Min turac ötdükcə ellər bağında
Göylərə uçdunmu sən o qanadla? (S. Vurğun).
Çalışma 58.
Frazeoloji birləşmələri tapıb onların
ümumişlək
sözlərə uyğun qarşılığını göstərin:
Gözüm bir alagöz xanıma düşdü, Sındı qol-qanadım yanıma
düşdü. (A.Ələsgər); Mənim ürəyim yumşaqdır. Hicran qəmini çəkib,
sənin halına yanır; Bilirsən ki, hər nə vardı, hamısı əldən getdi; O,
xırda oğurluqla məşğul olmur, həmişə qaz vurub qazan doldurmağa
çalışır; Üz vermə nadana, sirr
vermə pisə; Sənin ona əl qaldırmağa
ixtiyarın yoxdur; Söz vermişəm, yalan gəlməz dilimə.
Çalışma
59. Frazeoloji birləşmələrə uyğun gələn ümumişlək
sözləri tapıb qarşı-qarşıya yazın:
a)
üzü gülmək; əl altından; yada salmaq;
yola düşmək; əldən
düşmək; dabanına tüpürmək; ürəyi ağzına gəlmək; ağzına su almaq;
dilotu yemək; başa düşmək; göz verib, işıq verməmək; yola salmaq;
b)
qorxmaq, qaçmaq, susmaq, yorulmaq, çox danışmaq, getmək,
anlamaq, xatırlamaq, ötürmək, gizli, sevinmək, incitmək.
Çalışma 60.
Səslənməsinə və yazılışına görə eyni olan, mənaları
arasında heç bir əlaqə olmayan omonim sözlərin mənalarını tapın,
hansı nitq hissələrinə aid olduğunu qarşısında
göstərin;
axmaq, divan, dava, əlli, alıcı, düz, başlıq
Çalışma 61.
İsimlə feilin kökünü omonim saymaq olarmı?
Fikrinizi əsaslandırın:
bit-bitmək, az-azmaq, çat-çatmaq,
yol-yolmaq, saç-saçmaq,
tut-tutmaq, sol-solmaq,
sağ-sağmaq, üz-üzmək, qırx-qırxmaq,
ağrı-ağrımaq, gül-gülmək,
yay-yaymaq, say-saymaq, qız-qız- maq,
yaz-yazmaq, aş-aşmaq, qır-qırmaq, inci-incimək.
Çalışma 62.
İndiyə qədər gördüyünüz afişaları xatırlayaraq bir
konsert
Dostları ilə paylaş: