Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə34/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   30   31   32   33   34   35   36   37   ...   153
Nitq-mədəniyyəti(1)

Nümunə: 
Tələbə qız 
(şən tərzdə Cavadla Müşfiqə müraciətlə) 
Keçən dəfə siz. 
Belə şərt kəsdiniz: 
Bədahətən qəzəl deyilsin! 
Cavid 
Misraların birini Cavad 
İkincisini Müşfiq söyləsin! 
64 


Tələb qız 
(Cavadla Müşfiqə müraciətlə) 
Hə, indi başlayın görək. 
Müşfiq 
Bəs rədif? 
(Cavada işarə ilə) 
Fikirləş bir az... 
Tələbə qız 
Olar mən deyim? - Rədifl "Olmaz" 
(Cavad ilə Müşfiq Cavidə və məclisə baxırlar. Onlar işarə ilə razı 
olduqlarını bildirirlər) (Şamil Zaman. Zamana sözüm. "Müşfiq" 
pyesi. Bakı, 2006 səh. 491). 
Daxili nitq müəllif baxışının, müəllif münasibətinin təzahürü kimi 
verilir. Daxili nitq özü üçün nitq olsa da, sözsüzdür. Söz nəzərdə 
tutulur, lakin səslənmir, fikrin mənasını, məzmununu formalaşdırır. 
Zahiri nitqlə daxili nitqi qarşılaşdırsaq nəticə kimi demək olar: 1) 
Daxili nitq tələffüz edilməyən, səssiz lal nitqdir, zahiri nitq isə səsli, 
eşidilən nitqdir; 2) Zahiri nitq şifahi və yazılı formada, daxili nitq isə 
ancaq şifahi formadadır. 3) Zahiri nitqi bütün dil vasitələri ilə müxtəlif 
üslublarda səsləndirmək mümkündür, daxili nitqdə isə sürətlilik, 
subyektivlik, yığcamlıq, elliptiv- lik səciyyəvidir, cümlə üzvləri 
yerli-yerində işlənmir və s. (18, səh.52) 
Sual və tapşınqlar 
1.
Ünsiyyət şəraitindən asılı olaraq nitq hansı növlərə bölünür? 
2.
Zahiri nitq və onun əsas şərtləri nədir? 
3.
Ədəbi bil normaları hansı nitqdə tam gözlənilir? 
4.
Daxili nitq necə prosesdir? 
5.
Tələffüz olunmyan səssiz nitq necə təzahür edir və hansı 
formalarda özünü göstərir? 
6.
Kiçik yaşlı uşaqlarda daxili nitq hansı formada gedir? 
6S 


7.
Daxili nitq hansı əsərlər üçün səciyyəvidir? Daxili nitqi bədii 
bir priyəm kimi götürmək əlarmı? 
8.
Zahiri nitqin hansı fərmalan vardır? Bəs daxili nitq hansı 
formada əlur? 
9.
Daxili nitq zahiri nitqdən nə ilə fərqlənir? 
10.
Zahiri və daxili nitqin xüsusiyyətlərini ayrı-ayrılıqda göstərin 
və ənlan müqayisə edin. 
Çahşma 
38. Mətni əxuyun, nitqin növlərini aydınlaşdırın. 
... Oğlan gözlərini qızdan çəkməyərək ikinəfərlik oturacaqdan nə 
vaxt ayağa qalxdığını bəUcə özü də hiss etmədi. 
-
Buyurun, əyləşin, xanım qız! 
Qız birdən-birə əna edilən təklifdən azca tutuldu. Əvvəlcə nə 
cavab verəcəyini kəsdirə bilmədi. Nəhayət; - Sağ olun! Mənə belə 
yaxşıdır. - deyə dilucu cavab verdi. 
-
O...O... Dəyməz. Buyurun, əyləşin. Borcumuzdur. 
Oğlan son cümləsini elə yavaşca dedi ki, bəlkə də onunla yanaşı 
oturmuş qadın belə bunu eşitmədi. Sonra o, gözucu qoca kişiyə tərəf 
baxdı. Sol əlini cibinə qəyub bir addım kənara çəkildi, əks tərəfə 
baxan pəncərəyə yanaşdı, başı üzərində avtəbus boyu uzanmış 
tutacaqdan yapışdı. Pəncərədən baxa-baxa ürəyindən keçirtdi: - Canı 
yanmış, nə qızdır! Yerini verəndə də gərək beləsinə verəsən, daha 
uşaqlı qadına yəx. 
Hədsiz bir sevincin işartısı ənun gözlərində əynayırdı. "Hörmət, 
bax budur". Sonra "himm..." edərək dədaqlarma çatmayan səslə 
öz-özünə dedi; "Hörmət? Mən əna hörmət naminəmi yer verdim?". O, 
alnını barmaqlan ilə əvuşdurdu. Gözlərini yumub ürəyində 
danışmağa, fikrindən keçirməyə başladı: "Yaxşı, bəs buna nə ad 
verək? Hörməti, deyəçən, ə qəca əbləh elədi axı. Yerini uşaqlı qadına 
verdi. Görəsən, niyə? Qadm uşaqlıdır. Deməli, əri var. Bəs qəca yerini 
əna niyə verdi? Yəqin, ənun da arvadı var. Bəlkə ölüb?" (Süleyman 
Hüseynəv. Manana. Bakı, 2002, səh.41) 
Çahşma 
39. Verilmiş sözlərin leksik mənasını izah edin, onların 
20-25 il bundan əvvəl necə ifadə əlunduğunu, əvvəlkilərin, yoxsa 
indikilərin öz dilimizə məxsusluğunu aydınlaşdırın; 
66 


ildönümü, çimərlik, duracaq, saxlanc, əyləc, dönəm, qaynaq, 
yüzillik, özəlləşmə, nəfəslik, açıqca, bölgə, soyqmm, yarlıq, ulu, 
dürlü, araşdırma, hərbiləşmə, köçkün, yetərsay. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin