Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə20/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   16   17   18   19   20   21   22   23   ...   153
Nitq-mədəniyyəti(1)

YAZILI 
NİTQ
 
Nitqin ikinci əsas forması yazılı nitqdir. Yazılı nitq hərflər və 
durğu işarələri ilə (nöqtə, vergül, nida və sual işarələri, iki 
4S 


nöqtə, nöqtəli vergül və s.) düzəlir. Yazılı nitq şifahi nitqin əsasında 
əlifbanın meydana gəlməsindən sonra yaranmışdır. Nitqin yazılı və 
şifahi formalarının inkişafı, dürüst formalaşması ümumxalq danışıq 
dili normalarına uyğun gedir. Gözəl nitqdə sözlərin düzgün tələffüzü, 
vurğunun dəqiq müəyyənləşməsi əsasdırsa, yazılı nitqdə leksik və 
qrammatik normalara ciddi əməl olunma başlıca şərtdir. Yazılı nitqdə 
elmi, texniki, siyasi və s. sahələrə aid terminlərə geniş yer verilir; 
Yazılı nitq ədəbi dilin əsasında formalaşdığından orfoqrafik, leksik və 
qrammatik normalara uyğun əks olunur. Yazılan bütün məlumatlar, 
fikirlər saxlanılır və gələcək nəsillərə ötürülür. 
Yazılı ədəbi dilimizin ilk nümunələri bədii əsərlərlə həyata vəsiqə 
almışdır. Yazılı nitq bilavasitə, əlifbamızın meydana gəlməsindən 
sonrakı dövrə aiddir, yazı mədəniyyəti ilə bağlıdır. Nəzm və nəsrlə 
yazılmış bədii əsərlər, dövlət sənədləri, dövlət başçılarının 
məktubları, qəzet və jurnallar, elmi və publisistik yazılar, kitablar, 
müxtəlif məzmunlu elan, reklam və plakatlar yazılı ədəbi dil 
nümunələridir. Savadlı və mədəni yazı yazılı nitq mədəniyyətinin 
təməlidir. Yazı mədəniyyəti nitq mədəniyyəti və ədəbi dil normalan 
ilə sıx bağlıdır. Burada ədəbi dilimizin bütün üslublan təmsil olunur. 
Yazılı ədəbi dil, əsasən, orfoqrafik normalar əsasında səlisləşir, 
rəvanlaşır. Şifahi ədəbi dil isə orfoepüc normalarla tənzimlənir. 
Şifahi nitqlə yazılı nitqin fərqli cəhətlərini belə xarakterizə etmək 
olar: 1) Şifahi nitq səslənmə üçün olduğundan ani şəkildə söylənilir və 
bitir, yazılı nitq isə müəyyən vaxt (saat, gün və ya ay, ola bilsin ki, bir 
neçə il ( məsələn, Firdövsi "Şahnamə" əsərinin üzərində bütün ömrü 
boyu işləmişdir; S.Vurğun "Komsomol" poemasını iki mərhələdə - 
keçən əsrin 30-cu və 40-cı illərində yazmış, lakin fikrində tutduğunu 
tamamlaya bilməmişdir və s.) ərzində düşünülərək yazı sürəti ilə icra 
edilir, yəni sonralar oxunmaq üçün yazılır və saxlanılır; 2) Şifahi nitq 
üzərində düzəliş aparmaq olmur, təsadüfi hallarda səhv deyilmiş 
46 


bir cümlə üzərinə bir an keçməmiş qayıtmaq istisnadır. Yazılı nitq 
üzərində düzəliş aparıla bilər, nəşrə təqdim edilənə qədər yazıçının 
istənilən düzəlişi aparmağa ixtiyarı vardır. Əsərin sonrakı nəşrlərində 
də o bu hüququnu özündə saxlayır. Bəzən əsərin birinci və son 
variantı da mümkündür; 3) Şifahi nitqdə fikrin ekspressivliyinin 
təminatında ritmik-melodik vasitələr-pauza (fasilə) və intonasiya 
xüsusi əhəmiyyət daşıyır. Yazılı nitqdə isə bu vasitəni durğu işarələri 
öz üzərinə götürür və nitqin düzgün, təsirli dərk edilməsinə əvəzsiz 
kömək göstərir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin