aktı da ola bilər. Bu baxımdan öz monoloji nitqini quran şəxs özünün
hansı missiyanı
yerinə yetirəcəyini, hansı vəzifə daşıdığını nəzərə
almaqla
nitqini kimə, ya kimlərə ünvanlayacağını, harada çıxış
edəcəyini və nitqinə nə qədər vaxt aynIdığmı dəqiq bilməlidir. İfadə
edəcəyi fikrin, mövzunun həcm və xarakterini müəyyənləşdirməli,
müraciət forması və dil materialı seçməli, dinləyicilərinin səviyyəsini,
eləcə də danışacağının onlara necə təsir
edəcəyini təsəvvüründə
canlandırmalı, dinləyicilərin reaksiyasına özünü hazırlamalıdır.
Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti,
rabitəli
danışıq qabiliyyəti tələb edir. Təlim-tədris müəssisələrində monoloji
nitqin öyrənilməsində hər hansı bir mövzunun və ya mətnin nəql
edilməsi xüsusi əhəmiyyət daşıyır. Biliklərin möhkəmləndirilməsində
bu, başlıca, ilkin mərhələdir. Mövzunun (mətnin) oxunması, ardınca
mövzu üzrə sual-cavabın apaniması
mövzunun məzmunca
mənimsənilməsi və danışılması sonuncu mərhələdir. Mövzunun belə
öyrədilməsi mətnin uzun müddət yadda qalmasına zəmin yaradır.
Şifahi monoloji nitqin bir forması da
Dostları ilə paylaş: