Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə38/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   34   35   36   37   38   39   40   41   ...   153
Nitq-mədəniyyəti(1)

əyərrəri, hasannixnan, 
genə, dərmən, manıt, şikil, nöş, olacoux, oxar- tanan, cıqqana, 
deməynən, eyzan, qalxızmağ 
kimi dialekt tə- ləffüzlü sözlər işlənir. 
Dialektizmlərin ədəbi bədii dildə işlədilməsinə yəl verilir. 
Paytaxtdan uzaq bölgələrdən, xüsusən ucqar dağ kəndlərindən bəhs 
edən bədii əsərlərdə yerli kələriti saxlamaq xatirinə yazıçı dialekt 
leksikasına müəyyən qədər yer verir və təbiilik üçün belə sözlərə 
müraciət edir. Bədii əsərdə yerli, məhəlli sözlərin məqsədəuyğunluq 
tələbinə görə əbrazlann nitqində işlədilməsi zəruridir. Dialektizmlər 
dil qanunlan əsasında yaransa da, ənla- nn hamısının ədəbi dilimizdə 
işlənməsi mümkün deyildir. Ədəbi dil seçmə və əvəzetmə yəlu ilə 
yarandığından müxtəlif bölgələrdəki dialektizmlərin hamısı bura 
daxil əla bilməz. Dialekt sözləri bədii üslubda nə qədər zəruri sayılsa 
da, onlar elmi və publisistik üslublarda işlənmir, nəsr əsərlərində 
yazıçının öz dilində, təhkiyə dilində yer alması da arzuolunmazdır. 
Nəzm əsərləri isə yüksək üslubda yazıldığından şairlər belə sözlərə 
bilərəkdən müraciət etmirlər. Ümumiyyətlə, dialekt, şivə sözləri 
fikrin hamı tərəfindən asanlıqla qavranılmasına maneçilik törədir. 
Ədəbi dildə yazıb oxuyan, dil vasitələrinə norma kimi yanaşan 
oxucular buna ədəbilikdən kənar nitq vahidləri kimi yanaşırlar. 
Məsələn: "Çoban quzuların 
saytalından 
bir neçəsini ayırdı". “Maşın 
keçalata 
çatanda sürətini azaltdı” - cümlələrindəki 
say- tal, kcçalat 
sözləri hər oxucuya və ya dinləyiciyə aydın olmadığından dilin 
təmizliyinə ziyan gətirir, onu korlayır. 
2.
Dilin təmizliyini pozan ikinci cəhət alınma sözlərin lüzumsuz 
işlədilməsidir. Bəzi hallarda şifahi və yazılı nitqdə ehtiyac olmadan 
mənası çətin, anlaşılmayan alınma sözlərdən istifadə nəticəsində 
mövzunun məzmununda nəzərdə tutulan fikir oxucu və dinləyiciyə 
qaranlıq qalır, "köçürülmək" əvəzinə "evakua- 
79 


siya edilmək", "baxış keçinnək" əvəzinə "monitorinq keçirmək", 
"nüfuz" əvəzinə "prestij", "vəzifə" əvəzinə "missiya" sözlərinin 
işlənməsinə doğrudanmı böyük ehtiyac vardır? 
Kütləvi informasiya vasitələrində, mətbuat səhifələrində, 
müxtəlif elm sahələrində yazılmış əsərlərdə öz əksini tapan alınma 
sözlər həddən artıq çoxdur və onlara gün ərzində az qala hər yerdə rast 
gəlirik. Son illər alınma sözlər dilimizə iki istiqamətdən - türk və rus 
dilləri vasitəsilə dünyanın bütün dillərindən siyasi, iqtisadi, elmi və 
digər sahələr üzrə keçir. Sahə üzrə alınmalar daha çoxdur və onlar 
danışıq dilində az işlənsə də, bədii üslub istisna olmaqla digər 
üslublarda bol-bol istifadə olunur; rassionalizm, abbreviatür, 
respondent, dispozisiya, monitorinq, prestij, akkumilyasiya, orator və 
s. 
3.
Nitqin səlisliyini pozan amillər içərisində terminlər də 
müəyyən yer tutur. Lakin terminlər öz sahəsində işləndikdə zərurət 
sayılsa da, bədii üslubda yaxud adi danışıqda, çıxışlarda, elmi 
mövzudan kənarda anlaşılmazlıq törədir. 
Son illərdə türk dilinə aid, yaxud türk dilinin təsiri ilə yaranan söz 
və terminlər təkcə texniki və elmi ədəbiyyatda deyil, bütün sahələrdə, 
hətta danışıq dilində də işləklik qazanmışdır: 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin