Nəbi
(həyəcanla)
-
Necə?
Qasım:
- Nə isə...
Bir az ehtiyatlı əlsan nə olar?
Göz-qulaq olmağın nə zərəri var?
Nəbi:
- Dəstəmdə
Kərimdir Təbrizdən ancaq
(fikirləşir)
Qasım:
-
O,
yalan danışmaz, ayıq ol, Nəbi!
Hər tərəf casusdur, sayıq ol, Nəbi!
(Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir, həyəcanlanır)
Qurd Kərim
(Nəbiyə)
-
Qardaşım, necəsən?
Nəbi:
- Yaxşıyam bir az.
Qurd Kərim:
- Dolub dilənçiylə küçə və meydan
İlan
oynadanla meymun oynadan
Bütün camaatı yığır başına...
Musa
(kinayə ilə)
-
Yaman danxırsan deyəsən, aşna!
Küçədən bir neçə güllə səsi eşidilir. Hamı bir an qulaq asır.
(Süleyman Rüstəm. "Qaçaq Nəbi" pyesindən)
Çalışma 31. Oxuyun, sözlərin vurğusunu qoyun: hakimiyyət,
başqa, mehmanxana, spartakiada, atletika, göstərmək, tennis, marşrut,
sessiya, yarış, problem, kommersiya, kənarlaşdırmaq, həkimdir,
voleybol, göndərmə.
Çalışma 32. Aşağıdakı sözləri söz birləşmələri daxilində elə
işlədin ki, vurğunun yeri dəyişərkən məna dəyişsin:
alma, asma, bağlama, basdırma, burun, çəkmə, əyin, dolama,
dondurma, gəlin, süzmə, biçin.
Çalışma 33. Mətni tələffüz qaydalarına
uyğun oxuyun, sözlərin
orfoepik şəklini mötərizədə qeyd edin, ədəbi dildə danışıq üslubuna
aid məqamları göstərin:
Koroğlunun bir bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. Xoca
Əziz neçə illər Koroğlu ilə dostluq eləmişdi. İndi Eyvaz- gilin tutulan
vaxtda o da mallarını satmaq üçün Bağdada gəlmiş
53T
di.
Qoşun elə ki, Eyvazgili tutub şəhərə tərəf gəlməyə üz qoydu,
bazara səs düşdü ki,
bəs üç nəfər quldur tutublar, asmağa apanrlar.
Bazar adamı hamısı çıxdı onlann tamaşasına. Xoca Əziz də bu
adamlann içində idi. Gözlə ha gözlə, axırda dəstənin ucu açıldı. Aslan
paşa keçdi, qoşun böyükləri keçdi, atlılar keçdi. Bir də baxdılar ki,
budu, bir bölük qəşun dustaqları ortalığa alıb gətirir. Xəca Əziz gördü
nə? Tutulan Eyvazdı, Dəmirçioğ- lu, bir də Bəlli Əhməddi. Dünya -
aləm Xoca Əzizin gözündə qaraldı. Dedi: "Ey dadi-bidad!.. Bu zalım
oğlu zalım uşaqları öldürəcək". Qaldı mat-məətəl ki: "Nə təhər
eləyim? Mənim burda əlimdən bir iş gəlməyəcək. Burada qılınc
vurmaq lazımdır. Xəbərə getsəm də buradan Çənlibelə azı bir həftəlik
yoldu. ("Koroğlu" dastanından)
Dostları ilə paylaş: