6.
Bədii nitqdə hansı cəhətlər üstünlük təşkil edir?
7.
Nitqdə eyni dil ünsürlərinin təkrarlanması, eyni cümlə
konstruksiyalarının və formalarının ardıcıl verilməsi nitqi
zənginləşdirirmi? Misallar gətirməklə fikrinizi izah edin.
8.
Bədiilik nədir? Bədiilik hansı üslub və hansı əsərlər üçün
səciyyəvidir?
9.
Nitqin ahəngdarlığı dedikdə nə başa düşülür?
10.
İfadəliyi gücləndirən vasitələr hansılardır?
Çalışma 55.
Verilmiş dialekt sözlərinin mənasını izah edin və
ədəbi dildəki qarşılığını verin:
ciyi, becid, ələrdan, deşdəbəkur, dənab, düşgü, hancarı, kə- bə,
məkə, nimdər, məhrəba, qəməlti, qarqundey, qəlbi, qəmbər,
peyğəmbəri, təlis, zir, yelpənək.
Çalışma 56.
Verilmiş frazeoloji birləşmələri cümlələrdə işlədin:
ağzına su almaq; dil-dil ötmək; dilotu yemək; bümünün ucu
göynəmək; can vermək; üz vermək; üz ağartmaq: əl-ayağı işdən
soyumaq; ürəyi düşmək; mənəm-mənəm demək; gözü ayağının altını
görməmək; ürəyi dağa dönmək; çiçəyi çırtlamaq; bir göz qırpımında;
aydan arı, sudan duru; qılığına girmək; qəlbinə yol tapmaq; tükləri
biz-biz olmaq.
Çalışma 57.
Mətn parçalanm oxuyun, intonasiya növlərini
göstərin. Durğu işarələrinin nəyin hesabına qoyulduğunu izah edin:
Vüqarı dəhşət bürüdü. Professorla stəkan-stəkana vurub şərab
içsin?! Bu necə ola bilər?.. Bəlkə professor onu sınayır, qanacağını
öyrənir? (V.Babanh. Vicdan susanda. Bakı, 1978, səh. 10)
İndi mən bu ağzından süd iyi gələn cavandan qorxacağam?!
(Durub ayağa). Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə
uşaqdan çəkinəcəyəm? Mən, mən Rüstəmi -zəmanə? (N.Vəzirov.
Əsərləri.Bakı, 1977, səh.131).
Dostları ilə paylaş: