədiyi  şəraitdə  alman  zabiti  əvvəlcədən  hazırlanmış 
"erməni kartını" oyuna atdı. 
Nuru paşanın raportundan aydın olur ki, Bakıda həmçinin Belçika 
və Fransa konsulları da var idi. Belçika konsulu yerli erməni olduğundan 
şəhər  azad  edilən  kimi  onu  Gəncəyə  göndərdilər,  Fransa  konsulu  isə 
ümumiyyətlə  Danimarka  konsulluğunun  ərazisində  yaşayır  və 
hadisələrdən  kənarda  qalmağa  çalışırdı.
696
  Lakin  bu  konsullar  da  heç  bir 
bəyanatla çıxış etməmişdilər, ən azı ona görə ki, şəhər hələ tutulmamışdı 
(!). 
Şəhərə  daxil  olarkən  gördükləri  barəsində  Xəlil  paşa  yazırdı:  "Bakı  ingilislərin  idarəçiliyi  altındaykən, 
ermənilər və bolşeviklər yerli türk xalqa qarşı geniş bir qətliam hərəkətinə girişmişlərdir. Ermənilər, şəhərin hər 
məhəlləsində  türklərin  cəsədlərindən  birər  qala  qurmuşlar  və  bütün  vəhşətlərini  ortaya  qoymuşlardır.  Küçük 
çocuqlar  qala  bürcləri  olmuş,  qadınlar  ədəb  yerlərindən  süngülənmiş 
və bıçaqlanmışlar".
697
 
Nuru  paşa  yazırdı:  "Bakının  qurtarılması  əsnasında,  şəhərdə 
asayiş  təmin  edilincəyə  qədər,  ermənilərlə  türklər  arasında  silahlı 
çatışmalar  meydana  gəlmişdir.  Şəhərdə  türk  əsgərinin  əmniyyəti 
saxlamasına  qədər  keçən  sürədə,  bəzi  yağma  olayları  da  yaşanmış, 
ancaq  bu  yağma  və  talanı  bakılı  türklər  deyil,  İranlı  işçilərin  yapdığı 
bəlirlənmişdir.  Bu  durum  qarşısında  ordu  dərhal  hərəkətə  keçərək, 
yağmaçılardan  yüzdən  fazla  kişi  edam  edilmişdir.  Alman  tədbirlərlə 
Bakıda  güvənlik  və  asayiş  təmin  edilmişdir.  Bu  durumdan  məmnun 
olan  hər  millətə  mənsub  inaanlar  türk  ordusuna  təşəkkür  etmişlərdir.  Ancaq  Bakıdakı  bu  qarşılıqlı  silahlı 
müsadəmə  sonucu  ölənlərin  durumunu,  İran,  Danimarka  və  İsveç  Konsoloslarının,  Almaniya  və  Avstriya 
nəzdində  protesto  edəcəklərini  xəbər  aldım.  Bu  protestonun  səbəbi,  bizim  şəhərdə  asayiş  və  güvənliyi  təmin 
edəmədiyimiz fikrini verdirmək sürətiylə, burada yabancıların və xristianların himayəsi üçün Alman və Avstriya 
əsgərinin  Bakıya  gətirilməsini  sağlamaktır.  Bu  hərəkətin,  almanların  tərtiblədiyi  bir  plan  üzərinə  yapılmakda 
olduğunu hiss ediyordum. Parakuinin bilaharə teleqrafla ərz etdiyim bügünkü halı, bunu isbat etdi".
698
 
Beləliklə,  Nuru  paşa  müsəlmanlarla  ermənilər  arasında  baş  vermiş  toqquşmalarda  ermənilərin 
öldürülməsini  yazmış,  lakin  qeyd  etmişdir  ki,  öldürülənlərin  sayı  mart  ayında  ermənilər  tərəfindən  öldürülən 
müsəlmanların  heç  yüzdə  birini  təşkil  etmir.
699
  Şəhərdə  baş  verən  talanlarda  Azəri  türklərinin  deyil,  İrandan 
gəlmiş  yoxsul  işçilərin  iştirak  etməsini  qeyd  edən  Nuru  paşa  şəhərdə  dar  ağaclarının  qurulması,  talançıların 
edam edilməsi və şəhərdə asayişin təmin edilməsi barəsində xəbər vermişdi. Dar ağacları Bakının Quba, Quru 
bağ,  Parapet,  Vağzal,  Bulvar  meydanlarında  qurulmuşdu.  100-ə  yaxın  talançı  edam  edilmişdi.  Qətiyyətli 
tədbirlər şəhərdə yaşayan müxtəlif millətlərin nümayəndələri tərəfindən rəğbətlə qarşılandı.
700
 İran, Danimarka, 
İsveç  konsulları  bildirmişdilər  ki,  baş  verənlərlə  bağlı  etiraz  notaları 
verəcəklər,  çünki  türk  qoşunları  asayişi  təmin  edə  bilmir  və  şəhərə 
Almaniya  və  Avstriya  qoşunları  yeridilməlidir.  Aydın  olur  ki,  hərbi  yolla 
baş  tutmasa  da,  asayişi  təmin  edə  bilməməkdə  günahlandırmaq  hesabına 
Avropa dövlətləri türkləri Bakıdan çıxarmaqda israrlı idilər. 
Nuru  paşa  sentyabrın  22-də  Ənvər  paşaya  göndərdiyi  raportda 
yazmışdır: "Bakının zəbti günü, bir qism islamlar, bir qism ermənilər ilə bir 
kaç rusu öldürmüş və yağmada bulunmuş isə də bu hal ermənilərin keçən 
                                                           
695
Budak M. Nuru paşanın raportu, s.460.
 
696
Yenə orada, s.460.
 
697
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.188; Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.353. 
698
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.189. 
699
Yuceer N. Birinci Dünya savaşında, s.123. 
700
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.363. 

159 
 
18  martda  (31  mart)  müslümanlara  yapdıkları  qətliamın  yüzdə  birini  təşkil  etməz.  Bu  səfərki  yağmayı 
yapanların  əksərisi  İranlı  amələ  guruhudur.  Ordu  tərəfindən  verilən  əmr  üzərinə  yağmaçılardan  yüzdən 
fazlasının  edam  olunması  üzərinə,  yağmanın  önü  dərhal  alınmışdır.  Bu  gün  Bakıda  asayiş  tamamilə 
sağlanmışdır.
701
  Nuru  paşa  xatirələrində  göstərir  ki,  dar  ağaclarından  mart-aprel  aylarında  azərbaycanlıların 
qətllərində iştirak etmiş və əhali tərəfindən tutularaq türklərə təhvil verilmiş 43 erməni cəlladı asıldı.
702
 Şəhərdə 
asayişin  təmin edilməsini yoxlamaq üçün yüzbaşı Səlaşaddin bəy, Nuru paşanın yavəri Asəf (sonralar Kılıç Əli 
adını götürmüş) və Milli Xalq Komitəsinin rəisi Aşurbəyov şəhərə çıxdılar.
703
 
Fətəli  xan  Xoyski  də  şəhərdə  toqquşmaların  baş  verməsini  qeyd  etmiş,  hökumətin  onların  qarşısını 
almaqda tədbirlər həyata keçirməsini göstərmişdir. Şəhər 10 sahəyə bölünmüş, Nazim bəy şəhərin komendantı 
təyin edilmişdi.
704
 
Sentyabrın  18-də  Nuru  paşa  Bakı  əhalisinə  ünvanlanmış  Əmrnamədə  saat  18-ə  kimi  silahların  təhvil 
verilməsini bildirirdi. Saat 19:00-dan səhər saat 7-dək komendant saatı elan edildi, gecə vaxtı küçələrə çıxmaq 
qadağan edildi. Əmrnamə hazırlayan Cəmil Cahid bəy talanla, quldurluqla, oğurluqla, adam öldürməklə məşğul 
olanların cəzalandırılacağı barəsində əmrnamə imzaladı.
705
 
Sentyabrın  18-də  Bakı  şəhərində  Azərbaycan  hökumətinin bəyanatı  yayıldı.  Bəyanatda  bir daha  silahın 
təhvil  verilməsi  tələbi  irəli  sürülür,  həyat  və  mülkiyyətin  təhlükəsizliyinə  zəmanət  verilirdi:  "Paytaxtı  olan 
Bakıya  təzə  varid  olmuş  Azərbaycan  hökuməti  -  Cümhuriyyəsi  bununla  şəhərdə  və  ətrafda  yaşayan  ümum 
əhaliyə  bilafərq  din  və  millət  əmr  edir  ki,  Azərbaycan  hökumətinin  təhti-təbiətində  yaşayan  heç  bir  millətə 
təfavüt  qoyulmayaraq  caniləri,  qarətgərləri,  qatilləri  və  camaatın  asayişini  pozanları  hökumət  böyük  cəzaya, 
edama  varıncaya  qədər  düçar  edəcəkdir.  Əhali  bunu bilməlidir  ki,  türk  milləti-nəsibəsinin  qəhrəman  və  fateh 
əsgərlərinə əmr verilmişdir ki, cinayət, qətl və qarətlə məşğul olanları harda görsələr gülləbaran etsinlər, türk 
Azərbaycan  hökumətinin  şan-şərəfinə  yaraşmaz  ki,  onun  paytaxtında  günahsız  adamların  haqq  və  hüququna 
təcavüz olunsun".
706
 
Beləlikdə,  şəhərdə  toqquşmalar  və  talan  faktları  olmuşsa  da,  onlar  nə  Azərbaycan  hökuməti,  nə  də türk 
qoşunlarının  komandanlığı  tərəfindən  planlaşdırılmamış  və  həyata  keçirilməmişdir.  Maraqlıdır  ki,  bunun 
həqiqət olmasını şəhərdəki ermənilərin və rusların hərəkətləri də təsdiqləyir. Belə ki, 1918-ci il sentyabrın 18-də 
erməni nümayəndə heyəti və erməni katalikosu Levan Nuru paşa və Fətəli xan Xoyskini qələbə münasibətilə ilə 
təbrik etmiş və bu barədə dövri mətbuatda da ("Azərbaycan" qəzetində) məlumat verilmişdi.
707
 
Xəlil  paşa  Bakıdan  Gəncəyə,  oradan  isə  Tiflisə  gedəndə  Tiflisdəki  Erməni  Milli  Komitəsinin  üzvləri 
ondan  müsəlmanların  31  martda  ermənilər  tərəfindən  qətlə  yetirildiyi  üçün  üzr  istəyərək  bu  qətliamlarda  əli 
olanların cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarı olduqlarını bildirdilər və bu fakt da dövri mətbuatda 
("Azərbaycan" qəzetində) öz əksini tapmışdı.
708
 
Vaxtilə  bolşeviklər  tərəfindən  ləğv  edilmiş  Rus  Milli  Şurasının sen-tyabrın  21-də  Bakıda  yaradılmasına 
icazə verildi.
709
 Sentyabrın 27-də Nuru paşa və Fətəli Xan Xoyski rus kilsəsinə gəldilər və bir daha rusların və 
qeyri millətlərin təhlükəsizliyinin təmin ediləcəyini bildirdilər.
710
 
Sentyabrın 19-da Sovet Rusiyası Xarici İşlər Xalq Komissarı Q.Çiçerin Berlindəki nümayəndəsi İoffeyə 
məktubunda türklərin Bakıda olmazın qəddarlıq həyata keçirməsini bildirmiş və Avropa ölkələri nümayəndələri 
arasında  bu  qəddarlığın  pislənməsi,  türklərin  Bakıdan  çıxarılması  istiqamətində  təbliğat  aparmasını  tələb 
etmişdi. 
Sentyabrın  20-də  Çiçerin  Türkiyə  Xarici  İşlər  Naziri  Əhməd  Nəsimi  bəyə  nota  göndərmişdi.  Notada 
deyilirdi ki, türklər xristianları (ermənilər nəzərdə tutulur- A.Y.,Ə.S.) Qars, Ərdahan və Batumda qırmış, yerli 
quldurlarla  (azərbaycanlılar  nəzərdə  tutulur  -  A.Y.,  Ə.S.)  əlbir  olmuş  imperiyanın  torpaqlarında  şəhər  və 
kəndləri  yağmalamış,  şəhərlərdə  böyüklü-kiçikli  bütün  xristianları  qırmış,  Bakıda  dinc  sakinləri  məhv  etmiş, 
əmlaklarını talan etmişdi. 
Bu vaxta qədər sükut içində olan erməni təbliğat maşını birdən-birə işə düşdü. Ermənilərin “Aşxavator" 
və bolşeviklərin "Naşe vremya" qəzetləri birinci olaraq mətbuatda kampaniyaya başladılar.
711
 Bakıdakı Erməni 
Milli Komitəsinin üzvləri Bakıda 8988 adamın öldürülməsini bildirirlər. Nə Rusiya, nə də Avropa diplomatları 
sual vermədilər ki, əgər doğrudan da şəhərdə ermənilərin planlı şəkildə qırılması gedirdisə, necə oldu ki, Erməni 
                                                           
701
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.189. 
702
 Yenə orada, s.184.
 
703
Yenə orada, s.185.
 
704
Yenə orada, s.184.
 
705
Süleymanov M.S. Azərbaycan Ordusu, s.139.   
706
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.365. 
707
Aşırlı A. Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.525. 
708
Yenə orada, s.525.
 
709
Yenə orada, s.525.
 
710
Yenə orada, s.526.
 
711
Yenə orada, s.525.
 

160 
 
Milli  Komitəsinin  üzvləri  küçələrdə  sərbəst  gəzir  və  hər  bir  cəsədi  qeydiyyata  alırdılar?  Axı,  məntiqlə 
düşünülsə, "qəddar türklər" həmin Komitə üzvlərini qırmalı və ya ən azından, "statistik tədqiqatlar" aparmağa 
maneçilik törətməli idilər. Lakin belə suallar heç kimə lazım deyildi. Sovet Rusiyası və Avropa dövlətlərinin 
təbliğatı  ermənilərin  göstərdikləri  rəqəmi  də  bir  о  qədər  böyük  saymırdı  (doğrudan  da,  Asiya  və  Afrika 
ölkələrində İngiltərə, Fransa, Almaniya və digər Avropa dövlətlərinin qoşunları on minlərlə insanları məhv edir 
və  bu  rəqəmlərlə  müqayisədə  Bakıda  guya  qırılan  ermənilərin  sayı  çox  az  idi).  Nəticədə  mətbuatda  əvvəlcə 
Bakıda  20  min,  daha  sonra  isə  30  min  erməninin  qırılması  barədə  məlumatlar  yayılmağa  başladı.  Vətəndaş 
müharibəsi adı ilə yüz minlərlə insanı məhv edən, aclıqdan üsyan qaldıran kəndlilərə qarşı kimyəvi silahların 
tətbiqindən  belə  çəkinməyən  bolşeviklər  birdən  birə  Bakıda  qırılan  ermənilərə  "yas"  tutmağa  başladılar. 
Çiçerinin notalarının məzmunu və türklərin Bakını tərk etmək tələbi göstərir ki, Sovet Rusiyasının əsas məqsədi 
Bakı nefti idi və məqsədə çatmaq üçün böhtanlardan da istifadə edilirdi. 
Sentyabrın 24-də Əhməd Nəsimi bəy cavab notası göndərdi. O, yazırdı ki, Brest-Litovsk müqaviləsinin 4-
cü paraqrafının 2-ci bəndinə əsasən Rusiya öz qoşunlarını çıxararkən boşaldılmış əraziləri quldur dəstələrindən 
təmizləməli  idi.  Bu  quldur  dəstələri  əsasən  ermənilərdən  ibarət  olub  rus  silahları  ilə  silahlanaraq  döyüş  adı 
altında  müsəlman  kəndlərini  məhv  etməklə  məşğul  idilər.  Zaqafqaziya  Federasiyası  Brest-Litovsk  müqaviləsi 
ilə Türkiyəyə qaytarılmalı olan 3 vilayətin heç birini qaytarmaq istəmir, üstəlik Azərbaycanda bolşevik-erməni 
dəsətələrinin törətdiyi qırğınlara son qoya bilmir. Türkiyə öz qoşunlarını Azərbaycana yeritməyə məcbur oldu. 
Brest-Litovsk  müqaviləsinin  4-cü  paraqrafına  əsasən  Rusiya  təhvil  verdiyi  ərazilərə  iddialı  ola  bilməzdi,  bu 
səbəbdən  türk  qoşunlarının  Azərbaycandan  çıxarılmasını  tələb  edə  bilməz.  Azərbaycan  hökuməti  isə  bəyan 
edirdi  ki,  Azərbaycan  torpaqlarının  hansı  dövlətinin  tərkibində  olmasını  onun  xalqı  müəyyən  edir.  Sentyabrın 
29-da  Osmanlı  dövlətinin  Berlindəki  nümayəndəsi  Rifat  paşa  xəbər  verdi  ki,  Rusiyada  əsirlikdə  olan  türk 
əsgərlərinin azad edilməsi ləngidilir.
712
 
