Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə41/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   37   38   39   40   41   42   43   44   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 52. 
Mətndəki dialekt xüsusiyyətlərini ədəbi dildəki 
fonetik, leksik və morfoloji qarşılıqları ilə müqayisə edin: 
82 


Bir paccah öz vəzirinə der: "Bu şarabı içənnən şoramı söypət 
eləsəx şirin olar, işməmişdənmi söypət eləsəx şirin olar?" Vəzir der: 
"İndi deəmmərəm, vaxt ver flkirrəşim, sora deərəm". Bir-iki günnən 
sora varellar meşiyə oya gedellər, göröllər bu öydə işıx gəler. Şah der: 
"Ay vəzir, hərəmiz bir öyəmi gessəx, qonax şirin olar, ikimiz birinəmi 
gessəx şirin olar". Vəzir der kin, tək gessəx şirin ollux. Çünki atalar 
def kin, qonax qonağı söməz, öy yəsi də heç hasını. Tək gessəx 
yaxşıdı. İndi hərəsi bir işığa geder. Kəndin başındakı işıxda vəzir 
geder, qapıyı döyör (17, səh.380) 
Çalışma 53. Bir tələbənin ailə tərkibi haqqında mənzil-istismar 
sahəsindən gətirdiyi arayışı təqdim edin. Arayış formasını olduğu 
kimi verin. 
NİTQİN YIĞCAMLIĞI. Mədəni nitqin keyfiyyətlərindən olan 
yığcamlıq müxtəsərlik və qısalıq anlamındadır. İnsanlar adi 
danışıqdan tutmuş mühazirə, məruzə, çıxışlara, eləcə də bədii əsərlərə 
qədər yığcamlıq tərəfdan olub uzunçuluğun, sözçülüyün 
əleyhinədirlər. Fikri əhatə etməklə qısa demək bacanğı bu da istedad 
əlamətidir. İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən 
deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, 
vaxt almamağı, təkrarçıhqdan qaçmağı, məlum olanlan yenidən 
xatırlamamağı, başqalanm yormamağı tələb edir. Əbəs yerə deyildir 
ki, indi insanlann vaxtını qiymətləndirmək, uzunçuluq etməmək 
naminə mühazirəyə əvvəlcədən bir saat, məruzəyə on dəqiqəyə qədər, 
çıxışlara iki-üç dəqiqə vaxt reqlamenti planlaşdmhr. 
Nitqin yığcamlığını həmişə vacib amil hesab etmişlər. Yığcam 
nitq insandan dərin bilik, yüksək təfəkkür, aydın düşüncə, zəngin söz 
ehtiyatı tələb edir. "Sözlər az, fikir geniş, məna dərin" olsun deyən 
sənətkarlar da, "uzun sözün qısası" fikrini bəyan edən atalar sözü də, 
"uzunçuluq eləmə" kimi xalq tövsiyəsi də göstərir ki, vaxt almamaq, 
eyni fikri oxşar cümlələrlə təkrar eşit- 
83 


dinnəmək üçün ən yaxşı üsul fikri qısa və aydın ifadə etməkdir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin