Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə35/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   31   32   33   34   35   36   37   38   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 40. 
Aşağıdakı sözlərin hansı alınmaların hesabına 
meydana gəlməsini araşdmn: 
öndər, soykökü, bilgisayar, başqan, istilikölçən, bilgi, soyad, 
soydaş, cangüdən, ömürlük, toplum, çağ, bağımsız, çağdaş, duyum, 
durum; 
Çahşma 41. 
Mətndən dilimizin lüğət tərkibindəki özləşmə 
göstəricilərini müəyyənləşdirin, mənalanm izah edin. 
Azərbaycan toplumunun qarşısına çıxan hər dürlü iqtisadi iliş- 
kilər nə qədər çox olsa da, soydaşlanmız özünü itirmir və dönmədən 
həmin ilişkiləri aradan qaldmrlar. XXI yüzilliyin girəcəyində 
dünyanın çağdaş dövlətlərindən biri olmaq üçün ölkəmizin hər dürlü 
imkanlanmn varlığını hamı söyləyir. Çox çalışmaq və saxlancımızın 
çiçəklənməsi naminə durumumuzu yaxşılaşdırmaq, çağdaş ölkələrdən 
ömürlük biri olmaq istəyimizdir. 
Bu gün belə bir dönəmdə yaşayırıq ki, dövlətimizin bağım- sızhğı 
uğrunda çarpışmaqdan özgə yolumuz yoxdur. Tarix soydaşlarımızı 
sınağa çəkir. Bu sınaqdan üzü ağ çıxmaq üçün biz hamımız 
öndərimizin siyasətini dəstəkləməli, başqanımız da, əsgərimiz, 
çavuşumuz, gizirimiz də cangüdənlər kimi bütün bölgələrimizin 
smırlarının keşiyində ayıq-sayıq durmalıyıq. 
Çalışma 42. İdman cəmiyyətində şöbə müdiri işləyirsiniz. 
Müəyyən qədər idman ləvazimatı almaq üçün direktorunuza tə- 
ləbnamə yazın. 
NİTQİN MƏDƏNİ VƏ QEYRİ-MƏDƏNİ FORMAIARI 
Mədəni nitq ədəbi dilə yaxşı yiyələnmiş şəxslərin işlətdiyi nitqdir. 
Deməli, ədəbi dilə mükəmməl yiyələnmədən mədəni nitqdən 
danışmaq olmaz. 
67 


Nitqin mədəniliyi ədəbi dilin qayda-qanunlarını yüksək səviyyədə 
mənimsəməklə, dilimizin fonetik normalanm gözləmək, zəngin söz 
ehtiyatına sahiblənmək, bədii dil vasitələrinə yiyələnməklə təmin 
əlunur. Mədəni nitq aydın, səlis, zəngin, ifadəli, yerli-yerində, 
qulaqlarda rəvan səslənən, oxuyarkən göz əxşayan, məntiqi cəhətdən 
əbyektiv gerçəkliyə uyğun nitqdir. Bu nitqdə söz birləşmələri və 
cümlələr, sintaktik konstruksiyalar qrammatik cəhətdən düzgün 
qurulur, natiqsə əxlaq qaydala- n çərçivəsində təmkinli, səyuqqanh, 
özünə və sözünə arxayın şəkildə, lakin insanlara, hadisələrə, görülən 
işlərə isti münasibəti ilə seçilir. Təbii ki, insanlarda nitq 
mədəniyyətinə yiyələnmə eyni dərəcədə deyildir. Bu, insanın 
savadından, mütaliəsindən və qavrayışından, danışdığı dilə yaxşı 
bələdliyindən, yazılı və şifahi dilin nərmalanna mükəmməl 
yiyələnməsindən asılıdır. 
Nitq mədəni və qeyri-mədəni formalara bölünür. Burada da orta 
və yüksək səviyyəli mədəni nitqi fərqləndirmək əlar. Dilimizin 
fonetika, leksika, frazeologiya, qrammatika və üslubiyyat bölmələrini 
orta məktəb həcmində öyrənmiş məzunlar müstəqil həyata 
başlayarkən orta səviyyəli mədəni nitqlə öz fikirlərini ifadə edə 
bilirlər. Onlar müəyyən məqamlarda çıxış edirlər, bəziləri hətta şeir, 
məqalə, hekayə də yazmağı bacarırlar, öz dinləyicilərinə bəzi 
məsələlərlə əlaqədar məlumat çatdırırlar. Orta səviyyədə olmasına 
baxmayaraq bu nitqdə fikir aydın, məntiqi cəhətdən düzgün qurulur. 
Orta səviyyəli mədəni nitqdə diksiya, tələffüz norma daxilində olur, 
yəni dialekt-şivə danışığı səviyyəsindən yüksəkdə dayanır. 
Yüksək səviyyəli mədəni nitqin orta səviyyəli dən fərqi təkcə dil 
normalarını gözləməklə bitmir, bu nitq həm də ifadəlidir, obrazlı və 
emosionaldır. Belə nitq sahibləri gələcəyin şairi, yazıçısı, alimi, 
siyasətçisi, diplomatıdır, ən "pis" halda natiqdir, masabəyi, söz 
ustasıdır. 
Qeyri-mədəni nitqdə gözə tez çarpan məddahlıq, yaltaqlıq (bu da 
insandan başqa cür istedad tələb edir) ruhu, əzbərçilik xasiyyəti, 
tamahkarlıq, simasızhq kimi qeyri-mədəni məziyyət 
68 


lərdir. Burada şöhrət, layiqsiz ad-san xatirinə fikir şüurlu surətdə 
pozulur, qəbul əlumnuş prinsiplər, nitq əlaqələri təhrifə məruz qalır. 
Belə nitqdə aldatma, böhtan, xəbərçilik, ləvğalıq kimi qeyri-etik 
nərmalara rast gəlirik. Əlbəttə, bu zaman danışanın mədəni və ya 
qeyri-mədəni, savadlı və ya savadsız nitqini onun düzgünlüyü, 
səlisliyi və məntiqiliyi ilə müəyyənləşdirmək də mümkündür. 
Savadlı adamlann nitqini fərma və məzmununa görə iki qrupa 
bölürlər; 1) gözəl fərması və məzmununa görə adamlara müsbət təsir 
göstərən nitq. Bu nitq forma və mündəricəsinə görə yüksək səviyyədə 
əlub, fikrin aydın və səlis ifadəsi ilə seçilir: 2) forma və məzmun 
cəhətdən zəif, təsir dərəcəsi aşağı əlan nitq. Bu nitqdə ardıcıllıq, 
rəvanhq axarhq dinləyiciləri qane etmir. Bu, çox vaxt savadsızlıqdan 
deyil, insanın daxili aləmi ilə bağlı natiqlik bacarığı ilə şərtləşir. 
Natiq nitqini ümumxalq danışıq dili əsasında qurarkən məntiqli 
danışır, buna görə də dinləyicilərin rəğbətini qazanır, alqışlarla 
qarşılanır, xoş sözlərlə də yola salınır. İ.Nəsiminin, Aşıq Qurbaninin, 
M.P.Vaqifin (Hər əxuyan Məlla Pənah əlmaz), A.Ələsgərin, 
C.Məmmədquluzadənin, Ü.Hacıbəyəvun, S.Vur- ğunun, Əlağa 
Vahidin, müasir dövrümüzdə Xəlil Rza Ulutür- kün. Zəlimxan 
Yaqubun, zəmanəmizin böyük siyasətçisi, Azərbaycan xalqının 
ümummilli lideri Heydər Əliyevin, prezident İlham Əliyevin çıxışları 
səlis, elmi, qrammatik və məntiqi baxımdan savadlı, təsirli olduğuna 
görə örnək kimi nəsildən-nəslə ötürülür. Xalq hər bir şəxsə öz əməli 
işinə və nitq qabiliyyətinə görə qiymət verir. Yaxşı, gözəl söz, kəlam, 
dil nitq şəklində insanın qiymətini yüksəklərə qaldmr. 
Mədəni nitq qeyri-mədəni nitqdən istifadə əlunan zəngin söz 
ehtiyatı, dilin daxili qrammatik quruluşunun bütün incəliklərinə qədər 
gözlənilməsi ilə, intənasiyaya, xəş avaza, ritmə uyğun fərması ilə 
seçilir. Belə nitq bir növ, yaradıcılıq işidir, gözəl bədii əsər 
səviyyəsində yazılışdır, muğamlanmız kimi hamının ürəyincədir. 
69 


Dil normaları üçün ölçü olan yüksək mədəni nitq böyük istedad 
və mütəmadi vərdiş hesabına yaranır, məntiqli, səlis, aydın danışığa 
istiqamət verir. Mədəni nitqin əsası ailədə, bağçada, daha sonra 
məktəbdə qoyulur. Uşaqlann mədəni nitqi anadan, bağça 
tərbiyəçisi-müəllimdən, məktəb illərində oxu kitablann- dan, 
ədəbiyyat dərsliklərindən, əlavə bədii əxu vəsaitlərindən, hər 
məktəbin dil-ədəbiyyat müəllimlərinin verdikləri biliklərdən, zəngin 
dil nümunələri ilə dəlu radiə-televiziya verilişlərindən qaynaqlanır, 
onların gərgin zəhməti hesabına formalaşıb yaranır. Məhz bütün 
bunlann sayəsində uşaqlann söz ehtiyatı artır, düzgün dil vərdişləri, 
mədəni danışıq adəti fərmalaşır. Şəxsi ünsiyyət, təfəkkür tərzi, 
dünyagörüş, elmi təsəvvürlər də bu işdə əvəzsiz rol oynayır. 
Orfoqrafik və ərfəepik normalara yiyələnməklə sinifdə müəllim və 
yəldaşlan qarşısında ifadəli oxu, ayrı-ayrı fənn mövzulanm səliqəli və 
rəvan danışma uşaqların mədəni nitqinin inkişafını gündən-günə, 
aydan-aya, 
ildən-ilə stimullaşdırır, müəllimlərinin və sinif 
yoldaşlarının gözəl danışığını yamsılamaq hesabına onların düzgün 
tələffüz vərdişləri də, mədəni danışığı da, yazı mədəniyyəti də (inşa 
yazılarda) təfəkkürlə bağlı olaraq yüksək səviyyəyə çatır. 
Qrammatika təlimi dili, dil qanunlannm tətbiqini öyrədir. İfadəli 
oxu, şeirlərin əzbər söylənilməsi prosesində şagirdlərin nitqi daha da 
püxtələşir, səlisləşir, həm də onların elmi və bədii düşüncəsinin 
formalaşmasına öz təsirini göstərir. Bu vaxt ana dili müəlliminin nitqi, 
pedaqoji ustalığı, rəvan oxusu, gözəl danışığı, şeirlər söyləməsi, nəcib 
hərəkətləri, geyimi, mimika və jestləri şagirdlərin nitqinin 
mədəniləşməsinə kömək olur, canlı nümunə kimi onların bədii və 
estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Beləliklə, 
ailədən, bağçadan, məktəbdən formalaşmağa başlanan nitq ədəbi 
əsərlərin, ifadəli oxu və rabitəli yazının, müəllimlərin mətbuatın, 
radio-televiziya verilişlərinin kompleks köməyi ilə səlisləşir. Deməli, 
valideynlərin, müəllimlərin, diktorların, aparıcıların gündəlik və 
saatlarla danışıq üsulu şagirdləri gözəl danışığa ruhlandırır. 
Məktəblilər fikrin dəqiq ifa- 
ro 


dəsi üçün sözləri düzgün seçməyə, hər sözün, ifadənin məna 
tutumunu bilməyə, onlan öz yerində işlətməyə çalışırlar. 
Mövzuya, mətnə uyğun lazımi sözləri seçib işlətmək, fonetik 
normaları gözləməklə nitqin təbiiliyinə, axarlığma, gözəlliyinə xələl 
gətirən kitab tələffüzündən qaçmaq, cümlələri qrammatik və üslubi 
cəhətdən düzgün qurmaq, hər sözün, ifadənin ahənginə, vurğusuna 
fikir vermək mədəni nitq üçün əsas şərtlərdir. 
Gözəl şifahi nitq qabiliyyətinə yiyələnmək üçün aşağıdakı 
qaydaları öyrənib mənimsəmək olduqca vacibdir: 
1.
Nəqli keçmiş zamanın düzəldilməsində iştirak edən 
-
mış^ şəkilçisi II şəxsin təkində - mı‘' kimi tələffüz olunmalıdır, yəni 
ş samiti tələffüzdən düşməlidir: Məsələn: oxumuşsan [o- xumusan], 
yazmışsan - [yazmısan], gəlmişsən - [gəlmisən] və s. 
2.
II şəxsin cəmində şəxs (xəbərlik) şəkilçisi orfoqrafiya 
qaydalarına görə - sınız“' yazılır, lakin orfoepiya normalanna görə - 
sız' şəklində tələffüz olunmalıdır: oynayırsınız [oynayırsız], gəlirsiniz 
- [gəlirsiz], futbolçusunuz - [futbolçusuz], tələbəsiniz 
-
[tələbəsiz] və s. 
3.
Xəbərlik kateqoriyasının III şəxs tək və cəmində - dır', 
-
dırlar“* orfoepiya normalanna görə - dı“*, - ddar“* şəklində 
tələffüz olunur, yəni r samiti deyilmir: oyunçudur - [oyunçudu], 
tələbədirlər - [tələbədilər], məşqçidir - [məşqçidi], uşaqlardır - [u- 
şaqlardı] və s. 
4.
nb samit səs birləşməsi bir çox sözdə tələffüz zamanı mb səs 
birləşməsi kimi tələffüz olunur: şənbə [şəmbə], sünbül 
-
[sümbül], zənbil - [zəmbil] və s. 
Şifahi nitqi gözəlləşdirən amillərlə yanaşı onu pozan səbəblər də 
vardır. Bu səbəbləri belə qruplaşdırmaq olar: 
a)
Dialekt tələffüzü: hansı [ha:sı], daha- [da:], mənim [mə:m], 
sahibini - [sa:bmı] sabah - [saba], şəhər - [şə:r] və s. 
b)
fonetik hadisələrlə bağlı tələffüz: tapmaq - [tappağ], qazlar - 
[qazdar], doğru - [dorğu], bunun [munun], bu gün [bu gün- nəri], 
bunlar - [bular], nə edək - [nağayrağ], sevindi - [söyündü], dalısınca - 
[dahynan], öyrənmək [örgənməy], sonra - [so:ra], on 
71 


lar - [olar], yemək - [yımax], bütöv - [bütöy], xəbər [xəvər], [xa- var], 
həmən - [haman], tüfəng - [tüəy], tökmək - [töhməx], yenə - [genə], 
məsləhət - [məslət], sənə - [sə:], xalq - [xalx], ona - [oya] və s. 
c)
Ərəb mənşəli sözlərin tələffüzü: layihə - [lahiyə], rayihə - 
[rahiyə], məşhur - [məhşur], sürət - [surət] və s. 
ç) fonetik cəhətdən oxşar, mənaca müxtəlif sözlərin diqqətsizlik 
üzündən tələffüzcə qarışdırılması və ya təhrif olunması: müşahidə - 
[müşayit], icra - [icarə], məsul- [məhsul], məhrum- [mərhum], 
rəğbət-[rəqabət], şəhid-[şahid] və s. 
d)
orfoepiya normalarından dialekt tələffüzünə keçilməsi: 
vaxt-vaxıt, 
çünki-çünkinə, 
qorumaq-qourunmaq, 
görə-gora,, 
amma-əmbə və s. 
e)
Adların təhrif olunmuş şəkildə tələffüzü: Kəmalə -Kəmoş, 
Zərifə-Zəri-Zəroş, Qurban-Qubiş, Təranə-Təroş və s. 
ə) Tüfeyli, mətləbə dəxli olmayan sözlərin işlənməsi: belə deyək, 
belə deyək də, necə deyərlər, öz aramızdı, canım sənə desin, onu da 
qeyd etmək olar ki, elə götürək bunu, məlum olduğu kimi, yeri 
gəlmişkən deyim ki və s. 
f)
Qeyri-mədəni nitqdə ədəbsiz sözlər, söyüş və qarğışlar da 
özünə yer tapır. Bunlar dilçilikdə vulqarizmlər adlanır. Vulqar sözlər 
dilin ən aşağı üslubi layını təşkil edir və bunların böyük əksəriyyəti 
lüğətlərə düşmür, lakin müəyyən məqamlarda insanlar onları 
işlədirlər. Ədəbi dildə müəlliflərin təhkiyə dilində işlədilməsə də, 
bədii surətlərin daxili aləmini açmaq üçün onlara müəyyən qədər yer 
verilir. Məsələn: it oğlu, itin balası, eşşək, qoduq, heyvan, mürtəd, 
allah lənət eləsin və s. 
g)
Mənanı sərt, kobud, lakin təsirli ifadə edən sözlər 
disfe- 
mizmlər adlanır. Evfemizmlərin əksi olan disfemizmlər sinonimi olan 
sözlərdir, amma onlara ədəbi dilin bütün üslublarında deyil, ən çox 
məişət, qismən də bədii üslubda - personajların nitqində rast gəlirik. 
Məsələn: "ölmək" əvəzinə "gorbagor olmaq", "cəhənnəmə vasil 
olmaq"; "getmək" əvəzinə "rədd olmaq", "cəhənnəmə itilmək", "itilib 
getmək"; "get" əvəzinə "bas 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin