FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


dövlətin meydana gəlməsi haqqındakı fikirləri



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə36/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   32   33   34   35   36   37   38   39   ...   132
Fəlsəfə mühazirə

dövlətin meydana gəlməsi haqqındakı fikirləri
də xüsusi maraq doğurur. Onun fikrincə, 
insanlar öz ehtiyaclarını ödəyə 
bilmədikləri üçün dövləti yaradırlar. O, belə hesab edirdi ki, “ideal dövlət” 3 
sosial qrupun birliyindən meydana gəlir: 
1.
İdarə edənlər - filosoflar; 
2.
Ölkəni qoruyanlar, onun təhlükəsizliyini tə"min edənbr - əskərlər; 
3.
İstehsalçılar - əkinçilər və sənətkarlar; 
Platon "ideal dövlətin" idarə formalarını 2 yerə bölür

1.
Münasib dövlət forması. Burada Platon aristokratik respublikanı nəzərdə
tutur. O
, monarxiyanın əleyhinə
olmuşdur. 
2.
Reqressiv – tənəzzülə uğrayan
dövlət forması. Bu hərbi qüvvəyə 
əsaslanan bir neçə şəxsin hakimiyyətidir. Belə hakimiyyət forması demokratiya 
adlanır. Qədim Yunanıstanda demokratiya idarə forması eramızdan əvvəl V və VI 
əsrbrdə Sparta dövlətində olmuşdur. 
Demokratiyadan bir qədər aşağı olan dövlət formasını Platon oliqarxiya 
adlandırır. Bu ticarətçilərə arxalanan bir neçə şəxsin hakimiyyətidir. O, demokratik 
dövlət formasının əleyhinə olmuş, onu qara camaatın, qədirbilməz xalqın, qaniçən 
zalımların hakimiyyəti hesab edirdi. 
Platon fəlsəfəsi idealist əsaslar üzərində qurulsa da bəşər fikrinin inkişafı 
tarixində az rol oynamamışdır. 
Aristotelin fəlsəfi baxışları. 
Qədim yunan fəlsəfəsinin klassik mərhələsinin 
ən görkəmli nümayəndəsi Aristoteldir. 
Aristotel
(e.ə.384-322) bəşəriyyətin fəlsəfi 
fikrinin inkişafı tarixində xüsusi rol oynamışdır. Aristotelin xidmətləri əvəzsizdir. 
O, dünya şöhrətli fllosof, yunan müdrikləri içərisində universal zəkaya malik olan 
bir şəxsiyyət kimi tanınmışdı. 
Aristotel Makedoniyanın Stagir şəhərində həkim ailəsində anadan olmuşdur. 
O, 17 yaşında ikən doğma şəhərini tərk edib Afinaya gedərək, Platonun 
akademiyasına daxil olmuş və ömrünün 20 ilini orada keçirmişdir. Platonun 
ideyalar haqqında tə"limi Aristotelə böyük tə"sir göstərmişdir. Lakin Akademiyaya 
daxil olduqdan on il sonra, o, müstəqil fikirlər söyləməyə, öz müəlliminin 
tə"liminə qarşı çıxmağa başladı. Son nəticədə o, Akademiyanı tərk etdi, II Filippin 
də'vəti ilə Makedoniyaya qayıtdı və çar sarayında onun oğlu Aleksandrın tərbiyəsi 
ilə məşğul olmağa başladı. Aleksandr hakimiyyətə gəldikdən sonra, Aristotellə 


onun arasında münaqişələr, ziddiyyətlər başlandı. Aristotel Aleksandrın qəsbkarlıq 
siyasətini tənqid edir, onunla yola getmirdi, ona görə də çar sarayını tərk edib 
Afinaya qayıtdı. 337-ci ildə o burada özünün "Likey" adlanan xüsüsi fəlsəfi 
məktəbini yaratdı. 
Aristotel 150-yə qədər elmi əsərin və fəlsəfi traktatın müəllifidir. Ellinizm 
dövründə bu əsərlər Aristotelin davamçıları tərəfindən toplanaraq nəşr 
etdirilmişdir. 
Aristotelin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, varlıq 
haqqında xüsusi bir təlim yaratmış, onu “birinci fəlsəfə”-“metafizika” 
adlandırmışdır. Onun əsərlərini bir neçə tematik qrupa bölmək olar: Birinci qrupa 
daxil olan Aristotelin ontoloji xarakterli əsərləridir. (Ontologiya yunanca - ontos - 
varlıq və -loqos-təlim sözlərinin birləşməsindən əmələ gəlmişdir). Aristotel bu 
qəbildən olan əsərləri bir traktatda birləşdirərək onu "Metafizika" adlandırdı 
(fizikadan - təbiət elmlərindən sonra). Bunlardan başqa, Aristotel təbiətin və təbiət 
elmlərinin fəlsəfi məsələlərinə həsr olımmuş "Fizika", "Səma haqqında", 
"Meydana
gəlmə və məhv olma haqqında", "Meteorologiya", "Heyvanlarun 
meydana gəlməsi" haqqında və eləcə də ictimaiyyətşünaslıq problemlərinə dair 
"Siyasət", "Ritorika", "Etika", "Poetika" adlı əsərlər yazmışdır. Daha sonra o, 
məntiqə, metodologiyaya aid "Kateqoriyalar", "Anlayış haqqında", "Birinci 
analitiklər", "Ikinci analitiklər", "Ümumi dəlillər" adlı traktatlar işləyib hazırlamış 
və onları "Orqanon" adlanan ümumi bir başlıq altında birləşdirmişdir. 
Aristotel fəlsəfənin ən mühüm məsələlərindən biri olan ontologiyaya xüsusi 
diqqət yetirmiş və hər cür varlığın əsasını “birinci materiyada” görmüşdü. Lakin o 
bu materiyanı varlıqla qarışdırmır, onunla eyniləşdirmirdi, hətta onu konkret 
varlığın sadə, tərkib hissəsi belə hesab etmirdi. Onun fikrincə, bu "birinci 
materiyanın" ən sadə müəyyənliyi dörd elementdən ibarətdir: od, hava, su və 
torpaq. Bu dörd ünsür hiss ilə qavranıla bilməyən “birinci materiya” ilə, hiss 
üzvləri ilə qavranılan və real surətdə mövcud olan aləm arasında müəyyən keçid 
pilləsidir. Aristotel yazırdı ki, hiss ilə qavranılan şeylərdə bir-birinə zidd olan iki 
mahiyyəti fərqləndirmək lazımdır. Bunlar istidən və soyuqdan, yaşdan və qurudan 
ibarətdir. Aristotelə görə, bu mahiyyətlərin dörd əsas üzrə birləşməsi, dörd əsas 
elementin meydana gəlməsini təmin edir: 
1). Od istinin və qurunun, 
2). Hava istinin və rütubətin, 
3). Su soyuğun və rütubətin, 


4).Torpaq isə soyuğun və qurunun birbşməsi nəticəsində yaranmışdır. 
Bu dörd element, real surətdə mövcud olan və hiss ilə qavranılan şeylərin 
əsasını təşkil edir. Hiss ilə qavranılan bu şeylər həmin elementlərin 
kombinasiyalarının, qarşılıqlı tə"sirinin nəticəsidir. 
Aristotelin nöqteyi-nəzərincə, "birinci materiyadan" fərqli olaraq, hiss ilə 
qavranılan varlıq dərk ediləndir. Bu varlığı isə əsas kateqoriyalar vasitəsilə 
müəyyən etmək olar. Aristotel belə hesab edirdi ki, konkret şeylər - hiss ilə 
qavranılan varlıq materiya ilə formanın birləşməsi nəticəsiadə yaranmışdır. Forma 
bu əsas elementdən gerçək real varlığı yaradır. Onun fikrincə, həqiqi varliq 
materiya və formanın vəhdətindən ibarətdir. Formalar forması isə Allahdir. 
Aristotelin əsarlərində bir sıra dialektik fikirlərə rast gəlirik. O, "Metafizika" 
və "Fizika" əsərlərində hərəkət haqqında xüsusi təlim yaratmışdı. O, "Fizika" 
əsərində yazırdı ki, "Hərəkət şeydən asılı olmayaraq mövcud deyildir". O, 
"Metafizika"da sübut etməyə çalışırdı ki, hərəkətin mənbəyi ilk hərəkətverici 
qüvvədir. Bu qüvvə isə Allahdır. Aristotel “Kateqoriyalar” əsərində
 
hərəkətin 
meydana gəlmə, məhv olma, artma, azalma, dəyişmə və yerdəyişmə kimi növlərini 
göstərmişdir. 
O həm də zaman və məkan kateqoriyalarının şərhini vermiş, konkret varlıq və 
zaman arasında sıx əlaqə görmüş, zaman və hərəkətin qarşılıqlı əlaqəsinin izahına 
xüsusi diqqət yetirmişdir. 
Aristotelin əsərlərində səbəbiyyət haqqında tə"lim də xüsusi əhəmiyyət kəsb 
edir. O, 4 əsas səbəbi bir-birindən fərqləndirir: maddi səbəb, formal səbəb, fəal 
səbəb, sonlu səbəb. 
Aristotel idrak nəzəriyyəsində hissi idrakı idrakın əsas və tarixən birinci 
səviyyəsi hesab edirdi. O deyirdi ki, insan konkret varlığı - birinci mahiyyəti, ayrı-
ayrı şeyləri hiss üzvləri vasitəsi ilə, konkret gerçəkliyin ümumi 
qanunauyğunluqlarını isə əql vasitəsi ilə dərk edir. Filosof idrakı inkişafda olan bir 
proses kimi xarakterizə edir, onun aşağı pillədən yüksək pilləyə doğru 
yüksəlməsini göslərirdi. Aristotel fəlsəfəsində idrakın bu inkişaf mərhələləri 
aşağıdakılardan ibarətdir: duyğu, təsəvvür, təcrübə, incəsənət və elm. Elm - bu 
inkişafın ən yüksək zirvəsidir. 
Aristotel hissi idrakla mətıtiqi idrak arasındakı dialektik vəhdəti görürdü. O 
deyirdi ki, ümumini yalnız müşahidə və ya "xatırlama" vasitəsilə dərk etmək 
olrnaz. Bunun üçün təfəkkürü praktiki fəaliyyətlə tutuşdurmaq, müqayisə etmək 


lazımdır. Aristotel hiss ilə qavranılan gerçəkliyə və abstraksiyalar vasitəsi ilə əldə 
edilən anlayışlara əsaslanan elmi idrakı mülahizədən fərqləndirirdi. 
Aristotelin xidmətlərindən biri də Platonun ideyalar konsepsiyalarını tənqid 
etməsindən ibarətdir. Aristotel belə hesab edirdi ki, ideyalar aləmi haqqında 
Platonun tə"limi real varlığın anlaşılmasma nəinki kömək etmir, əksinə onu bir 
qədər də çətinləşdirir. Platonun ideyalar haqqında nəzəriyyəsi, məntiq nöqteyi-
nəzərindən də mübahisəlidir. "Metafizika" əsərində Platonun ziddiyyətlərini təhlil 
edərək belə qərara gəlir ki, nazəriyyəsi mahiyyət e"tibarilə qeyri-elmidir, o, 
həqiqətin edilməsinə mane olur. 
Aristotelin əsərlərində məntiq problemi də mühüm yer tutur. O, məntiqi elmi 
idrakın silahı hesab edirdi. Məhz buna görə də
özünün məntiqə dair ən böyük 
əsərini "Orqanon" (silah) adlandırmışdır. Aristotel bir elm kimi, məntiqin nəzəri 
əsaslarını işləyib hazırlamışdır. 
Aristotelin kosmoloji baxışları da çox maraqlıdır. O deyirdi ki, kosmos da 
dünyanın mərkəzi olan Yer kürəsi kimi şara bənzərdir. Burada ayrı-ayrı ulduzlar 
hərəkət edirlər. Yerə daha çox yaxın olan Aydır, ondan sonra gələn Günəşdir və 
başqa planetlərdir. Yerdən ən çox uzaqda olan bərəkətsiz ulduzlardır. Aristotelin 
fikrincə, Aydan Yerə qədər məkanda nə varsa, hamısı materiya və efirlə 
doldurulmuşdur. Bütün Kainat 5 elementdən -od, su, hava, torpaq və efirdən 
ibarətdir. Aristotel belə hesab edirdi ki, göy cisimləri dəyişməzdir, lakin daimi 
dairəvi hərəkətdədir. Yer dəyişir, amma hərəkət etmir. Aristotelin ilk təkan ideyası, 
sonralar göy cisimlərmin hərəkəti haqqında teoloji konsepsiyaların meydana 
gəlməsinə səbəb oldu. 
Aristotelin cəmiyyət və dövlət haqqındakı fikirləri onun
"Siyasət" adlı 
traktatında şərh olunmuşdur. Filosofun sosial baxışlarında nəzər-diqqəti cəlb edən 
məsələlərdən biri də insanın ictimai varlıq kimi xarakterizə edilməsidir. O, 
quldarlıq quruluşunun ardıcıl müdafıəçilərindən biri idi. Aristotel quldarlığı 
cəmiyyətin təbii vəziyyəti hesab edirdi. Onun fikrincə, birinin tabelikdə olması, 
digərinin isə hökmranlıq etməsi əvvəlcədən müəyyən edilmişdir. Biri anadangəlmə 
qul olur, digəri isə quldar. Aristotel quldarlıq cəmiyyətini "əbədiləşdirsə"də başa 
düşürdü ki, getdikcə bu cəmiyyətin böhranı başlayır. Ona görə də o, həddindən 
artıq varlanmanın əlehyinə çıxır və belə hesab edirdi ki, bu, cəmiyyətdə stabilliyi 
pozur. 
Aristotelin fikrincə, insan cəmiyyəti 3 sinifdən ibarət olmalıdır. 
1.
Ən çox varlılar. 
2.
Orta sinif. 


3. Son dərəcə kasıblar - azad sənətkarlar, əlmuzdu işləyənlər. 
Onun fikrincə, dövlətin əmin-amanlığı üçün ən sərfəli orta sinifdir. Aristotel 
dövlətin 3 münasib idarə formasından danışır, onları monarxiya, aristokratiya və 
politeya adlandınrdı. Aristotel dövlətin vəzifəsini aşağıdakılardan ibarət hesab 
edirdi: 
1. Vətəndaşların həddindən artıq varlanmasının qarşısmı almaq. 
2. Şəxsiyyətin siyasi hakitniyyətinin həddindən artıq güclənməsinə imkan 
verməmək. 
3. Qulları itaətdə saxlamaq. 
Aristotel nə həddindən artıq dərəcədə varlı olmağın, nə də kasıblığın tərəfdarı 
deyildi. O,orla vəziyyətdə yaşamağa üstünlük verir, insanın maddi və mənəvi 
rifahını yaxşılaşdıran hər bir fəaliyyətə rəğbətlə yanaşırdı. 
Aristotelin yaradıcılığı Antik fəlsəfənin, həm də bütün qədim təfəkkürün 
yüksək zirvəsi idi. O, Qədim dünyanın ən böyük alimi, görkəmii filosofu idi. 
Fəlsəfə tarixində etika, estetika və məntiq haqqındakı təlimlər Şərq filosoflarından 
sonra özünün ən geniş şərhini Aristotelin əsərlərində tapmışdı. Aristotel öz 
dövrünün elmi nailiyyətlərini sistemləşdirməklə yanaşı, həm də onları fəlsəfi 
cəhətdən ümumiləşdirmişdir. Aristotel təlimi, sonrakı dövlərdə meydana gələn bir 
sıra fəlsəfi sistemlərin başlanğıcı oldu. O, Şərqdən bəhrələnməklə, həm də Şərq 
xalqlarının, o cümlədən Azərbaycan xalqının fəlsəfi fikrinin inkişafına böyük təsir 
göstərmişdir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin