İl olsa da, nitq mədəniyyəti də gözəlliyə, ülviliyə,
estetik ölçüyə
biganə qalmır, onları insanların dərk etməsinə yardımçı olur.
İncəsənətdə məzmun və forma vəhdəti eyni dərəcədə nitq
mədəniyyətinə də aiddir. Məzmun və forma yaradıcılıq prosesində və
onun nəticəsi olan hər hansı bir nitqdən, mühazirə və ya çıxışdan
ayrılmazdır. Forma və məzmun arasında
uyğunluq olanda fikir
dinləyicilərə daha tez, asan və düzgün çatır.
Nitq mədəniyyəti ədəbiyyatla sıx bağlıdır. Ədəbi janrların -
mənzum, epik və dramatik əsərlərin əsas xüsusiyyətlərini nəzərə
almadan
onları dinləyicilərə yüksək səviyyədə çatdırmaq
qeyri-mümkündür. Əruz vəznində yazılmış qəzəli, qəsidə və ya
məsnəvini, heca vəznində qələmə alınmış qoşma, təcnis,
gəray- h,
bayatını, sərbəst vəzndə yazılmış nəzm əsərlərini oxumaq və ya əzbər
söyləmək natiqdən bu sahələri yaxşı bilməyi tələb edir. Belə əsərlərin
ifadəli oxunması onların bədii dəyərini artırmaqla, belə şeir
formalanm dinləyicilərə sevdirməyə xidmət göstərməlidir.
Eləcə də
nəsrlə dramı, faciə ilə komik əsəri, yaxud nağıl ilə oçerki, hekayə ilə
esseni, təmsillə əfsanəni, məzhəkə ilə novellanı eyni ahənglə, eyni
tonda, eyni intonasiya ilə oxumaq əsərin bədiiliyinə, ahəngdarlığına,
ifadəliliyinə,
emosionallığına
xələl
gətirməklə,
onlann
xüsusiyyətlərini də dinləyicilərə çatdırmaq
natiqə müyəssər ola
bilməz.
Nitq mədəniyyəti
Dostları ilə paylaş: