3)
Nitq mədəniyyəti və üslubiyyatın bir-birinə yaxınlığını nədən
bilmək olar?
4)
Nitq mədəniyyətinin qrammatika
ilə əlaqəsini nədə
görürsünüz?
5)
Nitq mədəniyyətini üslubların düzgünlüyünü öyrənən fənn
kimi xarakterizə etmək olarmı?
Çalışma 19.
Şeiri oxuyun, dilin gözəlliyini xarakterizə edən,
estetik duyğular oyadan məzmunun
forma ilə vəhdətdə olduğu
məqamları tapıb göstərin:
Sübh çağının şehi olub.
Saçlarına qonaydım kaş.
Süzüləydim damla-damla.
Ürəyinə hopaydım kaş.
Bəxtimizin yazısını
Ürəyində tapaydım kaş.
O axşamlar ay olaydım.
Düşəydim mən yanağına
Dan yerinin qızartısm.
Çəkəydim gül dodağına
Bəxtimizin yazısını
Dodağında tapaydım kaş.
Ətirli bir yaz olaydım.
Səni orda görəydim mən.
İylədikcə gül-çiçəyi.
Nəfəsinə girəydim mən
Bəxtimizin yazısını
Nəfəsində tapaydım kaş.
Dağ döşünün mehi olub.
Həzin-həzin əsəydim mən.
Uzatmamış əllərimi.
Tellərində gəzəydim mən
Bəxtimizin yazısını
Tellərində tapaydım kaş
(Ssrxan Şirin. Ssni görmək üçün, Bakı, 2007, səh.l9)
37