NİTQİN RABİTƏLİYİ. Nitq prosesində əgər sözlər yerli-
yerindədirsə, cümlələr düzgün qurulmuşsa,
mövzu rabitəli, əlaqəli
şəkildə şərh olunursa, deməli, informasiya verən ifadə etdiyi fikri
yaxşı bilir, onun mahiyyətini hərtərəfli dərk edir. Belə vaxt hadisənin,
faktın izah olunma ardıcıllığı məntiqə əsaslanır. Ümumiyyətlə,
ardıcıllıqla şərh olunan material yaxşı anlaşılır, mənimsənilir. Bunun
üçün materialın əsas və ikinci dərəcəli
məsələləri bir-birindən
ustalıqla aynimah, ikinci dərəcəlilərin üzərində çox durmayıb əsas
məsələnin izahına keçmək vacibdir. Natiq əsas məsələnin üzərində
xüsusi dayanmaqla onun mahiyyətini öz sözləri, düşüncəsi və üslubu
ilə rabitəli ifadə etməlidir.
NİTQİN ORİJİNALLIĞI. Özünəməxsusluğu ilə seçilən, bir sıra
məziyyətləri ilə fərqlənən nitq orijinal sayılır. Təbii ki, belə nitq bir
konfransda, iclasda, toplantıda yalnız bir və ya iki nəfərdə alına bilər.
Nitqin orijinallığı özünü nədə göstərir?
1)
Şifahi nitqdə başqalarından seçilən fərdi, bəzi hallarda tələffüz
tərzində. Natiq cümlələrdəki ayn-ayn sözləri, məqamında ayrı-ayrı
hecalan, məntiqi vurğunu çox aydm diksiya ilə tələffüz edir, söz və
qrammatik formalarda orfoepik normalan tam gözləyir, ucadan,
lakin
aramla, tələsmədən danışır, intonasiya çalarlanndan, sözlərin
avazlanmasından məzmuna uyğun bacanqla bəhrələnir.
2)
Mövzu ilə əlaqədar sitatlardan, poetik-üslubi ifadələrdən,
aforizmlərdən,
atalar sözləri, zərb-məsəllərdən bacarıqla istifadə
olunmasında. Natiq fikirlərini aydın, ifadəli və maraqlı çatdırmaq
üçün az işlədilən, lakin münasib formalardan yararlanmaqla nitqini
orijinal qurur. Bu zaman mühazirə, məruzə və ya çıxışda mövzunun
aktuallığı nəzərə tez çarpır, mövzunun məzmunu bütün təfərrüatı ilə
izaha cəlb olunur, axırda da nəticə çıxarılmaqla
deyilənlər
yekunlaşdırıhr.
Əlbəttə, mövzunun aktuallığını ön plana çəkməmişdən natiq öz
dediklərinə diqqəti cəlb etmək məqsədilə bir atalar sözünü, məşhur bir
şairdən bir beyt və ya bir misra şeir deyə bilər, yaxud mövzu ilə bağlı
bir görkəmli tarixi şəxsiyyətdən, dövlət xadimindən bir sitat
gətirməklə fikrini əsaslandıra bilər.
&8
Bədii təsvir vasitələri də nitqin orijinallığını
təmin etməyə
yönəldilə bilər. Əlbəttə, bu hal natiqin savad və bacanğmdan, aldığı
ixtisasdan, bədii sözün sirlərinə bələdliyindən asılıdır. Bədii əsərləri
müntəzəm mütaliə edən, şair, yazıçı və ya söz ustalarının dilində
səslənən aforizm və hikmətli sözləri öyrənib yaxşı mənimsəmiş
şəxslər obrazlığa xidmət edən bədii təsvir vasitələrinə (ritorik
suallara, məcazi mənada işlədilən metafora, metonimiya, sinekdoxa,
anafora, epifora və s. kimi təsirli və obrazlı ifadələrə) geniş yer
verməklə
öz nitqini bədii, daha yararlı və münasib edən orijinal
üsullarla gözəlləşdirə bilir.
Sual və tapşırıqlar
1.
Dəqiqlik hansı üslubun (bədii, publisistik, elmi, işgüzar və ya
ailə-məişət) səciyyəvi xüsusiyyətidir?
2.
Sözləri düzgün tələffüz etmək nəyin göstəricisidir?
3.
Düzgün olmayan tələffüzün sözün mənasını dəyişdirdiyini
xatırlayaraq bir neçə nümunə göstərin.
4.
Hansı nitq forması düzün hesab olunur?
5.
Hansı nitq təmiz hesab edilir?
6.
Nitqin təmizliyinin pozulmasına gətirib çıxaran səbəblər
hansılardır?
7.
Bədii əsərlərdə dialekt sözlərinə nə vaxt yer verilir? Bəs hansı
məqamlarda dialektizmlərə yer verilməsi məqbul sayılmır?
8.
Məhəlli elementlərə,
loru sözlərə, jarqonizmlərə, əcnəbi
sözlərə təmiz nitqdə rast gəlmək olurmu? Əgər rast gəliriksə, belə
nitqi necə adlandmrlar?
9.
Nitqin aydınlığını necə başa düşürsünüz?
10.
Nitqin münasibliyi üçün əsas şərtlər hansılardır?
Dostları ilə paylaş: