Çalışma 37.
Bir nəfəri yuxarı vəzifəyə irəli çəkmək üçün
səlahiyyətli ərqana
təqdimat
yazın.
61
ZAHİRİ
va
DAXİlİ (lAll NİTQ
ünsiyyət şəraitindən asılı olaraq şifahi monoloji nitq zahiri və
daxili formalarda təzahür edir.
Zahiri nitq
danışıq səsləri ilə ifadə olunan, başqalarına
ünvanlanan və eşidilmək üçün nəzərdə tutulan nitqdir. Bu nitqə
aydınlıq, səlislik, ardıcıllıq, təsirlilik, ahəngdarlıq kimi keyfiyyətlər
xasdır. Nitqin bu şərtləri normal, nitq qüsuru olmayan, necə deyərlər,
ağlı başında olan hər adama aiddir.
İnsan öz zahiri nitqində cəmiyyətlə "nəfəs alır", onun bütün
qayğıları, sosial həyatı, siyasi baxışı, etnik və əxlaq normalan burada
özünü göstərir. Hər kəs şəraitdən, harada olmasından, kiminlə
danışmasından asılı olaraq öz nitqinə düzəliş edə bilir. Onun ailədə,
yaxın ətrafı arasında olan nitqi ictimai yerdə, başqaları ilə
danışığından ideya və məzmun cəhətdən fərqləndiyi kimi, quruluşuna
görə də fərqlənir. Doğrudur, zahiri nitq insandan öz fikrini dilə
gətirərkən məsuliyyət hissini saxlamağı, ədəb-ərkan qaydalarını
unutmamağı tələb edir.
D
AX
İ
L
İ
(
LAL
)
nitq
insanın öz-özünə danışması prosesidir. Bu
tələffüz olunmayan səssiz nifqdir. Daxili nitq zahiri nitqin
yaranmasına xidmət göstərir. İnsan əvvəlcə düşünür, fikirlərini
nizama salır, daxili nitqini hazırlayır, yalnız bundan sonra zahiri nitqə
keçir. Beləliklə, insanın daxili, öz-özünə nitqi yaranır. O, təfəkkürlə
bağlı olduğundan onu intellektual nitq də adlandırırlar.
İnsan daxili nitqinin köməyi ilə olmuş və olacaq hadisələri fikrinə,
xəyalən göz önünə gəfirir, nəyəsə təəssüflənir, nəyisə qürurla yad
edir, köks öfürür, bəzən də ah çəkir, onlara öz münasibətini bildirir,
özü ilə həsbi-hal edir, "necə olsaydı, daha yaxşı olardı" - fikrinin
üsfündə ani olaraq dayanır, fərziyyələr yürüdür. Daxili nitq zamanı
insan sanki özü ilə dialoqa girir, səssiz cümlələrlə monoloqunu davam
etdirir.
Fikir daxili nitqdə formalaşır, dilə gəlir, sözlərlə hazır şəkildə
zahiri nitqə çevrilir. Zahiri nitqdə təfəkkür fəaliyyətdə olub
6Z
müəyyən məqsədə xidmət edir, monoloji formada şifahi və yazılı
nitqdə təzahür tapır.
Məktəbəqədər yaşlı uşaqlarda daxili nitq zəifdir. Onlar
fikirləşdiklərini kiməsə, nəyəsə (kuklaya, maşina, oyuncağa, heyvana,
quşa və s.) yaxud özü-özünə deyir, sual verir, onların əvəzinə cavabını
da verir, analiz-sintez etməyə çalışır, lakin bunları az-az hallarda
ucadan söyləyir, əksinə, alçaq səslə, pıçıltı ilə deməyə səy göstərir,
kiməsə eşitdirmək iştəmir, sözünü gizli saxlamağa çalışır. Kiçik
yaşlardan ev quran, şəkil çəkən, əşyalarla oynayan, təkbaşına domino,
dama, nərd oynayan (əgər ailədə lazımi fiqurlar, daşlar varsa) uşaqlar
sorğu-sual olmadan ucadan, səsli danışığa girib kiminləsə həmsöhbət
olmamışdan əvvəl daxili nitqlə düşünməyi, düşündüklərimi fikrinə
gətirərək sözlərə, dilə, ünsiyyət vasitəsinə çevirməyi lazımınca
bacarmırlar. Bu halı uşaqların ümumi inkişaf səviyyəsinin göstəricisi
kimi, əqli, zehni düşüncənin zəif formalaşması kimi də yozmaq olar.
Daxili nitq, əsasən, söz sənətkarlarında - şair və yazıçılarda
güclüdür. Şeir yazanlarda daxili nitq həmişə zahiri yazılı nitqdən
qabağa düşür və yazıçılara nisbətən daha erkən yaşlardan başlanır.
Şeirin nə olduğunu biləndən, heca, qafiyə, rədif haqqında fikir,
mülahizə formalaşandan soma məktəb illərində (kimi lap erkən, kimi
yuxarı yaşlarda) onlar qəlblərindən keçənləri ipə- sapa düzməyə, dilə
gətirməyə, səsli, zahiri nitqə keçməyə can atırlar. Burada ailənin,
bağçanın rolunu da kiçiltmək olmaz. Söz deməyi, söz incilərini
qiymətləndirməyi bacaran, şeiri, nəğmə, mahnı, bayatıları məlahətlə
söyləyən, kitablardan uca səslə oxuyub eşitdirməyi xoşlayan şəxslərin
əhatəsində olanlarda bu proses daha güclü gedir. Əlbəttə, məqalə
yazmağı bacarmayanlar hekayə yazmağa girişməzlər. Alimlərə
gəldikdə isə nəticələr bilavasitə dərin təfəkkürün məhsulu olduğu
üçün onlar öz növbələrini hələ ali məktəb skamyalarında əyləşəndən
sonra işə girişə bilərlər. Axı onlar elmi axtarışların nəticələrini
ümumiləşdirib, mülahizələrini ardıcıl, sistemli şəkildə, terminlər,
düsturlar, sxemlər, rəqəmlərlə formalaşdırmalı olurlar.
63
Daxili nitqi siyasətdən, etik normalardan uzaq nitq kimi
xarakterizə edənlər də vardır. Bu fikir hər məqamda özünü
doğrultmur. Daxili nitq eşidilmək üçün olmadığından bəzi insanlar
özündə sərbəstlik hiss edir, fikrindən keçən vulqar, loru sözləri, arqo
və jarqonları, dialektizmləri, məhəlli sözləri düşünməkdə, işlətməkdə
sərbəstdirlər, çünki başqasının yanında deyilməyən, yaxud
yazılmayan söz və ifadələr, söyüşlər, qarğışlar onsuz da dildə
mövcuddur və nitq sahibi onların mənasını başqaları kimi yaxşı dərk
edirlər. Bu, çox ciddi məsələdir, amma ciddi olan, öz mənliyini uca
tutan, nitq mədəniyyətinin, əxlaq normalarının sirlərini bilən mədəni
adam heç vaxt öz daxili nitqində deyilmə- si məqbul sayılmayan söz
və ifadələri hətta öz ailəsinin yanında belə işlətməz (4, səh. 142)
Daxili nitqə ədəbi bədii əsərlər içərisində ən çox dramatik
növlərdə rast gəlirik. Bu nitq manerasına, quruluşuna və dil
vahidlərindən istifadəsinə görə bədii bir priyom kimi seçilir. Dram
əsərlərində daxili nitq personaj lan müşayiət edir, gah obrazın
replikasından əvvəl, gah da sonra gələrək müəllifin münasibətini,
personajın daxili düşüncəsini əks etdirməyə yönəlir, tamaşaçıları
obrazın daxili aləmini görməyə hazırlayır. Müəllif replikalardan
əvvəl, yaxud surətin adından sonra mötərizədə "səktə", "öz-özünə,
"öz-özünə yavaşca", "öz-özünə mmldamr (deyinir, donquldanır)",
"fikrə gedir", "öz-özündən soruşurmuş kimi" və s. söz, söz
birləşmələri, elliptik cümlələr işlədir.
Dostları ilə paylaş: |