Rusiyanın  Berlindəki  nümayəndəsi  Tələt  paşa  ilə  görüşündə  Türkiyənin  Brest-Litovsk  müqaviləsinin 
şərtlərinin  pozmasında  günahlandırdı  və  Rusiyanın  ərazisi  adlandırdığı  Azərbaycandan  türk  qoşunlarının 
çıxarılmasını istədi.
713
 Bu  tələblərə Tələt paşa rədd cavabı vermişdi. O, Rusiya səfiri İoffe ilə görüşəndə, ondan 
sövdələşmə  təklifi  aldı:  Azərbaycan  osmanlılara  qalır,  Bakı  sovetlərə  verilir.  Tələt  paşa  buna  da  rədd  cavabı 
verdi.
714
 O, bildirdi ki, Türkiyə Batum  müqaviləsində göstərilməyən torpaqlara heç bir iddia ilə çıxış etmir və 
Azərbaycan  ərazisini  öz  dövlətinə  birləşdirmək  fikrində  deyil.  Qoşunların  göndərilməsində  məqsəd  türk-
müsəlman qardaşların qırğınlarına son qoymaq, onlara öz dövlətlərini yaratmaqda kömək  göstərməkdir. Tələt 
paşa  dəfələrlə  Balkanların  slavyan  xalqlarına  yardım  göstərərək  bunu  "slavyan-pravoslav  qardaşlara"  kömək 
kimi  qiymətləndirən  Rusiya  kimi,  Türkiyənin  də  dinibir,  dilibir  qardaşlarına  həmin  yardımı  göstərə  bilmək 
haqqının olduğunu vurğulamışdı. Danışıqlar nəticəsində müəyyən olundu  ki, bolşevik Rusiyası Azərbaycan və 
Dağıstan  xalqlarının  öz  müqəddəratlarını  həll  etmək  hüququnu  tanımaq  istəmir  və  onların  müstəqilliklərinə 
əngəl olacaq. Almaniya bildirdi ki, Qafqazda Gürcüstan dövlətinin müstəqilliyini tanıyacaq, lakin Azərbaycanın 
müstəqilliyi  barəsində  söz  gedə  bilməz.  Tələt  paşa  belə  ikili  münasibətdən  hiddətlənsə  də,  danışıqları  davam 
etdirdi  və  sentyabrın  23-də  Almaniya  ilə  gizli  müqavilənin  imzalanmasına  nail  oldu:  türk  qoşunları 
Azərbaycandan  çıxarılacaq,  Almaniya  isə  Azərbaycanın  müstəqilliyini  tanıyacaq.
715
      Tələt      paşanın   
Berlindəki   danışıqları göstərdi ki, Üçlər ittifaqının məğlub olduğu bir dövrdə öz ordusunu   itirən   Almaniya 
imperiya ambisiyalarını itirməmişdi. Türkiyə isə çalışırdı ki, Azərbaycan beynəlxalq arenada təklənməsin. 
Avropa və Sovet Rusiyasının    başladığı    kampaniya genişlənməkdə  idi  və  Osmanlı dövlətinin yeni 
Sədr-Əzəmi İzzət paşa Bakıda baş verənlər barəsində ətraflı hesabat istədi. 1918-ci il 27 oktyabrda  Nuru paşa 
İzzət paşaya  göndərdiyi  məktubunda yazırdı: "Bakının Osmanlı  kitaları tərəfindən zəbti ilə düşmən tərəfindən 
tərk  və  təxliyəsi  arasındakı  zaman  əsnasında,  31    mart  qırğınının  intiqamını  almaq  üzərə  türklər  ilə  ermənilər 
arasında  qarşılıqlı  saldırmalar  olmuş  və  о  sırada  2  minə  qədər  erməni  tələf  olmuşdur.    Osmanlı    kitalarının  
şəhərə girməsiylə bu duruma dərhal son verilmiş və buna səbəb olan müslümanlardan 172 kişi edam edilmiş, 
ermənilərin  malını  yağmalayan  və  öldürənlərdən  üçü  isə  daha  dünən  asılmışdır.  Halbuki  mart  olaylarında  20 
minə  yaxın  müslüman  qətl  və  malları  yağma  edilmiş,  camilər  topa  tutulmuş,  yüzlərcə  böyük  bina  yakılıb 
yıkılmış,  yapılmadık  faciə  qalmamışdır.  Erivan  civarında  bulunan  240  parça  türk  köyü,  bütün  oturanlarıyla 
tamamən ortadan qaldırılmışdır. Bu faciə Azərbaycan xalqının qulaqlarında hələ də çinlamaktadır".
716
 
Türkiyə və Azərbaycana qarşı kampaniya başlayanda Gürcüstanda məsələni ədalətlə araşdırmaq təklifləri 
səsləndi.  Erməni  xisləti  ilə  üzləşən,  bolşeviklərin  necə  boyük  təbliğat  kampaniyası  yaratmaq  üzrə  usta 
olmalarını  bilən  gürcü  siyasətçi  və  jurnalistləri  həqiqətdə  bolşevik-erməni  tərəfinin  günahkar  olmasını 
bildirirdilər.  1918-ci  il  noyabrın  28-də  Tiflisdə  çap  edilən  "Qruziya"  qəzeti  ermənilərə  mart  qırğınlarını  yada 
                                                           
712
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.198-199. 
713
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.193. 
714
Yenə orada, s.201.
 
715
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.200-201. 
716
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.254. 

161 
 
salmağı və kimin-müsəlmanların, yoxsa ermənilərin əsl qatil olmasını, kimin əllərinin qana batmasını ədalətlə 
müəyyən et-məyi tövsiyə edirdi.
717
 
1916-cı  ildə  3  milyon  erməninin  qırılması  barəsində  yaradılan  mif  kimi  Bakıda  1918-ci  ilin  sentyabr 
ayının  ortalarında  30  min  erməninin  qırılması  da  uydurmadan  başqa  bir  şey  deyil.  Bu  yalanın  ayaq  tutub 
yeriməsinin  əsas  səbəbkarları  Bakı  neftində  gözü  olan,  Türkiyə  qoşunlarını  buradan  çıxarmağa  çalışan, 
Azərbaycan Cümhuriyyətinin ləğvinə can atan Almaniya hakim rejimi, İngiltərə siyasətçiləri, Sovet Rusiyasının 
rəhbərliyi və əlbəttə ki, bulanıq suda balıq tutmağın ustaları olan erməni siyasətçiləri idi. 
 
 
Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin