Nitq prosesində kimin kimlə, hansı şəraitdə (təklikdə, yoxsa
auditoriya qarşısında, ya da ekran və ya efir vasitəsilə) infərmasiya
mübadiləsi aparması gözlənilməli, nitqin məzmunu, məqsədi,
istiqaməti aydın əlmalı, natiqin (müəllimin, lektorun, mühazirəçi,
məruzəçi və ya çıxış edənin) nəzəri və praktik hazırlığı iştirak
edənlərin, dinləyən və ya əxuyanlann marağı dairəsində əhnahdır.
İctimai yerlərdə dövlət əleyhinə müəyyən sirləri danışmaq, dövlət
kəşfiyyat işlərindəki müəyyən məlumatlan danışmaq əl- maz. Hərbi
hissələrin nömrəsini, yerini bildirmək də bu qəbildəndir. Buna görə də
"N" hərfi ilə hissəyə işarə edilir. Yaxud, danışıqda əxlaq nərmalanna
görə heç kəs öz arvadının adını yad kişilər arasında çağırmır.
Ümumiyyətlə, azərbaycanlılar qadın- qız adlannı məclislərdə, ictimai
yerlərdə kişilər arasında çəkməyi düzgün saymırlar. Cavan gəlin və ya
ər hətta valideynlərinin yanında belə "mənim arvadım", "mənim ərim"
ifadələrini işlətmir, başqalannm yanında isə onların adlarını çəkməyi
əxlaq qaydalarına görə münasib görmürlər. Dilçilikdə buna
tabu
deyilir. Elə bu səbəbdən A.Bakıxanəvun "Kitabi-Əsgəriyyə" əsərində,
Ə.Haqverdiyevin "Xəyalat" pyesində, A.Şaiqin "Məktub yetişmədi"
hekayəsində qadın obrazı verilməmiş, qadın adı çəkilməmişdir.
Keçmiş əxlaq normalarına görə kişi arvadının adını böyüklərinin
yanında deyə bilməzdi, "uşaqların anası" və ya "filankəsin qızı" (əgər
tanınmış kişinin qızı idisə) deyə işarə edərdi. Bu hal başqa xalqlar
üçün xarakterik deyil. Ruslar "maya je- na", fransızlar "ma fam"
deməkdən nəinki çəkinmirlər, əksinə, qürur duyurlar.
Yaxşı danışmaq, sərt mənanı yumşaltmaq üçün evfemizmlər- dən
də istifadə olunur. "Yox" əvəzinə "xeyr"; "yalandır" əvəzinə "doğru
deyil", "həqiqətə uyğun deyil"; "xoş getdin" əvəzinə "xoş gəldin";
"demək" əvəzinə "buyurmaq"; "ölmək" əvəzinə "rəhmətə getmək",
"ömrünü bağışlamaq" və s. kimi sinonim söz və ifadələri işlətməyə
üstünlük verilir.
Nitqin münasibliyi üçün formaca eyni, məzmunca müxtəlif olan
sözlərə -
Dostları ilə paylaş: