Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə9/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   5   6   7   8   9   10   11   12   ...   153
Nitq-mədəniyyəti(1)

Sual və tapşırıqlar 
1.
Nitq mədəniyyəti dilçilik fənni kimi nə vaxtdan formalaşmağa 
başlamışdır? 
Z7 


2.
Nitq mədəniyyəti tədris fənni kimi neçənci ildən ali 
məktəblərdə tədris olunur? 
3.
Nitqin əsas məqsədi nədir? 
4.
Maddi mədəniyyət deyiləndə nələr nəzərdə tutulur? 
5.
Xalqın milli mədəniyyəti nələrdə təzahür edir? 
6.
Mədəni nitqin əsas əlamətləri hansılardır? 
7.
Dilin vəzifəsi nədir? 
8.
Dil, yoxsa nitq dəyişikliyə çox uğrayır? 
9.
Nitqin milli səciyyəli olduğunu necə izah edərsiniz? 
10.
Nitq mədəniyyətinə verilən tələblər hansılardır? 
11.
Azərbaycan dilinin dövlət dili statusu alması haqqında nə 
deyə bilərsiniz? 
12.
Dil ilə nitq arasında hansı fərqlər vardır? 
Çalışma 9. Mətni oxuyun, dilimizi xarakterizə edən fikirlərə daha 
nələri əlavə etməyin mümkün olduğunu araşdmn: 
Dil millətin canı və qanıdır. Vətən və ana dili - bunlar sinonim 
anlayışlardır. Vətəni sevmək doğma dili sevmək deməkdir. O, 
olmadan xalqın tarixini, onun keçmişini, mədəniyyətini öyrənmək 
olmaz. Orta əsrlərdə əsgərlərimiz dodaqlarında "Doğma vətəndən 
gözəl, doğma dildən şirin dünyada yoxdur" sözləri ilə döyüşlərə 
qalxmış və vətən uğrunda canlarından keçmişlər. 
XV-XVII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyətinə 
yiyələnmiş. Şərqdə böyük nüfuza malik Qaraqoyunlu, Ağqo- yunlu və 
Səfəvi dövlətlərinin başında Azərbaycan sülalələri dayanırdılar. Uzun 
Həsənin dövründə Ağqoyunlu Yaxın və Orta Şərqin qüdrətli dövlətinə 
çevrilmişdi. Onun nəvəsi Şah İsmayıl Xətainin yaratdığı Səfəvi 
dövləti bütün Azərbaycan torpaqlanm birləşdirirdi. Burada 
Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəlmişdi, ondan 
diplomatik yazışma, hərbi-təlim dili kimi istifadə olunmuşdur. 
Sonralar Azərbaycan dilinə çox təcavüzlər olmuşdur. Zaman- 
zaman bir etnos kimi xalqımızı tarix səhnəsindən çıxarmağa çalışan 
düşmənlərimiz ilk növbədə dilimizi məhv etməyə səy gös 
28 


tərmişlər. Fəqət buna nail ola bilməmişlər. Əcdadlarımız Azərbaycan 
dilini yad təsirlərdən qoruyub saxlamış və yaşatmışlar. 
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası neçə 
əsrdən sonra Azərbaycan dilini ikinci dəfə dövlət dili elan etmişdi. 
1991-ci ildə respublikamız müstəqillik qazanandan sonra Azərbaycan 
dilinə rəsmi dövlət dili statusu verilmişdir. Bu gün dilimiz zəngin 
ifadə vasitələrinə, mükəmməl qrammatik quruluşa, kamil əlifbaya, 
orfoqraflya və orfoepiya qaydalarına, üslubi normalara malik bir dil 
səviyyəsinə yüksəlmişdir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin