Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə30/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   26   27   28   29   30   31   32   33   ...   153
Nitq-mədəniyyəti(1)

düçar olan, 
uğrayan, məruz qalan 
anlamındadır. 
Məruzə 
bir mövzu haqqında 
irəlicədən hazırlanıb söylənilən monoloji nitqdir. Məruzə görülmüş iş 
haqqında ona cavabdeh olan şəxsin ali orqan və ya vəzifəli şəxs 
qarşısında hesabat çıxışıdır. 
Çıxışdan fərqli olaraq məruzə iştirakçılar arasında geniş müzakirə 
olunur, məruzə ətrafında çıxışlar edilir və yekunda müvafiq qərar 
qəbul olunur. Faktlar, rəqəmlər, görülən işlər yazılı formada, həcmi 
qısa və ya geniş, 
strukturu 
isə 
giriş, əsas 
və 
sonluq hissələrindən 
ibarət olur. Məruzə ədəbi dildə, əsasən, elmi, bəzən də publisistik 
üslubda yazılır. Məruzədə sahə terminlərinə yol verilir, amma bədii 
ifadə vasitələrinə geniş yer ayrılmır. 
Məruzələrin ən çox üç növü qeyd olunur: 
1)
Planlaşdırılmış məruzə; 
İlin yekunlanna həsr olunmuş 
məruzə; Hər hansı sahə üzrə hesabat - məruzə; 
2)
Yubiley məruzəsi. 
İstər bir şəxsin - alimin, şair və yazıçının, 
ölkə həyaünda önəmli yer tutan hadisənin, dövlət xadiminin 
yubileyinə, ildönümünə həsr olunan məruzə. Bu tipli məruzələr 
təntənəli xarakter daşıdığından mərasimlərdə tənqidə yer verilmir. 
3)
Məlumat - hesabat xarakterli məruzə. 
Dövlət qurumlarının, 
partiyaların, idarə, müəssisə və təşkilatların hesabat dövründə görülən 
işlər haqqında məruzə. 
5» 


MÜHAZİRƏ. Mühazirə də ərəb mənşəli olub "hazırlama" 
sözündəndir. Mühazirə natiqlik üslubunun çətin, lakin ən geniş 
yayılmış növüdür. Mənası "ali məktəbdə hər hansı bir fənnin 
professor və ya müəllim tərəfindən şifahi şərhi", "hər hansı bir 
mövzuya dair açıq leksiya" deməkdir. Tədris mühazirələri problem 
xarakterində olduğu üçün müəllim (professor və ya dosent) fikirlərini 
elmi ədəbiyyata əsaslanmaqla qurur, mühazirənin sonunda isə istifadə 
olunmuş ədəbiyyatın siyahısını da tələbələrə çatdırır. Dinləyicilər, 
tələbələr mühazirəni müzakirə etmirlər, yalnız mühazirəni oxuyan 
müəllimə, yaxud kütləvi mühazirə- dirsə, lektora suallar verirlər. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin