özlüyündə maşın deyil, onu yaradan və proqramlaşdıran insan həyata keçirir.
Kibernetik maşına emosiya, intuisiya, təxəyyül, fantaziya yaddır. Onda məhəbbət,
nifrət təhqir və digər bu kimi hisslər yoxdur və ola da bilməz. Maşın əslində insan
təfəkkürünün yalnız məntiqi aspektini yenidən hasil edir. Halbuki real insan
təfəkkürü məntiqi elementlə yanaşı, emosional, intuitiv, hissi
-
obrazlı, iradə və
digər elementlərə də malikdir. Bütün bunlar mürəkkəb idrak məsələlərinin
həllində kibernetik qurğuların imkanlarının məhdudluğuna dəlalət edir. Doğrudur,
maşın bu və ya başqa sahədə müəyyən proqram üzrə məsələnin daha optimal
həllini tapa bilər. Lakin bunu o, şüurlu surətdə deyil, “sınaqlar və səhvlər” metodu
ilə edir. Lakin elə məsələlər vardır ki, onlar çoxlu sayda həlləri fərz edir və optimal
həllə çatanadək nə qədər vaxt tələb olunduğu məlum olmur. Məsələn, şahmat
üzrə keçmiş dünya çempionu M. Botvinnik aydınlaşdırmışdır ki, şahmat oynayan
kibernetik maşına o qədər variantları yoxlamaq lazım gəlir ki, o artıq ikinci
gedişdən sonra seytnot vəziyyətinə düşür. Ağ fiqurların şah və topu ilə qara
fiqurların şah və topuna qarşı on gedişi fərz edən məsələnin həlli üçün üç
k
vadrilyon əməliyyat tələb olunur. Bu hətta ən mükəmməl maşınlar üçün
mümkün deyildir. Təcrübəli şahmatçı isə bu məsələni xeyli sür'ətlə həll edir, zira o,
bütün variantları deyil, ancaq onlardan məqsədə sürətlə aparan bə"zilərini
sınaqdan keçirir. Bu, onu da göstərir ki, heç bir kibernetik maşın insan beynini
bütünlüklə əvəz edə bilməz və belə maşın yaratmaq qeyri
-mümkündür, çünki
insan beyninin fəaliyyəti uzun təkamülün nəticəsi, ictimai inkişafın, mədəniyyətin
məhsulu olub, sosial həyatla bağlıdır. Maşında isə ancaq mexaniki və fiziki, qismən
də kimyəvi hərəkət baş verir, sosial hərəkətə keçmək üçün bioloji hərəkətdən
keçmək lazımdır. Maşın isə cansızdır, onda bioloji və sosial hərəkət yoxdur.
Dostları ilə paylaş: