Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə12/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   8   9   10   11   12   13   14   15   ...   153
Nitq-mədəniyyəti(1)

NİTQ MƏDƏNİYYƏTİNİN 
BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ 
Nitq mədəniyyəti həm tədris fənni, həm də elm kimi dilçiliyin 
fonetika, 
orfoepiya, 
orfoqrafiya, 
leksikologiya, 
qrammatika, 
üslubiyyat şöbələri ilə, həm də etika, estetika və incəsənətlə bağlıdır. 
NİTQ MƏDƏNİYYƏTİ VƏ DİLÇİLİK 
Dilçilər dili nitqin bazası, nitqi isə dilin ifadə forması hesab 
edirlər. Dil nitqi formalaşdırma vasitəsidir, nitq isə özündə dili ehtiva 
etməklə onu canlandım və yaşadır. Dil nitqə çevrilməklə fəaliyyət 
göstərir. Nitq dil bazasında yarandığı üçün nitq mədəniyyəti də dil 
normalan əsasında formalaşıb həyata vəsiqə qazanır. 
31 


Dil normalarını tənzimləyib ümumiləşdirən dilçilik elminin bir 
bölməsi olan nitq mədəniyyəti fonetik qanun və vasitələrə əsaslanaraq 
fikrin eskpressivliyini artırmağa xidmət edir. Dilin leksik tərkibini 
mükəmməl mənimsəmiş, zəngin söz ehtiyatına malik olan, sözlərin 
işlədilmə məqamlarını, emosional - ekspressiv çalarlarmı yaxşı bilən 
insan onlardan məqamında bacarıqla istifadə edə bilir. Sözlərin 
normativ və məcazi mənalarından yararlanan adamın nitqi mədəni və 
məntiqi olur. Ədəbi dilin leksik normalanndan kənara çıxıb loru, 
vulqar sözlərə, jarqonlara, dialektizmlərə müəyyən qədər yer verən 
adamın nitqi dinləyicilərin marağının azalmasına gətirib çıxanr. 
Qrammatik normalan, morfoloji və sintaktik formalan, müxtəlif dil 
xüsusiyyətlərini nitqdə yerli-yerində bacanqla işlətmək sayəsində 
adamın düzgün, məntiqi, səlis danışığı başqalannda xoş ovqat yaradır, 
mənəvi istirahətə, müsbət əhval-ruhiyyəyə səbəb olur. Deməli, əsas 
obyekti söz olan dilçiliyin nitq mədəniyyəti ilə bağlılığı qaçılmazdır. 
Məqsəd və vəzifələri müxtəlif olan dilçiliklə nitq mədəniyyətini 
yaxınlaşdıran cəhət onlann hər ikisinin obyektinin söz olmasıdır. 
Lakin nitq mədəniyyətini maraqlandıran əsas şərt sözlərin ədəbi dil 
normalarına uyğun seçilib işlədilməsi, cümlədə sözlərin sırasının 
üslubdan asılı olaraq müəyyən yerdəyişməsinə uğraması 
maraqlandırır. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin