Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə37/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   33   34   35   36   37   38   39   40   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 48. 
Vurğusunun yerini dəyişərkən mənası dəyişən 
sözləri tapın, hansı mənalarda işlənə bildiyini misallarla göstərin: 
Xəyyam, əyin, saqqal, gəlin, səpin, ilmə, bildir, gəlir, güldür, 
süzmə, dondurma 
Çalışma 49. 
Ahəng qanununa tabe olmayan əsl Azərbaycan 
sözlərini ayrıca yazın, nə üçün ahəng qanununa tabe olmadığını qeyd 
edin: 
güldan, ilan, çörək, ilmə, Türkan, hafizə, ilxı, metal, işıq, oyun, 
ilğım, afərin 
Çalışma 50. Qrupunuzda xoşagəlməz bir hadisə baş vermişdir. Üç 
nəfər tələbənin adından 
akt 
tərtib edin. Akta verilən tələbləri göstərin. 
NİTQİN 
aSAS 
KEYFİYYƏTiaRİ 
Müasir dövrümüz gənc nəslin qarşısında yüksək nitq 
mədəniyyətinə yiyələnmək vəzifəsini qoyur. Dövlət qurumlarından 
dəfələrlə narazılıq eşidilmişdir ki, gənclərimiz, xüsusən Bədən 
Tərbiyəsi və İdman Akademiyasının Olimpiya oyunlarında, dünya və 
Avropa çempionatlarında öz gücü, iradəsi, dözümlülüyü ilə 
fərqlənərək medallar qazanmış tələbə və məzunları efir və ekran 
qarşısında, dövlət başçısı Prezidentə məlumat verəndə öz uğurlu 
nəticələri haqqında olduqca sönük çıxış edir, 4-5 cüm 
74 


lədən ibarət fikirini gözəl, rəvan, səlis dillə ifadə etməkdə çətinlik 
çəkirlər, yüksək idman nəticələri ilə bütün dünyanı heyran qəymuş 
çempiənlanmız öz rabitəsiz və sönük çıxışları ilə dinləyiciləri çox 
təəccübləndirirlər. Dəğrudanmı səlis, rəvan, gözəl danışmağı 
bacarmaq belə çətindir? Axı gözəl danışığa yiyələnmək həyatda 
qazanılır və hər kəsin özündən asılıdır. 
Hələ eramızdan əvvəl yunan və Rəma natiqlik məktəblərinin 
görkəmli nümayəndələri Diogen və Demetriy nitqin beş keyfiyyətini - 
təmizliyini, aydınlığı, yığcamlığı, məqsədəuyğunluğu və gözəlliyini 
əsas sayaraq mədəni nitqi müəyyənləşdirən məziyyətlərin həlledici 
əlduğunu önə çəkirdilər. 
NİTQİN DÜZGÜNLÜYÜ. Nitqin düzgünlüyü eyni dərəcədə 
onun forması və məzmununa hesablanmış anlayışdır, yəni fər- maca 
və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək 
üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər 
normalan da nəzərdə saxlamimahdır. İlk növbədə cümlələr məntiqi 
cəhətdən düzgün qurulmalı, dilin fənetik, leksik və qrammatik 
nərmalan pəzulmamahdır. Hadisələr, faktlar, onlann səbəb-nəticə 
əlaqələri bilərəkdən təhrif olunmuş şəkildə dilə gətirilməməli, 
reallıqdan uzaqlaşma hallarına, yalan məlumatlara, layiq olmayan 
təriflərə, nöqsanlann ört-basdır edilməsinə yol verilməməlidir. 
Deməli, düzgün nitq ifadə əlunan fikrin həqiqiliyindən, 
doğru-dürüstlüyündən çəx asılıdır. Tarixi reallığı düzgün 
qiymətləndirə bilməyən natiqin, mühazirəçi, məruzəçi, icmalçının 
çıxışı dil normalanna cavab versə də, düzgün nitq sayıla bilməz. 
Nitqin düzgünlüyü yalmz ə zaman təmin əlu- na bilər ki, nitq söyləyən 
şəxs bədii təsvir vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, 
yeri gəldikcə atalar sözləri, zərb- məsəllərdən, aforizmlərdən 
məqamında da bəhrələnsin. Deməli, nitqin düzgünlüyü üçün məntiqi 
və qrammatik cəhətdən düzgün qurulmuş cümlələr əsas götürülməklə 
ədəbi tələffüz qaydaları gözlənilməli, nərmal diksiya, nitq fasilələri, 
məntiqi vurğu nəzərdə saxlanılmalıdır. Nitqi ağırlaşdıran, məzmunun 
dinləyicilərə çatdmlmasım çətinləşdirən, həcmcə böyük, dolaşıq, 
təm-ta- 


raqlı cümlələr işlədilməməlidir. Nitqin düzgünlüyü natiqlə 
dinləyicilər arasında qarşılıqlı anlaşmanı təmin edir. 
Nitqin düzgünlüyü ədəbi dil normalan daxilində mümkündür. 
Kommunikativ keyfiyyətə xidmət edən düzgünlük gerçəklik haqqında 
verdiyi məlumata düz mütənasibdir. Düzgünlük anlayışı, əsasən, 
mövzuya aiddir. Mövzu dəqiq və konkret olarsa, natiq də öz fikrini 
dəqiq və yığcam qura bilər. Deməli, nitqin düzgünlüyü dedikdə 
cümlələrin qrammatik cəhətdən düzgün qurulması, sözlərin 
yerli-yerində işlədilməsi, fikrin aydın, dəqiq, məntiqi ardıcıllıqla və 
ədəbi tələffüz normalanna uyğun ifadə olunması başa düşülür. 
NİTQİN DƏQİQLİYİ. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Fikrin 
aydın izahı dəqiq düşüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin 
əsas məziyyətləri kimi zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz 
ehtiyatı zəngin olan adamın nitqi dəqiq ola bilər. Dəqiq nitq 
deyildikdə sözlərin ifadə olunan fikrə uyğun seçilməsidir ki, bunlar 
nitqin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyi əks 
etdirməsinə şərt sayılır. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və 
təfəkkürlə əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün 
verilməsinin göstəricisidir. Məlumdur ki, söz anlayışa uyğun yaranır 
və fikir ifadə edir. Əlbəttə, 
0
, ifadə etdiyi fikrə uyğun olmalıdır. Nitqin 
məntiqliyi, ardıcıllığı, izahın uyarlığı fikrin aydın ifadəsinə 
köklənmişdir. Dəqiq söz işlətmə dilin leksik sistemində olan sözlərin 
semantik mənasını, sinonimliyi, çoxmənalığı, terminləri, müxtəlif 
funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. 
Dilin sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün 
seçilib işlədilməsi nitq üçün çox vacibdir. 
Dilimiz respublikamızın müstəqillik qazananması ilə, həqiqi 
mənada dövlət statusu almasından, bütün sahələrdə qeyd- şərtsiz tam 
və yeganə ünsiyyət vasitəsi kimi hərtərəfli işlənməyə başlamasından 
bəri bədii, elmi və publisistik yazıların, mətbu orqanların dili də, 
radio-televiziya verilişlərində, teatr tamaşalarında aktyor və 
diktorların, müəllim, şagird və tələbə 
76 


lərin nitqi də dəqiqləşmiş, düzgün işlədilməkdə sistem şəklini 
almışdır. 
NİTQİN AYDINLIĞI. Aydınlıq ifadə üsuludur, ifadə olunan 
fikrin asan qavranılması üçün o, həmişə diqqət mərkəzində olur. Nitq 
üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Bunların 
içərisində aydınlıq ən vacib üslubi keyfiyyət kimi ön sırada durur. 
Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti sayılır. İnsan 
ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu 
dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində 
sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, 
sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar. 
Nitq zamanı aydınlığın pozulması bir sıra hallarla bağlıdır. Bura 
danışanın sözlərin mənasını, işlənmə məqamlanm yaxşı bilməməsi, 
zəngin söz ehtiyatına mükəmməl yiyələnməməsi daxildir. Məsələn, 
danışıqda belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında 
yaxşı atlar vardı. Sənə müvəffəqiyyət uğur- lan arzulayıram. Biz 
bunlara müdaxilə göstərməyə çalışmq və s. 
"Aydın nitq aydın təfəkkürün, düşüncənin məhsuludur", "Dili 
dolaşıq şəxsin fikri də dolaşıq olur" - cümlələrinin təsdiqinə 
Ü.Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasında 
Məşədi İbadın Rza bəyə dediyi bir replikasında aydın görünür: - "A 
kişi, sən elə qəliz danışırsan ki, "Tarixi - Nadiri" yarıya qədər 
oxumuşam, mən başa düşə bilmirəm. Bu yazıqlar haradan başa 
düşsünlər?" 
Biz tələbələri ixtisaslarına aid idman ədəbiyyatını oxuyub 
öyrənməklə, izah edib misallar gətirməklə məhdudlaşmamağa 
çağınrıq. Onlar siyasi, sosial, elmi, iqtisadi yenilikləri özündə əks 
etdirən, gündəlik mətbu orqanlarda çap olunan publisistik yazıları da 
oxuyub təhlil etməli, biliklərini artırmağa xidmət edən bədii 
ədəbiyyatla, oçerklərlə, həyatın hər sahəsinə aid müxtəlif 
materiallarla bir vətəndaş kimi tanış olmalıdırlar. 
Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində 
deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasi 
77 


yaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq 
templə deyilməsi, idmanla bağlı çəki dərəcələrinin və ya rəqəmlərin 
ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda 
buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının 
kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanlan 
aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır; 
1)
Nitqin aydınlığına nail əlmaq üçün danışılacaq mövzu öncə 
ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır. 
2)
Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir. 
3)
Nəzərdə tutulmuş sübut, dəlil və ya faktlan ifadə edəcək sözlər 
məntiqi vurğu hesabına aydın nəzərə çarpdmlmalıdır; 
4)
Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz 
edilməli, "bunun" əvəzinə "munun", "gətirdi" əvəzinə "gətdi", "gəl 
gedək" əvəzinə "gə gedəy", "ona görə" əvəzinə "oa gora", "nə üçün" 
əvəzinə "nöşün" və s. deyilməməlidir. 
5)
Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə 
olunan nitqin başa düşülməsinə (Diksiyanın pozulması sözlərin, 
ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd 
göstərilməlidir. 
Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və 
başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, 
diksiya ilə bağlı şivə qüsurlarını düzəltməlidir, yəni nitqin səs 
mədəniyyətinə yiyələnməlidirlər. 
NİTQİN TƏMİZLİYİ. Mədəni nitqə verilən tələblərdən biri də 
onun təmizliyi hesab olunur. Ədəbi dilin qaydalarından kənara 
çıxmamaqla ifadə olunan nitq təmizdir. Nitqin təmizliyi digər 
keyfiyyətlər kimi nitq sahibinin ümumi mədəniyyəti, savadı və dil 
vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. 
Nitqin təmizliyinin pozulmasmın bir neçə ümumi səbəbi vardır: 
1.
Nitqdə yerli dialekt və şivəyə məxsus dil vahidlərinə yer 
verilməsidir. Xalqın böyük hissəsi canlı danışıq dilində danışsa da, 
müəyyən qismi ya dialekt şəraitində yaşadığına görə, ya da 
78 


uşaqlıq illərində ailəsinin, yaxud yaşayış yerinin danışıq tərzinin təsiri 
altında dialekt danışığına meyilli əlur. Onlann danışığında əgər, 
asanlıqla, yenə, dərman, manat, şəkil, nə üçün, əlacağıq, o qədər, lap 
az, sən demə, tamam, qaldırmaq əvəzinə 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin